Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

IX FƏSİL  
İNTERNETİN MƏŞHUR  
İNFORMASİYA-AXTARIŞ SİSTEMLƏRİ  
İnternetin informasiya-axtarış sistemlərinin yaranma 
və inkişaf tarixi  
Google axtarış sistemi haqqında ümumi məlumat 
Google axtarış sisteminin inkişaf tarixi 
Google sisteminin axtarış alqoritmləri 
Google axtarış sisteminin əsas məhsulları 
Google sisteminin axtarış imkanları 
Google axtarış sisteminin interfeysi 
Google-da axtarış sorğusunun tərtib edilməsi 
prinsipləri və şərtləri 


242 
9.1.  İnternetin informasiya-axtarış sistemlərinin 
yaranma və inkişaf tarixi 
İnternetdə dünya hörümçək toru (WWW) yaranana qə-
dər ilk axtarış alətlərindən biri Archie olmuşdur. Archie 
Kanadanın McGill Universitetinin əməkdaşları Alan 
Emteyc, Piter Doyç və Bil Heelan tərəfindən 1990-cı ildə 
işlənib hazırlanmışdır. Bu proqram FTP-ehtiyatlarının si-
yahısını emal edir və faylların adlarına görə axtarış apar-
mağa imkan verir. 
Web-fəza üçün ilk axtarış sistemi Wandex Massaçuset 
Texnoloji  İnstitutunun  əməkdaşı Metyu Qrey tərəfindən 
1993-cü ildə yaradılmışdır. Onun əsasını  təşkil edən 
“World Wide Web Wanderer” proqramı internet səhifələri 
indeksləşdirən ilk robot olmuşdur. Wandex məhz bu robot 
tərəfindən yaradılan indexlər bazasının adı idi. Lakin 
zaman keçdikcə bu indeklər bazası istifadəçilər üçün ak-
tuallığını itirdi və axtarış üçün daha az yararlı oldu. 
1993-cü ildə Martin Koster tərəfindən yaradılan və web-
fəzanın ilk tematik kataloqu olan Aliweb axtarış sistemi 
fəaliyyətə başladı. Bu kataloqun bazasını pobot proqramı 
deyil, saytların və ya səhifələrnin sahibləri doldururdular. 
Aliweb axtarış sistemi internetdə indiyədək fəaliyyət göstərir. 
1993-cü ildə Nevada Universiteti tərəfindən Gopher ser-
verlərinin sənədləri (mətnləri) üzrə axtarış aparan Veronica 
sistemi istifadəyə verilmişdi. Həmin il Jump StationWWW 
Worm,  RSBE (Repository-Based Software Engineering) 
axtarış sistemləri də fəaliyyət göstərməyə başlamışdılar. 
İnternetdə informasiya axtarışını  həyata keçirən  Web-
Crawler, ExciteİnfoseekYahooTradeware Galaxy və s. 
axtarış sistemləri 1994-cü ildən fəaliyyətə başladılar. 


243 
İnternetin ilk tammətnli axtarış sistemi olan WebCrawler 
1994-cü ildə America Online şirkəti tərəfindən yara-
dılmışdı. Onun robot proqramı internetin informasiya ehti-
yatlarını indeksləşdirirdi.  Əvvəlki axtarış sistemlərindən 
fərqli olaraq, WebCrawler istifadəçilərə istənilən web-sə-
hifədə istənilən açar sözə görə axtarış aparmağa imkan ve-
rirdi. Axtarış prosesi üçün bu sistemdə reallaşdırılan belə 
yanaşma sonradan internetin əsas axtarış sistemləri üçün 
standart kimi qəbul edildi. Qeyd edilməlidir ki, Web-
Crawler axtarış sistemi geniş dairələrdə  məşhur olan ilk 
axtarış sistemi idi. Sonradan WebCrawler sistemi Excite 
şirkəti tərəfindən alınmışdır. 
IAC Search & Media şirkətinə məxsus olan Excite ax-
tarış sisteminin (URL: http://www.excite.com) əsası 1994-
cü ildə Stendfor Universitetinin tələbələri Qrem Spenser, 
Co Kraus, Mark Van Xaren, Rayan Makintayr, Ben Luç 
və Martin Reynfrid tərəfindən qoyulmuşdur. Excite siste-
minin axtarış mexanizmləri standart axtarış mexanizmləri 
(açar sözlərə görə axtarış) ilə yanaşı, məzmuna görə ev-
ristik axtarış üsullarından, eləcə  də sorğuların tərtib edil-
məsi zamanı məntiqi əməliyyatlardan  istifadə edirdi. 
Infoseek axtarış sisteminin əsası Stiv Kirs tərəfindən 
1994-cü ildə qoyulmuşdur. İlk dövrlərdə tam bazadan isti-
fadə kommersiya əsasında həyata keçirlirdi, lakin sonra-
dan bu xidmət pulsuz oldu. Hazırda Infoseek ən universal 
axtarış sistemlərindən biridir. Belə ki, o, web-səhifələr, 
Usenet məlumatlar, mövzular üzrə  xəbərlər,  şirkətlər və 
korporativ xəbərlər, xəritələr və s. üzrə axtarış, eləcə  də 
adamların axtarışı kimi xidmətləri təklif edir. Eyni za-
manda Infoseek öz istifadəçilərinə keyfiyyətli mövzu kata-
loqunu təqdim edir. İstifadəçilər üçün əlverişli interfeys 


244 
reallaşdırılmışdır. Infoseek axtarış maşınının indekslər ba-
zasında “ölü” (işləməyən) istinadların silinməsi mexaniz-
mi fəaliyyət göstərir. 
Yahoo axtarış sistemi 1994-cü ilin əvvəlində Stendford 
Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq 
tərəfindən dünya hörümçək toru üzrə  bələdçi sayt kimi 
yaradılmışdır. Bu sayt digər saytların kataloqunu özündə 
əks etdiridi. Yahoo dünyanın ən məşhur axtarış sistemlə-
rindən biridir. Bu gün Yahoo özündə Yahoo!Directory 
tematik kataloqunu, eləcə  də internetin ilk və  ən məşhur 
elektron poçtu olan Yahoo!Mail xidmətlərini birləşdirir. 
1995-ci ildə Lycos (Karneqi Melon Universiteti), Alta-
Vista (AltaVista Technology şirkəti, Lui Mone və Maykl 
Berrouz – sonradan DEC – Digital Equipment Corporation 
şirkətinə satılmışdır), MetaCrawler (Eric Selburg – Washing-
ton University) sistemləri internet istifadəçilərinin istifadəsinə 
verildi. 
Lycos axtarış sistemi Karneqi Melon Universitetində 
Maykl Loren Molden tərəfindən aparılan tədqiqatların nə-
ticəsi olaraq 1995-ci ildə meydan gəldi. Həmin il Lycos 
şirkəti də yaradıldı və fəaliyyətə başladı. Lycos internetin 
ilk axtarış maşınlarından biridir. Bu gün onun axtarış me-
xanizmləri böyük sayda axtarış alətlərindən istifadə et-
məklə açar sözlərə və bütöv ifadələrə görə tammətnli axta-
rışı həyata keçirir. O, web-səhifələrin URL-ünvanlarına is-
tinadları, telekonfranslarda, FTP-serverlərdə və arxivlərdə
eləcə  də internetin digər xidmətləri vasitəsilə  əldə oluna 
bilən informasiya ehtiyatları, o cümlədən elektron poçtu 
ünvanları üzrə axtarış aparmağa imkan verir. Lycos siste-
minin 15-dən cox avropa dillərində interfeys təqdim edir. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə