Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

245 
1990-cı illərin ikinci yarısında internetin məşhur axtarış 
sistemləri olan Inktomi (Kaliforniya Universiteti – Erik 
Bryuyer və Pol Qotye, 1997-ci il), AskJeeves (Qarri 
Qrune və Devid Ueven, 1997-ci il), Overture (Overture, 
Idealab – Bill Qross, 1998-ci il), Google (Stenford Univer-
siteti, Larri Peyc və Sergey Brin, 1999-cu il) öz xidmətlə-
rini təqdim etməyə başladılar.  
2014-cü ilin əvvəlinə olan statistik məlumlara görə bu 
gün dünyanın  ən tanınmış  və geniş istifadə olunan axtarış 
sistemi Google sistemidir. O, dünyada informasiya axtarışı 
bazarının 70,91%-ni təmin edir. İkinci yeri Çin axtarış sis-
temi olan Baidu (18,51%) tutur. Növbəti yerlərdə Yahoo
Yandex, Bing, AOL və Ask axtarış sistemləri gəlir (şək.9.1). 
Bu göstəricilər çox dinamikdir, çoğrafi və demiqrafik 
məkanlardan asılı olaraq fərqlənə və zaman keçdikcə dəyi-
şə bilər.  
İnternetin rus dilli məkanında axtarış sistemlərinin rey-
tinqi 9.2 saylı şəkildə verilmişdir. 
Google-
70,91%
Baidu-
16,51%
Yahoo-5,96%
Yandex-5,7%
Bing-5,48%
AOL-0,27%
Ask-0,23%
Şək.9.1. Dünyanın ən məşhur axtarış sistemləri


246 
Azərbaycanda da ən çox istifadə olunan axtarlş sistemi 
Google sistemidir. İstifadə edənlərin sayına görə ikinci ye-
ri  Yandex axtarış sistemi tutur. 
9.2.  Google axtarış sistemi haqqında ümumi 
məlumat 
Google – dünyada internetin ən məşhur, ən çox istifadə 
olunan və ən geniş yayılmış informasiya-axtarış sistemidir.  
“Google” sözü 10
100
, yəni arxasında 100 sıfır olan 1 ədə-
dini ifadə edən riyazi termin olan “Googol” sözündən götü-
rülmüşdür. “Googol” termini amerika riyaziyyatçısı Edvard 
Kasnerin bacısı  oğlu Milton Sirotto tərəfindən təklif edil-
mişdir. Onun bu təklifi ilk dəfə  Edvard  Kasner  və Ceyms 
Nyumenin “Riyaziyyat və təsəvvür” (“Mathematics and the 
Imagination”) adlı kitabında verilmişdir.  
Bu terminin istifadəsi Google şirkətinin və onun axtarış 
sisteminin internetin nəhəng, praktiki olaraq, sonsuz infor-
Yandex-53%
Google- 34%
Mail.ru-9%
Rambler-1%
Bing-0,7%
Nigma-0,3%
Şək.9.2. Rus dilli məkanda ən məşhur axtarış sistemləri


247 
masiya massivində  əlverişli axtarışın təşkilinə yönəlmiş 
məqsədini özündə əks etdirir. 
Bu gün Google axtarış sistemi eyni adlı  şirkət tərəfin-
dən idarə olunur. Google şirkəti öz imkanlarını ideal axta-
rış serverinin işlənib hazırlanması istiqamətində  cəmləş-
dirən  şirkətdir.  Şirkətin təsisçilərinin fikrinə görə Google 
axtarış serveri istifadəçilərə nə lazım olduğunu başa düşür 
və onlara məhz istədiklərini təqdim edir. Google şirkətinin 
missiyası qlobal informasiya fəzasının (web-fəzanın) əlve-
rişli təşkilindən, onun hərtərəfli əldə edilən və faydalı ol-
masından ibarətdir. Bu məqsədlə Google şirkəti daim yeni 
texnologiyalar işləyib hazırlayır və tətbiq edir.  
Google sisteminin saytında axtarış modulu ilə yanaşı 
adi internet istifadəçiləri və web-masterlər üçün əlverişli 
olan kifayət qədər müxtəlif informasiya-axtarış xidmətləri, 
əlavə imkanlar, o cümlədən saytların daha geniş tanıdıl-
ması və kommersiya mədsədilə kontekstə uyğun reklamın 
yerləşdirilməsi və web-nəşrlərin təşkili üçün digər funksi-
yalar reallaşdırılmışdır. 
Google reklamçılar üçün Google AdWords və web-me-
necerlər üçün Google AdSense proqramlarını  təqdim edir. 
AdWords – reklamçılara məqsədyönlü  reklam vasitəsilə öz 
məhsullarını  və internet xidmətlərini önə  çəkmək üçün isti-
fadə olunan proqramdır. AdSense – web-menecerlər tərəfin-
dən öz saytlarında relevant məzmunlu reklamların göstərilmə-
si və qazanc əldə edilməsi imkanlarını yaradan proqramdır. 
Bu texnologiyalara əsasən Google reklam şirkətlərinə 
internetdə effektiv və  sərfəli reklam yaymaq imkanını 
təqdim edir. Bu zaman reklamın mövzusu istifadəçiyə təq-
dim edilən səhifədə əks olunan informasiyanın məzmunu-
na relevantlıq təşkil edir. Ona görə də, reklam yalnız onu 


248 
yerləşdirənlər üçün sərfəli deyil, həm də istifadəçilər üçün 
faydalı olur.  
Google şirkətinin prinsiplərinə görə istifadəçi reklamda 
olan məlumatların axtarışın nəticəsinin təqdim edildiyi 
səhifədə əks olunması (yəni istifadəçinin bu reklamı gör-
məsi) üçün kiminsə pul ödədiyini bilmək hüququna ma-
likdir. Ona görə də reklam (elan) axtarışın nəticəsindən və 
ya səhifənin  əsas məzmunundan ayrılmalıdır. Bu baxım-
dan Google axtarış nəticəsində istifadəçiyə təqdim olunan 
informasiya içərisində reklam üçün yer satmır və reklam-
çılara pul ödəmək yolu ilə axtarışın nəticəsində daha yük-
sək sıralarda yer tutmağa imkan vermir. 
Google sisteminin rahat və sadə olması onu dünyanın 
ən məşhur axtarış serverlərindən birinə cevirmişdir. 
Google xüsusi alətlər paneli vasitəsilə saytın əsas səhi-
fəsinə daxil olmadan internetin informasiya fəzasına çıxa-
raq axtarış aparmağa imkan verir. Google Deskbar modulu 
isə Google sisteminin axtarış  pəncərəsini Windows siste-
minin məsələlər panelinə yerləşdirir. Onun vasitəsilə 
brauzer proqramını açmadan istifadə olunan istənilən 
Windows  əlavəsindən internetdə axtarış aparmaq müm-
kündür. Hətta WAP və i-mode rejimlərində işləyən müxtə-
lif mobil platformalardan, o cümlədən mobil telefonlardan 
istifadə etməklə Google axtarış serverinin imkanlarından 
faydalanmaq mümkündür. 
Google axtarış sistemi müxtəlif dillərdə  tərtib edilmiş 
sorğulara görə HTML-sənədlərlə yanaşı Adobe Acrobat 
PDF, Microsoft Office, PostScript, Corel WordPerfect, 
Lotus 1-2-3 və s. sənədlər, şəkil (qrafika), xəritələr, audio-
video məlumatlar, xəbərlər (o cümlədən Usenet-xəbərlər), 
müxtəlif dillərdə olan mənbələr üzrə sürətli axtarış 
aparmağa imkan verir.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə