131
Kişinin şücaəti onun səyi, qeyrəti isə zillətə getməməyi
qədərdir.
Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer
verməsin.
Kim tamah libasını əyninə geysə, özünü xar edər.
Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa,
özbaşına buraxdı.
Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın
çirkabından təmiz saxlamağa layiqdir.
Kim Allahı tanıyarsa, mərifəti kamilləşər.
Kim düzgün təcrübə öyrənsə, ölüm-itimlərdən salamat çıxar,
təcrübələrdən ehtiyacsız olmağa çalışan isə işlərin sonunu
görməz.
Kim təkəbbürlü olsa, alim olmaz.
Kim özünü camaata böyük kimi göstərsə xar olar.
Kim təqva ağacları əksə, hidayət (doğru yola yönəlmə)
meyvələri dərər.
Kim təqvalı olsa kəsilmiş lütf və ehsan yağışı yenidən ona
yağar, qaçmış rəhmət ona tərəf qayıdar, qurumuş nemət
bulaqları yenidən onun üçün qaynayar və asılmış bərəkət yağışı
yenidən onun üçün yağar.
Kim öz zəhmətinə hakim olsa, təqvalıdır.
Kim süstlüyə tabe olsa, haqqını puç edər.
Kim özünü Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə düşüb.
Kim Allaha itaəti öz malı etsə, ticarət etmədən qazanclar ona
tərəf gələr.
Kim varlı bir şəxsin yanına getsə və varlılığına görə onun
qarşısında təzim etsə, dininin üçdə ikisi aradan gedər.
132
Kim Allaha etimad etsə, Allah şadlığı ona göstərər. Kim Ona
təvəkkül etsə, Allah onun işlərini təmin edər.
Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin
təhlükəsinə atar.
Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.
Kim vəsiyyət etsə və (öz vəsiyyətində) zülm etsə, (varisə) ziyan
vurması, onu (vəsiyət etdiyi malı) öz sağlığında sədəqə vermiş
şəxs kimidir.
Kimin hakimiyyəti zülmkarlıqla olsa, dövləti çökər.
Kim yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə
gətirsə, sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində
ondan heç vaxt sual soruşulmaz.
Kim öz üzünə ehtiyacı başqasından istəmək qapısını açsa, Allah
onun üzünə yoxsulluğun bir qapısını açar.
Kim zəmanəyə əmin olub ona etimad edərsə zəmanə ona
xəyanət edər.
Kim zəmanəni böyük bilərsə, zəmanə onu xar edər.
Kim zəmanə ilə döyüşsə, zəmanə onu xar edib yerə sərər. Kim
zəmanəyə təslim olsa, amanda olmaz.
Kim zəmanə ilə döyüşsə həlak olar. Kim zəmanəni məzəmmət
etsə, özü qəzəbə gələr.
Kim fitrə zəkatı verərsə, bu əmələ görə, Allah-Təala həmin
şəxsin malından verdiyi zəkatın yerini doldurar.
Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.
Köməklik ehtiyac qədər olar.
Kişilərin qiyməti çətin məqamda bilinər.
133
Kişinin qiyməti onun hümməti qədərdir, doğruçulluğu mərdliyi
qədər, şücaəti həya və heysiyyəti qədər, iffəti – paklığı isə
qeyrəti qədərdir.
Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə
üç iş görməlidir: xoş rəftar, qaydasında əliaçıq, qeyrət və
namus.
Kişinin gözəlliyi vüqarıdır.
Kimsə öz sözlərinin əməlləri sırasında olduğunu (və sorğu-sualı
olacağını) bilsə, onun sözləri faydalı olan saya qədər azalar.
Kim nahaq yolla mal qazanarsa, onları əcri olmayan yollarda
xərcləyər.
Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş
səhlənkarlığa tərəf çəkər.
Kim başını xəyanətlə qarışdırsa, zəmanə onu özünə məşğul
edər.
Kim çox zarafat edərsə, yüngül olar.
134
– Q–
Qəlbin islah olmasının və təmizlənməsinin kökü şəxsin Allahı
yad etməsindədir.
Qane olan qul azaddır, tamahkar azad isə quldur.
Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.
Qalib həvəslərə əsir olan nə qədər ağıl var.
Qəlb gözün kitabıdır.
Qane olun ki, əziz olasınız.
Qoyulan hər bir bidətə görə bir sünnə tərk edildi. Bidətlərdən
çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir.
Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır.
Qorxu bəladır.
«Qoşunun bəlası başçısının əmrindən çıxmaqdır.»
«Qazilərin bəlası tamahdır.»
«Qənaətin bəlası xəsislikdir.»
«Qüdrətin bəlası yaxşılıq etməməkdir.»
«Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir.»
Qiyamət günündə ən şiddətli əzabı Allahın qəzavü-qədərinə
qəzəblənən və narazılıq edən şəxs görəcək.
Qadının cihadı ərinə yaxşı qulluq etməkdir.
Qiyamət günü camaat bir neçə dəstəyə bölünər: onların bəziləri
qısa müddətdə haqq-hesab olunar və şad halda öz ailələrinin
yanına qayıdarlar. Bəziləri vücudlarında dünyavi çirkabdan heç
bir şey olmadığına görə haqq-hesab olunmadan cənnətə daxil
olar. Burada dünya çirkabına bulaşan orada haqq-hesaba
135
çəkiləcək. Bəziləri də xurma çəyirdəyinin arxasının çalası və
xurma ilə çəyirdəyi arasında olan nazik qabıq barədə (yəni,
əməllərinin ən xırda cüziyyatı xüsusunda) sorğu-sual olunacaq
və şölələnən əzab alovuna düşəcəklər.
Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın
qəzəbindən amanda saxlar.
Qardaşınızın eybini üzünə deməkdə sizin üçün heç bir maneə
yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən
qorxmaqdan savayı. Siz axirəti uzağa atmaq və dünyayla
dostluqda bir-birinizlə dostlaşmısınız.
Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə
ona bəxşiş etməklə cavab ver.
Qüdrətli olduqda güzəştcil, çətinlik və kasıblıq vaxtı əliaçıq,
yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə
yetişsin.
Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başıdır.
Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara
gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız
tökülsün.
Qadın mürtəd olarsa öldürülməz, ömürlük həbsə məhkum
olunar.
Qətldə ittiham olunmaqdan başqa, heç bir ittiham üçün həbs
yoxdur.
Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı
edər.
Qeyrətlilik himmətlərin miqdarındadır.
Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs
ki, xəttin qəşəng olsun.
Qəlbdə kin və paxıllığın olmaması bəndənin xoşbəxtliyidir.
Dostları ilə paylaş: |