Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

 
145

Məstlik dörd növdür: şərabın məstliyi, var-dövlətin məstliyi
yuxunun məstliyi və hakimiyyətin məstliyi. 

Məşvərət etmək doğru yol tapmağın gözüdür. Öz rəyi və fikri 
ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır. 

Məşvərət kimi möhkəm dayaq yoxdur. 

Məşvərət etmək Allah tərəfindən tövsiyə və təşviq olunmuşdur.  

Moizə ruh və canların sığalı, qəlbləri cilalayandır. 

Malının əlindən çıxmasına baxmayaraq sənə öyüd verən hissəsi 
(əslində) əldən getməyib. 

Moizə  və öyüdlərin  ən yetərlisi ölülərin qəbrlərindən ibrət 
götürməkdir. 

Möhtəkirlik məhrumiyyətə səbəb olar. 

Möhtəkirlik yaramaz adamların xasiyyətidir. 

Möhtəkirlik alçaqlıqdır. 

Möhtəkirlik əziyyət miniyidir. 

Möhtəkirlik üçün özünü əziyyətə atmaq səfehlərin 
xislətlərindəndir. 

Möhtəkir öz nemətindən məhrumdur. 

Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə şəkk və tərəddüd 
gətirər. 

Mübahisə və ziddiyyət müharibə yaradar. 

Mülayimlik xoşbəxtliyin açarıdır. 

Mülayimlik çətinlikləri asan, mürəkkəb çarələri sadə edər. 

Müstəhəblər vaciblərə ziyan vurduqda, müstəhəbləri  kənara 
qoyun. 


 
146

Müstəhəblər vacib olan əməllərə ziyan vuran zaman Allaha 
yaxınlaşmağa səbəb olmazlar. 

Mümkün olmayan bir şeyi arzulamaq nadanlıqdır. 

Mən dörd söz söylədim və Allah-Təala ayə nazil etməklə 
mənim sözlərimi təsdiq etdi. Dedim ki, insan bilmədiyi  şeyin 
düşmənidir. Allah-Təala bu ayəni nazil etdi: Elmləri çatmadığı 
şeyi yalan sanarlar… 

Məbada,  şahlarla çox gediş  gəlişin olsun! Çünki əgər onlarla 
həmsöhbət olsan səni kədərləndirərlər. Onlarla həmrəy olsan
sənə hiylə gələrlər. 

Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı 
yorğun, qəlbi narahat və qəmi daimidir. 

Musa peyğəmbərlə söhbət edən və nişanələrindən böyük bir 
nişanəni üzvü, dili, dilçəyi və ya bir vasitəsi olmadan ona 
göstərən Allaha həmd olsun. 

Mehribanlıq göstərməklə Allahın rəhməti nazil olar. 

Məşvərət edin ki, doğru fikir meydana gəlsin. 

Müxtəlif rəylərlə qarşılaşan kəs, səhv məqamları görər.  

Məsləhətçinin rəyinə ehtiyac duyan şəxs daha üstündür. 

Mən kişi üçün alnının saf görünməyini və onda səcdədən bir 
əsər-əlamət olmamasını bəyənmirəm. 

Məndən sonra qaranlıq, kor və  şübhəli fitnələr qopacaq və 
onlardan yalnız adsız-sansız bəndələr canlarını qurtaracaqlar. 
Ərz etdilər: Ey Əmirəl möminin! Adsız-sansız bəndələr 
kimlərdir? Buyurdu: Daxilində nə olduğunu camaatın bilmədiyi 
kəsələr. 
 
Mülkün idarəçiliyi siyasətdir. 


 
147

Mehribanlıq siyasətin başıdır. 

Məbada, dilinə nalayiq sözlər gətirəsən! Çünki alçaq insanları 
sənin ətrafına yığar, dəyərli insanları səndən hürküdər. 

Məbada, nalayiq söz dilinə gətirmə  ki, bu ürəkləri kinli edər. 

Məbada, naqqallıq edəsən. Çünki  kim çox danışan olsa, 
günahları çox olar. 

Məbada, çox danışasan. Çünki büdrəyişləri artırar və  əziyyət 
gətirər. 

Mənim öz Rəbbimə  əminliyim var və dinimdə heç bir şübhə 
yoxdur. 

Məstedici içki içən hər bir kəsin qırx gecə-gündüz namazı qəbul 
olunmur. 

Möhtərəmliyin açarı təqvadır. 

Mömin qalası  olanlara rəğbət göstərər, gedəsi şeylərdən  isə üz 
döndərər. 

Məbadə tərslik atı səni ölümə atsın. 

Məbadə tərslik atı dikbaşlıq edib səni təhlükələrə tərəf aparsın. 

Müvəffəqiyyət (ilahi) rəhmətdir. 

Müvəffəqiyyət Allahın cazibələrindəndir. 

Müvəfəqiyyət xoşbəxtliyin başlanğıcıdır. 

Möhkəm dağları yerindən qoparmaq bir-birindən nifrət edən 
qəlbləri bir-birinə bağlamaqdan daha asandır. 

Mal gələcəyi korlayar, arzuları böyüdər. 

Mal-dövlət arzusu dini süst və yəqinliyi puç edər. 

Mal və sərvət öz sahibini, onu bəxşiş və hədiyyə edənə   qədər 
sevər. Nə vaxt xəsislik etsə, onu rüsvay edər. 


 
148

Mal-dövləti özünə zəruri olan qədər saxla.  Onun artıq qalanını 
özünün ehtiyac gününçün göndər. (axirətə) 

Mən öz şənimi, camaatı özümün tərk etmədiyim  şeydə 
çəkindirməkdən və ya özüm əməl etmədiyim işə  əmr etməkdə 
daha yüksək sanıram. 

Məndən sonra, tezliklə ruzigarınız elə olacaq  ki, həmin 
zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah
peyğəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey  
olmayacaq. 

Müdriklərə yoldaş ol  ki, ağlın kamilləşsin, ruhun ucalsın və 
nadanlıq köçüb getsin. 

Müqəssirliyin nəticəsi peşimançılıqdır. 

Mömin o adamdır  ki, insafsızlıq edənlə insaflı rəftar edə. 

Müsibətə səbr etmək iman xəzinələrindəndir. 

Mömin möminin güzgüsüdür. 

Mehriban yoxsul, biganə varlıdan yaxşıdır. 

Minnət yaxşılıqları batil edər. 

Məkr və hiyləsi gizli olan şəxs, ən böyük düşməndir. 

Malını və canını qardaşın üçün saxla, insaf və ədaləti düşmənin 
üçün, gülərüzlülüyü və yaxşılıq etməyi hamı üçün xalqa salam 
et, ta sənə salam versinlər. 

Möminin niyyəti əməlindən xeyirlidir. 
 
 


 
149
 N– 

Nəfsin istəkləri asudəlikdən baş qaldırar. 

Necə də xoşdur, insanın özü ilə elə saatları, elə anları olsun ki, 
heç bir çəkindirən onu həmin anlardan saxlaya bilməsin. 

Nadanlarla oturub-durmaq ağılsızlıqdır. 

Nəfsani istəklər ayıq, ağıl isə yatmışdır. 

Nəfsin dünyaya ürək bağlaması ən böyük aldanışdır. 

Nə çox azğınlıq ki, mis dirhəm gümüş üzlüklə bəzəndiyi kimi 
Allahın kitabından bir ayə ilə bəzənib. 

Nəfsin istəkləri ağılın bəlasıdır. 

Nemətlərin bəlası nankorluq, naşükürlükdür. 

Nəfsin bəlası dünyaya vurğunluqdur. 

«Nəfsə qarşı cihad cənnətin mehriyyəsidir.» 

«Nəfsi istəklərin baş qaldıranda nəfsini cilovla və  şübhələr 
yaranarkən nəfsini Allahın kitabına tərəf yönəlt.» 

Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın. 

Nəfsi istəklərinlə döyüş  qəzəbinə üstün gəl, nəfsin paklaşana 
qədər özünün pis adətlərinə qarşı  çıx ki, əqlin kamala yetişsin 
və Rəbbinin mükafatından tam faydalana biləsən. 

Nəfslə döyüş  və  nəfsi saxlamaq dərəcələri yüksəldər, 
yaxşılıqları ikiqat artırar.  

Nəfs mübarizə ilə islah olunar. 

Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar.  

Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər. 

Nəfslər müxtəlifdir. Bir-birinə  bənzəyənlər bir yerə  yığılar və 
öz bənzərlərinə daha çox meyl edərlər. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə