Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

253 
Brandchannel yenidən Google şirkətini ilin brendi, ABC 
News isə L.Peyci və S.Brini “Həftənin adamları” adlandırdı. 
2004-cü ilin fevralında Google indeksi 6 milyarddan 
artıq elementin, o cümlədən 4,28 milyard web-səhifənin, 
880 milyon şəklin, 845 milyon Usenet xəbərin və kitablara 
dair səhifələrin kolleksiyasını özündə birləşdirirdi.  
Həmin ilin aprel ayında Google şirkəti elmi-tədqiqat 
mərkəzinin və Gmail poçt xidmətinin açılması planı barə-
də məlumat yaydı. Gmail poçt xidməti hər bir istifadəçiyə 
həcmi 1 GB olan pulsuz poçt qutusu təqdim edirdi.  
May ayında Google məşhur onlayn nəşr xidməti olan 
Blogger-in yeni versiyasını, oktyabrında isə pulsuz yüklənən 
və fərdi kompüterdə faylların lokal axtarılması üçün nəzərdə 
tutulan Google Desktop Search əlavəsini, eləcə  də Google 
SMS xidmətini istifadəyə verdi. Sentyabr ayında artıq 
Google saytının müxtəlif ölkələrdə 100-dən artıq domeni 
(axtarış serveri) fəaliyyət göstərirdi. Oktyabr ayında Google 
rəqəmsal və peyk xəritələrinin işlənməsi ilə  məşğul olan 
Keyhole Corp şirkətini aldı  və istifadəçilərə Yer kürəsinin 
istənilən nöqtəsinin üçölçülü təsvirinə baxmaq üçün yeni 
güçlü axtarış imkanı təqdim etdi. Noyabr ayında Google-un 
indeksinin həcmi 8 milyard web-səhifəni ötüb keçmişdi. 
2005-ci ildə korporativ şəbəkələrdə daxili saytlar və şə-
bəkələr üzrə axtarış aparmaq üçün nəzərdə tutulmuş 
Google Mini, televiziya verilişlərindən informasiya yaz-
mağa və onlar üzrə axtarış aparmağa imkan verən Google 
Video sistemləri istifadəyə verildi.  
Həmin dövrdə Google-un təsvirlər (şəkillər) üzrə axta-
rış xidmətinin verilənlər bazasına 1 milyarddan artıq təsvir 
(fotoqrafiyalar, çertyojlar, şəkillər, eskizlər, karikaturalar, 
plakatlar və s.) daxil idi. Avqust ayında kompüter vasitə-
silə istənilən vaxtda və istənilən yerdə insanlar arasında 


254 
ünsiyyət yaratmaq üçün nəzərdə tutulmuş pulsuz vasitə 
olan Google Talk, səsin ötürülməsi üçün Crystal-Clear 
texnologiyaları, sentyabr ayında bütün dünya üzrə bloqlar-
da sürətli informasiya axtarışını  təmin edən Google Blog 
Search modulu istifadəyə verildi.  
Noyabr ayında müxtəlif məzmunlu məlumatların (mə-
sələn, malların siyahısı, elmi məlumatlar, reseptlər, siya-
hılar və s.) yüklənməsini təmin edən Google Base, onlayın 
və marketinq şirkətlərinin faktiki nəticələrini təhlil etmək 
imkanı verən Google Analytics xidmətləri reallaşdırıldı. 
İlin sonuna doğru Google-da özündə bəstəkarlar, ifaçılar, 
müsiqinin adı, janrı, alboma istinadlar, rəylər, onların sa-
tıldığı mağazalar haqqında məlumatları birləşdirən musiqi 
faylları üzrə axtarış funksiyası işə başladı.  
2005-ci ildə peykdən alınmış təsvirlər şəklində xəritələ-
rə baxmaq, üç olçülü qurğu və tikililəri göstərmək imkanı-
nı reallaşdıran, kartoqrafik və axtarış funksiyalarını  təq-
dim edən Google Yer Planeti xidməti təqdim olundu. 
Windows mühitində mətn və səs tipli məlumatları müba-
dilə etməyə imkan verən Google Talk proqram əlavəsi 
istifadəçilərə  təqdim olundu. Həmin il Google sisteminə 
maşın tərcüməsi funksiyası əlavə edildi. 
2006-cı ildə Google PageRank texnologiyasını real-
laşdırdı. PageRank web-səhifələrin  əhəmiyyətliliyini ob-
yektiv qiymətləndirməyə imkan verirdi. Bunun üçün 
PageRank modulu 500-dən çox dəyişənə və 2 milyarddan 
artıq terminə görə  tənlikləri həll edir. PageRank texnolo-
giyasına görə birbaşa istinadlar əvəzinə bir səhifənin digər 
səhifəyə istinadı ikinci səhifənin xeyrinə (və ya zərərinə) 
səsvermə kimi qəbul edilir və verilmiş  səsələrin sayına 
görə konkret səhifənin əhəmiyyətliliyi qiymətləndirilir. 


 
 
255 
 
Google PageRank texnologiyası ilə yanaşı hipermətn-
lərin məzmununu təhlil edir, şriftlərin ölçüsü, stili və 
forması, altbölmələrin adları, sözlərin sənədlərdə yeri və s. 
nəzərə alınır. 
Google simsiz qurğularda axtarış texnologiyasını inki-
şaf etdirərək, WAP, i-mode, J-SKY və EZWeb rejimləri 
ilə yanaşı AT&T Wireless, Sprint PCS, Nextel, Palm, 
Handspring və Vodafone şirkətləri də daxil olmaqla sim-
siz texnologiyalar təklif edən aparıcı şirkətlərə öz xidmət-
lərini təqdim edir. 
2006-cı ildə Google şirkəti videoçarxların mübadiləsi 
sistemi olan Youtube saytını aldı. Bu gün milyonlarla vi-
deoçarxı özündə saxlayan Youtube saytına hər dəqiqə ər-
zində 60 saatlıq video yüklənir. 2007-ci ildə mobil qurğu-
lar üçün Android əməliyyat sistemi, 2008-ci ildə Google 
Chrome brauzeri istifadəyə verildi, 2011-ci ildə isə 
Google+ layihəsi həyata keçirildi. 
Hal-hazıradək Google Android əməliyyat sistemi, 
Youtube, Google Plus, Nexus qurğuları, axtarış və nizam-
lama mexanizmlərinin təkmilləşdirilməsi və digər sahələ-
rdə müxtəlif yeniliklər və yeni texnologiyalar tətbiq et-
məkdə davam edir. Hazırda Google tərcüməçi sistemində 
dillərin ümumi sayı 80-i ötüb keçmişdir. 
9.4.  Google sisteminin axtarış alqoritmləri 
Google sistemində informasiyanın axtarılması  və  nəti-
cələrdən ibarət səhifənin yaradılması prosesi özündə bir 
çox komponentləri birləşdirir. Google axtarışın dəqiqliyini 
yüksəltmək üçün daim özünün axtarış texnologiyalarını 


256 
təkmilləşdirir, biliklər şəbəkəsi və canlı axtarış kimi unikal 
innovativ həllərdən istifadə edir və layihələr həyata keçirir.  
Google axtarış sistemində istifadə olunan proseslərin 
müxtəlifliyi barədə  təsəvvürə malik olmağa imkan verən 
layihələr aşağıda baxılır. 
9.4.1.  İnternet saytların indeksləşdirilməsi alqoritmi 
Google axtarış robotu Googlebot adlanan UserAgent mo-
duluna malikdir. Googlebot axtarış indeksinin yaradılması 
üçün web-səhifələrin məzmununu skanlaşdıran  əsas robot 
proqramıdır. Google sistemində bu robot proqramından əla-
və daha bir neçə xüsusiləşdirilmiş robotlar mövcuddur: 
-  Googlebot-Mobile – mobil qurğular üçün web-sayt-
ları indeksləşdirən robot; 
-  Google Search Appliance (Google) gsa-crawler – yeni 
Search Appliance aparat-proqram kompleksinin ax-
tarış robotu; 
-  Googlebot-Image – şəkillərin indeksləşdirilməsi 
üçün səhifələri skanlaşdıran robot; 
-  Mediapartners-Google – AdSense məzmunu müəy-
yənləşdirmək üçün səhifənin məzmununu skanlaşdı-
ran robot; 
-  Adsbot-Google – AdWords məqsədli səhifələrin key-
fiyyətinin qiymətləndirilməsi üçün məzmunu skan-
laşdıran robot. 
Yeni saytların indeksləşdirilməsi zamanı onlara axtarış 
göstəricilərinin ilkin qiymətlərinin mənimsədilməsi üçün 
Google tərəfindən iki yanaşmadan istifadə olunur. Birinci 
yanaşmaya əsasən, yeni domen adlarına malik olan, sahib-
lərini və server adlarını tez-tez dəyişən saytlar “gözləmə 
zonasına” yerləşdirilir. Yalnız Google axtarış mexanizm-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə