69
Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur.
Əxlaqsız adamın şərəfi olmaz.
– F–
Fəzilət adətlərə üstün gəlməkdir.
Fəqihlərin (alimlərin) bəlası pəhrizkarlıq etməməkdir.
Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin.
Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik
pisliyə bağlanar.
Fədakarlıq ən ali insani sifətdir.
Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.
Fədakarlıq yaxşılıqların ən gözəli və iman dərəcələrinin ən
üstünüdür.
Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.
70
Fəzilətlərin zirvəsi elmdir.
Fitnə üç şeydədir: qadın sevmək- bu şeytanın qılıncıdır, şərab
içmək- bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət- bu
isə şeytanın oxudur. Kim qadın sevən olsa, ömrünün faydasını
görməz, kim şərab sevən olsa, cənnət ona haram olar. Kim dinar
və dirhəmə məhəbbət bəsləsə dünyanın nökəri olar.
Fitnə vaxtı, minmək üçün arxası və gücü, nə də südünü
sağmağa döşü olan ikiyaşlı erkək dəvə kimi ol.
Fürsət tez keçən və gec tapılandır.
Fürsət qənimətdir.
Fürsəti əldən vermək kədərin mayasıdır.
Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik
və ahəstəlik nadanlığın nişanəsidir.
Fasiq (günah edən) alimləri, savadsız hakimləri və kirayə haqqı
ödəməyən kirayəçiləri həbs etmək İmama vacibdir.
Fitnələr üç növdür: Qadın sevgisi; bu şeytanın qılıncıdır… Kim
çox qadın sevən olsa həyatından bəhrə götürməz.
Fikr saf və işıqlı ayinədir. Bu ayinədən ibrət götürmək isə
nəsihət edicidir.
Fürsət bulud kimi ötüb keçəndir, yaxşı fürsəti əldən verməyin.
Fəqət dəvə balasıdır ki, böyüməmiş səsləri çıxmaz (böyüməmiş
qışqırırsan).
Fürsət nə qədər ki, qüssəyə çevrilməyib onu qoru.
Fəqir olduğumuz vaxtda da sədəqə verib Allah ilə müamilə
(alver) ediniz.
Fürsət nə qədər ki, qüssəyə çevrilməyib onu qoru.
Fikr təmiz və saf ayinədir.
71
Fürsəti əldən vermək qüssə gətirər.
72
– G–
Günahların arasında şəhvətə tabe olmaqdan şiddətlisi yoxdur.
Buna görə ona itaət etməyin ki, sizi Allahdan qafil edər.
Gülərüzlülük azədə insanın xislətidir.
Göz yaşları yalnız daşlama səbəbindən qoruyur və qəlblər
yalnız günahların çoxluğundan daşlaşır.
Günahlardan amanda qalmağın amillərindən biri də budur ki,
Allaha qarşı məğrur olmayın (və ona boş yerə tamah salmayın
və özünüzü onun əzabından amanda sanmayın).
Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid
olana heyrət edirəm.
Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki,
günahlarınızın iyi sizi rüsvay etməsin.
Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni
günahdır.
Güzəşt qələbənin zəkatıdır.
Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o
qədər korlayar.
Göz qəlbin qasididir.
Göz qəlbin xəfiyyəsi və ağlın qasididir.
Gözlərin baxışları şeytanın torlarıdır.
Gözün korluğu çox baxmaqdan daha yaxşıdır.
Gözünü aşağı dikən kəs qəlbini rahat edər.
Gözünün cilovunu buraxan şəxs həyatını çətinliyə salar.
Görmək baxmaqla eyni deyil. Çünki gözlər bəzən sahiblərini
aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır.
73
Gözü itirmək bəsirəti itirməkdən asandır.
Günahsız adama böhtan atmaq səmadan da böyük və ağırdır.
«Güclünün bəlası düşmənini zəif saymaqdır.»
Gözəl ədəb ən üstün əsil-nəcəb və ən yüksək qohumluqdur.
Gözəl ədəb əsil nəcabət şərəfini əvəz edir.
Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.
Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.
Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir.
Gözəl əxlaqdan ləzzətli həyat yoxdur.
Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaq, halal
dalınca getmək, ailənin asayişini və rifahını təmin etmək.
Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət
axtaranların) gülüstanıdır.
Gülərüzlülük dostluq kəməndidir.
Gülərüzlülük azad insanın xislətidir.
Gülərüzlülük məhəbbət kəndiridir.
Gülərüzlülük sənin alicənablığın və nəfsinin kəramətinin
nişanəsidir.
Günahlar xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar
(bağışlanmaq) diləmək və şəfası bir daha o günahı təkrar
etməməkdir.
Gözlərin yaşı rəhmsizlikdən qeyri bir səbəbdən qurumadı,
qəlblər də yalnız günahların çoxluğundan rəhmsiz oldular.
Günahlardan çəkinməkdən gözəl səngər yoxdur.
Günahlardan çəkinmək qalxandır.
74
Günahlardan çəkinməyin nəticəsi nəfs və dinin düzəlməsidir.
Günahlardan çəkinmək haramları yerinə yetirməyə mane olar.
Günahlardan çəkinmək təqvanın təməlidir.
Günahlardan çəkinməklə müşayiət olunmayan ibadətdə xeyir
yoxdur.
Günahlardan çəkinməyin kökü günahlardan uzaqlaşmaq və
haramdan çəkinməkdir.
Günahlardan çəkinmək (haramlıq etimalı olan) şübhəli şeylə
qarşılaşan zaman dayanmaqdır.
Gözəl əməl himmətin yüksəkliyindən xəbər verir.
Günah meydanını onlar üçün genişləndirdi, onlara gələbə
vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı.
Gözəlliyin zəkatı iffətli olmaqdır.
Günahlardan çəkinmək sağ ikən sənin ismət qaynağın və
qoruyucun, ölümdən sonra isə məqamının Allaha
yaxınlaşmasına səbəb olar.
Gərək qardaşınla əlaqəni kəsmək imkanı sənin ona birləşmək
imkanından çox olmasın. Həmçinin gərək onun pislik etmək
qüdrəti sənin yaxşılıq etmək qüdrətindən artıq olmasın.
Göz yaşları qəlblərin sərtliyindən qeyri səbəbdən qurumadı,
ürəklər də günahların çoxluğundan başqa səbəbə sərtləşmədi.
Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz
keçmişlərinizdən öyüd götürün.
Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki
zaman isə fürsətdir.
Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.
Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.
Dostları ilə paylaş: |