Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

265 
Google-un kataloqu. Google kataloqu mövzu kateqo-
riyaları üzrə  təşkil olunmuş web-saytlara baxmağa və 
onlar üzrə axtarış aparmağa imkan verir. Google-un web-
kataloqu axtarış texnologiyasını Open Directory project 
kateqoriyalaşdırma sistemi ilə birləşdirir və dünyanın 75 
dilində girişlə təmin edilir.  
Dodgeball.  Dodgeball mobil rabitə istifadəçilərin yer-
ləşdiyi yerlər nəzərə alınmaqla qarşılıqlı  fəaliyyətinin 
əlaqələndirilməsinə kömək edən şəbəkə xidmətidir. 
Google-maliyyə. Google-maliyyə xidməti fondlar, açıq 
və qapalı aksioner şirkətlər haqqında işgüzar və maliyyə 
məlumatlarına tez və sadə girişi təqdim edir. 
Gmail.  Gmail Google-un pulsuz elektron poçt xidmə-
tidir. Gmail istifadəçilərə pulsuz yaddaş  və Google-un 
daxili axtarış texnologiyasını təklif edir. Gmail güclü süz-
gəc vasitəsilə daxil olan elektron poçt göndərişləri ara-
sında spamları (arzu olunmaz poçt göndərişlərini) aşkar 
edir və istifadəçilər üçün yarana biləcək narahatçılığı ara-
dan qaldırır. Eyni zamanda, Gmail antivirus qorumasını 
təmin edir. 
Hazırda Gmail dünyanın  əksər dillərində istifadə olu-
nur. Gmail daxil olan poçtun avtomatik başqa ünvana gön-
dərilməsini və POP protokolu vasitəsilə daxilolmanı real-
laşdırır. Onun xidmətləri internetə qoşulmuş mobil qurğu-
ların (telefonların, planşetlərin və s.) istifadəçiləri üçün də 
açıqdır. 
Google qrupları.  Şəxsi göndərmə  və  xəbərdaretmə si-
yahılarının yaradılması, eləcə də açıq müzakirələrin təşkili 
üçün Google qruplardan istifadə etmək olar. 
iGoogle.  iGoogle istifadəçilərə Google saytının özləri 
tərəfindən yaradılmış əsas səhifəsinə ani girişi təmin edir. 


266 
İstifadəçilər bu səhifəyə Gmail və Google News xidmətlə-
rini, konkret saytlara əlfəcini (qoşulma üçün nişanı), hava 
proqnozunu, kinofilmlərin cədvəlini və s. yerləşdirə bilər-
lər. iGoogle səhifəsi Google-un əsas səhifəsini əvəz etmir. 
Belə ki, istifadəçilər “Klassik səhifə” və ya “şəxsi səhifə” 
seçməklə iGoogle-un əsas səhifəsini Google-un əsas səhi-
fəsi ilə və ya əksinə dəyişə bilərlə.  
Google  şəkillərin axtarılması.  Google  şəkillərin axta-
rılması indeksində internetdə  nəşr olunmuş milyardlarla 
təsvirlər və onlar haqqında məlumatlar saxlanılır. Google 
şəkillərin axtarılması funksiyasını daha faydalı və əlverişli 
etmək üçün təsvirin ölçüsü, formatı, parlaqlığı  və  əlvan-
lığı, eləcə də verilmiş saytlar və domenlər üzrə geniş axta-
rış imkanları təklif olunur. 
Google Labs. Google Labs Google şirkətinin mühən-
disləri və novator istifadəçiləri üçün nəzərdə tutulmuş 
məşq poliqonudur. Google Lab-da yeni məhsulların proto-
tipləri yerləşdirilir, həmin texnologiyanın tətbiqi və  tək-
milləşdirilməsi ilə bağlı istifadəçilərdən təkliflərin veril-
məsi xahiş olunur. 
Google Local. Google Local xidməti istifadəçilərə poçt 
indeksləri, şəhər adları və konkret ünvanlar üzrə yerli təş-
kilatlar və müəssisələr haqqında relevant informasiyanı 
tapmaq imkanı verir. 
Google Map. Google Map ərazinin xəritəsini təqdim 
edir. Onun köməyi ilə istifadəçi yer üzərində istənilən əra-
zinin xəritəsinə,  şəhərin, küçələrin planına baxa, marşrut 
üzrə  hərəkət istiqamətini müəyyən edə bilər. Bu zaman 
xəritəni sağa, sola, yuxarı və aşağı sürüşdürmək, xəritənin 
miqyasını artırmaqla təqdim olunan təsviri böyütmək 
mümkündür. 


267 
Mobil qurğular üçün Google. Mobil qurğular üçün 
Google məhsulları telefonlar, planşetlər və s. üçün xüsusi 
olaraq elə şəkildə işlənib hazırlanmışdır ki, zəruri informa-
siya həmin qurğuların ekranına yerləşə bilsin. Mobil qur-
ğular üçün Google məhsulları  aşağıdakı funksiyaları  təq-
dim edir: 
- web-axtarış; 
- şəkillərin axtarışı; 
- Google Map; 
- WAP-axtarış; 
- Google SMS (Google-un qısa məlumatlar xidməti). 
Google News. Google News xidməti dünyanın 10000-
dən artıq xəbər mənbəsindən məlumatın toplanmasını hə-
yata keçirir, xəbər məlumatlarını internetdə  dərc olunan-
dan sonra bir neçə  dəqiqə  ərzində axtarış üçün müvafiq 
formatda təqdim edir. Mühüm xəbərlər haqqında məlu-
matları Google News xidmətinin əsas səhifəsində başlıqlar 
şəklində yerləşdirir. Bu başlıqlar təsvir üçün heç bir siyasi 
baxış və ideologiyadan asılı olmadan yalnız kompüter al-
qoritmindən istifadə olunmaqla seçilir. 
Mobil qurğular üçün fərdi əsas səhifə. iGoogle səhifə-
sinin mobil versiyası kompüter versiyasında olduğu kimi 
eyni məzmuna malik olur. Lakin mobil qurğular üçün 
fərdiləşdirilmiş  əsas səhifə istifadəçiyə lazım olan bütün 
məzmunun xüsusi olaraq kiçik ekranlarda oxunması üçün 
rahat olan formatda özündə birləşdirir. 
Fərdiləşdirilmiş axtarış.  Google tərəfindən həyata ke-
çirilən fərdiləşdirilmiş axtarış ayrıca istifadəçi üçün vacib 
olan nəticənin ona verilməsini təmin edir. Web-axtarışın 
tarixi funksiyası istifadəçilərə özlərinin apardıqları axtarı-
şın tarixçəsini müşahidə və idarə etməyə, hansı nəticələr-


268 
dən istifadə etdiklərini görməyə imkan verir. Vaxt keç-
dikcə bu məlumat fərdiləşdirilmiş axtrışın təşkili üçün 
istifadə olunur. 
Malların axtarışı.  Malların axtarışı istifadəçilər (alıcı-
lar) tərəfindən internet vasitəsilə şəbəkədə və mağazalarda 
lazım olan malların axtarılıb tapılması və alınmasını həya-
ta keçirmək üçün Google tərəfindən işlənib hazırlanmış 
axtarış mexanizmidir. 
Google Reader. Google Reader web-texnologiya üzə-
rində qurulmuş oxuma proqramı olub, internetdə lazımi 
məlumatların aşkarlanması  və abunə yazılışının təşkilini 
asanlaşdırır. Bu funksiyadan istifadə etməklə istifadəçilər 
gündəlik istifadə olunan məlumatların internet vasitəsilə 
əldə olunmasını  təşkil edə  və beləliklə, son hadisələr ba-
rədə daim məlumat ala bilərlər. 
Google Academy. Google Academy elmi ədəbiyyatın 
axtarılması üçün istifadə olunur. Burada elmi ədəbiyyat 
dedikdə geniş dairədə elmi nəşriyyatlar, peşəkar qruplar, 
siqnal nüsxələrinin verilənlər bazaları, universitetlər tərə-
findən nəşr olunan elmi materiallar (ekspertlər tərəfindən 
attestasiya olunmuş  işlər, dissertasiyalar, monoqrafiyalar, 
avtoreferatlar, siqnal nüsxələri, referatlar, elmi məqalələr, 
texniki hesabatlar və s.) nəzərdə tutulur. 
Google Video. Google Video peşəkarlar və həvəskarlar 
tərəfindən yaradılmış və internetdə yerləşdirilmiş mümkün 
videotəsvirlərin axtarılıb tapılması üçün nəzərdə tutul-
muşdur. Google Video çərçivəsində Google Video Store 
videomağazası yaradılmışdır. Burada istifadəçilər nəhəng 
televiziya şəbəkələri, sərbəst prodüsserlər, kinofilm çəkən-
lər və ayrı-ayrı müəlliflər tərəfindən istehsal olunmuş vi-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə