Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   2   3   4   5   6   7   8   9   ...   157

___________________________________________________ 

 

17



təbliğ etmişdir. Alman-faşist işğalı dövründə Araqon Müqa-

vimət hərəkatının təşkilatçılarından olmuşdur. С.16- 65. 



75.

 

Araz Əzimov, Araz Böyükağa oğlu Əzimov (d.l962) - 

diplomat. 1994-cü ildən Azərbaycan Respublikası Xarici İşlər 

Nazirinin müavinidir. C.10- 281; C.14- 324; C.15- 30; C.19

447. 


76.

 

Argentina, Argentina Respublikası - Cənubi Ameri-

kanın cənub  şərqində dövlət. Sahəsi 2780 min km

2

,  əhalisi 



34,9, milyon nəfərdir.Argentina federativ respublikadır. Dövlət 

və hökumət başçısı Prezident, ali qanunverici hakimiyyət 

orqanı Milli Konqresdir (parlament).Paytaxtı Buenos-Ayresdir. 

C.23- 18. 

77.

 

Arif Babayev, Arif  İmran oğlu  Babayev (d.1938) - 

Azərbaycan xanəndəsi. Azərbaycan Respublikasının Xalq artis-

ti. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olun-

muşdur. C.14- 310; C.15- 83; C.17- 156. 



78.

 

Arif Heydərov,  Arif Nəzər oğlu  Heydərov (1926-

1978) - general-leytenant. İkinci Dünya müharibəsinin iştirak-

çısı. 1968-1971-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyində 

baş konsul, 1971-1978-ci illərdə Azərbaycan SSR-nin Daxili 

İşlər naziri vəzifəsində işləmişdir. C.15- 322. 

79.

 

Arif Məlikov, Arif Cahangir oğlu Məlikov (d.1933) - bəstə-

kar. Azərbaycan Respublikasının Xalq artisti. 1961-ci ildə yazdığı 

“Məhəbbət  əfsanəsi” baleti ona şöhrət qazandırmışdır.  C.10- 199; 

C.17- 192, 297-298; C.18- 382. 

80.

 

Arif Rəhimzadə, Arif Qafar oğlu Rəhimzadə (d.l941) 

- Azərbaycanın siyasi və dövlət xadimi. 1990-ci ildən Azərbay-

can Respublikası Ali Sovetinin deputatı, 1994-cü ildən Milli 

Məclis sədrinin birinci müavini olmuşdur.Hal-hazırda Milli 

Məclis komitəsinin sədridir.  C.10-  386; C.14- 362; C.19- 78; 

C.24- 47; C.27- 124. 

81.

 

Arkadi Raykin,  İsaakoviç  (1911-1987) - görkəmli 

rus satirik aktyoru. SSRİ Xalq artisti. Sosialist Əməyi Qəhrəma-

nı. C.14- 37. 



___________________________________________________ 

 

18



82.

 

 Arko  - neft şirkəti. 1865-ci ildə Filadelfiyada yara-

dılmışdır. Neft yataqlarının kəşfiyyatı, neft hasilatı  və emalı, 

neft və neft məhsullarının satışı  fəaliyyətinin  əsas sahələridir. 

Şirkətin prezidenti və direktorlar şurasının sədri Mayk Boulin-

dir. Bakıdakı nümayəndəliyinə Uoren Mak Fatter başçılıq edir. 

C.11- 301, 302. 

83.

 

Arlinqton Fəxri Xiyabanı  - Vaşinqtonda müharibə-

lər zamanı  vəzifə borclarını yerinə yetirərək canlarını qurban 

vermiş, qəhrəman adı almış hərbiçilərin ədəbi uyuduğu məzar-

lıq. 1864-cü ildən Milli Xiyaban elan olunmuşdur. ABŞ-ın bir 

sıra görkəmli dövlət xadimləri (V.Taft, C.Kennedi, general 

C.Perşinq, admiral R.Piri və b.) burada dəfn olunmuşdur. Ame-

rika  əhalisi, paytaxt qonaqları, rəsmi səfərdə olan nümayəndə 

heyətləri Arlinqton Fəxri Xiyabanına gələrək vətən yolunda 

həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları 

önünə əklillər, gül-çiçək dəstələri qoyurlar. C.11- 183. 



