Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 
127

Kin qəzəb gətirər. 

Kin bəsləmək, paxıl adamların xislətidir. 

Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç 
bir şeylə söndürmək olmaz. 

Kin bəsləmək fitnə və narahatlıqlara səbəbdir. 

Kinli adamın canı əzabda və qəmi ikiqat olar. 

Kin saxlayan dostluğa sadiq olmaz. 

Kin pis bir toxumdur. 

Kin yaxşı işləri aradan aparar. 

Kinli qəlblərin ən pisi paxıllıq və kinli insanın ürəyidir. 

Kitablar alimlərin bostanlarıdır. 

Kitab necə də gözəl natiqdir. 

Kitablarla özünü sakitləşdirən, heç bir sakitliyi əldən verməz. 

Küfr dörd sutun üzərində dayanır: fisq (Allahın  əmrindən 
çıxmaq), ifratçılıq, şəkk və şübhə. 

Kim düzgün sınaqdan sonra özünə bir qardaş seçsə dostluğu 
davamlı və möhkəm olar. Kim sınaqsız özünə bir qardaş seçsə 
pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar. 

Kim Allaha çatmaq naminə dözsə, ona çatar. 

Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür. 

Kin bəsləmək eyblərin ən pisidir. 

Kim Allaha görə qardaşlıq etsə, xeyir görər və kim dünyaya 
görə qardaşlıq etsə, məhrum olar. 

Kişinin dəyəri onun himməti qədərdir. Onun şücaəti abır-həya 
etməsi iffəti isə onun qeyrəti qədərdir. 


 
128

Kim qəddarlıq etsə, sındırılar. 

Kim qəddarlıq etsə, Allah onu xar edib alçaldar. 

Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz. 

Kimin ibadətləri az olarsa qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə 
gedər. 

Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənərsə, qəmlə 
özünə əzab vermiş olar. 

Kim az malına qane olmasa, çox malının da xeyrini görməz. 

Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, 
Allah ondan ötrü qəzəblənər və qiyamət günündə onu şad edər. 

Kim yaxşı qulaq assa, tez faydalanar. 

Kim Allah tərəfindən qüdrətli olarsa, camaat ona möhtac olar. 

Kim özünü çəkindirməzsə, imkanlı olmaz. 

Keçidlərdə oturmaqda çəkin. 

Kimin batini nəsihətçisi olsa, Allah tərəfindən onun qoruyucusu 
var. 

Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd 
mənbəyi edər. 

Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları 
bağışlanar. 

Kimin Allahın nemətlərindən payı çox olsa, camaatın ona 
ehtiyacı da çox odar. Buna görə də, kim Allahın razılığı xatirinə 
nemətlərlə  əlaqədar öz vəzifəsinə  əməl etsə, onları davamlı 
edib. Bu barədə öz vəzifəsinə  əməl etməyən  şəxs isə  həmin 
nemətləri məhvə və puçluğa düçar edib. 

Kim öz nəfsini məzəmmət etsə, onu islah edər, kim öz nəfsini 
tərifləsə, onu öldürər. 


 
129

Kim özünü islah etməsə çirkin adətlər onu rusvay edər. 

Kim öz eyb və nöqsanı ilə  məşğul olmasa, nəfsi istəklər ona 
hakim olar. Kim nöqsan içində olsa onun üçün ölüm daha 
yaxşıdır. 

Kim Allaha qarşı itaətsizlikdən və gunahdan ləzzət alsa, Allah 
onu xar edər. 

Kim nəfsin istəyinə tabe olsa, bu istək onu  kor, kar, xar edər və 
azdırar. 

Kim  şəhvətlərdə  nəfsinin istəklərinə tabe olsa, ona həlak 
olmaqda kömək edib. 

Kimin nəfsi istəyi güclənsə, iradəsi zəifləyər. 

Kim özünə qiymət qoysa, şəhvət və  nəfsin istəkləri onun 
gözündə dəyərdən düşər. 

Kim şəhvət və nəfsi istəyinə qalib gəlsə ağlı aşkara çıxar. 

Kim savabı öz ömründən sayarsa, ölümə layiq olduğu yeri 
verməmişdir. 

Kim məni sevirsə, ölüm ayağında məni özünə xoş gələn şəkildə 
tapacaqdır. 

Kim məni düşmən bilirsə, öləndə  məni narahat olacaq şəkildə 
tapacaq. 

Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə 
bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı 
geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin. 

Kim özünü göstərmək naminə  iş görərsə, Allah-Təala onu 
qiyamət günündə üzüqara məşhur edər. 

Kifayət edənə qane olan kimsə    rahatlıq tapıb dinclik 
mənzilində məskən salar. 


 
130

Kim öz bədənini ibadət zəhmətinə salarsa Rəbbini razı 
salmışdır. 

Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir. 

«Kim insanlara xeyir vermək üçün öz fikrini səy və  zəhmətə 
salsa, öz niyyətinin mükafatını alar və vəzifəsini yerinə yetirmiş 
olar.» 

Kim Allaha xatir səbr edərsə, öz məqsədinə çatar. 

Kim iş  və qazancın  əziyyətinə  səbr etməsə, yoxsulluğun 
əziyyətinə səbr etməlidir. 

Kasıb vaxtınızda sədəqə ilə Allahla sövdələşin. 

Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar. 

Kim nadanın, özü haqda mədh və vəsfindən xoşhal olarsa, ağıllı 
deyil. 

Kim səndə olmayan şeylərə görə səni tərifləsə, (əgər aqil olsan,) 
bu əslində səni pisləməkdir.  

Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) 
xalq üzərində də siyasət yürütmək məqamına çatar. 

Kim «bilmirəm» sözündən uzaqlaşsa özünün ölüm uçurumuna 
düşər. 

Kim Allahdan qeyrisindən bir şey istəsə  məhrumiyyətə layiq 
olar. 

Kim Allahın işində itaətsizlik edərsə,  şəkkə düçar olar. Kim 
şəkkə düşərsə, Allah ona üstün gələr. Öz qüdrəti ilə onu xar 
edər və Öz cəlalı ilə onu alçaldar. Necə  ki, o da Allahın işində 
səhlənkarlıq etmişdir. 

Kişinin dəyər-qiyməti onun səyi qədərdir. Doğru danışmağı və 
sadiqliyi onun mərdliyi şücaəti və qeyrəti qədərdir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə