261
9.4.6. Google Panda
Yuxarıda qeyd olunduğu kimi, 2011-ci ildə Google
axtarış sistemi Panda adlanan yeni nizamlama alqoritmi
istifadəyə verdi. Bu alqoritm insan amilinə (davranış
amilinə) yönəlmiş olması ilə əvvəlki işləmələrdən kəskin
fərqlənirdi. Panda alqoritmi nizamlama zamanı digər adi
meyarlarla yanaşı, istifadəçilərin davranışlarını ciddi
nəzərə alır. Məsələn, yalnız istifadəçinin saytda olması
vaxtı deyil, həmçinin onun saytdakı hərəkətləri (nə ilə
məşğul olması), sorğunu təşkil edən elementlərə aid olan
istinadlar üzrə keçidlər və s. nəzərə alınır. Nəticədə alqo-
ritm bir çox saytları keyfiyyətli saytlara qoyulan tələblərə
cavab vermədiyi üçün axtarışın nəticəsində sona doğru
sürüşdürülür.
Saytların Panda alqoritminin süzgəcindən keçməməsinə
səbəb ola biləcək əsas amillər aşağıdakılardır:
- kontentin (məzmunun) unikallıq səviyyəsinin aşağı
olması;
- başlığına relevant olmayan çoxlu sayda web-
səhifələrin olması;
- açar sozlərə görə həddən artıq optimallaşdırma (açar
sözləri süni şəkildə istifadə etmə);
- həm ayrı-ayrı web-səhifələrə, həm də bütövlükdə
sayta baxmaqdan imtina edilməsi faizinin yüksək
olması;
- istifadəçilərin saytda keçirdiyi vaxtın orta qiymətinin
aşağı olması;
- qeyri-relevant reklam;
- unikal və qeyri-unikal mətnlərin nisbətinin kəskin
mənfi olması;
262
- məzmunun bir şəkildə (yeknəsəq) formatlaşdırılması
və strukturlaşdırılması;
- daxili istinadların dar çərçivəli olması.
9.4.7. Google Penguin (Pinqvin)
2012-ci ildə Google Penguin alqoritmi fəaliyyətə baş-
ladıqdan sonra bir çox saytların axtarışların nəticələrində
mövqeləri aşağı düşməyə başladı. Bu alqoritm də digər
alqoritmlər kimi süzgəc funksiyasını yerinə yetirir. Onun
qarşısında qoyulmuş vəzifə axtarış sisteminin keyfiyyətsiz
informasiya ehtiyatlarından təmizlənməsindən ibarətdir.
Google Penguin alqoritmi aşağıdakı səbəblərdən sayt-
ların reytinqini aşağı sala və ya onları axtarışın nəticə-
sindən çıxara bilər:
- bir-birinə istinad çəkiləri ötürmək məqsədilə digər
tərəfdaş saytlarla fəal istinad əlaqələrinin qurulması və
axtarış alqoritmlərinin aldadılması;
- saytdan çıxan istinadların satılması, başqa sözlə sayt-
dan digər sayta qeyri-tematik istinadların qoyulması;
- axtarış trafikini cəlb etmək və reklam vasitəsilə
qazanmaq məqsədilə böyük sayda şablon səhifələrin
istifadəsi;
- açar sözlərin daxili və xarici istinadlar üçün həddən
artıq istifadəsi;
- digər internet ehtiyatlardan materialların istifadəsi;
- kataloq və bloqlarda keyfiyyətsiz məqalələr vasitəsilə
yaradılmış web-spamların mövcudluğu;
- mətninin və meta-teqlərin yaradılması zamanı çoxlu
sayda açar sözlərin süni istifadəi yolu ilə web-
səhifənin saytda lüzumsuz optimallaşdırılması;
263
- reklamlarla həddən artıq yüklənməsi səbəbindən əsas
səhifənin axtarışın nəticəsində mövqeyini itirməsi.
9.4.8. Google axtarış sisteminin əsas məhsulları
Google AdWords proqramı. Google AdWords proq-
ramı reklamçılara öz məhsul və xidmətlərinin maraqlı (bu
məhsul və xidmətlərlə maraqlana biləcək) şəxslərə çatdı-
rılması imkanını verən qlobal reklam proqramıdır.
Google AdSense proqramı. Google AdSense proqramı
Google Network məzmunlu saytlar şəbəkəsinə daxil
edilmiş web-saytlara onların məzmunu ilə sıx bağlı olan
qrafik və mətn tipli peklam və elanları avtomatik gös-
tərməyə imkan verir. Bu reklam və elanlar elə seçilir ki,
onlar həqiqətən də istifadəçiləri (oxucuları) kifayət qədər
maraqlandırmış olsun.
Google bildiriş. Google sistemində istifadəçinin verdiyi
axtarış meyarlarına uyğun olan yeni axtarış nəticələri
meydana çıxdıqda ona elektron poçtu vasitəsilə avtomatik
olaraq məktub göndərilir. Hazırda üç növ bildiriş təklif
olunur:
- Xəbərlər üçün bildiriş;
- Web-axtarış üçün bildiriş;
- Xəbərlər və web-axtarış üçün bildiriş.
Xəbərlər üçün bildiriş elektron poçtu vasitəsilə göndəri-
lən məlumat olub, Google News üzrə axtarışın nəticəsində
birinci onluqda yer alan yeni məqalələr barədə xəbərdarlıq
edir. Web-axtarış üçün bildiriş elektron poçtu vasitəsilə
göndərilən məlumat olub, istifadəçinin daxil etdiyi axtarış
sorğusu üzrə nəticədə ilk iyirmi sırada yer alan yeni web-
səhifələrin peyda olması haqqında xəbər verir. Xəbərlər və
web-axtarış üçün bildiriş əvvəlki iki bildirişi özündə
264
birləşdirir və istifadəçinin sorğusuna uyğun olaraq apa-
rılan axtarış nəticəsində həm Google News üzrə ilk
onluqda, həm də web-axtarış üzrə ilk iyirmilikdə olan yeni
məqalələr barədə məlumat verir.
Bloqlar üzrə Google axtarış. Bloqlar üzrə Google
axtarış internetdə olan bloqların məzmunları üzrə ən sadə
axtarış növüdür. Google-un web-axtarış sistemi tərəfindən
idarə olunan bloqlar üzrə axtarış modulu şəbəkəyə qoşul-
muş olan milyonlarla bloqlar (bloqların adları, müəllifləri,
tarixləri və məlumatları) üzrə axtarış aparır və yeni, re-
levant nəticəni təqdim edir.
Google kitab axtarışı. Google kitab axtarışı kitabların
məzmunlarının indeksi olub, istifadəçiyə lazımi kitabı tap-
mağa imkan yaradır. Adi kataloqa müvafiq olaraq Google
kitab axtarışı kitabı tam şəkildə mağazadan və kitabxa-
nadan əldə etməyin mümkün olması barədə məlumat verir.
Bu xidmət istifadəçiyə dünyanın müxtəlif mağaza, kitab-
xana və nəşriyyatlarında olan milyonlarla kitabların mətn-
ləri üzrə axtarış aparmağa, kitabların qısa məzmununa
qabaqcadan baxmağa, onları elektron və ya çap məhsulu
şəklində əldə etməyə kömək edir.
Google Catalogs. Google Catalogs vasitəsilə 6600-dən
artıq bağlama ticarəti kataloqlarının tam mətninə giriş
təqdim edilir.
Google-un istifadəçi axtarışı sistemi. Google-un baza
axtarış texnologiyasının tətbiqi ilə yaradılmış və sazlanan
istifadəçi axtarış sistemi axtarışın nəticəsini istifadəçi tərə-
findən göstərilmiş web-saytlar və web-səhifələr üzrə ni-
zamlayır və yaxud məhdudlaşdırır. Bu sistem axtarış pro-
sesini spesifik məsələlərə və konkret bilik sahələrinə uy-
ğun sazlamağa imkan verir.
Dostları ilə paylaş: |