84.

 

Artur Rəsizadə, Artur Tahir oğlu Rəsızadə (d.1935) - 

Azərbaycanın dövlət xadimi. 1996-cı ildən Azərbaycan Res-

publikasının Baş naziridir. C.10-  380, 389, 392; C.13- 422, 

423, 424, 426,-429, 431, 434, 435; C.14- 94, 239; C.15- 19, 82, 

83, 200;  С.16- 115, 124; C.18- 179, 196, 200, 201, 202, 334, 

335; C.19- 27 ,28, 48, 53, 115, 251; C.20- 34, 369, 469; 



C.21- 120; C.22- 369; C.23- 36; C.24- 10, 314; C.25- 199, 

200; C.26- 239-296; C.27- 391-398.  



85.

 

Asəf Zeynallı, Asəf Zeynalabdin oğlu Zeynallı 

(1909-1932) - Azərbaycan bəstəkarı. A.Zeynallı Azərbaycan 

musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısı 

kimi tanınmış, simfonik, kamera-vokal və instrumental əsərlər 

bəstələmişdir. Zeynallının iri formalı “Fraqmentlər” suitası 

Azərbaycan simfonik musiqisinin ilk nümunəsidir. Zeynallının 

Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında da 

mühüm xidməti olmuşdur. C.21- 103. 



86.

 

Asiya-Avropa Transqafqaz nəqliyyat dəhlizi. - bax: 

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. 




___________________________________________________ 

 

19



87.

 

Asiya inkişaf Bankı - Asiya və Sakit okean ölkələri-

nə uzunmüddətli kredit verən dövlətlərarası regional bank. 

1966-cı ildə yaradılmışdır. Mənzil qərargahı Maniladadır (Fi-

lippin). Banka 50-yə yaxın ölkə daxildir. Ən böyük auksioner-

ləri Yaponiya, ABŞ, Çindir. C.28- 92. 

88.

 

Aslan Aslanov, Aslan Əli oğlu  Aslanov (d.1961) - 

biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiya-

sının həqiqi üzvü. 1993-2005-ci illərdə  Şəmkir Rayon İcra 

Hakimiyyətinin başçısı olmuşdur. Gürcüstan Respublikasının 

“Sədaqət” ordeni ilə təltif edilmişdir. C.27- 274, 278-292. 

89.

 

Aslan Məshədov (1952-2003) - 1995-2003-cü illərdə 

tanınmamış Çeçenistan Respublikasının Prezidenti olmuşdur. 



C.27- 110. 

90.

 

Assa-İradə - Azərbaycan Beynəlxalq müstəqil xəbər 

agentliyi. 1990-cı ildə fəaliyyətə başlamışdır. Agentliyin xəbər-

ləri Azərbaycan, rus, ingilis dillərində yayımlanır. “Assa-İradə” 

dünyanı Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı ilə, həm-

çinin Qarabağ hadisələri ilə məlumatlandırır. C.27- 213. 

91.

 

Astana (1961-ci ilə  qədər Akmolinsk, 1961-1992-ci 

illərdə Selinoqrad, 1992-1998-ci illərdə Akmola) - 1998-ci il-

dən Qazaxıstanın paytaxtı. Əsası 1830-cu ildə qala kimi qoyul-

muş, 1832-ci ildən isə  şəhərdir.  С.16- 10-37; C.26- 151, 157, 

170, 216. 

92.

 

Asya Manafova (d.1941) - 1991-ci ildən Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı, 1995-ci ildən isə “Təbii 

ehtiyatlar, energetika və ekologiya” məsələləri daimi komissi-

yasının sədri olub. C.14- 86. 



93.

 

Aşıq Bəsti, Bəsti Kərbəlayi Bayraməli qızı (?-1936) - 

Azərbaycan aşığı. Şeirlərində zəmanədən şikayətlənmiş, haqsız-

lığa və  ədalətsizliyə qarşı  çıxmış, qadınları ictimai həyata 

çağırmışdır. C.15- 229. 



94.

 

Aşqabad şəhəri - Türkmənistanın paytaxtı. 1881-ci ildə 

Aşqabad kəndinin yerində salınmışdır. 1924-cü ildən Türkmənis-

tan Respublikasının paytaxtıdır. C.10- 21. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə