Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 
 
44 
 
yihəçilərin, konstruktorların, arxitekturların, memar-
ların və s. fəaliyyətinin avtomatlaşdırılması üçün nə-
zərdə tutulur. Onların  əsas funksiyası mühəndis he-
sabatlarının, qrafik (çertyoj, sxem, plan) və layihə 
sənədlərinin, layihələndirilən obyektlərin modelləş-
dirilməsi və s. aiddir. 
-  inteqrasiya olunmuş (korporativ) İS – şirkətlərin ək-
sər funksiyalarının avtomatlaşdırılması üçün istifadə 
olunur, layihələndirmədən tutmuş satışadək bütün 
fəaliyyət dövrünü əhatə edir.  
İnformasiyanın istifadəsi xarakterinə görə:  
-  informasiya-təhlil sistemləri – müəyyən alqoritmə 
görə informasiyanın emalı (təhlili)  əməliyyatlarını 
həyata keçirir. Bu növ sistemləri iki sinfə bölürlər: 
idarəedici və məsləhətverici İS; 
-  informasiya-axtarış sistemləri – informasiyanın daxil 
edilməsi, sistemləşdirilməsi, saxlanılması, istifadə-
çinin sorğusuna görə informasiyanın tapılıb veril-
məsi funksiyalarını yerinə yetirir. Bura kitabxana-
larda, dəmiryolu vağzallarında və hava limanlarında 
reallaşdırılan bilet satışı üzrə informasiya-axtarış 
sistemlərini aid etmək olar. 
Ənənəvi faktoqrafik və  sənədli AİS-lərdə, bir qayda 
olaraq, müxtəlif kriterilərə (sorğulara) görə axtarışı həyata 
keçirən mexanizmlər reallaşdırılmış olur. Belə sistemlərdə 
saxlanılan informasiyanın axtarılması, götürülməsi və 
emalı  həmin sistemlərin daxili imkanları hesabına həyata 
keçirilir. Ona görə  də bir çox hallarda belə sistemləri 
informasiya-axtarış sistemləri adlandırırlar. 
Aydındır ki, faktoqrafik AİS-lər, əsasən, nəzərdə tutul-
muş  şəxslər və ya təşkilatlar tərəfindən istifadə olundu-
ğuna görə sistemdə saxlanılan və emal olunan məlumatla-


45 
rın strukturu, reallaşdırılan sorğuların formatı, dialoqun 
forması, axtarış mexanizmləri və s. onun istifadəçilərinə 
əvvəlcədən məlum olur. Belə sistemlər gündəlik fəaliy-
yətdə iş prosesində istifadə olunur. 
Sənədli AİS-in istifadəçilərinin kateqoriyası və kontin-
genti əvvəlcədən dəqiq bəlli olmadığından onlarda bu sis-
temlərin iş prinsipləri, saxlanılan və emal edilən informa-
siyanın məzmunu, strukturu və xarakteri, eləcə  də sorğu-
ların formalaşdırılması  və axtarışın aparılması mexa-
nizmləri və s. barədə  dəqiq məlumat olmaya bilər. Ona 
görə də bu növ informasiya sistemlərinin iş prinsipi, axta-
rış imkanları və s. haqqında məlumat onun istifadəçilərinə 
qabaqcadan çatdırılmalıdır. Əksər hallarda belə sistemlər-
də istifadəçilərə kömək modulu reallaşdırılır. 
Sənədli informasiya sistemləri internet şəbəkəsinin 
bazasında da müvəffəqiyyətlə yaradılır və fəaliyyət göstə-
rirlər. Nümunə qismində klassik sistemlər kimi tanınan 
Gopher, Wais, Archie, Whois, FTP, Listserv və digər in-
formasiya-axtarış sistemlərini göstərmək olar. 
Bundan  əlavə, hal-hazırda mövcud olan bütün faktoq-
rafik və sənədli avtomatlaşdırılmış informasiya sistemləri, 
praktiki olaraq, tədricən internet şəbəkəsinə qoşulur və 
ümumi istifadə ehtiyatları kimi təşəkkül tapırlar. Burada 
şəxsi, kommersiya və digər məxfi xarakterli informasiya 
bazaları istisna təşkil edirlər.  Əgər bu cür avtomatlaşdırıl-
mış informasiya sistemləri internet şəbəkəsinə qoşulursa, 
onda onların qorunması üçün əlavə  tədbirlərin görülməsi 
tələb olunur. Belə ki, bu sistemlərə giriş ciddi parol və di-
gər təhlükəsiz daxilolma üsulu vasitəsilə təmin edilməlidir. 
Web-texnologiyanın, o cümlədən HTML (HyperText 
Markup Language – hipermətnlərin təqdim edilməsi dili) 
dilinin və HTTP (HyperText Transfer Protocol) protoko-


46 
lunun meydana gəlməsi ilə  əlaqədar internetdə ilk olaraq 
informasiya axtarışı imkanları olmayan sənədli informa-
siya sistemləri yaranmağa başladı. Belə sistemlər, əsasən, 
böyük həcmdə informasiya ehtiyatlarını özündə saxlayır, 
onları istifadə etməyə, baxmağa, köçürməyə və çap etmə-
yə, bir informasiya ehtiyatından digərinə keçməyə imkan 
verir.  
Bu növ sistemləri sadəcə  internetin informasiya sis-
temləri  və ya internetin informasiya ehtiyatları adlandı-
rırlar. Belə sistemlərdə, bir qayda olaraq, məna təhlilinə 
əsaslanan intellektual informasiya axtarışı funksiyaları 
reallaşdırılmır, lakin əksər sistemlərdə istifadəçilərə daxili 
ehtiyatlar üzrə axtarış aparmaq imkanı təklif olunur.  
Ümumiyyətlə,  internetin informasiya ehtiyatları de-
dikdə faktiki, sənədli və digər informasiya ehtiyatlarını 
özündə saxlayan, eləcə də internetə qoşulmaq imkanı olan 
və ya onun vasitəsilə öz ehtiyatlarına giriş təqdim edən is-
tənilən kompüterləşdirilmiş (avtomatlaşdırılmış) infor-
masiya sistemləri nəzərdə tutulur.  
İnformasiya sistemlərinin yaradılmasının məqsədi isə 
müəyyən istifadəçi dairəsinin informasiya tələbatlarının 
ödənilməsi məqsədilə informasiyanın toplanması, saxla-
nılması, axtarışı, emalı və ötürülməsi imkanlarının reallaş-
dırılmasından ibarətdir.  
İnternetin informasiya ehtiyatları üzrə axtarış aparmaq 
üçün web-texnologiya üzərindən reallaşdırılan, xüsusi 
saytlar olan informasiya-axtarış sistemlərindən istifadə 
olunur.


II FƏSİL  
İNTERNETİN İNFORMASİYA 
EHTİYATLARI VƏ XİDMƏTLƏRİ 
İnternet – qlobal informasiya şəbəkəsi  
İnternet ünvanlar 
İnternetin informasiya ehtiyatları 
(WWW, E-mail, FTP, Gopher, Telnet, BBS, Usenet, interaktiv 
xidmətlər) 
İnternet şəbəkəsinin informasiya ehtiyatlarının 
xüsusiyyətləri 
İnformasiya ehtiyatlarının məzmunlarının təhlilinə 
əsaslanan empirik paylanma qanunları 
(Zipf, Bredford, Pareto qanunları) 
İnternetdə istifadə olunan əsas fayl formatları 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə