Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

 
110

İffətlik və kifayət edəcək miqdara razı olmaq, imanın 
sütunlarındandır. 

İmanın bir hissəsi qəlblərdə möhkəm və sabitdir. Digər bir 
hissəsi isə  məlum zamana (ölümə) kimi qəlblərdə sinələr 
arasında müvəqqəti və qeyri sabitdir. 

İnsanda üç xislət olmayınca imanın tamını dadmaz: dini bilik, 
bəlalar qarşısında səbr və məişət işlərində düzgün proqram. 

İmam  Əli (ə) Peyğəmbərlər və övliyaları  vəsf edərkən: Allah 
onları aclıqla sınadı, müxtəlif çətinliklərə giriftar etdi, qorxu-
hürkülərlə imtahana çəkdi. 

İnsan imtahan vaxtı başıuca və ya başıaşağı olar. 

İnsanların ağılları üç şeylə  sınanar: var-dövlət, vilayət və 
müsibət. 

İnsanın dəyəri onun iki kiçik üzvü-qəlb və dili ilədir. Vuruşanda 
qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın. 

İnsanlar ağaclar kimidir. Hamısı bir sudan içir amma meyvələri 
bir-birindən fərqlidir. 

İnsanlar haqq qarşısında bərabərdirlər. 

İnsaf xislətlərin ən üstünüdür. 

İnsaf qəlbləri bir-birinə bağlayar. 

İnsaflı olmaq dostların artmasına səbəb olur. 

İnsanların ən ədalətlisi, ona zülm edənlə insafla davrananıdır. 

İnsanların  ən insaflısı, hakimin hökmü olmadan özündən insaf 
tələb edəndir. 

İnsanın ağıllı olmasına bu kifayətdir ki, o, özündən insaflı 
olmağı tələb etsin və insaflı olsun……  Onun insaflı olmasına 
da bu  kifayətdir ki həqiqət ona məlum olanda, onu qəbul etsin. 


 
111

İmam  Əli (ə) (Malik Əştərə  məktubundan): Özündən, 
qohumlarından, yaxınlarından və  rəiyyətin sənin meyl və 
diqqətində olanlarından Allahın və camaatın haqqını  tələb et. 
Çünki belə etməsən zülm etmisən. 

İslamdan böyük şərəf yoxdur. 

İmam Əli (ə) (İslamı vəsf edərkən): İslam ən işıqlı yol, ən aşkar 
keçiddir. Onun yol nişanları uca, baş yolu parlaq, çıraqları işıqlı 
və nur saçandır. 

İslam, təslim olmaq, təslim əminlik, əminlik təsdiq, təsdiqin özü 
etiraf, etiraf icra və icra əməl deməkdir. 

İbrət götürmək ismətə və düz yola gətirib çıxarar. 

İsmət təqvanın özü deməkdir. 

İmam  Əli (ə): - Xudaya! Günahdan çəkinmək üçün sənin 
qorumağından başqa bir yol yoxdur. Yaxşı  işlər bizlərə  sənin 
istəyindən qeyri yolla müyəssər olmur. Belə isə, sənin 
istəmədiyindən necə fayda götürüm. Sənin köməyin dadıma 
çatmasa, özümü günahdan necə saxlayım. 

İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər. 

İsrafçılıq yoxsulluğun başlanğıcıdır. 

İsrafçılıq müflisliklə yoldaşdır. 

İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar. 

İradəsi olmayan bir zəifə itaət edən kimsə haqq-hüququnu zay 
edər.  

İnsanın kamalının və  ağlının çoxluğunun nişanəsi, öz 
nöqsanından xəbərdar olmasıdır. 

İnsanın kamalı onun ağlıdır. 

İmam  Əli (ə) (övladı  Həsənə  (ə) tövsiyyəsindən): - (qadınlara 
qarşı) yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, 


 
112
iffətliləri bədgümanlığa salar. Onlara qarşı  işini möhkəm tut. 
Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə. 

