Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

___________________________________________________ 

 

89



məqsədilə qanunsuz hərbi qruplaşmaya rəhbərlik etmiş, qon-

darma “Talış-Muğan Respublikası”nı yaratmaq cəhdi göstər-

mişdir.C.10-_351;_C.12'> C.10- 351;  C.12-  90, 91; C.14- 208, 264; C.21- 333; 

C.22- 214, 282. 

412.

 

Əliqulu Qəmküsar,  Əliqulu  Ələkbər oğlu Qəm-

küsar (1880-1919) - Azərbaycan  şairi, jurnalist. Qəmkusar 

Azərbaycan  ədəbiyyatı tarixinə Molla Nəsrəddinçi  şair kimi 

daxil olmuşdur. Məhz “Molla Nəsrəddin”  ədəbi mühitinin ən 

qabaqcıl nümayəndələrindən olan Qəmkusar 1906-cı ildən 

“Cüvəllağı”, “Cüvəllağıbəy”, “Simurq” və s. imzalarda dərc et-

dirdiyi satirik şeir və felyetonlarda fanatizmi, geriliyi, cəhaləti 

kəskin satira atəşinə tutmuşdur. C.26- 89. 



413.

 

Əlimərdan bəy Topçubaşov (1865-1934) - Azərbay-

can Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli hüquqşü-

nas, ictimai-siyasi və dövlət xadimi, diplomat. 1917-1920-ci illərdə 

Bakı Müsəlman  Şurası Müvəqqəti  İcraiyyə Komitəsinin sədri, 

Azərbaycan parlamentinin sədri. Paris (Versal) sülh konfransında 

Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1934-cü ildə 

Parisdə vəfat etmişdir. C.10- 7; C.12-  42; C.15- 25, 394; С.16

236, 262-263; C.17- 214; C.20- 281; C.22- 383; C.24- 369; 



C.26- 88; C.27- 369. 

414.

 

Əlincəqala,  Əlincə, Alancik, Alıncaqala-Naxçıvan 

MR - də qala. Əlincə çayın sağ sahilində  və eyniadlı dağın 

zirvəsindədir.  Əlincənin adını  tədqiqatçılar qədim türk dılində 

düzənlik mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Əlin-

cənin tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi 

tədqiqatçılar qalanı  təqribən 2 min il bundan əvvələ aid edir, 

digərləri isə Sasani padşahları zamanından (3-7-ci əsrlərdə) 

məlum olduğunu söyləyirlər.  Əlincənin divarları  Əlincə dağ-

larının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru 

ucalır və onun zirvəsini tamamilə əhatə edir.  

Azərbaycan atabəyləri-Eldəgəzlərin hökmranlığı dövründə 

Əlincə qalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi isteh-

kam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək 

üçün sığınacaq yerinə çevrilmişdi. C.22- 192. 




___________________________________________________ 

 

90



415.

 

Əliş  Ləmbəranski,  Əliş  Cəmil oğlu  Ləmbəranski 

(1914-1999) - inşaatçı-mühəndis, dövlət xadimi. Ləmbəranski 

müxtəlif illərdə Azərbaycan SSR Neft Sənayesi nazirinin 

müavini, Bakı  Şəhər ZDS İcraiyyə Komitəsinin sədri, SSRİ 

Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş  İdarəsi 

rəisinin birinci müavini, Azərbaycan SSR Nazirlər Soveti 

Sədrinin müavini vəzifələrində işləmişdir. Azərbaycan SSR Ali 

Sovetinin deputatı olmuşdur. SSRİ Dövlət mükafatı laureatı 

idi. C.14- 14; C.18- 19, 20. 

416.

 

Əlişir Nəvai, Nizaməddin Mir  Əlişir (1441-1501)- özbək 

şairi, mütəfəkkir, dövlət xadimi. Özbək dilində “Xəmsə” yaradaraq 

Nizami  ədəbi məktəbinin  ən görkəmli davamçılarından biri kimi 

Yaxın Şərqdə şöhrət qazanmışdır. C.10- 192, 199, 202; C.26- 151. 



417.

 

Əlizadə  Ağa Cavad  oğlu (1871-1954) - burada 2 

dəfə (1918-1920, 1944-1954) Qafqaz Müsəlmanları Ruhani 

İdarəsinə  rəhbərlik etmiş görkəmli maarifçi, ruhani və ictimai 

xadim,  Şeyxülislam Ağa Cavad oğlu  Əlizadə  nəzərdə tutulur. 



C.21- 133. 

418.

 

Əlövsət Sadıqov,  Əlövsət  Şirəli oğlu  Sadıqov 

(1906-1971) - xanəndə. Azərbaycan Respublikasının Xalq 

artisti. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti ol-

muşdur.  Ə.Sadıqov güclü zil səsə, gözəl zəngulələrə malik 

sənətkar idi. C.17- 191. 

419.

 

Əlyazmalar  İnstitutu - Azərbaycan və  Şərq ölkə-

lərinə aid qədim, nadir əlyazmalar saxlanılan və  tədqiq edilən 

elmi idarə. 1928-ci ildə təsis edilmişdir. İnstitutda Azərbaycan, 

ərəb, fars, türk, özbək, türkmən, gürcü, rus və başqa dillərdə 40 

mindən artıq tarixi sənəd, nadir əlyazmalar, qədim çap kitabları 

toplanmışdır.  İnstitutda saxlanılan  ən qədim  əlyazma (perqa-

ment üzərində  qədim kufi əlifbası ilə yazılmış Quran surəsi) 

1200 illk tarixə malikdir. C.26- 107-108. 



420.

 

Əminə Dilbazi, Əminə Paşa qızı Dilbazi (d.1919) - 

rəqqasə, baletmeyster və pedaqoq. Azərbaycanın Xalq artisti. 

1935-ci ildən rəqqasəlik fəaliyyətinə başlamışdır. 1936-1969-

cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoni-




___________________________________________________ 

 

91



yası Mahnı və Rəqs Ansamblının solisti, 1939-cu ildən isə həm 

də müxtəlif rəqs qruplarının rəhbəri olmuşdur. Azərbaycan 

Respublikasının “İstiqlal” ordeni ilə  təltif olunmuşdur. C.18

209; C.24- 104-105. 



421.

 

Əmir Teymur, Teymurləng, Topal Teymur (1336-

1405) - Orta Asiya dövlət xadimi, sərkərdə,  əmir. Teymurilər 

imperiyasının başçısı. 1386-1400-cü illərdə dəfələrlə Azərbay-

cana yürüşlər etmişdir.  C.10-  167, 192;  С.16- 15; C.19- 169, 

434; C.26- 151. 

422.

 

Əmiri-Gur, Gur-Əmir - Orta Asiyanın görkəmli abidə-

lərindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun 

əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndiril-

mişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar. 



C.10- 193. 

423.

 

Ənvər Məmmədxanlı,  Ənvər Qafar oğlu Məm-

mədxanlı (1913-1990) - istedadlı Azərbaycan yazıçısı, nasir, 

dramaturq. Məmmədxanlının hekayələri Azərbaycan  ədəbiy-

yatında lirik-romantik nəsrin inkişafında mühüm rol oynamış-

dır. Onun ssenariləri əsasında (“Bəxtiyar”, “Fətəli xan”, Mehdi 

Hüseynlə birlikdə “Məhəbbət dastanı”, “Leyli və  Məcnun”, 

“Babək”) bədii filmləri çəkilmişdir. C.13- 70. 

424.

 

Ənvər Paşa (1881-1922) - Türkiyə hərbi və siyasi 

xadimi. 1918-1919-cu illərdə Bakının və Qarabağın erməni 

işqalçılarından xilas edilməsində şəxsən istirak etmişdir. Ənvər 

Paşa 1922-ci ilin yazında Orta Asiyada basmaçılarla birlikdə 

sovet hakimiyyətinə qarşı vuruşmuş və qəhrəmancasına döyüş-

də həlak olmuşdur. C.22- 241. 



425.

 

Ərəblinski Balakişi (1818-1902) - general-leyte-

nant. B.Ərəblinski Peterburqdakı kadet korpusunu bitirmişdir. 

Müxtəlif hissələrdə qüsursuz xidmət edən  Ərəblinski gənc 

ikən, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul 

vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan 

general-leytenant B.Ərəblinski o vaxt Rusiyanın apardığı bütün 

hərbi döyüşlərdə iştirak etmişdir. Ərəblinski yazılı qılınc və 1-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə