Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

269 
deomaterialların böyük assortimentini ala və kirayə götürə 
bilərlər.  
Web-masterlər üçün alətlər. Google-un web-masterlər 
üçün pulsuz təklif olunan alətləri web-saytları Google-
robotlar üçün daha rahat edir. Bu alətlər çərçivəsində web-
masterlərə təklif olunan Sitemaps funksiyası sayt haqqında 
geniş  məlumatı Google axtarış sisteminə çatdırmaq məq-
sədilə saytın xəritəsini özündə saxlayan faylı bu sistemə 
ötürə bilir. 
Google-un web-axtarış imkanları.  İnternetin milyon-
larla web-səhifələrinə geniş giriş imkanları ilə yanaşı 
Google-un web-axtarış xidmətinə  şəbəkədə istifadəçilərə 
məhz axtardıqlarını tapmağa imkan verən xüsusi funksi-
yalar  əlavə edilmişdir. Bunlara aşağıdakıları aid etmək 
olar: 
Genişləndirilmiş axtarış funksiyası – istifadəçilərə 
daha mürəkkəb (bul cəbrindən istifadə etməklə, dil-
lərin, ölkələrin və ya web-saytların meyarları üzrə 
məhdudlaşdırmaqla) sorğular tərtib etməyə imkan 
verir; 
Düzgün yazılışın yoxlanması – sorğuda orfoqrafik və 
ya texniki səhvlərin olması ehtimal edildikdə 
alternativ axtarış şərti təklif olunur; 
Web-səhifələrin tərcüməsi – fransız, alman, italyan, 
portuqal, rus, ispan və digər dillərdə  nəşr olunmuş 
web-səhifələri ingilis və əksinə tərcümə edir.  
Birja qiymət təyin etməsi – aksiyalar və pay fondları 
haqqında məlumatlara istinadları təqdim edir; 
Kücələrin xəritələri – küçələrin xəritələrinə istinadları 
təqdim edir və avtomobil surmə üçün istiqamət verir; 


270 
Kalkulyator – riyazi məsələləri, o cümlədən sadə arif-
metik hesablamaların aparılması, mürəkkəb riyazi və 
ya fiziki əmsalların hesablanması, ölçü vahidlərinin 
çevrilməsi məsələlərini həll edir; 
Mənaların müəyyən edilməsi - Google tərəfindən əlif-
ba göstəricisinə daxil edilmiş  məzmun  əsasında 
sözlərin və ya ifadələrin mənalarını (təriflərini) təqdim 
edir; 
Telefon kitabçası – ABŞ-da küçə ünvanlarını, müəs-
sisələrin və yaşayış evlərinin telefon nömrələrini 
təqdim edir;  
Nömrənin izlənməsi – FedEx, UPS və USPS bağla-
malarının izləmə nömrələrini, nəqliyyat vasitələrinin 
identifikasiya nömrələrini, məhsulların kodlarını,  şə-
hərlərin telefon kodlarını, patentlərin nömrələrini, 
FAA hava gəmilərinin qeydiyyat nömrələrini və FCC 
avadanlıqlarının identifikasiya nömrələrini daxil 
etməklə tez axtarış aparmağa imkan verir. 
Səyahətçilər üçün məlumat – insanlara ABŞ-ın avia-
reysləri, aeroportlarında gecikmələr və hava şəraiti 
barədə son məlumatları əldə etməyə imkan verir 
İstinadların keş yaddaşa yazılması – indeksləşdirmə 
zamanı web-səhifələrin ani çəkilmiş şəkillərini təqdim 
edir. 
Google Analytics. Google Analytics xidməti reklamçı-
lara və naşirlərə marketing kampaniyalarını daha effektiv 
aparmağa, web-saytlarını daha məhsuldar etməyə imkan 
verir 
Google Blogger. Blogger web-texnolgiya üzərində qu-
rulmuş aparıcı  nəşretmə aləti olub, insanlara şəbəkə jur-


271 
nallarından və bloqlardan istifadə etməklə öz məlumatları-
nı ani olaraq internetdə nəşr etməyə imkan verir. 
Google-təqvim.  Google-təqvim web-texnolgiya üzərin-
də qurulmuş, istifadəçilər üçün vacib olan bütün təqvim 
məlumatlarını, o cümlədən dostlar və qruplar tərəfindən 
birgə istifadə olunan təqvimləri bir yerdə saxlamağa 
imkan verən pulsuz xidmətdir.  
Google-kod. Google şirkətinə məxsus elmi-texniki işlə-
mələrlə maraqlanan kənar mütəxəssislər bu sayta daxil 
olaraq proqram məhsullarının ilkin kodlarını  və API xid-
mətlərin siyahılarını əldə edə bilərlər. 
Google Desktop. Google Desktop proqramı istifadəçi-
lərə öz kompüterlərində asanlıqla axtarış aparmaq imkanı 
verən pulsuz müştəri proqramıdır. Google desktop elek-
tron poçtu, fayllar, musiqi, fotoşəkillər, çatlar, baxılmış 
web-səhifələr və s. üzrə tammətnli axtarış aparmaq imkan 
verir. 
Google Earth. Google Earth istifadəçilərə internet vasi-
təsilə Yer kürəsinin rəqəmsal 3D-modelini təqdim edən 
yeganə proqramdır. 
Mobil qurğular üçün xəritələr.  Mobil qurğular üçün 
xəritə proqrmı mobil qurğular vasitəsilə  ərazinin xəritəsi 
üzrə marşrutu müəyyən etməyə, lazımi yeri tapmağa, 
ərazinin sputnik vasitəsilə  çəkilmiş  təsvirlərinə baxmağa 
imkan verir. 
Picasa.  Picasa ani zaman kəsiyində  təsvirlərin inter-
netdən tapılması, redaktə edilməsi, eləcə  də istifadəçinin 
kompüterində olan təsvirlərin internetdə  nəşr olunması 
üçün nəzərdə tutulmuş Google-un saytından pulsuz 
yüklənə bilən proqram təminatı olub 


272 
Alətlər paneli. Google alətlər paneli pulsuz yüklənir və 
istifadəçinin web-brauzerinin pəncərəsinə əlavə olunur. 
Google Chrome. Google Chrome istifadəçilərə inter-
netdə sadə, asan, sürətlə və təhlükəsiz işləməyə imkan ve-
rən web-brauzerdir. 2008-ci ildə istifadəyə verilməsinə 
baxmayaraq, internet istifadəçilərinin əksəriyyəti bu brau-
zerdən istifadə edir.  
Youtube.  Youtube video təsvirlər, video çarxlar, film-
lər, kliplər və s. bankı olub, istifadəçilərə bu bankda olan 
video materiallar üzrə axtarış aparmağa, onlara baxmağa, 
onları öz kompüterinə yükləməyə, eləcə də öz videolarını 
Youtube-da nəşr etməyə imkan verən, multimediya im-
kanlarına malik nəhəng sistemidir. 
9.5.  Google sisteminin axtarış imkanları  
Google PDF, RTF, PostScript, Microsoft, Word, 
Microsoft Excel, Microsoft PowerPoint və digər formatlı 
sənədlərdə axtarış aparmağa imkan verir. Axtarış alqorit-
minin effektivliyini yüksəltmək və  nəticənin keyfiyyətini 
daha da yaxşılaşdırmaq məqsədilə  həyata keçirilmiş 
layihələr Google sistemində aşağıdakı imkanların reallaş-
dırılmasına gətirib çıxarmışdır: 
Cavabların və ilkin zəruri məlumatların təqdim edil-
məsi. Axtarışın nəticəsinin, hava haqqında sorğular 
üzrə cavabların, son hadisə və yarışların nəticələri, ay-
rı-ayrı faktlar barədə məlumatların dərhal istifadəçiyə 
təqdim edilməsi təmin olunur. 
Sorğuların mənasının başa düşülməsi və avtomatik 
daxil edilməsi. İstifadəçi tərəfindən daxil edilmə pro-
sesində axtarış sorğusunun qabaqcadan xəbər veril-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə