___________________________________________________
170
nin sədridir. 1995-ci ildən Milli Məclisin üzvüdür. Azərbaycan
Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olun-
muşdur. C.19- 129, 130, 131, 133; C.20- 434-435; C.28- 346.
846.
Maqsud Məmmədov, Maqsud Davud oğlu Məm-
mədov (d.1929) - balet artisti, baletmeyster. Azərbaycan Res-
publikasının Xalq artisti. 1951-1971-ci illərdə Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti olmuş, bir çox balet
tamaşalarında aparıcı rolları ifa etmişdir. C.17- 192.
847.
Manas - qırğız qəhrəmanlıq eposu. Eposun ma-
nasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alın-
mışdır. Nə vaxt yarandığı hələlik dəqiq müəyyənləşdirilməmiş-
dir. C.10- 120; С.16- 15; C.19- 169, 433; C.26- 151, 311.
848.
Marağa rəsədxanası - orta əsrlərdə ən böyük elmi-
tədqiqat müəssisələrindən biri. 1259-cu ildə Nəsirəddin Tusinin
rəhbərliyi ilə Urgənc və Rey rəsədxanaları əsasında Marağa
şəhərində tikilmişdir. Rəsədxana təqribən 50 il fəaliyyət göstər-
mişdir. Müxtəlif astronomik cihazlar, kitabxanasında 400 min əl-
yazma var idi. Burada aparılan tədqiqatlar Avropa elminin
inkişafına böyük təsir göstərmişdir. C.10- 201, 262.
849.
Maral Rəhmanzadə, Maral Yusif qızı Rəhmanzadə
(1916-2008) - rəssam, qrafik. Azərbaycanın Xalq rəssamı. Azər-
baycan Dövlət mükafatı laureatı. C.10- 126; C.17- 143, 144;
C.25- 314.
850.
Marietta Şaqinyan (1888-1982) - rus yazıçısı. So-
sialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı. С.16- 225,
226; C.26- 325.
851.
Marinski teatrı (1919-1991-ci illərdə S.M.Kirov
adına Leninqrad Dövlət Akademik Opera və Balet Teatrı) -
1783-cü ildə Sankt Peterburqda açılmışdır. Bu teatrın Rusiyada
opera və balet sənətinin inkişafında mühüm rolu olmuşdur.
Marinski teatrında ilk rus operaları tamaşaya qoyulmuşdur.
Teatrın səhnəsində operanın və baletin görkəmli ustaları çıxış
edirlər. C.28- 352.
852.
Mariya Antuanetta (1755-1793) - Fransa Kraliça-
sı, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı.
___________________________________________________
171
Fransa inqilabı başlanandan əksinqilabçıları, sui-qəsdçiləri və
müdaxiləçiləri dəstəkləmişdir. Məhz buna görə konvent tərə-
findən mühakimə olunmuş və edam edilmişdir. C.21- 58.
853.
Mark Aleksandroviç Dalin (1906-1996) - Azər-
baycan kimyaçısı, texnoloq, texnika elmləri doktoru, Azərbay-
can Respublikası ME-nın akademiki. SSRİ Dövlət mükafatı
laureatı. Əsas elmi işləri neft məhsulları əsasında müxtəlif üzvü
maddələrin sintezi proseslərinə həsr olunmuşdur. Azərbaycan
Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.17-
142.
854.
Marqrete II (d.1940) - 1972-ci ildən Danimarka
Kraliçası. Kral IX Frederikin qızıdır. C.26- 297.
855.
Marneuli rayonu, bax: Borçalı.
856.
Marşall planı - İkinci Dünya müharibəsindən sonra
ABŞ-ın iqtisadi yardımı ilə Avropanın bərpasını və inkişafını
nəzərdə tutan proqram. Bu plan ABŞ Dövlət katibi C. K. Mar-
şall tərəfindən irəli sürüldüyü üçün Marşall planı adlanır. Pla-
nın həyata keçirilməsində 17 Avropa dövləti (Qərbi Almaniya
da daxil olmaqla) iştirak etmişdir. C.13- 245.
857.
Marti Ahtisaan (d.1937) - Finlandiyanın siyasi və
dövlət xadimi. 1965-ci ildən 1994-cü ilə kimi Finlandiyanın
Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.
1965-1994-cü ilə kimi Finlandiya Sosial-Demokrat Partiyası-
nın üzvü olmuşdur. 1994-cü ildən Finlandiya Respublikasının
Prezidentidir.C.12- 320-321; C.17- 240.
858.
Marubeni - yapon şirkəti. Bu şirkət ilk dəfə “İtoçu”
şirkətinin tərkibində fəaliyyətə başlamışdır. İkinci Dünya
müharibəsindən sonra “İtoçu”dan ayrılmış və müstəqil şirkət
kimi tanınmışdır. “Marubeni”nin hazırda dünyanın 85 ölkəsin-
də 163 ticarət numayəndəliyi və 95 ölkədə törəmə şirkəti
vardır. C.14- 373-374; C.15- 50.
859.
Mayak - Rusiya dövlət radiokompaniyası. Mosk-
vadadır. 1964-cü ildə yaradılmışdır. C.28- 149, 150, 152, 165,
353.
___________________________________________________
172
860.
Mayakovski Vladimir Vladimiroviç (1893-1930)
- böyük rus şairi. İnqilaba qədərki yaradıcılığında futurizm çər-
çivəsində “saf” forma axtarışlarını özünəməxsus bir tərzdə an-
layırdı (“Vladimir Mayakovski” faciəsi, “Şalvarlı bulud”
poeması). İnqilabdan sonrakı yaradıcılığında şair baş vermiş
hadisələrin mahiyyətini dərk etməyə səy göstərirdi. (“Sovet
pasportu” şeiri, “Yaxşı” poeması). XX əsr rus poeziyasına
reformator şair kimi çox böyük təsir göstərmişdir. Şair özünü
intihar etmişdir. C.22- 71; C.24- 32.
861.
Maykl Debeyki (d.1908) - dünya şöhrətli ürək cər-
rahı. Hyüstondakı tibb mərkəzində kardioloji xəstəliklərin
müalicəsi üzrə professordur. Tibb mərkəzində 1949-cu ildən
çalışır. Debeyki tərəfindən hazırlanan müvəqqəti işləməkdən
ötrü süni ürəkdən ilk dəfə 1966-cı ildə istifadə edilmişdir. C.17
- 123-128; C.18- 300-302; C.19- 85; C.20- 141, 142, 152, 224.
862.
Maya Mixaylovna Plisetskaya, (d.1925) - gör-
kəmli rus balerinası. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrə-
manı. 1943-1988-ci illərdə Böyük Teatrm solisti, 1988-1990-cı
illərdə Madrid “Teatro liriko nasional” balet truppasının bədii
rəhbəri olmuşdur. C.15- 367-369, 370-371.
863.
MDB – bax: Müstəqil Dövlətlər Birliyi.
864.
MDB Parlamentlərarası Assambleyası - 1992-ci
ildə təşkil olunub. İdarə heyəti Sankt-Peterburq şəhərindədir.
1994-cü ilin ortalarından Azərbaycan parlament nümayəndələri
assambleyanın iclaslarında müntəzəm iştirak edir.C.10- 248.
865.
Mehdi Hüseyn, Mehdi Əli oğlu Hüseynov (1909-
1965) - tanınmış Azərbaycan yazıçısı, dramaturq və ictimai
xadim. Azərbaycanın Xalq yazıçısı. M.Hüseyn həm də gözəl
dramaturq olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının katibi və
birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi, SSRİ və Azər-
baycan Ali Sovetlərinin deputatı olmuşdur. SSRİ Dövlət müka-
fatı laureatıdır. C.13- 70, 84, 105, 125; C.15- 228; C.17- 163.
866.
Mehdi Hüseynzadə, Mehdi Hənifə oğlu Hüseyn-
zadə (1918-1944) - Yuqoslaviyada və Şimali İtaliyada Müqavi-
mət hərəkatı iştirakçısı, məşhur partizan, Sovet İttifaqı Qəhrə-
Dostları ilə paylaş: |