Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə52/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   48   49   50   51   52   53   54   55   ...   119

 

164


paxdı  dana,  aparağ  anasının  yanında  dəfn  eliyək  də,  bıra  neyçün  

gətiririk.  Gətirillər  ordan  anasının  yanına.  Başa  salıllar  ki,  ay  ana, 

oğlun  uşağı,  yetimləri  tabutun  qabağınca  göndərmişdi  ki,  ana,  gör 

mən  həyatımda  yetimlərə  nə  qədər  hörmət  eliyirəm.  Qocaları  gön-

dərmişdi ki, qocalara nə qədər hörmət eliyirəm. Malı-heyvanı gön-

dərdi ki, ana, gör mən nə qədər varrı adamam, nə qədər varım, pulum 

var. Nə qədər imkansız adamlara köməy eliyirəm. Ölümün qarşısını 

almax  mümkün  olsaydı,  bular  alardı.  O  torpağın  mənası  odur  ku, 

yəni  bütün  cannının  hamısının  əvvəli  torpaxdan  əmələ  gəlir,  axırı 

da  torpağa  qismət  olajax.  Bınnan  belə  neyniyim  yox,  elə  bırda  öz 

qəbirsannığımızda  yer  qazırıx,  basırırıx.  Onıynan  da  orda  qazıb 

basdırıllar. 

 

193. ÜÇ VƏSİYYƏT 

 

Bir varrı, dövlətdi ata olur, həddən artığ malı, pulu, varı-döv-



ləti olur. Gözünün ağı-qarası bircə oğlu olur. Bunu qənimət bilir, bu 

uşağı elə böyüdür ki, ancaq ye, iş, de, gül, gəz, oynaginan. Bir gün 

bu  kişi  elə  bir  vəziyyətə  düşür  ki...  Baxır  ki,  ta  köçür.  Köşməh 

məqamı gələndə birdən ağlına gəlir ki, ya rəbbim, ya rəsulallah, bəs 

mənim bu qədər malım, pulum, varım, dövlətim, qızılım. Gözümün 

ağı-qarası olan bu oğlumu mən belə örgətmişəm. İndi mən ölənnən 

soora  qoşulajax  yoldaşdarına,  mal  da  gedəjəh,  pul  da  gedəjəh,  var 

da, dövlət də. Mənim adımı batırajax, mən neyniyim? Yanında otu-

rannara  deyir  ki,  xayiş  eliyirəm  çıxın  çölə,  oğlum  görün  ordadımı, 

çağırın, ona bir söz deyəjəm. Bunlar çıxır çölə, çıxannan soorasına 

oğlun çağırıllar. Gəlir, deyir: 

– Ay ata, nədi? Ay ata, nədi?  

Deyir: 

– Ay bala, mən ölürəm. 



– Ata, nə danışırsan? 

Deyir: 


– Bunu saxla, sohranın işidi.  

Dururlar. Deyir:  




 

165


– Eliyərsən, eləməzsən öz işindi. Sənə üş dənə vəsiyətim var.  

Deyir:  


– Nədi?  

Deyir: 


–  Birinci  vəsiyətim  odur  ku,  mən  ölənnən  soorasına,  yoldaş-

darın  töküləşəjəh,  qırx  gün  yeyib-içib  soora  durajaxlar  dana.  Qırx 

çıxannan  soorasına  görəssən  bir  günnərisi  yoldaşdarın  gəldi  ki, 

gedəh çay içəh, çörəh  yiyəh. Onda sən onlara etiraz eləmə. Denən, 

gedin,  mən  də  gələjəm.  Oğul,  babalım  boyuna,  babalım  boyuna, 

içmə  sən.  Amma  olara  denən  gedin  sabax  saat  on  ikidə  filankəsin 

evində  qonaxlığ  düzəldin,  mən  də  gələjəm.  Sən  onlara  on  iki  de, 

oğul,  genə  deyirəm  babalım  boyuna,  babalım  boyuna,  özün  saat 

ikidə get.  

Deyir: 


– Yaxşı.  

Deyir: 


–  İkinci  vəsiyəm  odur  ki,  babalım  boyuna,  babalım  boyuna, 

qumar  oynama.  Oynasan  qumarı  hər  yerinnən  qalxannan,  bilənnən 

yox,  qumarın  ən  məşhur  ustası  kimsə,  axtar  tap  onuynan  oyna. 

Üçüncü vəsiyyətim odur ku, oğul, birdən əlin aşağı düşdü... Məndə 

də olurdu. Nə qədər varrı-dövlətdi adam olasan, nə qədər gətirdiyin 

vaxt  olsa  da,  itirdiyin  vaxt  da  olur  da.  Əlin  aşağa  düşsə,  heş  yerə 

getmə.  Gəl  evimizə  yaxın  bir  yerdə  oturginən,  gələn  qohumlara, 

dostlara, tanışdara əl aç, sana kömək eləsin. İşdi onnar da sana kö-

mək eləməsə, oğlum, dördüncünü deyirəm, babalım boyuna, baba-

lım  boyuna,  orda  bir  zəncir  asmışam,  görürsən?  Babalım  boyuna 

gəlib ordan özünü asıb öldürməsən.  

Dedi: 


– Yaxşı.  

Allah  cəmi  ölənnərə  irəhmət  eləsin.  Bu  ata  irəhmətə  gedir. 

İrəhmətə  gedəndə  oğlan  görür  kü,  dostdarı  gəldi.  Gəlif  oturullar, 

qırx  gün  bunlar  çay  içir,  çörəh  yiyir.  Biri  qabı  qoymağa,  biri  nə 

bilim  nəyə.  Qırxınnan  bir  dörd-beş  gün  keçənnən  soora...  İndi  nə 

qədər ərköyün böyüsə də, ata həsrəti ayrıdı da. Deyir, 




 

166


Dara düşsək arxamızda  

Bir möhtəşəm dağdır ata. 

Daim yanan, alovlanan,  

Sönməyən ocağdır ata. 

 

İşıq saçar yolumuza,  



Qüvvət verər qolumuza,  

Yurdumuza, elimizə  

Arxadır, dayaqdır ata. 

 

O, layiqdir məhəbbətə, 



Bu qüvvətə, əzəmətə. 

İnsanlığa, sədaqətə 

Əbədi mayaqdır ata. 

Mayaq  dənizdə  gəmiyə  yol  göstərən  işıqdı,  həyatda  övlada 

yol göstərən işıq atadır. İndi bı o qədər həvəsdidi, maraxlanır, qalıb 

belə. Bir də görür kü, atasının qırxınnan beş-altı gün keçir. Axşam-

çağı  görür  yoldaşdarı  gəlir.  Ağlına  gəlir  ki,  atamın  qırxı  da  çıxıf, 

bunlar nə əcəb gəlif? Gəldilər: 

– Salamməleyküm.  

– Əleykümətsalam. 

– Ə qardaş, nədi? 

Dedi: 


–  Allah  ataa  irəhmət  eləsin,  –  bı  da  qırx  yeddi  gündü  oturuf 

dana,  –  gedəh  eynimizi  açax,  bir  şey  eliyəh,  –  deyəndə,  atasının 

sözü yadına düşdü. Əlin saldı cibinə ki, bınlara pıl verə. Dedilər: 

– Ə, ayıbdı, biz sənnən bir şey istiyirik? Sən niyə belə eliyirsən?  

Dedi: 

– Onda gedin, sabah saat on ikidə qonaxlıx təşkil eliyin Kərim-



gildə, mən də gələjəm.  

Bunlar  getdi.  Səhər  açıldı.  Allah  hamınızın  qarşıdan  gələn 

səhərlərinizi xeyirə aşsın. Bu yatdı, durdu. Getdi malı-heyvanı qay-

tarıb  gətirdi,  sahat  on  ikidə  gəldi  evə.  Allah  verən  loxmadan-tik-

mədən yeyənnən soora uzandı yatdı. Yatdı, saat ikidə ayıldı, dedi: 



 

167


– Hə, atam deyən vaxdı, durub gedim görüm.  

Gəldi gördü bunlar gözdüyüflər, görüflər bu gəlmiyif, başda-

yıflar vırıflar

26

. Baxdı kı, bını tanıyan yoxdu. Biri vırıb birinin çənə-



sin  əzif,  birinin  gözü  tökülüf,  birinin  qolı  sınıb.  Belə  baxdı,  baxdı, 

dedi: 


–  Hə,  ata,  Allah  sənə  qəni-qəni  irəhmət  eləsin.  Mənə  on  iki 

deyil, ikidə get deyib ki, iki saatdan soora içkinin əlamətin görüm. 

Toba sənə bu günnən içki.  

Onnan  soorasına  gəldi.  Aradan  bir  neçə  gün  keçənnən  soora 

dedi, gedim bu qumarı örgənim. Gəldi birinə dedi, mən məşhur qumar 

oynuyanı  gəzirəm.  O  dedi  mən  döyüləm,  bu  dedi  mən  döyüləm. 

Sizin kimi hörmətdinin biri dedi: 

– Ə bala, qumarbaz bulağın üstündə oturubdu. Ora getsən onu 

taparsan.  

Gəldi  gördü  bir  nurani  kişidi  oturub,  amma  qapqara  qaralıb. 

Əynində  bir  dəst  paltar  var,  üstdən  bir  put  darı  töhsən  altdan  çıx-

maz. Cırıx-cında, özü də qəm dəryasında. Salam da verdi, bı dinmədi. 

Bir az qalxannan soora bı kişi belə başın qaldırdı, gördü bir cavan 

oğlandı. Dedi: 

– A bala, nədi, niyə durmusan?  

Dedi: 


– Heç əmi, oturmuşam dayna, sənin yana gəlirdim.  

Dedi: 


– Nəyə? 

Dedi: 


– Gəlmişəm mənə qumar örgədəsən.  

Dedi: 


– Bala, neçə yaşın var?  

Dedi: 


– İyirmi yeddi, iyirmi səkkiz.  

Dedi: 


– Ay bala, saa yaramaz, çıx get.  

                                                

26

 Vırıflar – içki içiblər 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə