Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   31   32   33   34   35   36   37   38   ...   119

 

110


İlaxır axşamı hərə öz qapısında şar aterdi göyə, onu tüfəynən 

vururdu.  Şarı  keçədən  düzəldərdik.  Keçəni  simnən  sarıyırdıq,  bir 

gün qabaxdan qoyurdux salyarkanın içinə. Axşamacan qalırdı orda, 

salyarkanı  çəkerdi  canına.  Əysi  tez  yanıf  qutarırdı,  amma  keçə 

canındakı  salyarka  qutarmayınca  sönmürdü.  Onu  da  biri  aterdi 

göyə, o biri tüfəynən  vururdu. Bizim qanun bu  idi ki,  ilaxır gecəsi 

süddü aş bişirməlisən. S-nan başdıyan yeddi nemət düzərdik süfrəyə. 

 

141. 

Saj  qoyuf  qoorğa  qoorurdux.  Buğdanı  bir-bir  atırdılar  saja, 

atdıxca da subay qızdarın addarın çəkirdilər. Deyirdilər hansı buğda 

tez  çırtdasa,  qız  bu  il aylə  qurajax.  Hansı  gej  çırtdasa,  deyirdilər  o 

qaldı gələn ilə.    

 

142. 

Biri  niyyət  tutur.  Əlinə  iki  boş  qab  götürüb  qonşuya  gedir. 

Deyir,  əgər  arzum  yerinə  yetsə,  sağ  əlimdəki  qaba  su  töksünnər. 

Yerinə yetməsə, sol əlimdəki qaba su töksünnər. Gedir qapıdan girir, 

deyir ki, mənim bu qabıma su tök. Ev yiyəsi gətirib qabın birinə su 

tökür. Bu niyyət tutduğu qaba su tökürsə, onun arzusu  yerinə yetir. 

Yox, o birisinə töksə, onda məyus olur. 

 

143. 

İlaxır çərşənbədə niyyət tuturlar. Niyyət tutan şəxs barmağıy-

nan  qulağını  tutur,  gedir  qonşunun  qapsını  pusur.  Qapıya  tam 

yaxınnaşannan  soora  əlini  qulağınnan  götürür.  Yaxşı  söz  eşitsə, 

niyyəti  hasil  olajax.  Yaxşı  söz  eşitməsə,  niyyəti  hasil  olmuyajax. 

Mənim  qaynənəmin  atasın  tutuflar.  İlaxır  çərşənbədə  qızına  deyir 

ki, get filankəsin qapısın pus. Gedir qonşunun  qapısın pusur. Qon-

şuda da ağsaqqal bir kişi olur. Kişi oğluna deyir ki, çöldə xam  yer 

var,  oraya  at  gəlir  otdamağa.  Qoyunun  yerin  otduyajax.  Get  o  atı 

qabağa  qat,  bu  dünyadan  itir.  Bu  gedir  qulaq  asmağa.  Bunun  atası 

axı  tutulub.  Niyyət  tutur  ki,  əgər  xoş  söz  eşitsəm,  atam  qayıdajax. 

Qulağını açanda həmin sözü eşidir. Onda deyillər ki, daha gəlmiyə-

jək. O da o gedən gedir, daha gəlmir.  




 

111


144-145. ÜZÜK SALLAMA 

 

Qızlar  qabaxcadan  şərtdəşirdilər  ki,  bu  axşam  filankəsin 

evində  toplaşıb  üzük  sallıyajayıx.  Kasada  su  qoyurdular.  Kimi 

düyməsin, kimi açarın, kimi sancağın kasaya salır, üstünə də  şəlpə 

atırdılar. Kasanın başında da bir yaşlı qadın otururdu. Sən niyyətini 

tutordun,  həmən  qadın  onun  lətifəsini  deyirdi,  əlini  atıf  üzüyü 

çıxarırdı. Deyirdi:  

Boz at gəler boza-boza, 

Çiynində qızıl qoza. 

Çər dəysin boz ata, 

Bizi basıbdı toza.  

Bunun lətifəsi pis gəlir. Kimin lətifəsi yaxşı gəlsəydi, o söyü-

nürdü.  

Qapıdan biri gəldi

Gözümün nuru gəldi.  

Bu arxı kim çəkdi, 

Suyu duru gəldi. 

= Arxı kim idi qazan, 

Axırı duru gəldi. 

 

Boz at gəlir enişdən, 



Sinəbəndi gümüşdən. 

Bizə də nəsib olsun, 

Heybəndəki yemişdən.  

 

Güzgünü atdım bayıra, 



Əksi  (=şöyqüsü) düşdü çayıra. 

Yığılın qohum-qardaş

İşimiz dönüb xeyirə. 

= Yığılın dostlar, tanışlar, 

İşimiz düşüb xeyirə. 

 

Bu çinar, qoşa çinar




 

112


Yarpağını divinə döşə, çinar. 

Divində min qoyun yatsın, 

Başatan yaşa, çinar.   

= Səni yüz yaşa, çinar. 

 

Ağ alma, qızıl alma, 



Gəl yola düzül, alma. 

Ya mənim murazımı ver, 

Ya mənnən üzül, alma.  

 

Ağ almanı dişlədim, 



Ətrafını gümüşlədim. 

Qardaş gəldi qıymadım, 

Yar gəldi bağışladım.  

 

Ağ alma allanıbdı, 



Budaqdan sallanıbdı. 

Ağ almanın yiyəsi 

Yenicə xəyallanıbdı. 

 

Bir atım var beşində, 



Qulun saxlar döşündə. 

Allah murazını versin 

Gələn ayın beşində. 

= Bir atım var üçündə, 

Qulun saxlar dişində. 

Allah murazını versin  

Gələn ayın üçündə. 

= Bir atım var onunda, 

Qulun saxlar donunda. 

Allah murazını versin 

Gələn ayın onunda.  

 

Qızlar, qaçın, mən gəldim, 




 

113


Rəhim saçın, mən gəldim. 

Məxmər döşək, tük yastıq, 

Arasın açın, mən gəldim. 

 

Bir qız gördüm biçində, 



Sarı sünbül içində. 

Deyillər toy olajax 

Gələn ayın üçündə. 

 

Burdan vurdum baltanı, 



Ordan çıxdı qaltanı. 

Burdan bir oğlan çıxdı, 

Yerin-göyün sultanı. 

 

145. 

Mənim  qardaşım  əsgərliyə  gedəndə  anam  əhd  eliyər  ki,  ay 

Allah, mənim bu oğlum sağ-salam əsgərrikdən gəlsin, gələndə çilə 

çıxardaram.  Qardaşım  əsgərrikdən  qayıtdı  gəldi,  axırıncı  çərşən-

bədə 30-40 nəfər qız-gəlin yığıldı bizim evə, sabaha qədər çaldılar, 

oynadılar, haquşqa dedilər.  

Təmiz qabda su qoyardılar, üstünə yaylıx atardılar. On-on beş 

nəfər  ora  üzüyün  atardı.  Kimi  uşağı  olmasını  arzulardı,  kimi  aylə 

qurmaq  istərdi.  Amma  orda  bir  yaxşı  söz  oxunurdu,  bir  pis  söz. 

Mənim balaca mamam belə şeyə çox maraqlı arvad idi. Deyirdi ki, 

bir dəfə qız-gəlin yığıldı, bala. Bir arvadın da yeddi oğlu var idi. Bu 

da üzüyün atdı. Birinci bayatını oxudular ki,   

Boz at gəlir yenişdən,  

Sinəbəndi gümüşdən. 

Sizə də qismət olsun, 

Tərkindəki yemişdən. 

Bir qızın üzüyü çıxdı,  bu  yaxşı söz oldu, qız söyündü. Soora 

bir nəfər dedi: 

Boz at yalda durufdu,  

Gör nə halda durufdu. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə