Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə74/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

273 
məsi, daxil edilmiş simvollar ardıcıllığına görə sorğu-
nun başa düşülməsi və istifadəçiyə variantların təklif 
edilməsi, bir neçə  mənası olan terminlərin tanınması, 
istifadəçi sorğularının mənasının başa düşülməsi 
reallaşdırılır. 
Sinonimlər. Oxşar mənalı sözlərin tanınması. 
Təqdim edilən məlumatların aktuallığı.  İstifadəçilərə 
ən son xəbərlər, məlumatlar və informasiya təqdim 
olunur, müəyyən tarixlər göstərməklə xəbər və məlu-
matların axtarılması həyata keçirilir.  
Canlı axtarış  və  səhifələrin təsviri. Sorğunun daxil 
edilməsi zamanı axtarışın nəticəsi, tapılmış informa-
siya (məsələn, hər bir web-səhifənin başlığı  və  qısa 
təsviri) qabaqcadan istifadəçinin ekranına çıxarılır. 
Şəkillər. Lazım olan səhifələrə keçidi dərhal təmin 
edən tapılmış  şəkillərin kiçildilmiş ölçülü təsvirləri 
ekrana çıxarılır. 
Video. Axtarışın nəticəsində lazımi videonu dərhal 
seçməyə imkan verən videoçarxların kiçildilmiş ölçü-
lü təsvirləri təqdim olunur. 
İndeksləşdirmə. Gələcəkdə axtarışın həyata keçirilmə-
si üçün internetdə olan təqdimat formasından asılı ol-
mayaraq bütün növ sənədlərin toplanması və saxlanıl-
ması həyata keçirilir. 
Biliklər  şəbəkəsi. Mövcud məlumat bazalarından real 
şəxslər, yerlər və  əşyalar arasındakı  əlaqələri nəzərə 
almaqla nəticələr çıxarılır və informasiya təqdim 
edilir. 
Mobil qurğular üçün xidmətlər. Mobil qurğular 
(smartfonlar, planşetlər, netbuklar və s.) vasitəsilə in-


274 
ternetin xidmətlərindən istifadə edilməsi üçün xüsusi 
funksiyalar işlənib hazırlanmışdır. 
Dəqiqləşdirmə. Axtarış sorğularını  dəqiqləşdirməyə 
imkan verən genişləndirilmiş axtarışdan, oxşar sorğu-
lardan və digər alətlərdən istifadə edilir. 
Təhlükəsiz axtarış. Yalnız böyüklər üçün nəzərdə 
tutulmuş web-səhifələr, təsvirlər və videolar uşaqlar 
tərəfindən həyata keçirilən axtarışların nəticələrindən 
çıxarılır. 
Axtarış üsulları. Şəkillər üzrə və ya səsli axtarış kimi 
yeni axtarış üsulları reallaşdırılmışdır. 
Saytların və  səhifələrin keyfiyyəti.  Mənbənin etibar-
lığını, mötəbərliyini və nüfuzluğunu müəyyən etmək 
üçün meyarlar toplusu istifadə edilir (məsələn, 
PageRank texnologiyası). 
Orfoqrafiya. Mümkün orfoqrafik səhvlərin düzəldil-
məsi və alternativ variantların təklif edilməsi funksi-
yaları reallaşdırılmışdır. 
Tərcümə və beynəlmiləlləşdirmə. Ölkələri və istifadə-
çilərin dilini nəzərə almaqla axtarış həyata keçirilir. 
Universal axtarış. Axtarışın nəticəsinin ümumi vahid 
səhifəsində müxtəlif materiallar (şəkillər, xəbərlər, 
xəritə və video), eləcə də fərdi nəticələr təqdim edilir. 
İsitfadəçinin konteksti. Coğrafi yeri, axtarış tarixini və 
digər meyarları nəzərə almaqla daha dəqiq nəticələrin 
əldə olunmasını təmin edir. 
9.6.  Google axtarış sisteminin interfeysi 
Google axtarış sisteminin əsas səhifəsi cox sadə görünüşə 
malik olub, heç bir şəkil və  təsvirləri özündə saxlamır. 


275 
Google-un Azərbaycan variantı olan http//www.google.az 
saytının ümumi görünüş 9.3 saylı şəkildə verilmişdir.  
Şək. 9.3. Azərbaycan dilində Google axtarış sistemi 
Azərbaycan variantında Google axtarış sisteminin 
funksiyaları tam əhatəli olmadığı üçün aşağıda şərhlər rus 
dilində olan http://www.google.ru saytı üçün verilir 
(şək.9.4). Google vasitəsilə internetdə informasiya axta-
rışını  həyata keçirmək üçün axtarış sorğusunu sorğu 
sahəsində (1) daxil edib klaviaturada Enter və ya 
pəncərədə  “Поиск  в  Интернете” (“Google-da axtar”) 
düyməsini (2) basmaq lazımdır.  
Pəncərənin sağ yuxarı küncündə  aşağıdakı funksiyalar 
təklif olunur (3):  
+Вы – Google+ xidmətinə keçid; 
Почта – elektron poçt xidmətinə keçid;  
Картинки – şəkillər üzrə axtarışın aparılması;  

⋮⋮⋮ – digər funksiyalara keçid;  


276 
Войти – Blogger rejiminə keçid. 
Şək. 9.4. Rus dilində Google axtarış sistemi 
Google pəncərəsində axtarış sorğusunu daxil etdikdən 
və axtarış düyməsini basdıqdan sonra axtarışın nəticəsi 
pəncərəsi acılır (şək.9.5).  
Pəncərədə axtarışın nəticəsi ilə yanaşı bir sıra 
məlumatlar yer alır. Axtarış  pəncərəsində yer almış  əsas 
elementlər  aşağıdakılardır: 
(1) – axtarış sorğusu sahəsi;  
(2) – Google-un müxtəlif axtarış xidmətlərinə isti-
nadları: 
-  Поиск – web-axtarış; 
-  Картинки – şəkillərin  axtarılması; 
-  Новости – xəbərlər üzrə axtarış; 
-  Видео – videoların axtarılması; 
-  Карты – xəritə üzrə axtarış; 
-  Еще – digər xidmətlər

2
3
4


277 
Şək. 9.5. Google-un nəticə pəncərəsi (əvvəli) 
 Инструменты  поиска – axtarış alətləri. Axtarış 
alətləri qismində dilin seçilməsi, tarixin qeyd olunması, 
nəticələrin diapazonunun göstərilməsi, axtarış yerinin 
seçilməsi təklif olunur. 
 (3) – axtrış nəticəsində tapılıb verilmiş sənədlərin sayı 
və axtarış üçün sərf olunmuş vaxt;  
(4) – Google-un axtarış düyməsi;  
(5) – axtarış nəticəsində Google tərəfindən tapılıb veril-
miş sənədlərin siyahısı, onlara istinad və qısa məlumat;  
(6) – tapılmış sənədin (web-səhifənin) adı; 
(7) – tapılmış  sənədin məzmununda sorğu  şərtləri 
(yarımyağlı şriftlə qeyd olunur) rast gəlinən fraqment;  
(8) – axtarış nəticəsində tapılmış sənədin web-ünvanı; 
(9) – oxşar sənədlərin axtarılması; 
(10) – axtarışın sazlanması modulu. Bura aşağıdakı 
daxildir: 

2


4
7

9

10


278 
-  Настройки поиска – axtarışın nəticəsinin təqdim 
olunması parametrlərinin sazlanması; 
-  Языки (Languages) – Google-da axtarış siste-
minin və nəticələrin göstərilməsi dilinin seçilməsi; 
-  Включить безопасный поиск – təhlükəsiz axtarış 
süzgəcinin qoşulması (axtarışın nəticəsindən 
nalayiq məzmunların çıxarılmasını təmin edir); 
-  Расширенный  поиск – Genişləndirilmiş axtarış 
(sorğuda ayrı-ayrı sözlərin və söz birləşmələrinin 
daxil edilməsi və istisna olunması, məntiqi əməl-
lərin, ədəd diapazonlarının, dilin, sözün rastgəlin-
mə yerinin, tarixin, formatın, domenlərin və s. 
seçilməsi imkanlarını təqdim edir); 
-  История – axtarış tarixçəsi ilə iş; 
-  Поиск в справке – Google axtarış sistemi barədə 
soraqça üzrə axtarış. 
Google-un axtarış pəncərəsinin sonunda (şək.9.6) nəti-
cənin təqdim olunması səhifələrinin ardıcıllığını müəyyən 
edən “Google” sözünün dəyişmiş forması (“o” hərfinin 
sayı    axtarışın nəticəsindən asılı olaraq çox olur) təqdim 
olunur. Növbəti axtarış  səhifəsinə keçmək üçün növbəti 
“o” hərfinin və ya onun altında müvafiq hissənin səhifənin 
nömrəsini göstərən ədədin üzərində basmaq lazımdır. 
9.7.  Google-da axtarış sorğusunun tərtib edilməsi 
prinsipləri və şərtləri 
Axtarış sorğusunun dəqiq tərtib edilməsi, axtarış  şərt-
lərinin düzgün seçilməsi axtarışın uğurla nəticələnəcəyini 
təmin edir. Ümumi axtarışın aparılması  üşün sorğuda bir 
sözdən istifadə etmək olar. Məsələn,  Azərbaycan. Lakin 


279 
effektiv nəticənin  əldə edilməsi üçün sorğuda bir neçə 
axtarış sözündən istifadə edilməsi daha məqsədəuyğundur: 
Azərbaycan mehmanxana. Qeyd etmək lazımdır ki, 
Azərbaycan mehmanxana qiymətlər daha yaxşı  nəticə 
verə bilər. 
Şək. 9.6. Google-un nəticə pəncərəsinin sonu 
Google sistemində axtarış zamanı sorğuda hərflərin yu-
xarı və ya aşağı reqistrdə olması (böyük və ya kiçik hərf-
lərlər yazılması) əhəmiyyət kəsb etmir. Belə ki, Google-da 
axtarış yalnız kiçik hərflərlə axtarılır. Ona görə  də  Lotfi 
Zadeh və lotfi zadeh eyni nəticəni verəcəkdir. 
Ümumi halda, Google sorğuda əksini tapmış bütün söz-
lərin daxil olduğu sənədləri istifadəçiyə  təqdim edir. 
Müəyyən edilmiş qaydalara görə, adi halda Google sorğu-
ya daxil edilmiş sözlər arasında “and” məntiqi operatoru-
nun olduğunu nəzərdə tutur, onu əlavə olaraq daxil etməyə 
zərurət yoxdur. Lakin sorğuya daxil edilmiş sözlərin ardı-
cıllığı axtarışın nəticəsinə təsir edir. Bu baxımdan sorğunu 


280 
daha dəqiq formalaşdırmaq lazımdır. Məsələn, Qəbələ ra-
yonunda istirahət barədə  və ya Qəbələdə mehmanxana 
qiymətləri haqqında məlumat  əldə etmək üçün qəbələdə 
istirahət və ya qəbələ mehmanxana qiymətləri sorğularını 
daxil etmək kifayətdir. 
Qeyd olunmalıdır ki, axtarış prosesini ləngitdiyinə  və 
nəticənin keyfiyyətinə müsbət təsir etmədiyinə görə 
Google ümumi sözləri, simvolları, tək rəqəmləri və  hərf-
ləri avtomatik olaraq sorğudan atır. Əgər nəticənin dəqiq-
liyi üçün hər hansı ümumi sözün sorğuda saxlanması zə-
ruridirsə, onda onun qarşısına “+” işarəsi (əvvəlində müt-
ləq probel olmalıdır) qoyulmalıdır. Ümumi sözlərin sorğu-
da saxlanması üçün sorğunu tərtib edən söz birləşmələrini 
dırnaq işarəsi arasında da yazmaq olar. Məsələn, 
esperanto +1 və ya “esperanto 1”. 
Google sözlərin hallarını  nəzərə almağı bacarır. Yəni 
sorğuda sözlərin istifadə olunduğu forma ilə yanaşı, digər 
formalarda da variantları tapılır və istifadəçiyə  təqdim 
edilir. Məsələn,  ingiliscə danışmaq üçün kömək soğru-
suna cavab olaraq, həmçinin  ingilis dilində danışmaq
ingilis dilində danışmağa kömək və s. sorğuların da cava-
bı veriləcəkdir. Sözün dəqiq formasının axtarılması üçün 
həmin söz dırnaq arasında yasılmalı və ya onun qarşısına 
“+” işarəsi qoyulmalıdır. Məsələn, ingilis dilində “danış-
maq”  sorğusu nəticədə  məhz  danışmaq  sözü daxil olan 
sənədləri verəcəkdir. 
Sorğuda olan sözlərin və ya söz birləşmələrinin dəqiq 
formasını özündə saxlayan sənədlərin tapılması  və axta-
rışın nəticəsinə daxil edilməsi üçün sorğu dırnaq arasında 
yazılmalıdır. Məsələn, ingilis dilində danışıq kitabı


281 
Bəzən sorğuya daxil edilmiş sözlər bir neçə məna kəsb 
edir. Onların bəzilərini istisna etmək üçün sorğuya qarşı-
sında “-“ işarəsi olmaqla istisnanı göstərən sözü əlavə et-
mək lazımdır. Məsələn, internet şəbəkəsinə aid olmayan 
axtarış sistemləri barədə məlumat əldə etmək üçün axtarış 
sistemi -internet sorğusunu daxil etmək olar. 
Google axtarış saytına daxil olarkən pəncərədə “Goog-
le-da axtarış” funksiyası ilə yanaşı “Mən  şanslıyam” 
(«Мне  повезет») funksiyası (4) təklif olunur (şək. 9.4). 
Sorğunu daxil etdikdən sonra bu düyməni basdıqda 
Google tərəfindən sorğuya  ən relevant səhifələr təqdim 
olunacaqdır. Ümumi halda, belə axtarış zamanı siyahı tək-
lif olunmur, konkret sayta keçid baş verir. Əgər siyahı tək-
lif olunarsa, onda siyahıda birinci yerdə “Mən şanslıyam” 
(«Мне  повезет») saytı olacaq. Məsələn, sorğu qismində 
bakı dövlət universiteti daxil edilərsə və “Mən şanslıyam” 
(«Мне  повезет») düyməsi basılarsa, onda axtarışın nəti-
cəsi əvəzinə Bakı Dövlət Universitetinin saytı (bsu.edu.az) 
açılacaqdır. 
Google axtarış sistemində daha dəqiq və faydalı axtarış 
nəticəsinin  əldə edilməsi üçün genişləndirilmiş axtarış 
rejimi təqdim edilir. Şəkil 9.5-də göstərilmiş axtarışın saz-
lanması modulu (10) vasitəsilə açılan menyudan genişlən-
dirilmiş axtarış  (Расширенный  поиск) bəndini seçməklə 
bu rejimə keçmək mümkündür. Bu zaman genişləndirilmiş 
axtarış pəncərəsi açılır (şək.9.7). 
Genişləndirilmiş axtarış rejimində sözlərin, sinonimlərin 
və söz birləşmələrinin daxil olması, “OR” məntiqi  əməliy-
yatının istifadəsi,  ədədlər diapazonu,  domenlər üzrə, eləcə 
də dillər, texnologiyalar (formatlar), tarixlər, sözün sənəddə 
rastgəlinmə yeri, domenlər, təhlükəsiz axtarış prinsipi nəzərə 


282 
alınmaqla axtarışın həyata keçirilməsini reallaşdıran opera-
torlar, funksiyalar və imkanlar təklif olunur.  
 Şək. 9.7. Google-un genişləndirilmiş axtarış rejimi 


283 
ƏDƏBİYYAT 
Normativ-hüquqi aktlar  
1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın
qorunması haqqında" Azərbaycan Respublikasının
Qanunu. Bakı, 3 aprel 1998-ci il.
2. “Elektron imza və elektron sənəd haqqında” Azərbay-
can Respublikasının Qanunu. Bakı, 9 mart 2004-cü il.
3. “Dövlət sirri haqqında” AR. Qanunu. Bakı, 7 sentyabr
2004-cü il.
4. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azər-
baycan Respublikasının Qanunu. 14 sentyabr 2004-cü il.
5. “İnformasiya azadlığı haqqında” Azərbaycan Respub-
likasının Qanunu. 01 yanvar 2005-ci il. 
6. “İnformasiya  əldə etmək haqqında” Azərbaycan Res-
publikasının Qanunu. 30 sentyabr 2005-ci il.
7. Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. Bakı, 2006.
Tədris və elmi-metodiki vəsaitlər 
1. Qasımov V.Ə. Elm və  təhsilin informasiya təminatı
sistemləri. Monoqrafiya. Bakı: Elm, 2005, 116 s.
2. Qasımov V.Ə.  İnformatikanın  əsasları. Dərs vəsaiti.
MTN Akademiyası. Bakı, 2005. 86 s.
3. Abbasov  Ə.M., Qasımov V.Ə., Quliyev R.A. İntellek-
tual informasiya sistemlərində qərar qəbuletmə üsulları:
Dərslik. Bakı, 2003, - 256 s.
4. Аббасов  А.М.,  Касумов  В.А.  Интерфейсы  пользо-
вателя  в  распределенных  информационно-поис-
ковых системах. Устройства систем и машин. 2003.
№5. стр.67-74.


284 
5. Байков  В.  Интернет.  Поиск  информации.  Продви-
жение сайтов. Санкт-Петербург: БХВ, 2000. 288 с.
6. Гринберг И., Гарбер Л., Разработка новых технологий
информационного  поиска. // Открытие  Системы.
№9-10. 1999.
7. Гуде  С.В.,  Ревин  С.Б.  Информационные  системы.
Учебное пособие. РЮИ МВД России. 2002. -149 с.
8. Дубинский  А.Г.  Модель  мультиагентной  системы
информационного  поиска  в  глобальной  сети //
Искусств. интеллект. 1999. №2. стр. 271-279.
9. Дубинский  А.Г.  Некоторые  вопросы  применения
векторной  модели  представления  документов  в
информационном поиске. // Управляющие системы
и машины. 2001. №4. стр.77-83.
10. Дубинский  А.Г.  Факторы,  влияющие  на  качество
информационного  поиска // Системный  аналіз  та
інформаційні технології: Зб. тез доп. Міжн. наук.-
практ.  конф.  студ.,  аспірантів  та  молод.  вчених. -
К.: НТУУ "КПІ", 2001. Ч.2. стр.43-48.
11. Ермаков А.Е. Тематический анализ текста с выявле-
нием сверхфразовой структуры. // Информационные
технологии. №11. Новосибирск. 2000. стр.37-40.
12. Ибушева О.В. и др. Интернет-технологии поиска и
получения  деловой  информации.  Тексты  лекций.
Нижнекамск.  Нижнекамский  химико-технологи-
ческий институт. 2010. -42 с.
13. Касумов В.А. Методы информационного поиска в
компьютерных сетях с сверхнасыщенными инфор-
мационными  ресурсами.  Монография.  Баку:  Элм,
2004, 208 с.


285 
14. Касумов В.А. Методы информационного поиска в
Internet  на  основе  нечетких  отношений  предпоч-
тения. // Автоматика  и  Вычислительная  Техника.
Рига. Выпуск №4. 2003. стр.71-78.
15. Касумов  В.А.  Методы  построения  информации-
онно-поисковых  систем  на  базе  иерархической
модели информационного пространства Интернет.
//  Автоматика  и  Вычислительная  Техника.  Рига.
Выпуск № 1. 2002. стр.40-51.
16. Касумов  В.А. Моделирование  информационного
поиска  в  Интернет  на  базе  нечетких  знаний. //
Автоматика  и  Вычислительная  Техника.  Рига.
Выпуск: №2. 2002. стр.49-61.
17. Касумов В.А. Организация интерфейсов в поиско-
вых  системах. //  Открытые  системы.  №9.  Москва.
2001. стр.37. http://www.osp.ru/os/2001/09/037.htm
18. Касумов  В.А.  Организация  системы  поиска  в
Азербайджанской  части Internet. // Открытые  сис-
темы. №3. Москва. 2000. стр.59-62.
19. Козлов  Д.Д.  Информационно-поисковые  системы
в Internet: текущее  состояние  и  пути  развития. /
Технологический обзор. - МГУ им. М.В. Ломоно-
сова. Москва. 2000.
20. Корнеев В.В., Гарев А.Ф., Васютин С.В., Райх В.В.
Базы данных: интеллектуальная обработка инфор-
мации. - М.: Нолидж, 2000. 352 с.
21. Львович  Я.Е.,  Леденева  Т.М.,  Винокурова  Т.Н.
Лингвистическая  модель  информационно-поиско-
вой  системы. // Информационные  технологии.
№11. 2000. стр.22-31.


286 
22. Панйр  Дж.  Вероятностные  модели  в  информа-
ционно-поисковых  системах. // "Nachr. Dok.".
1986. 37. №2. с.60-66.
23. Семенов  Ю.А.  Протоколы  и  ресурсы internet-М.
Радио и связь, 1996. 320 с.
24. Солтон Дж. Динамические библиотечно-информа-
ционные системы. - М.: Мир. 1979. 558 с.
25. Храмцов  П.,  Информационно-поисковые  системы
Internet. // Открытые Системы. №3. Москва. 1996.
26. Чечин  Г.М.,  Положенцев  Е.В.,  Нижникова  С.В.
“Поиск  информации  в  сети Internet”. Методичес-
кие указания. - Ростов-на-Дону: РГУ, 2001. 41 s.
27. Попов А. Эффективная методика поиска информации
в сети Интернет.//Citforum. http://www.citforum.ru.
28. Тихонов  В.  Поисковые  системы  в  сети  Интернет.
«Поисковые 
системы 
в 
сети 
Интернет».
http://www/citform/ru/internet/search/starchsystems.s
html.
29. Храмцов  П.  Моделирование  и  анализ  работы
информационно-поисковых  систем Internet. //
Открытые 
Системы. 
Москва. 
№6. 1996.
http://www.osp.ru/os/1996/06/46.htm.
30. Manning Ch.D., Raghavan P., SchützeAn H. Introduc-
tion to Information Retrieval. Online edition. Cam-
bridge. 2009. http://www.informationretrieval.org/.


287 
İNTERNETİN ƏSAS AXTARIŞ SAYTLARI  
1. http://www.google.com (http://www.google.ru,
http://www.google.az).
2. http://www.bing.com.
3. http://www.baidu.com.
4. http://www.yahoo.com.
5. http://www.inktomi.com.
6. http://www.ask.com.
7. http://www.go.com.(http://www.infoseek.com.)
8. http://www/aport.com
9. http://www.webcrawler.com.
10. http://www.dmoz.com.
11. http://www.lycos.com.
12. http://www.hotbot.com.
13. http://search.aol.com.
14. http://www.yandex.ru.
15. http://www.rambler.ru.
16. http://www.citforum.ru.
17. http://www.osp.ru.
18. http://search-world.ru.
19. http://www.searchengines.ru.
20. http://www.searchengineland.com.


Qasımov Vaqif Əlicavad oğlu 
Texnika elmləri doktoru, professor 
 İnformasiya axtarışı  
üsulları və sistemləri 
Dərslik 
Bakı – 2015  
Redaktor
Sevinc QOCAYEVA 
Kompüter səhifələyicisi: 
İsmayıl İMANOV 
Yığılmağa verilib: 02.04.2015.  Çapa imzalanıb: 10.06.2015 
Fiziki çap vərəqi 18. Nəşrin formatı 60x84
16
1

Sifariş 545. Tiraj 200.  
MTN-in Maddi-texniki Təminat Baş İdarəsinin  
Nəşriyyat-Poliqrafiya Mərkəzində 
nəşrə hazırlanmış və ofset üsulu ilə çap edilmişdir. 

Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə