Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

 
95

Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də 
gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə məcbur etmək. 

Xoşəgəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi 
gücləndirər. 

Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar. 

Xoş o kimsənin halına ki,… malını çox bağışladı və dilini çox 
danışmaqdan gözlədi. 

Xoşhallıq ariflərin köynəyidir. 

Xasiyyətlərin ən yaxşısı, tərslikdən uzaq olanıdır. 

Xalq zəlilliyin qorxusundan zəlilliyə tərəf tələsər. 

Xəstəliklə mübarizə apar nə qədər  ki, xəstəlik canındadır. 

Xoş o adamın halına ki, arzuları az ola, ömrünü də  qənimət 
saya. 

Xudbin adamın düşməni çox olar. 

Xəlvətdə günah etməkdən çəkin, əslində etdiyin günah sənin əsl 
şahidindir. 

Xeyir işi təxirə salmayın. 

Xörək yeməyi duzla başla, duzla da qurtar. 

Xəyanət yoxsulluq gətirər. 


 
96
 İ– 
 

İmam Əli (ə) Şəban ayının dualarında buyurub: İlahi, məni Səni 
yad etməyə  məftun və divanə et, mənim səyimi Sənin qalib 
adlarının ruhuna və müqəddəs dərgahına yönəlt.   

İlahi! Səndən Mühəmməd (s)  və onun ismətli  Əhli-Beytinə 
salam göndərməyi və  məni daim səni yad edənlərdən, Sənin 
əhdini pozmayanlardan etməyini diləyirəm.  

İmam  Əlinin  (ə) vəfat edərkən oğlu Həsənə  (ə) 
tövsiyyələrindən: «Bütün hallarda Allahı yad et».  

(İnsana) ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur. 

İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz. 

İmam  Əli (ə) (əziz övladı İmam Həsənə  (ə) tövsiyyələrindən): 
Yeniyetmə qəlbi xam torpaq tək boşdur. Ona atılan hər bir şeyi 
qəbul edər. Buna görə  də, qəlbin bərkiməmiş  və  ağlın məşğul 
olmamış  sənə tərbiyə və ədəb verməyə tələsdim. 

İmam  Əli (ə)  qarşısına gətirib faludə (un, su və baldan 
hazırlanmış halva) qoyduqda  buyurmuşdur: «Sənin xoş  ətrin, 
xoşagələn rəngin və  ləziz dadın var. Ancaq mən nəfsimi ona 
adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm». 

İbadətləriniz asanlaşsın deyə,  adətlərinizi dəyəşdirin. 

İmam Əli (ə)  («Ağıllı insan kimdir?» sualına cavabında): Ağıllı 
odur ki, hər şeyi öz yerində işlətsin. Ərz olundu: "Nadanı bizə 
təsvir et".  Buyurdu: "Təsvir etdim". 

İnsanların ağılları altı  şeylə ölçülür: qəzəbli olan vaxt səbr, 
qorxu zamanı dözümlü olmaq, istək və meyl olduqda mötədil 
hərəkət etmək, bütün hallarda Allahdan qorxmaq, xoş 
davranmaq və söz-söhbəti azaltmaq. 


 
97

İnsanın  ağılı altı şeylə ölçülər: yoldaşlıq, alış-veriş, hökmranlıq 
etmək, kənara çəkilmək (hakimiyyətdən), imkanlı  və yoxsul 
olmaq. 

İmam Əli (ə) Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) 
hüzurunda oxuyanda buyurdu: "Xəvaric bu kəslərdəndir". 

İnsanın yazısı (məktubu) onun ağlının göstəricisi və fəzilətinin 
dəlilidir. 

İnsanların danışığı bədahətən danışdıqda sınanar. 

İnsan öz düşməni ilə mübarizə apardığı kimi səndə öz nəfsinlə 
mübarizə apar və rəqib öz rəqibinə qalib gəldiyi tək, sən də öz 
nəfsinə qalib gəl. Çünki insanların ən güclüsü öz nəfsinə qalib 
gələnidir. 

İnsanın fikri onun ağlının ölçüsüdür. 

İnsanın xüdpəsəndliyi onun ağlının süstlüyünü göstərir. 

İzzətin səni aldatdı və bunun sonu sənin zəlilliyin olacaqdır. 

İlahi! Hamıdan bütünlüklə qopmağı (nemətini) və yalnız sənə 
üz tutmağı mənə nəsib et. Qəlbimizin gözlərini özünə baxmağın 
nuru ilə  işıqlandır ki, qəlblərimizin gözləri qaranlıq pərdələri 
yırtıb (sənin) əzəmət və böyüklük mədəninə qoşulsunlar. 

İmam  Əli (ə) (əziz övladı imam Həsənə  (ə) tövsiyyələrindən):  
"Hərgah onlardan (nökər və qulluqçulardan) kimsə günahlarına 
görə  cəzalanmaya layiq olsa, onu yaxşı  şəkildə danla. Çünki 
güzəştlə birgə danlamaq, ağlı  və  dərrakəsi olan üçün 
döyməkdən daha ağırdır". 

İmam  Əli (ə) (Münacatında)  İlahi! Sənin bağışlamağını 
fikirləşirəm, xəta və günahlarım mənə asan gəlir. Sonra sənin 
cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə 
böyük görünür. 

İlahi! Məninlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et. 


 
98

İçində Allah zikr edilərək xatırlanmayan hər bir söz, bihudədir. 
Təfəkkürlə birgə olmayan hər bir sükut səhvdir.  İçində ibrət 
olmayan hər bir baxış, əbəsdir. 

İmam  Əli (ə) (Münacatında): ilahi! Sənə  bəndə olmağımın 
izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə 
bəs edər. 

İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından 
əlçəkən şəxsdir. 

İmam Əli (ə) (öz dostlarından birinə məktubundan) : ömründən 
sənə nə qalıbsa əldən vermə və «sabah və birigün» demə. Çünki 
səndən qabaqdakılar öz arzularına arxayın olduqlarına və 
«bugün-sabah» etdiklərinə görə  məhv oldular. Beləki, Allahın 
(ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı. 

İmam  Əli (ə) (bayramların birində) həqiqətən də, bu bayram 
Allah oruc-namazını  qəbul edən üçün bayramdır. Allaha 
itaətsizlik etmədiyimiz hər bir gün bayramdır. 

İmam Əli (ə)- Haris Həmdaniyə  yazdığı məktubdan-«Bazarları 
yığıncaq yerlərindən çəkin ki, ora şeytanların toplandığı 
meydan, fitnə və azğınlıqların yarandığı yerdir. 

İmam  Əli (ə) "Təlhə  və Zübeyr ilə  nə üçün vuruşurdun?" 
sualının  cavabında buyurmuşdur:  Çünki mənimlə olan beyəti  
pozdular və mənə tabe olan  möminləri öldürdülər . 

İmanın bəlası şirkdir. 

İtaətin bəlası itaətsizlikdir. 

İbadətin bəlası riyakarlıqdır. 

«İşlərin bəlası icraçıların acizliyidir.» 

İmam  Əli (ə) (əziz övladı  İmam Həsənə  (ə) tövsiyəsindən):  
Əgər elə bir  kasıb görsən ki sənin  əqidəni qiyamət gününə 
qədər çiyninə  çəkəcək və sabah həmin azuqəyə ehtiyacı 
olduqda sənə  təhvil verəcək, eləsini qənimət bil, öz azuqəni 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə