Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə10/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   6   7   8   9   10   11   12   13   ...   157

___________________________________________________ 

 

29



C.11- 221; С.16- 355; C.23- 81, 89, 175, 184, 210, 229, 309; 

C.28- 237. 

121.

 

Avstraliya, Avstraliya İttifaqı - Avstraliya qitəsində 

Dövlət. Millətlər Birliyiniıı  tərkibindədir.  Ərazisi 7,7 milyon 

km

2

,  əhalisi 18.3 milyon nəfərdir. Avstraliya İttifaqı inzibati 



cəhətdən 6 ştata və iki əraziyə bölünür. Dövlət başçısı Böyük 

Britaniya Kraliçasıdır. Ölkədə Kraliçanı general-qubernator 

təmsil edir. Qanunverici orqanı ikipalatalı (Senat və Nümayən-

dələr palatası) parlamentdir. Paytaxtı-Kanberradır.  C.24- 304, 

305. 

122.

 

Avstriya, Avstriya Respublikası - Mərkəzi Avropa-

da, Dunay hövzəsində dövlət. Sahəsi 83,8 min km

2

, əhalisi 8,1 



milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı 

ikipalatalı Parlamentdir. Paytaxtı Vyanadır.  C.20- 436-447; 



C.25- 222. 

123.

 

Ayaz Mütəllibov, Ayaz Niyazi oğlu Mütəllibov 

(d.1938) - 1989-1990-cı illərdə Azərbaycan SSR Nazirlər 

Sovetinin sədri, 1990-1992-ci illərdə Azərbaycan KP MK-nın 

birinci katibi, Azərbaycan Respublikasının Prezidenti olmuş-

dur. C.10- 238, 287, 288, 319, 320, 321, 349, 365; C.13- 14, 

43, 269; C.14- 86, 128, 144; C.15- 160, 161; C.18- 239;C.20

323; C.21- 86, 87; C.22- 211, 251; C.23- 84, 86, 90, 136, 137, 

138, 175, 187; C.24- 47, 49, 53; C.25- 353, 409, 420, 422, 423; 



C.28- 272.  

124.

 

Aybəniz Vəkilova, Aybəniz Səməd qızı  Vəkilova 

(d.1937) - ədəbiyyatçı. Azərbaycanın Xalq şairi Səməd Vurğu-

nun qızı. Hazırda Səməd Vurğunun ev-muzeyinin baş mühafi-

zidir. C.12- 276. 



125.

 

Ayətüllah Xamnei, Hüseyn Xamnei Seyid Əli (d. 

1939) - İranın dini və dövlət xadimi. 1981-1989-cu illərdə İra-

nın Prezidenti, 1989-cu ildən isə  İran  İslam Respublikasının 

dini rəhbəridir. C.13- 358-360, 379, 386, 388; C.14- 236; C.19

141; C.20- 294; C.21- 130; C.25- 29; C.28- 98-99. 

126.

 

“Ayna”-“Zerkalo”  - ictimai-siyasi qəzet. 1990-cı 

ildən nəşrə başlayıb. Əvvəllər həftədə 1 dəfə, 1992-ci ildən isə 




___________________________________________________ 

 

30



həftədə 3 dəfə nəşr olunub. 1999-cu ildən “Zerkalo”, 2004-cü 

ildən isə “Ayna” gündəlik çıxır. Hal-hazırda fərqli qəzetlər 

kimi nəşr olunur. C.18- 43. 

127.

 

Aynur Sofiyeva (d.1970) - Azərbaycan şahmatçısı. 

Beynəlxalq dərəcəli qrossmeyster. Milli Məclisin deputatı 

olmuşdur. Hazırda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət 

Komitəsində çalışır. C.14- 305. 



128.

 

 “Azad Avropa”, “Azadlıq” radiostansiyası - Şərqi 

Avropanın və başqa regionların bəzi ölkələrində verilişlər apa-

ran ABŞ-ın dövlət radiostansiyası.  İlkin Mənzil-qərargahı 

Münhendədir. “Azad Avropa” verilişlərə 1950-ci ildən, “Azad-

lıq” isə 1953-cü ildən başlamışdır.  C.15- 34-35; C.18- 41; 

C.25- 379. 

129.

 

Azad Mirzəcanzadə, Azad Xəlil oğlu Mirzəcanza-

də (1928-2006) - tətbiqi mexanika və neft-mədən işləri sahəsin-

də alim, texnika elmləri doktoru, professor. Azərbaycan MEA-

nın akademiki. Tədqiqatları tətbiqi mexanika, neft və qazkon-

densat yataqlarının işlənilməsinə həsr olunmuşdur. 1992-2002-

ci illərdə Azərbaycan Ali Attestasiya komissiyasının sədri 

olmuşdur. Azərbaycan Dövlət mükafatı laureatıdır. Azərbaycan 

Respublikasının “İstiqlal” ordeni ilə  təltif olunmuşdur.  C.18

384. 

130.

 

Azər Mustafazadə, Azər Abdulla oğlu  Mustafaza-

də (d.1939) - tərcüməçi və naşir. Rusiya Federasiyasının 

Əməkdar mədəniyyət işçisi. Hazırda Azərbaycan Dövlət 

Nəşriyyatının (“Azərnəşr”) direktorudur (1990-cı ildən). Bədii 

tərcümə ilə ardıcıl məşğul olur. C.13- 50. 

131.

 

Azər Zeynalov, Azər Zeynalabdin oğ1u Zeynalov 

(d.1964) - müğənni. Azərbaycan Respublikasının Xalq artisti. 



C.18- 224, 225; C.27- 432. 

132.

 

AzərTAc - Azərbaycanda dövlət informasiya orqa-

nı. 1920-cı ildə yaradılmışdır. Əvvəllər Azərinform

 

kimi, 1992-



cu ildən isə AzərTAc kimi fəaliyyət göstərir. Respublikanın 

həyatı haqqında ölkədə  və xaricdə yaymaq üçün informasiya 

hazırlayır. C.18- 25; C.19- 46-51; C.25- 202-203. 



___________________________________________________ 

 

31



133.

 

“Azərbaycan”  - aylıq ədəbi-bədii və ictimai-siyasi 

jurnal. 1923-cü ildən Bakıda nəşr olunur. Azərbaycan Yazıçılar 

Birliyinin orqanıdır. Müxtəlif vaxtlarda “Maarif və  mədəniy-

yət”, “İnqilab və  mədəniyyət”, “Revolyusiya və kultura”, 

“Vətən uğrunda” adı ilə nəşr edilmişdir. 1953-cü ildən “Azər-

baycan” adı ilə çıxır. Azərbaycan yazıçılarının yeni əsərlərinin 

çoxu ilk dəfə bu jurnalda dərc olunur. Jurnal oxucularını klas-

sik Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümunələri 

ilə müntəzəm tanış edir. Azərbaycan ədəbiyyatının, ədəbi-tən-

qid və ədəbiyyatşünaslığının inkişafında “Azərbaycan”ın xüsu-

si xidməti var. C.13- 8, 24, 50, 52, 73, 75, 87, 93, 126, 226. 

134.

 

“Azərbaycan”  - Azərbaycan Respublikasında gün-

dəlik, siyasi, ictimai qəzet. Qəzetin  əsası 1918-ci ildə qoyul-

muşdur. 1992-ci ildən yenidən nəşr edilir. Azərbaycan Respub-

likası Milli Məclisinin orqanıdır.  С.16- 198; C.17- 299-300; 



C.19- 59; C.26- 91; C.27- 211-218. 

135.

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) - 1992-ci il-

də Xarici İqtisadi Bankının  əsasında yaradılmışdır. ABB bey-

nəlxalq və daxili bazarda mövcud olan bütün bank xidmətlərini 

yerinə yetirir. C.17- 450, 451; C.19- 59; C.24- 360. 



136.

 

Azərbaycan Demokratik Respublikası (ADR) - bax: 

Azərbaycan Xalq Cümhuriyyəti . 



137.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - 

Azərbaycanın ən böyük dram teatrı. Tarixi 1873-cü ildə Bakıda 

səhnəyə qoyulmuş M.F.Axundovun “Lənkəran xanının vəziri” 

və “Hacı Qara” komediyalarının tamaşası ilə başlanır. 1880-

1890-cı illərdə C.Zeynalovun ev tamaşaları, H.Mahmudbə-

yovun və N.B. Zərdabinin teatr truppaları Azərbaycan teatr 

sənətinin inkişafında mühüm rol oynamışdır. Azərbaycan 

XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət 

Teatrı yaradıldı  və buraya bütün teatr truppaları daxil oldu. 

1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrıla-

raq müstəqil fəaliyyət göstərməyə başladı. C.10- 52-57; C.12- 

154-155; C.13- 167-175. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə