Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

 
52

Dünya hadisələrinə (qəza və  qədərlərə) göz yummasan, özünü 
xoş hal görməzsən. 

Duz-çörəyi gözləməmək alçaqlıqdır. 

Dünya iki gündür: bir gün sənin xeyrinə, bir gün ziyanınadır. 

Dünya və axirət iki barışmaz düşməndirlər. Birinə 
yaxınlaşarkən, o birindən uzaqlaşırsan.  


 
53
 E– 
 

Ey adı dərman və zikri şəfa olan. (Allah) 

Elə ki, gördün, Üca olan Allah öz zikrini sənin qəlbinə 
salıb,(yəqin) bil ki, O səni sevir. Elə ki gördün, sənin qəlbini öz 
yaratdıqları ilə məşğul edib və öz zikrindən (yadından çıxarıb) 
ayırıb, bil ki, səndən üz döndərib.  

Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün 
insanlar azaddır. 

Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə  götürün, 
onları tamah və  adətlərindən çəkindirin. 

Ey Məsudun oğlu! Allaha qarşı  məğrur olma və öz 
qorxmazlığına, elminə,  əməlinə, yaxşılığına və ibadətinə 
aldanma. 

Ey Allah bəndələrinin camaatı!  Həqiqətən Allah sizi irili-
xırdalı, gizlin və  aşkar işlərinizə görə sorğu-sual edəcək. O 
zaman sizə  cəza versə bilin ki, verilən cəzadan çox zülmkar 
olmusunuz.  Əgər bağışlasa, Allah ondan daha çox 
bağışlayandır. 

Ey dua edən, mümkün olmayan və  rəva bilinməyən  şeyləri 
Allahdan istəmə. 

Ey dünyanı  məzəmmət edən kimsə, axı onun puçluqlarına 
məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun 
olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və 
günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun 
etdi, nə vaxt aldatdı? Dünya, ona doğru-düzgünlük qapısından 
daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən 
üçün  əmin-amanlıq və  səadətdən bir imarət, ondan (axirətə) 
azuqə yığan üçün qüdrət və ehtiyacsızlıq sarayıdır. 


 
54

Ey dünya, məndən uzaq ol, sənin ipini belinə atmışam.(yəni 
səni azad buruxmışam) Mən sənin caynaqlarından xilas 
olmuşam, tələlərindən qaçmış  və  sənin uçurumlarından 
uzaqlaşmışam. 

Ey dünya! Sənin hiylələrini tanımayan və  kələk torlarından 
xəbərsiz olan kimsəni aldat. 

Ey insanlar! Dünya keçid sarayı  və axirət (əbədi) qalmaq 
yeridir. Buna görə bu keçiddə öz (əbədi) qalacağınız mənzil 
üçün (azuqə) götürün. 

Eyblərin pərdəsi ağıldır. 

Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və dəyərdir. 
Odur ki, bu iki şeyi əldə etməyə çalış. Çünki elm və ədəbin nə 
qədər artsa qədir-qiymətin də bir o qədər artar. 

Ey camaat! Allahdan qorxun. Çünki heç kəs  əbəs yerə 
yaradılmayıb ki, əyləncə və qəflətdə gününü keçirsin. Özbaşına 
buraxılmayıb ki, pis işlər görsün. 

Ey insan! Hansı bir şey səni günah etməkdə həyasız, Rəbbinin 
qarşısında qürurlu və özünü xarab etməkdə adətkar etmişdir. 

Ey insanlar! Bütün fitnə-fəsadlar yalnız sizi nəfsani istəklərinizə 
tabe olmağınızdan başlayır… Əgər haqq xalis və yekdil olsaydı 
heç bir ixtilaf meydana gəlməzdi. Amma bir az haqqdan və bir 
ovuc da batildən götürülüb bir-biri ilə qarışdırılıb.  Şeytan 
burada öz dostlarına qalıb gəlir. Ancaq, Allahın ehsan və lütfü 
əvvəlcədən hallarına şamil olanlar nicat taparlar. 

Ey insanlar! Uca Allahın yer üzündə Peyğəmbərimiz 
Mühəmməddən (s) daha möhkəm höccəti və kitabı Qurandan 
daha aydın hikməti yoxdur. 

Ey insanlar! Mən fitnənin gözünü çıxartdım və bunu onun 
(fitnənin) zülmət qaranlığı  hər yeri bürüdüyü, quduzluğu və 
şiddəti son həddə çatdığı  və  məndən başqa onun qarşısını 
almağa heç kəsin cəsarəti çatmadığı bir vaxt etdim. 


 
55

Elminizə əməl edin ki, xoşbəxt olasınız. 

Elmin meyvəsi əməlin ixlasla görülməsidir. 

Elmin bəlası ona əməl etməməkdir. 

Elm, günahlardan çəkinmə olmadan inkişaf etməz. 

Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan. 

Elm ilk yolgöstərən, (Allah-Təalanı) tanıma isə onun son 
nöqtəsidir. 

Elm və bilik bəhanə axtaranların yolunu kəsər. 

Elmin sonu sakitlik və həlimlikdir. 

Elminizi nadanlığa sərf etməyin. Yəqinliyi şəkk ilə sındırmayın, 
bilib və yəqin edib işə başlayın. 

Elm, ədəb üçün sərf etdiyin mal xərclənməyib. 

Elm şərafətli və əziz mirasdır. 

Elçin sənin tərcümanın, məktubun isə  ən uca səslə danışan 
sözündür. 

Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı 
qəbirdir. Belə  işə  qəbrin darlığı, təzyiqi, qaranlığı  və 
tənhalığından qorxun. Allah öz düşmənini xəbərdar etdiyi 
darısqal həyat qəbir əzabıdır. 

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, heç kəsə bu 
Quran kimi bir şeylə öyüd verməyib. 

Elə bir cahil tapmazsan ki, öz işlərində ifrata, ya yüngüllüyə 
varmasın. 

Ey Adəm övladı! Nə vaxt görsən ki, günah edirsən və bununla 
belə eyb, nöqsan sifətlərdən pak və uzaq olan Allah bir-birinin 
ardınca sənə nemətlərini verir, ondan qorx. 


 
56

Ey Allahın bəndələri, Allahdan qorxun! (yaradılışın başlanğıc 
və sonu barədə). Fikirləşmək onu məşğul edən… və dünyaya 
rəğbətsizlik onun şəhvət və  nəfsi istəklərinin qarşısını aldığı 
ağıllı bir şəxs kimi. 

Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan doymayan 
həyasız adama nifrət edir. 

Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin 
ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və  şəhvətpərəstlik 
olan kəsdir. 

Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin 
ən mənfuru zor işlədən alimdir. 

Ey camaat! Nücum elmini, səhra və dənizdə yolu tapmağınıza 
səbəb olan qədəri istisna olmaqla, öyrənməkdən çəkinin. Çünki 
münəccimlik kahinlik və öncə görmələrə  gətirib çıxarır və 
münəccim kahin kimidir. Kahin sehrbaz kimi, sehrbaz isə kafir 
kimidir. Kafir isə odda yanacaq. 

Ey insanlar! Əvvəl  əhkam, sonra ticarət! Allaha and olsun, bu 
ümmətin arasında sələm (faizə pul vermək) qara daşın üzərində 
gəzən qarışqadan daha gözə görünməzdir. 

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini 
öz qəzəb və  əzabından saxlamaq və öz Cənnətinə  tərəf sövq 
etmək məqsədi ilə ona itaət edənlər üçün savab və mükafat, ona 
itaətsizlik edənlər üçün isə cəza müəyyənləşdirdi. 

Ey camaat! Bilin  ki, hər kim özü barədə yalan və nahaq sözdən 
incisə ağlı yoxdur. 

Ehtiyacın aradan getməsi onu əhli olmayandan istəməkdən daha 
asandır. 

Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir əksinə, öz Rəbbinin 
tərəfindən vədə verir  ki, onları günah etməyə vadar etsin və 
ölümün uçurumuna atsın. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə