Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

261 
9.4.6.  Google Panda  
Yuxarıda qeyd olunduğu kimi, 2011-ci ildə Google 
axtarış sistemi Panda adlanan yeni nizamlama alqoritmi 
istifadəyə verdi. Bu alqoritm insan amilinə (davranış 
amilinə) yönəlmiş olması ilə  əvvəlki işləmələrdən kəskin 
fərqlənirdi. Panda alqoritmi nizamlama zamanı digər adi 
meyarlarla yanaşı, istifadəçilərin davranışlarını ciddi 
nəzərə alır. Məsələn, yalnız istifadəçinin saytda olması 
vaxtı deyil, həmçinin onun saytdakı  hərəkətləri (nə ilə 
məşğul olması), sorğunu təşkil edən elementlərə aid olan 
istinadlar üzrə keçidlər və s. nəzərə alınır. Nəticədə alqo-
ritm bir çox saytları keyfiyyətli saytlara qoyulan tələblərə 
cavab vermədiyi üçün axtarışın nəticəsində sona doğru 
sürüşdürülür.  
Saytların Panda alqoritminin süzgəcindən keçməməsinə 
səbəb ola biləcək əsas amillər aşağıdakılardır: 
- kontentin (məzmunun) unikallıq səviyyəsinin aşağı 
olması; 
- başlığına relevant olmayan çoxlu sayda web-
səhifələrin olması; 
- açar sozlərə görə  həddən artıq optimallaşdırma (açar 
sözləri süni şəkildə istifadə etmə); 
- həm ayrı-ayrı web-səhifələrə, həm də bütövlükdə 
sayta baxmaqdan imtina edilməsi faizinin yüksək 
olması; 
- istifadəçilərin saytda keçirdiyi vaxtın orta qiymətinin 
aşağı olması; 
- qeyri-relevant reklam; 
- unikal və qeyri-unikal mətnlərin nisbətinin kəskin 
mənfi olması; 


262 
- məzmunun bir şəkildə (yeknəsəq) formatlaşdırılması 
və strukturlaşdırılması; 
- daxili istinadların dar çərçivəli olması. 
9.4.7.  Google Penguin (Pinqvin)  
2012-ci ildə Google Penguin alqoritmi fəaliyyətə baş-
ladıqdan sonra bir çox saytların axtarışların nəticələrində 
mövqeləri aşağı düşməyə başladı. Bu alqoritm də digər 
alqoritmlər kimi süzgəc funksiyasını yerinə yetirir. Onun 
qarşısında qoyulmuş vəzifə axtarış sisteminin keyfiyyətsiz 
informasiya ehtiyatlarından təmizlənməsindən ibarətdir.  
Google Penguin alqoritmi aşağıdakı  səbəblərdən sayt-
ların reytinqini aşağı sala və ya onları axtarışın nəticə-
sindən çıxara bilər: 
- bir-birinə istinad çəkiləri ötürmək məqsədilə digər 
tərəfdaş saytlarla fəal istinad əlaqələrinin qurulması və 
axtarış alqoritmlərinin aldadılması; 
- saytdan çıxan istinadların satılması, başqa sözlə sayt-
dan digər sayta qeyri-tematik istinadların qoyulması; 
- axtarış trafikini cəlb etmək və reklam vasitəsilə 
qazanmaq məqsədilə böyük sayda şablon səhifələrin 
istifadəsi; 
- açar sözlərin daxili və xarici istinadlar üçün həddən 
artıq istifadəsi; 
- digər internet ehtiyatlardan materialların istifadəsi; 
- kataloq və bloqlarda keyfiyyətsiz məqalələr vasitəsilə 
yaradılmış web-spamların mövcudluğu; 
- mətninin və meta-teqlərin yaradılması zamanı çoxlu 
sayda açar sözlərin süni istifadəi yolu ilə web-
səhifənin saytda lüzumsuz optimallaşdırılması; 


263 
- reklamlarla həddən artıq yüklənməsi səbəbindən  əsas 
səhifənin axtarışın nəticəsində mövqeyini itirməsi. 
9.4.8.  Google axtarış sisteminin əsas məhsulları 
Google AdWords proqramı.  Google AdWords proq-
ramı reklamçılara öz məhsul və xidmətlərinin maraqlı (bu 
məhsul və xidmətlərlə maraqlana biləcək)  şəxslərə çatdı-
rılması imkanını verən qlobal reklam proqramıdır. 
Google AdSense proqramı. Google AdSense proqramı 
Google Network məzmunlu saytlar şəbəkəsinə daxil 
edilmiş web-saytlara onların məzmunu ilə  sıx bağlı olan 
qrafik və  mətn tipli peklam və elanları avtomatik gös-
tərməyə imkan verir. Bu reklam və elanlar elə seçilir ki, 
onlar həqiqətən də istifadəçiləri (oxucuları) kifayət qədər 
maraqlandırmış olsun.  
Google bildiriş. Google sistemində istifadəçinin verdiyi 
axtarış meyarlarına uyğun olan yeni axtarış  nəticələri 
meydana çıxdıqda ona elektron poçtu vasitəsilə avtomatik 
olaraq məktub göndərilir. Hazırda üç növ bildiriş  təklif 
olunur: 
- Xəbərlər üçün bildiriş; 
- Web-axtarış üçün bildiriş; 
- Xəbərlər və web-axtarış üçün bildiriş. 
Xəbərlər üçün bildiriş elektron poçtu vasitəsilə göndəri-
lən məlumat olub, Google News üzrə axtarışın nəticəsində 
birinci onluqda yer alan yeni məqalələr barədə xəbərdarlıq 
edir. Web-axtarış üçün bildiriş elektron poçtu vasitəsilə 
göndərilən məlumat olub, istifadəçinin daxil etdiyi axtarış 
sorğusu üzrə nəticədə ilk iyirmi sırada yer alan yeni web-
səhifələrin peyda olması haqqında xəbər verir. Xəbərlər və 
web-axtarış üçün bildiriş  əvvəlki iki bildirişi özündə 


264 
birləşdirir və istifadəçinin sorğusuna uyğun olaraq apa-
rılan axtarış  nəticəsində  həm Google News üzrə ilk 
onluqda, həm də web-axtarış üzrə ilk iyirmilikdə olan yeni 
məqalələr barədə məlumat verir. 
Bloqlar üzrə Google axtarış.  Bloqlar üzrə Google 
axtarış internetdə olan bloqların məzmunları üzrə ən sadə 
axtarış növüdür. Google-un web-axtarış sistemi tərəfindən 
idarə olunan bloqlar üzrə axtarış modulu şəbəkəyə qoşul-
muş olan milyonlarla bloqlar (bloqların adları, müəllifləri, 
tarixləri və  məlumatları) üzrə axtarış aparır və yeni, re-
levant nəticəni təqdim edir. 
Google kitab axtarışı.  Google kitab axtarışı kitabların 
məzmunlarının indeksi olub, istifadəçiyə lazımi kitabı tap-
mağa imkan yaradır. Adi kataloqa müvafiq olaraq Google 
kitab axtarışı kitabı tam şəkildə mağazadan və kitabxa-
nadan əldə etməyin mümkün olması barədə məlumat verir. 
Bu xidmət istifadəçiyə dünyanın müxtəlif mağaza, kitab-
xana və nəşriyyatlarında olan milyonlarla kitabların mətn-
ləri üzrə axtarış aparmağa, kitabların qısa məzmununa 
qabaqcadan baxmağa, onları elektron və ya çap məhsulu 
şəklində əldə etməyə kömək edir. 
Google Catalogs. Google Catalogs vasitəsilə 6600-dən 
artıq bağlama ticarəti kataloqlarının tam mətninə giriş 
təqdim edilir. 
Google-un istifadəçi axtarışı sistemi. Google-un baza 
axtarış texnologiyasının tətbiqi ilə yaradılmış və sazlanan 
istifadəçi axtarış sistemi axtarışın nəticəsini istifadəçi tərə-
findən göstərilmiş web-saytlar və    web-səhifələr üzrə ni-
zamlayır və yaxud məhdudlaşdırır. Bu sistem axtarış pro-
sesini spesifik məsələlərə  və konkret bilik sahələrinə uy-
ğun sazlamağa imkan verir. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə