Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 53
mərlər, boyunbağılar, sinəbənd, araqçın, sırğalar, qolbağ-
lar, qızıl  əsalar və Buxara papaqları, zərli-baftalı  əbalar, 
çərkəzi çuxalar... 
Haşiyə:  Bununla yanaşı, Mahmud Ağa müsabiqəsinin 
başqa bir dəyərli tərəfi o idi ki, bu məclisdə təkcə Azərbaycan-
da deyil, Təbriz, Tiflis, Dərbənd, hətta Orta Asiyada yaşayan 
həmyerlilərimiz bir-birinin sənətlərinə bələd olduqları qədər də 
uzun illər dostluq edər, sənətlərini təbliğ etməklə öyünərlərmiş. 
Yəni Mahmud Ağa məclisi ilk dəfə, muğam dünyası, muğam 
dünyasının təsnələrini bir ocaqda - qədim  Şamaxıda bir 
araya cəm edə bilmişdir. Cabbar, Mirzə Məhəmməd Həsənin 
«Şur»da vurduğu xalları, Davud Səfyarov, Məşədi Zeynal zən-
gulələrini, Məşədi İsi, Səttarın oxuduğu xalq mahnılarının şirin-
liyini, Hacı Hüsü, Topal Məmmədqulunun alt-üst mizrablarının 
ecazkarlığını, Malıbəyli Cümşüd, Sərənc Zeynalın, Sadıqcanın 
bülbül ləhcəli ününü, Natəvanın qəzəllərini,  söz sərrafı Seyidin 
şah beytlərini, Ağanın öz şirin səsindəki məlhəmini, Bülbülcan, 
Aşıq  İbrahim, Aşıq Bilalın  ərşə bülənd avazının bu məclisdə 
şahidi olmuş, özü də rübəru... 
 
                                            *** 
 
Mahmud Ağanın yeni sarayı tikiləndən sonra Şamaxının 
bəy-bəyzadələri, tacir dostları daha çox məclislərə qatılmağa 
başladılar. Artıq şəhərin bütün - Şıxminaş, Sarıtorpaq, Ucarlı, 
Gürcübazar, Kövşərli, İmamlı, Nar ağacı, Meydan, Yuxarı 
Qalabazar, Pirani Şirvan məhəllələrinin zəngin, varlı-karlı 
insanları - Hacı Kərim, Hacı Dadaş, Zeynalov qardaşları, Azad 
bəy, Cavad bəy, Rüstəm bəy, Camo bəy, Salamovlar və  hətta 
dövlət adamları mütəmadi olaraq məclisə qatılır, dəyər verir, 
ora gələn qonaqlarla tanış olaraq, onları evlərinə - saraylarına 
mehman aparırdılar... Bu xeyirxah zənginlər Şamaxını dağıdan 
zəlzələlərdən (1859, 1902) sonra yenidən qurulmasına, abadlaş-
dırılmasına, məktəblərin yaradılmasına, karvansara və  məscid-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
54
lərin bərpasına, tikilməsinə böyük köməklik göstərmişlər. Çox 
əfsuslar olsun ki, həmin bəy-bəyzadələrin 1902-ci il zəlzə-
ləsindən sonra tikdikləri malikanə, saray və evlərini erməni 
cəlladları  zəlzələlərdən betər 1918-ci ildə yerlə-yeksan etdilər, 
yandırdılar. Əsilzadələrin bir tikilisi də qalmadı. Hətta Mahmud 
Ağanın nəvələrinə yadigar qalmış mülklərini də od vurub 
yandırdılar. Onun doğmalarının çoxu həmin faciədən sonra 
Şamaxıdan köçüb getdilər; Bakıya, Moskvaya və Orta Asiyaya 
səpələndilər. 
 Haşiyə: Azərbaycanın çox bölgələri və eləcə  də  Şa-
maxıda erməni cəlladlarının 1918-ci ildə viranə qoyduğu ima-
rətlərin xarabalıqlarının şəkillərini professor S.Rüstəmova
1
 ya-
xın vaxtlarda Parisdən böyük çətinliklə  əldə edə bilmiş
respublikamıza gətirmiş, həmin faciəli tarixi özündə əks etdirən 
şəkilləri çap edərək, oxuculara çatdıra bilmişdir. Dağıdılmış 
mülkləri görəndə insanın təpədən-dırnağa qədər vücudu 
silkələnir. Qədim  Şərq üslubunda, bir-birindən yaraşıqlı 
mülklər dursaydı, Şamaxı bu gün muzey-şəhər kimi dünyanın 
ən məşhur və  qədim muzey şəhərlərindən biri sayılardı. Belə 
olan təqdirdə  Şamaxının vaxtilə  mədəniyyət mərkəzi olması 
barədə gələn qonaqlara artıq söz deməyə ehtiyac da qalmazdı... 
 
                                       *** 
 
Ümumiyyətlə, Əhməd Sultan və oğlu Mahmud Ağa mu-
siqidən sadəcə zövq alan, ona qulaq asan insanlardan olmayıb-
lar. Onlar xalq musiqisini, aşıq sənətini, muğamlarımızı, oyun 
havalarını sevdikləri qədər, bu mənəvi sərvətin qorunması, 
təbliği, inkişafı üçün varından-dövlətindən «uf demədən» 
keçməyə, qurban verməyə hazır olan musiqi xiridarları idilər... 
Haşiyə:  Mahmud Ağa bir tərəkəmə  oğlanın gözəl səsi 
                                                 
1
 Şamaxı faciəsinin şəkilləri prof. S.Rüstəmovanın  əsərindən götürülüb. 
2012 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 55
olduğunu eşidib, səsini bəyənir və  sənəti öyrətmək məqsədilə 
onu evinə gətirir. Oğlan tez bir zamanda poeziya və muğamları 
yaxşı öyrənir. Lakin o, daima açıq havaya, köçəriliyə 
öyrəşdiyindən, ya da nəsə başqa bir səbəbdən bir ildən sonra 
vərəm xəstəliyinə tutulur. Mahmud Ağa onu adlı  həkimlərə, 
kurortlara göndərsə  də, nəticəsi olmur, oğlan vəfat edir. 
Mahmud Ağanın yanına gələn tanışlarından biri deyir: 
- Heyif o qədər pulu tökdün, bir xeyri də olmadı.  
Mahmud Ağa deyir: 
- Muğamat üçün milyonlar versəm, «uf» demərəm. Onda 
qala ki, muğamatı oxuyan gözəl səsli adam ola. Onun sağalma-
sına bütün mülkümü verərdim...  
 
Şamaxı. “İmamlı” məhəlləsində  Kərbalayi Məhəmmədəli  
Əliyevin ermənilər tərəfindən  yandırılmış mülkü. 
(Mahmud Ağaya məxsus olan malikanələrdən biri)


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
56
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rus-Yapon müharibəsinin iştirakçısı şamaxılı Azad bəy 
Qocamanbəyovun evinin xarabalıqları (1918) 
Samaxı. “İmamlı” məhəlləsi. Camo bəyin dağıdılmış  mülkü 
(1918) 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə