141
layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini
axtarıb çox dərinə getmə.
Malı ilə sənə kömək etməyən şəxsi dost sayma.
Möminin üzünün gözəlliyi Allahın ona olan
hüsnrəğbətindəndir.
Möminin sevinci üzündə, qüdrəti dilində, kədəri qəlbindədir.
Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki,
Allah-Təala həqiqəti onların dillərində qərar vermişdir.
Məzlumların fəryadına çatmaq və qəmlinin qəmini dağıtmaq
böyük günahların kəffarəsindəndir.
Mənimlə əlaqədar iki nəfər məhvə uğradı: ifrata varan dost və
kinli düşmən.
Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir
hədiyyə vermək, həmin şeyin mislini sədəqə verməkdən daha
xoşdur.
Mal-dövlətin və övladların çoxluğu xeyir və yaxşılıq demək
deyil. Əslində, xeyir sənin dərin elmə və böyük səbrə malik
olmağın, Rəbbinə ibadət etdiyinə görə xalq arasında baş
ucalığın və iş gördüyün zaman Allaha zikr etməyin və pislik
edəndə Rəbbindən bağışlanmağını diləməyindir.
Müdriklər hikməti əhli olmayanların ixtiyarına verəndə onu
pozdular.
Mömin, hətta ona qarşı insaflı olmayanla da, insaflı davranar.
Məbada, öz ömrünüzü sizə qalacaq bir şey üçün hədərə
verəsiniz. Çünki keçən ömür geri dönməz.
Malında xəsislik edən xar, dinində xəsislik edən kəs isə başıuca
olar.
142
Məndən sonra xəvariclə döyüşməyin (onları öldürməyin) çünki
haqqı tələb edən və ona çatmayan, batil axtaran və onu əldə
edən kimi deyildir.
Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar
çox olar.
Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.
Mömin dünyaya ibrət gözüylə baxar və çarəsizlik qədəri ondan
yemək götürər.
Maaşa şad olmaq sonda iffətə səbəb olar.
Mötədillik həyatı təminatlı edər.
Mötədillik az malı çoxaldar, israf isə çoxu yox edər.
Mənəm dünyanı xar və heç sayan.
Mən Allahın Peyğəmbərinin mehriban yoldaş
və
yardımçısıyam. Mənəm islamda öncül, bütləri sındıran,
kafirlərlə vuruşan və din düşmənlərini məhv edən.
Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı,
bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.
Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm.
Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil
olmaz. Mənəm böyük ayıran (haqq ilə batili bir-birindən
ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və
məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.
Mən Allahın elmiyəm. Mən xəbərdar qəlbi, onun natiq dili,
gözü və tərəfiyəm. Mən Allahın əliyəm.
Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və
yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən
bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində
olan hər bir kəsin pənahgahıyam; mən möminlərin cənnətə
143
aparan bələdçisiyəm; mən Allahın ən möhkəm ipi və təqva
kəlməsiyəm; mən Allahın gözü, doğrucul dili və əliyəm.
Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə
vuran ilk kəsəm.
Mən islamı qəbul edən ilk şəxsəm.
Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.
Mən Allahın Peyğəmbəri (s) vəfat edən zamandan həmişə
zülmə məruz qalmışam.
Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs
görməyib.
Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat
valiyə zülm edir.
Mömin şadlıq və asayiş zamanı zikr edən, bəla və çətinlik
zamanı səbrli, naz-nemət içində olan zaman isə qorxu içindədir.
Mömin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Öz nəfsindən
arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm içindədir.
Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir.
Mömin öz dinini dünyası ilə təmizləyən kəsdir. Günahkar o
şəxsdir ki, dünyasını dini ilə qoruyur.
Möminlərin ən yaxşısı can, ailə və malını Allah yolunda daha
çox təqdim edəndir.
Möminlərdən o şəxsin imanı daha üstündür ki verdiyi və aldığı,
qəzəbi və sevinci Allaha görədir.
Müsəlmanın əleyhinə kömək edən şəxs islamdan uzaqdır.
Malı nahaq yerə xərcləmək israf və zay etməkdir.
Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.
144
Mənimlə zorba adamlarla danışılan kimi danışmayın habelə
məndən tez əsəbləşən hakimlərdən çəkininən kimi çəkinməyin.
Mənimlə süni rəftar etməyin.
Mənim üçün qocalığın vüqarı, gənclik şadlığından daha
sevimlidir.
Məscidin hərimi (hüdudları) qırx zirədir, mənzildən hər dörd
tərəfə qırx ev də qonşu sayılır.
Məclisin başında yalnız üç xislətə malik olan şəxs – sual
soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa
bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır.
Bu xislətlərə malik olmayan lakin məclisin başında oturan şəxs
axmaqdır.
Məclisin ən yuxarı yerinə tələsmə. Çünki yuxarı çəkildiyin yer,
aşağı endirildiyin yerdən daha yaxşıdır. Şərab içilən süfrədə
oturmayın. Çünki bəndə ölümünün nə vaxt çatacağını bilmir.
Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini
Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət
günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək.
Mənimlə əlaqədar iki dəstə məhv və həlak oldu: ifrata varan
dost və kin bəsləyən düşmən.
Mərdlik mülayimlik və xoş rəftarla kamilləşər.
Mədrdlik sədaqət və doğruluqla kamilləşər.
Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə
olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı
qəbul deyil. Ərz etdilər: Ey Əmir-əl-möminin! Məscidin
qonşusu kimdir? Həzrət (ə) buyurdu: Məsciddə namaz qılmaq
üçün dəvət səsini eşidən şəxs.
Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə
qırx evdir.
Dostları ilə paylaş: |