269
deomaterialların böyük assortimentini ala və kirayə götürə
bilərlər.
Web-masterlər üçün alətlər. Google-un web-masterlər
üçün pulsuz təklif olunan alətləri web-saytları Google-
robotlar üçün daha rahat edir. Bu alətlər çərçivəsində web-
masterlərə təklif olunan Sitemaps funksiyası sayt haqqında
geniş məlumatı Google axtarış sisteminə çatdırmaq məq-
sədilə saytın xəritəsini özündə saxlayan faylı bu sistemə
ötürə bilir.
Google-un web-axtarış imkanları. İnternetin milyon-
larla web-səhifələrinə geniş giriş imkanları ilə yanaşı
Google-un web-axtarış xidmətinə şəbəkədə istifadəçilərə
məhz axtardıqlarını tapmağa imkan verən xüsusi funksi-
yalar əlavə edilmişdir. Bunlara aşağıdakıları aid etmək
olar:
- Genişləndirilmiş axtarış funksiyası – istifadəçilərə
daha mürəkkəb (bul cəbrindən istifadə etməklə, dil-
lərin, ölkələrin və ya web-saytların meyarları üzrə
məhdudlaşdırmaqla) sorğular tərtib etməyə imkan
verir;
- Düzgün yazılışın yoxlanması – sorğuda orfoqrafik və
ya texniki səhvlərin olması ehtimal edildikdə
alternativ axtarış şərti təklif olunur;
- Web-səhifələrin tərcüməsi – fransız, alman, italyan,
portuqal, rus, ispan və digər dillərdə nəşr olunmuş
web-səhifələri ingilis və əksinə tərcümə edir.
- Birja qiymət təyin etməsi – aksiyalar və pay fondları
haqqında məlumatlara istinadları təqdim edir;
- Kücələrin xəritələri – küçələrin xəritələrinə istinadları
təqdim edir və avtomobil surmə üçün istiqamət verir;
270
- Kalkulyator – riyazi məsələləri, o cümlədən sadə arif-
metik hesablamaların aparılması, mürəkkəb riyazi və
ya fiziki əmsalların hesablanması, ölçü vahidlərinin
çevrilməsi məsələlərini həll edir;
- Mənaların müəyyən edilməsi - Google tərəfindən əlif-
ba göstəricisinə daxil edilmiş məzmun əsasında
sözlərin və ya ifadələrin mənalarını (təriflərini) təqdim
edir;
- Telefon kitabçası – ABŞ-da küçə ünvanlarını, müəs-
sisələrin və yaşayış evlərinin telefon nömrələrini
təqdim edir;
- Nömrənin izlənməsi – FedEx, UPS və USPS bağla-
malarının izləmə nömrələrini, nəqliyyat vasitələrinin
identifikasiya nömrələrini, məhsulların kodlarını, şə-
hərlərin telefon kodlarını, patentlərin nömrələrini,
FAA hava gəmilərinin qeydiyyat nömrələrini və FCC
avadanlıqlarının identifikasiya nömrələrini daxil
etməklə tez axtarış aparmağa imkan verir.
- Səyahətçilər üçün məlumat – insanlara ABŞ-ın avia-
reysləri, aeroportlarında gecikmələr və hava şəraiti
barədə son məlumatları əldə etməyə imkan verir
- İstinadların keş yaddaşa yazılması – indeksləşdirmə
zamanı web-səhifələrin ani çəkilmiş şəkillərini təqdim
edir.
Google Analytics. Google Analytics xidməti reklamçı-
lara və naşirlərə marketing kampaniyalarını daha effektiv
aparmağa, web-saytlarını daha məhsuldar etməyə imkan
verir
Google Blogger. Blogger web-texnolgiya üzərində qu-
rulmuş aparıcı nəşretmə aləti olub, insanlara şəbəkə jur-
271
nallarından və bloqlardan istifadə etməklə öz məlumatları-
nı ani olaraq internetdə nəşr etməyə imkan verir.
Google-təqvim. Google-təqvim web-texnolgiya üzərin-
də qurulmuş, istifadəçilər üçün vacib olan bütün təqvim
məlumatlarını, o cümlədən dostlar və qruplar tərəfindən
birgə istifadə olunan təqvimləri bir yerdə saxlamağa
imkan verən pulsuz xidmətdir.
Google-kod. Google şirkətinə məxsus elmi-texniki işlə-
mələrlə maraqlanan kənar mütəxəssislər bu sayta daxil
olaraq proqram məhsullarının ilkin kodlarını və API xid-
mətlərin siyahılarını əldə edə bilərlər.
Google Desktop. Google Desktop proqramı istifadəçi-
lərə öz kompüterlərində asanlıqla axtarış aparmaq imkanı
verən pulsuz müştəri proqramıdır. Google desktop elek-
tron poçtu, fayllar, musiqi, fotoşəkillər, çatlar, baxılmış
web-səhifələr və s. üzrə tammətnli axtarış aparmaq imkan
verir.
Google Earth. Google Earth istifadəçilərə internet vasi-
təsilə Yer kürəsinin rəqəmsal 3D-modelini təqdim edən
yeganə proqramdır.
Mobil qurğular üçün xəritələr. Mobil qurğular üçün
xəritə proqrmı mobil qurğular vasitəsilə ərazinin xəritəsi
üzrə marşrutu müəyyən etməyə, lazımi yeri tapmağa,
ərazinin sputnik vasitəsilə çəkilmiş təsvirlərinə baxmağa
imkan verir.
Picasa. Picasa ani zaman kəsiyində təsvirlərin inter-
netdən tapılması, redaktə edilməsi, eləcə də istifadəçinin
kompüterində olan təsvirlərin internetdə nəşr olunması
üçün nəzərdə tutulmuş Google-un saytından pulsuz
yüklənə bilən proqram təminatı olub
272
Alətlər paneli. Google alətlər paneli pulsuz yüklənir və
istifadəçinin web-brauzerinin pəncərəsinə əlavə olunur.
Google Chrome. Google Chrome istifadəçilərə inter-
netdə sadə, asan, sürətlə və təhlükəsiz işləməyə imkan ve-
rən web-brauzerdir. 2008-ci ildə istifadəyə verilməsinə
baxmayaraq, internet istifadəçilərinin əksəriyyəti bu brau-
zerdən istifadə edir.
Youtube. Youtube video təsvirlər, video çarxlar, film-
lər, kliplər və s. bankı olub, istifadəçilərə bu bankda olan
video materiallar üzrə axtarış aparmağa, onlara baxmağa,
onları öz kompüterinə yükləməyə, eləcə də öz videolarını
Youtube-da nəşr etməyə imkan verən, multimediya im-
kanlarına malik nəhəng sistemidir.
9.5. Google sisteminin axtarış imkanları
Google PDF, RTF, PostScript, Microsoft, Word,
Microsoft Excel, Microsoft PowerPoint və digər formatlı
sənədlərdə axtarış aparmağa imkan verir. Axtarış alqorit-
minin effektivliyini yüksəltmək və nəticənin keyfiyyətini
daha da yaxşılaşdırmaq məqsədilə həyata keçirilmiş
layihələr Google sistemində aşağıdakı imkanların reallaş-
dırılmasına gətirib çıxarmışdır:
- Cavabların və ilkin zəruri məlumatların təqdim edil-
məsi. Axtarışın nəticəsinin, hava haqqında sorğular
üzrə cavabların, son hadisə və yarışların nəticələri, ay-
rı-ayrı faktlar barədə məlumatların dərhal istifadəçiyə
təqdim edilməsi təmin olunur.
- Sorğuların mənasının başa düşülməsi və avtomatik
daxil edilməsi. İstifadəçi tərəfindən daxil edilmə pro-
sesində axtarış sorğusunun qabaqcadan xəbər veril-
Dostları ilə paylaş: |