Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 
91

Hər kəsin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri 
tərbiyəsiz olar. 

Hər kəs dilinə malik olmasa, xar olar. 

Haqqı tərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq 
xətadır. 

Hər kəs cahilin tərəfindən xoşhal olsa, hikmətdən xəbərsizdir. 

Haqq çətin və ağırdır, batil yüngül və asan. 

Hər bir qabı doldurmaq olar, elm qabından başqa. 

Hər kəs həya libası geysə xalq onun eybini görməz. 

Hər bildiyin şeyi demə, bu sənin nadanlığın üçün kifayət edər. 

Hər kəs zülmün qılıncını qaldırsa, o qılıncla da məhv olar. 

Hər kim öz rəyini bəyənsə, yolunu itirər. 

Hər kəs alimlərlə oturub-dursa ehtiram tapar. 

Hər kim şərəfsizlərlə oturub dursa qədir-qiymətini itirər. 

Hər kəs haqq ilə vuruşsa, haqq onu yerə sərər. 

Haqqı tərk etməkdə ağıla arxalanmaq lazımdır, hissə qapılmaq 
xətadır. 

Hər kəs düşmənçilik toxumu səpsə, həmişə süst olar. 

Hər kəs nifaq salsa, çarə yollarını üzünə bağlayar. 

Hər kəs ölçüb-biçmədən işə başlasa, axırda peşman olar. 

Hər kəs başqasının xasiyyətini ləkələsə, öz şəxsiyyətini 
ləkələmiş olar. 

Hər təcrübə yeni bir elmin mənbəyidir. 

Hər kəsin öz daxili ona tanışdır. 

Hər kəs zəmanəyə etimad göstərsə, zəmanə ona xəyanət edər. 


 
92

Hər kim axirət işini islah eləsə, Allah onun dünyasını islah edər. 
 X– 
 

Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. 
Axmaqlığı göstərməkçün elə bu kifayətdir. 

Xoş o kimsənin halına ki öldürücü yalanlar onu öldürməmişdir. 

Xəbərsizlik və yalanın məstliyi içkinin məstliyindən daha gec 
gedər. 

«Xalq kütləsinin bəlası pis əməlli alimdir.» 

Xeyirli olanları kənara atmaqla, özünü boş şeylərin astanasında 
qoyma. 

Xoş o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə 
əlləşməkdən saxlasın. 

Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir. 

Xoş ətir müalicə edəndir. 

Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir. 

Xoşgümanlıq qəm-qüssəni azaldar və günahın tələsinə 
düşməkdən xilas edər. 

Xəlvət yerlərdə Allaha qarşı günah etməkdən çəkinin. Çünki 
şahid olan Allah həm də  hakimdir. 

Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya 
etməz. 

Xeyir, himməti və fikri-zikri qarnı  və  şəhvəti olan şəxsdən nə 
qədər də uzaqdır. 

Xeyir əməl əbədi qalan qazanc, saf və təravətli meyvədir. 

Xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər. 


 
93

Xeyir işi tez yerinə yetirməyə  tələsin ki başqa bir işlə  məşğul 
olduğunuza görə o (xeyir) işdən qalmayasız. 

Xeyir işi yerinə yetirin və onların heç birini kiçik saymayın. 
Sanki onun kiçiyi böyük, azı da çoxdur. 

Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis 
şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur. 

Xəsislik böyük ardır. 

Xəsislik yoxsulluq kürküdür. 

Xəsis öz varislərinin xəzinədarıdır. 

Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir. 

Xəsisin heç bir dostu olmaz. 

Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf 
çəkir, axtardığı  zənginlik və  sərvəti  əldən çıxarır. Xəsis, 
dünyada  yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər 
kimi hesab çəkiləcəkdir. 

Xətt-yazmaq əlin dilidir. 

Xəyanət ikiüzlülüyün mənşəyidir. 

Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bu günü 
dünənindən pis olandır. 

Xəsis üzr və bəhanə gətirməyə can atar. 

Xəstəlik iki zindandan biridir. 

Xoşbəxt insan Allaha ixlasla itaət edəndir. 

Xoşbəxtlik haqqa bağlılıqdadır. 

Xeyir işlər görməyə nail olmaq xoşbəxtlikdir. 

Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar. 

Xudpəsəndlik axmaqlıqdır. 


 
94

Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir. 

Xudpəsəndlik düzgün fikirləşməyin düşməni  və  ağılların 
bəlasıdır. 

Xudpəsəndlik ağılı korlayar. 

Xudpəsəndlik tərəqqi və kamal üçün maneədir. 

Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, 
götürməyi və qoymağı, nitqi və sükutu, əməli ilə danışığı yalnız 
Allah üçün ola. 

Xalis ibadət, insanın öz Rəbbindən başqa bir kimsəyə ümid 
bəsləməməsi və günahından başqa heç nədən qorxmamasıdır  

Xəyanətdən uzaqlaşın. Çünki xəyanət islamdan uzaqdır. 

Xətalara dözmək dostların sənətidir. 

Xəsis insanla yoldaşlıq qəlbi sərtləşdirər. 

Xeyir iş görmək qəlbləri abadlaşdırar. 

Xoş o adamın halına ki, malının artığını Allah yolunda xərcləyir 
və özünün artıq danışmasının qarşısını alır. 

Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı 
möhtəkirlikdə  xeyir-bərəkət yoxdur. 

Xəsis möhtəkir eləsi üçün (varis) yığır ki, ona təşəkkür 
etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki 
onun üzrünü qəbul etməyəcək. 

Xoş, ona doğru yolu göstərən nəsihətinə tabe olanın və onu 
məhvə sürükləyən azğından uzaqlaşanın halına. 

Xasiyyətcə uyğun olan zövcə iki narahatlıqdan biridir. 

Xalqın zəhmətlərinin və  xərclərinin yükünü üzərinə götürmək 
başçılığa səbəb olar. 

Xoş niyyətli olanın, ruzisi çox olar. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə