136
Qəlbi xuşu (daxilən Allahda qorxmaq) halında olanın bədən
üzvləri də xuşu halında olar.
Qüdrətin zəkatı insafdır.
Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.
Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi
deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə
eləmə ki, sənin yanında kiməsə şəfaət etməyə cürət etsin.
Qadınlara çox məftun olmaqdan və dünya ləzzətlərinə
hərislikdən çəkin çünki qadınlara çox məftun olan əziyyət və
töhmət içində, ləzzətlərə həris olan isə xar olar.
Qardaşın dostluqda səndən güclü olmasın.
Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.
Qardaşınla əlaqəni kəsmək istəyəndə öz dostluğundan ona bir
az qalıq saxla ki, bir gün həmin miqdar ona məlum olanda sənə
qayıtsın. (onun qayıtması və yenidən birləşməsi üçün bir yer
saxla).
Qardaşların ən yaxşısı öz qardaşlarını başqalarına möhtac
etməyən kəsdir.
Qeybət etmək aciz insanın işidir.
Qeybətə qulaq asan qeybət edən kimidir.
Qeyrətli insan heç vaxt zina etməz.
Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.
Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.
Qəflət azğınlıqdır.
Qafilliyi üçün çəkinənin ölümü sürətlənər.
Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər.
Qəflətin davam etməsi bəsirət gözünü kor qoyar.
137
Qəflətdən və möhlətə aldanmaqdan çəkin. Çünki qəflət işləri
korlayır.
Qəm-kədər qocalığın yarısıdır.
Qəm bədəni əridər.
Qənaət, özünü saxlamağın və nəfsin izzətinin həddindən
asılıdır.
Qənaətcil olan qəmgin olmaz.
Qəzavü-qədər Allahın sirlərindən bir sirr, gizlinlərindən bir
gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin
olan əlçatmaz qalalardan biridir.
Qiyamət günü ən ağır əzab Allahın qəzavü-qədərinə sevinməyə
görə veriləcək.
Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan
peşmançılıq çəkər. Əgər peşmançılıq olmasa, dəliliyi qətidir.
Qəzəbinə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.
Qəm-qüssə qocalığın yarısıdır.
Qonşunun hal-əhvalı ilə maraqlanmaq yaxşı qonşuluğun
əlamətlərindəndir.
Qorxaqlıq çatışmazlıqdır.
Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən
pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis
xislətlərdir.
Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır.
Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin
qarşısını alar.
Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər.
Qorxunun meyvəsi asayişdir.
138
Quran nə qədər təkrarlansa və qulaqlara çatsa, yenə də
köhnəlməz.
Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun
qohumluğa.
Qəflət və qürurun məstliyi başdan, şərabın məstliyindən geç
çəkilib gedər.
Qəflət pərdəsi öyüdlə kənara çəkilir.
Qardaşına sədaqətlə nəsihət ver, həmin nəsihət istər ona xoş
gəlsin, istərsə də yox!
Qeyblərdən heç nə ölüm qədər yaxın deyil.
Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və
fikirləşmək sirr saxlamaqla əldə olunur.
Qadının surəti onun sifətində, kişinin surəti onun sözlərindədir.
Qəlbində Allahı tanımaq və mərifət yuvasını salanın Allahın
yaratdıqlarına ehtiyacı olmaz.
Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar.
Qəlbin peşman olması günahın üstünü örtər.
Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar.
Qardaşının üzrxahlığını qəbul et. Onun üzrü olmasa da, özün bir
üzr fikirləş.
Qarınqulu, yırtıcı, rəhmsiz heyvan qəddar zalım hökmdardan
daha yaxşıdır.
Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli
şeyləri görməkdə kor olar.
Qəflətən edilən gecə hücumundan qorxan şəxsin yuxusu azalar.
Qəlbi dünyadan üzmək ən böyük rahatlıqdır.
Qüdrətin zəkatı insafdır.
139
Qeyrəti olan, heç vaxt zina etməz.
Qənaətlə padişahlığa çatmaq olar, yaxşı xasiyyətlə naz və
nemətə.
Qüvvəndən və bacarığından nə istifadə etdinsə o sənindir,
başqasının deyil.
Qiymətsiz elm dillərdə yer tutar, qiymətli elm bədəndə.
Qənaət elə bir sərvətdir ki, heç vaxt tükənməz.
Qardaşların pisi odur ki, ona görə əziyyətə düşəsən.
Qorxaqlıq naqislikdir.
Qorxu ziyanın, xəcalət ümidsizliyin yoldaşıdır.
Qocanın rəy və fikrini cavan dilavərin qüvvəsindən artıq
sevirəm.
Qiyamət günü üçün ən pis azuqə insanlara zülm etməkdir.
Qəribədir: başqalarının dövlətinə, vəzifəsinə həsəd çəkirlər,
lakin onların sağlamlıqlarına heç həsəd çəkmirlər.
Quşlardır ki, böyüməmiş möhkəmlənməmiş tük gətirərlər.
(qanad gətirməmiş uçarlar).
Qan aldırmaq bədəni sağlam və ağılı möhkəm edər.
Qafillik-nadanlıq yol itirməklikdir.
Qəlbi çətin işlərə məcbur etsən kor olar.
Qənaət et, ta əziz olasan.
140
– L–
Ləzzət qəflətə (Allahın və axirətin unudulmasına) səbəb olur.
Layiqli həmdəm tapmaq gözəl səadətdir.
– M–
Müharibədə düşməninizlə qarşı-qarşıya gələndə,az danışın və
Allahı çox yad edin.
Mən Allahla görüşün müştağıyam, gözüm yolda, ümidim isə
Onun yaxşı mükafatınadır.
Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-
buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan
övladlar istədim ki, onlara baxanda Allaha itaət etdiklərini
görüm və gözlərim işıqlansın.
Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha
əliaçıq olanlardır.
Mənə beyət etmək üçün gölməçənin ətrafına toplaşan susuz
dəvələr kimi zövqilə ətrafıma toplaşdınız.
Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır.
Müsəlman cünub halında yatmaz və yatağına yalnız pak gedər.
Əgər su tapmasa torpaqla təyəmmüm etsin.
«Müsəlman özünü yalnız xəstəlik onun sağlamlığına qalib gələn
zaman müalicə edər.»
(Malik Əştəri misirə vali təyin etdiyi fərmandan) Camaatın
arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar
camaatdan ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın
(istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən
Dostları ilə paylaş: |