İmam Əli (ə): (Minacatda): Ey Məbud! Hər şeydən qopmağı və 
tamamilə özünə üz tutmağı  mənə  nəsib et. Qəlblərimizin 
gözlərini Sənə  tərəf baxışların nuru ilə  işıqlandır ki, qəlblərin 
gözləri nur pərdələrini bir-birindən ayırsınlar və  əzəmət 
mədəninə qovuşsunlar. Bizim canlarımız sənin müqəddəs 
izzətinə birləşsin. 

İmam Əli (ə): (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən) Öz 
ürəyini möizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür. 

İmam Əli (ə): (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): Ey 
övladım! Sənə Allahdan qorxmağı, onun əmrlərinə itaət etməyi, 
onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm. 

İmam  Əli (ə): (Nəhl surəsinin 97-ci ayəsi haqda suala 
cavabından): burada qənaət nəzərdə tutulur. 

İnsanların ən qənaətcili, onların ən çox şükr edənləridir. Onların 
nemətlərə ən naşükürü isə hərisləridir. 

İmam  Əli (ə) (Uca olan Allaha sitayişindən): Allaha öz 
məxluqlarından istədiyi kimi şükr edirəm. Allah hər bir şey 
üçün qəzavü-qədər müəyyən etmiş, hər qəzavü-qədər üçün bir 
əcəl, hər bir əcəl üçün isə bir yazı. 

İnsanlar sileyi-rəhimi kəsdikdə sərvətlər fəsad törədənlərin əlinə 
keçər. 

İmam  Əli (ə) dünyasını  dəyişərkən buyurduqlarından: Sizi 
Allaha and verirəm. Sizi  Allaha and verirəm qonşularınızla 
mehriban olun. Onlarla mehriban olmağınız Peyğəmbərinizin 
(s) tövsiyəsidir. O Həzrət (s) qonşular barədə o qədər tövsiyə 
edirdi ki, elə güman etdik ki, onları varis təyin edəcək. 

İşin çətinliyindən və  ağırlığından qorxanda onun müqabilində 
dəyanət və əyilməzlik göstər ki o iş sənə ram olsun. Hadisələr 
qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun. 


 
113

İnsanı, Allahı yada salmaqdan qəflətdə saxlayan hər bir şey 
qumar sayılır. 

İki sifət insan vücudunun ən  əsrarəngiz hallarındandır. Var-
dövlətə çatsa, qüdrəti onu düşmənə çevirər və əgər ona müsibət 
üz versə, gücsüzlüyü onu rusvay edər. 

İmam  Əli (ə): (əziz oğlu imam Həsənə  (ə) tövsiyəsindən) 
əslində  sənin dünyadan payın, onun vasitəsilə axirətini 
qurduğun  şeydir. Buna görə  də , haqq yolda xərclə  və 
başqalarının xəzinədarı olma. 

İmam  Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: Heç 
vaxt görmədik ki, o Həzrət yanında oturanın qarşısında 
ayaqlarını uzatsın. 

İmam  Əli  (ə)  («Mərdlik» nədir? - sualının cavabında): 
Aşkarda görməyə xəcalət çəkdiyin işi gizlində də görməyəsən. 

İmam  Əli (ə): (Müaviyəyə yazdığı  məktubundan) məşvərət, 
yalnız mühacir və  ənsarların haqqıdır. Onlar bir şəxs barədə 
razılığa gəlib onu rəhbər adlandırarlarsa, Allahın razılığı elə 
bundadır. 

İmam  Əli (ə) oğluna öyüd-nəsihətdə buyurmuşdur: Qəlbini 
moizə ilə dirilt. 

İmam Əli (ə) dünyanın vəsfində buyurmuşdur: Həqiqətən dünya 
öyüd götürən üçün öyüd evidir. Dünya onların yadına saldı və 
onlar xatırladılar, onlara xəbər verdi və onlar təsdiqlədilər. 
Onlara öyüd verdi və onlar onun öyüdünü qəbul etdilər. 

İnadkarlıq müharibələrin mənşəyidir. 

İmam Əli (ə) (ən böyük nəsihət barədə sualın cavabında): Dində 
(faciə və) müsibətdir. 

İmam  Əli (ə): (istədik yer üzündə  zəif saxlanılanlara ayəsi 
barədə) Onlar Mühəmməd nəslinin müstəzəfləridir. Allah-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə