Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

 
122


 
123
 K– 
 

Kim Uca olan Allahı yad edərsə, Allah-Təala onun qəlbini 
dirildər, əqlini və düşüncəsini işıqlandırar.  

Kim Uca olan Allahı unutsa, Allah-Təala özünü o kəsə 
unutdurar və qəlbini kor edər. 

Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar. 

Kim insana ümid bağlasa ona təzim edib və onu böyük bilib. 

Kim hidayəti onun əhli olmayandan istəyərsə, yolunu azar. 

Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir. 

Kimin ağılı kamilləşərsə şəhvətə dəyər verməz. 

Kim nadanlarla oturub-dursa ağılı azalar. 

Kimin ağılı azalarsa, danışığı pisləşər. 

Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi 
az olar. 

Kim başqalarının eyblərini görüb onları yaramaz hesab edir, 
sonra isə həmin eyibləri özündə bəyənirsə, həqiqi axmaq odur. 

Kişinin axmaqlığı üç şeydən tanınar: mənasız (sözlər) 
danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və 
işlərində qorxmazlıq və cəsarətdən. 

Kim (dünyanın) ilğıma aldanarsa, onun (səadət) kəndirləri bir-
birindən qopar. 

Kimsə günaha görə kimsəni danlayıb əziyyət verərsə, o, güzəşt 
etməmişdir. 

Kimin möhləti başa çatıbsa (əldən verdiyini, ələ gətirmək üçün) 
möhlət istəyər. Kimə möhlət verilərsə, işi yerinə yetirməkdə 
«bugün-sabah» edər.  


 
124

Kim Allaha təvəkkül etsə, Allah onun təminatını ödəyər. Kim 
Allahdan istəsə Allah ona əta edər və kim Allaha borc versə, 
Allah onu qaytarar. Kim Allaha zikr etsə, Allah ona mükafat 
verər. 

Kiməsə hörmət qoysan, əslində özünə hörmət etmiş, 
heysiyyatını onunla bəzəmisən. Buna görə də, özünçün etdiyin 
hörmət və yaxşılıqdan ötrü başqalarından təşəkkür gözləmə. 

«Kim öz abırını istəyirsə, çəkişməyi buraxmalıdır.» 

«Kim təharət (dəstəmaz) alıb məscidə getsə, ondan dəstəmazı 
pozan bir iş baş verməyincə namaz halında olar (həmin müddət 
ərzində namaz qılan adam kimi sayılar).» 

« Kim öz dilini saxlasa, Allah onun eybini örtər.» 

« Kişinin dəyəri onun səyi, onun düzgünlüyü isə insaniyyəti 
qədərdir.» 

Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər. 

Kim pak və müqəddəs olan Allahın rəhmət qapısını döysə, o 
qapı üzünə açılar. 

Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb 
aparar. 

Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil 
olmazlar. 

Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və 
yavərlərinin) sayını artırar. 

Kim öz düşmənini barışığa çəksə, muradına çatar. 

Kim düşünsə, gözü açılar. 

Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə 
çəkər. 

Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar. 


 
125

Kim öz eybini görərsə, başqalarının eybləri ilə  məşğul 
olmaqdan çəkinər. 

Kim camaatın eyblərini görsə, onları çirkin saysa və özündəki 
həmin eybləri bəyənərsə, əsl axmaqdır. 

Kim sənin eybini Özünə desə, arxanca sənin abırını qoruyar. 
Kim eyblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin 
eybini deyər. 

Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyərsə cavabını 
eşidər. 

Kim abır-həya paltarını kimsənin  əyninə geyindirərsə, eybi 
camaatdan gizli qalar. 

Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar. 

Kim nəyi bilməzsə, ondan eyb tutar. 

Kimin  ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arsında olan çoban 
kimidir. 

Kim ədəbə könül versə pislikləri azalar. 

Kim böyük Allahın  ədəb qaydalarına yiyələnsə  həmin  ədəb o 
şəxsi əbədi qurtuluşa çatdırar. 

Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad 
olunması üçün beytul-maldan fidyə (əsirin azad olunması üçün 
ödənilən mal) verilməməlidir.  Əgər onun ailəsi istəsə onun 
fidyəsi öz malından ödənilməlidir. 

Kim fitnə odunu alovlandırsa, özü ona odun olacaq. 

Kim xalqa qarşı xoşgüman olsa, onların məhəbbətini qazanar. 

Kim bizi sevirsə, bizim kimi əməl etməli, davranmalı  və 
günahdan çəkinməkdən kömək diləməlidir. Çünki günahlardan 
çəkinmək dünya və axirət işində ən yaxşı köməkçidir. 

Kimin himməti yüksəkdirsə, dəyəri çoxdur. 


 
126

Kişinin şücaəti onun himmətinin yüksəkliyi ilə qazanılır. 

Kimin himməti az olsa, fəziləti aradan gedər. 

Kimin fikri-zikri qarnına gedən şey olsa onun dəyəri qarnından 
çıxan şey qədər olar. 

Kim xeyirli bir iş görərsə, bu işin nəticəsi hamıdan əvvəl onun 
özünə yetişər. 

Kimdə üç xislət olarsa, dünya və axirətin xeyirləri onun ruzisi 
olmuşdur. Bunlar Allahın qəzavü qədərinə razı olmaq, çətinlik 
və bəlada səbr göstərmək, rahatlıq və rifahda şükr etməkdir. 

Kimin danışığı pis olarsa,  çox danlanar. 

Kimə bu dörd xislət verilibsə dünya və axirətin xeyirləri ona 
verilmişdir: doğru danışmaq,  əmanətdarlıq, bətnini haramdan 
qorumaq və gözəl əxlaq. 

Kim ona üz verən dərdi üç gün camaatdan gizlətsə  və Allaha 
şikayət etsə, onun dərdini sağaltmaq Allahın işidir. 

Kim öz nəfsini islah etmək naminə onu əziyyətə salarsa, 
xoşbəxt olar. Amma kim öz nəfsini ləzzətlərə tapşırarsa, 
bədbəxt olar və Allahın dərgahından qovular. 

Kimin ibrət götürmək qabiliyyəti çox olsa, büdrəyişləri az olar. 

Kişinin dəyəri və  əndazəsi onun zəhməti, paklığı isə qeyrəti 
qədərdir. 

Kim mötədilliklə həyat sürsə, yaşayış xərcləri yüngül olar. 

Kişi sözü ilə deyil, əməli ilə imtahana çəkilər. 

Kamal dünyada tapılan deyil. 

Kişinin kamalı altı xislətdədir: Bunlar iki kiçik üzvü, iki böyük 
üzvü və iki heyətidir.  İki kiçik üzvü ürəyi və dilidir. Döyüşsə 
ürəyi ilə döyüşər, danışsa, dili ilə danışar. İki böyük üzvü ağıl 
və səyləridir. Onun iki heyəti isə malı və camalıdır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə