Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
281
edən ayrı-ayrı sənət sahiblərini, müxtəlif zamanlarda fərqli
aqibətləri yaşayan insanları nə birləşdirə bilər ki?
Ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın
sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyini qeyd edərək
muğamın xalqımıza məxsus ən gözəl hisslərin daşıyıcısı
olduğunu vurğulayır. O qeyd edir ki, bütün bu hisslər muğamın
fəlsəfəsinin özülündədir.
Bu fəlsəfə düşündüyümüzdən qat-qat nəhəng və bütün
kainatı qucaqlaya bilən möhtəşəm fələsəfədir.
Ona görə də muğamla insan və zaman arasında vəhdətdən,
harmoniyadan savayı digər bağlılıqlar mövcuddur. Min il, yüz
il əvvəlki muğamla bugünkü muğam arasında da canlı əlaqə
var. Zaman haqqında müqəddəs kitabımızda deyilir ki, sizin
saydığınız min il Allahın dərgahında bir gün kimidir. Əgər bu
baxış bucağından Mahmud Ağa dövründən üzü bəri günü-
müzədək nəzər salsaq bu ecazkar sənət növünün kainatda canlı
bir varlıq, düşünən beyin kimi mövcud olduğunu gərəcəyik.
Amerika kosmonavtı Nil Armston aya uçduqdan 14 il sonra
Misirdə konfransda eşitdiyi səsin hansı musiqi olduğunu
soruşur, bunun azan olduğunu bilən kimi Aya ayaq basanda da
bu musiqini eşitdiyini bildirir və o saat islamı qəbul etdiyini
elan edir. Əgər azanın da muğam üstündə ifa olunmasını nəzərə
alsaq, muğamatın kainatda mövcudluğuna şübhə qalmır. Mu-
ğam elmi, mədəniyyəti, şeiriyyəti və poeziyanı özündə cəm-
ləyən zəngin məbəd kimidir. Zabit Nəbizadə deyir ki, muğam
sərbəst düşüncəyə, müstəqil şüura malikdir, canlı varlıq kimi-
dir. Bütün xalqların muğamlarının içində Azərbaycan muğamı
hamıdan zəngin və kamildir. Çünki biz əsrlər boyu onu cilala-
mışıq, təmizləmişik, saflaşdırmışıq. Eyni zamanda muğamatın
özünün də bizim şüurumuza ciddi təsiri olmuşdur, millət kimi,
xalq kimi formalaşmağımızda muğamat öz rolunu oynamışdır.
Muğamdakı avazı adi səs, ifa tərzi kimi qəbul etmək sadəlövh-
lük olardı. Tanrı yaratdığı insana necə ruhundan can veribsə,
muğam da xalqımızın ruhundan bəhrələnərək inkişaf edib.
Seyfəddin Qəniyev, Səadət Veysova
282
“Mən muğamata ürəyimi verdim, onu səsimdə, mahnıla-
rımda yaşadıram ki, bu fani dünyanı tərk edib gedəndən
sonra muğam da məni yaşatsın. Bu ehtiyacın mənim mənəvi
tələbatımdan və ya muğamın qüdrətindən irəli gəldiyini də
izah etmək çətindir”. –Xalq artisti Zabit Nəbizadə belə
deyib.
Müqəddəs Kitabımızda ruh haqqında bizə cüzi biliklər
verilib, ona görə də nəinki muğamat, hətta ruhumuz haqqında
kamil fikir söyləmək mümkün deyil. Lakin unutmaq olmaz ki,
muğam insan ruhu zaman arasında da vasitəçidir.
Tarixə müraciət edək. Mahmud Ağa məclisinin ilk
üzvlərindən Hacı Şirvani, Səid Ünsizadə, Bixud, Ələkbər Qafil,
Bahar Şirvani, S.Ə.Şirvani, Məşədi Muxtar bəy, Murad Mirzah
oğlunun və başqalarının adını çəkmək olar. Cabbar Qaryağdı
oğlu Xarrat Qulunun məktəbində ilk dəfə xanəndəlik təhsili
alır, muğam sənətinə kamil yiyələnir, şöhrət qazanır, Gəncə,
Şamaxı, Bakı toylarına dəvət alır, Tiflis, Orta Asiya, İranda ad-
san qazanır. Ərəb və fars dillərini mükəmməl bilən Cabbar
klassik Şərq poeziyasına da dərindən bələd idi. Şamaxılı
sənətkarlarla dost olan Cabbar Mahmud Ağanın yardım etdiyi,
qayğısına qaldığı insanlardan biri idi.
Mahmud Ağanın məclisinin sorağı Qarabağ, Bakı, Gəncə,
Tiflis və Naxçıvana, hətta İrana, Orta Asiyaya kimi gedib
çıxmışdı. Mahmud Ağanı gördüyü nəcib işlərə muğamatın
intəhasız dənizlərində bəyaz yelkənlərini qaldırıb yaxşılıqlara
doğru üzən nəhəng gəmiyə bənzədə bilərik. Onun xeyriyyəçilik
missiyasını təyin edən, maarifçiliyin, elmin hamisinə çevirən
qüvvə muğamın onun varlığına və bütün şüuruna hakim
kəsilməsi deyildimi?
Sovetlər dövründə məclis sözü əsl mənasını itirir,
qonaqlıq, ziyafət anlamında işlədilir. Amma Azərbaycan
dilinin izahlı lüğətində məclis sözünün bir mənası da qa-
nunverici orqan kimi göstərilir. O zaman Mahmud Ağanın
məclisi də sözdə, musiqidə meyarları təyin edən, inkişafa təkan
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
283
verən bir qurum idi. Belə məclisə müğənni, şair, sənətkarlardan
savayı, ziyalı, bəy, tacirlər də qatılardı. Məhz bu amillərə görə
biz çəkinmədən Mahmud Ağa məclisini daha mötəbər bir
quruma - muğam universitetinə bənzədirik, çəkinmədən elm
məbədi ilə müqayisə edirik.
Qərbin müasir universitetləri bu gün necə bilikli gəncləri,
istedadlı müəllimləri öz ölkəsindən və dünyanın hər yerindən
özünə cəlb etməyə çalışırsa, XIX əsrdə Mahmud Ağanın
məclisi də keçirdiyi müsabiqələrdə, yarışlarda fitri istedadları
üzə çıxardar, mükafatlandırar, irəli çəkər, onun arxasınca
yenilərinin gəlməsinə zəmin yaradardı. Məsələn, Bakıda
doğulan Davud Səfyarov atasını erkən itirir, ehtiyac içərisində
yaşayan anası 1884-cü ildə Şamaxıya köçür. Balaca Davudun
gözəl səsi Ağanı valeh edir, onu mədrəsəyə qoyur. Ustad
xanəndə Mirzə Məhəmməd Həsən ona xalq mahnıları, muğam-
larımızı öyrədir. Mahmud Ağanın məclisinin kamil
xanəndəsinə çevrilir. Bunu hansı təhsil müəssisəsi edə bilərdi?
Məşhur universitetlər necə öz kolleclərini yaradırsa, Mahmud
Ağa da o zaman Şamaxıda yaranan əksər məktəbləri qanadının
altına yığar, onların inkişafı üçün əlindən gələni əsirgəməzdi.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Mahmud
Ağanın məclisi, sözün əsl mənasında, ali təhsil ocağına bərabər
idi. Bu xeyriyyəçilik bir muğam aşiqinin imkanlarına sığmır.
Görünür Məhmud Ağa muğamın gücünü, intəhasız olmasını və
nəhayət onun yaradıcılıq fəlsəfəsini həyat fəaliyyətinə çevirən
şəxsiyyətlərdən olmuşdur.
Mixail Lomonosovun yaratdığı Moskva universiteti cəmi
4 fakültə ilə fəaliyyətə başlayır. Tələbələri də barmaqla
sayılardı. Hətta 50 il ötəndən sonra belə burada tələbələrin sayı
500-ə çatmamışdı. Mahmud Ağanın elm məbədində isə
yüzlərlə xanəndə, aşıq, rəqqas, balabançı, tarzən, şair, nağaraçı
toplaşmışdı. Qırx ildən artıq burada muğam müsabiqələri
keçirilir. Ağanın yaratdığı kitabxana, bura toplanan əlyazmalar,
risalələr, bəyazlar, kitablar təhsilin ciddiliyindən xəbər verirdi.
Seyfəddin Qəniyev, Səadət Veysova
284
Bəzən isə elə olurdu ki, məclisdə iştirak edənlər "Qızılı
salon"a güclə sığışırdı. Muğam müsabiqəsinə qatılan sənət-
karların sayı yüzü keçdiyindən müsabiqələrin həftədən çox
çəkdiyi vaxtlar olardı. Bu müsabiqələr təcrübə mübadiləsinə
bənzər, iştirakçıların inkişafına, zənginləşməsinə xidmət edərdi.
Məclislərdə bir universitet mühitinin hökm sürdüyünü inkar
etmək ədalətsizlik olardı.
Məclisə fitri istedadların dəvət olunması üçün axtarışlar
aparılardı. İştirakçılara S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy,
Aşıq İbrahim və digərləri muğam və klassik poeziyanın sirlərini
öyrədərdi. Burada xüsusi təlimlər keçirilər, risalələr hazırlanar-
dı. Nəticədə muğam müsabiqəsindən keçən qaliblər, iştirakçılar
bütün Şərqdə məşhurlaşar, ad qazanardılar. Yadımıza müstə-
qilliyimizin ilk illərində göbələk kimi artıb sağa-sola diplom
paylayan universitet, institut və filialları salaq. Onların savadsız
məzunları adi iş tapmaqda belə çətinlik çəkərdilər. Şamaxı
məclislərində yetişən, püxtələşənlərə isə bütün Şərqdə ehtiyac
var idi. Burada musiqi, muğamla həmahəng poeziyanın - şeirin
və qəzəlin inkişafı üçün münbit zəmin yaranmışdı. Ona görə də
F.Şuşinski Mahmud Ağa məclisini əbəs yerə bütün Zaqaf-
qaziyada çalıb-oxuyanların "təkmilləşdirmə institutu"na bənzət-
mişdi. Bura, həqiqətən də, bir musiqi akademiyası idi.
Şamaxını dağıdan, binaları, əsrarəngiz memarlıq abidələ-
rini məhv edən aramsız zəlzələlərlə şamaxılılar əsrlər boyu
mübarizə apardılar. Bəlkə də insanları nikbin edən, təbiətin ağır
sınaqları ilə vuruşmağa güc verən burada yaşayanların qarşılıqlı
mehribanlığı, bir amal ətrafında birləşmək qabiliyyəti idi.
Aramsız faciələr və fəlakətlər şamaxılıları daha güclü, daha
mübariz etdi. Zəlzələlərin arxasınca erməni cəlladları Şamaxını
qılıncdan keçirib yandırdı, minlərlə insanı qətlə yetirdilər.
Mahmud Ağanın törəmələri, ümumiyyətlə, Şamaxının sayılıb-
seçilən bəy-bəyzadələri, adlı-sanlı simaları və minlərlə sadə
insan tarixi faciələrlə üz-üzə qaldılar. Bolşevik diktaturası, 37-
ci illərin repressiyaları, İkinci Dünya müharibəsi. Bu faciələrin
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
285
aramsız zəncirində Mahmud Ağanın övladlarının, nəvə və
nəticələrinin əqidələri dəyişmədi, belə çıxır ki, muğam da
zamanın özü kimi dəyişməyən, sabit bir qüdrətə malikdir. Onu
nə çar Rusiyası, nə də sovet ideologiyası dəyişə bildi, nə də ki,
37-ci illərin repressiyaları sındırdı. Muğam möhtəşəmliyi ilə
tarixin bütün sınaqlarından saf çıxdı.
Ulu babaların Şamaxıda yaratdığı muğam, qəzəl universi-
tetini və burada çalışanları öz sərvətlərindən uca tutduqları
qədər də Mahmud Ağanın nəsil şəcərəsindən olanların əksəriy-
yəti yaşadığı zamandan və məkandan asılı olmayaraq, elmin,
maarifin və mədəniyyətin inkişafına xidmət etdilər. Bu sadə və
hər bir insanın qismətinə yazıla bilən ali vətənpərvərlik mis-
siyasına Mahmudbəyovlar əsrlər boyu sadiq qalmaqdan usan-
madılar.
Mahmud Ağa mülkədar olsa da, adını Azərbaycan tarixinə
musiqimizin, muğam və poeziyamızın qorunmasında, inkişaf
etdirilməsində əvəzsiz rol oynayan bir xeyriyyəçi kimi yazdırdı.
Onun övladları, nəvələri, nəticə və kötükcələri bu möhtəşəm
ağacın gövdəsi, qol-budaqlarıdır. Bu nəslin nümayəndələrinin
qəribə və maraqlı taleləri olub. Yaşadığı zamandan və kimliyin-
dən asılı olmayaraq, onlar Azərbaycan adlı bir vətənə, Azər-
baycan adlı dövlətə sadiq insanlar olublar. Qarşılarına çıxan
faciələrdən və fəlakətlərdən sarsılmadan, çəkinmədən ulu baba-
larından qalan müqəddəs bir əxlaqı ömürlərinin sonuna kimi
daşıyıblar. Əksəriyyəti elmlə məşğul olub, ölkələrində elmin,
maarifin və sənayenin müxtəlif sahələrinin inkişafı üçün əlin-
dən gələni əsirgəməyiblər. Məhz bu nəsildən olan insanların
taleyini vərəqləyəndə, geri dönərək keçmişə - Mahmud Ağanın
həyatına yenidən nəzər salanda onu adi musiqi məclisinin
təşkilatçısı, muğam bilicisi kimi yox, daha böyük miqyasda -
bir incəsənət məbədinin, böyük muğam məktəbinin yaradıcısı
və hamisi kimi başa düşmək mümkündür. Bu nəcib xeyriy-
yəçinin dövrünü, onun gördüyü işləri göz önünə kim gətirsə,
etiraf edəcək ki, Mahmud Ağanın öz sarayında qurduğu muğam
Seyfəddin Qəniyev, Səadət Veysova
286
məclisi, bu məclislərin keçirilmə qaydaları, bura öyrətməyə və
öyrənməyə cəlb edilən müğənnilər, aşıqlar, xanəndələr və söz
xiridarları bir məclis üzvlərindən daha çox zəmanəsinin
mükəmməl təhsil ocağına - muğam, seir və sənət məbədinə
bənzəyir. Bu incəsənət məbədi Ağanın öz sarayında yerləşirdi,
"müəllimlər" bu sarayda yaşayırdı, bu sarayda onların qayğıları
həll olunar, maddi ehtiyacları ödənilərdi. Bu sarayda məclisə,
müsabiqələrə çıxarılan gənclər püxtələşdikdən sonra kamil
sənətkarlar kimi yenilərinə sənətin sirrini öyrədərdilər. Ona
görə də qürurla deməliyik ki, Mahmud Ağa Şərqin ilk "Muğam
Universiteti"nin və sözün əsl mənasında, "Poeziya Univer-
siteti"nin özülünü qoyan nəcib xeyriyyəçidir. Bu gün gözəlliyi,
bənzərsiz memarlıq həlli, auditoriya və zallarının möhtəşəmliyi
ilə hamını heyran edən Milli Konservatoriyamızın tərcümeyi-
halına Mahmud Ağanın məclisinin də əlavə olunması bir təklif
kimi nəzərdən keçirilə bilərdi. Bu təklifin rəmzi mənası ondan
ibarətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
Milli Konservatoriyamız tədricən simasını dəyişib və dünyanın
ən məşhur musiqi təhsili ocaqlarından birinə çevrilib. Burada
oxuyan, çalışan hər bir kəs, hətta hər bir Azərbaycan vətəndaşı
qədim tarixə malik təhsil ocağı və belə bir möhtəşəm abidəni
ucaldanlarla fəxr edə bilər.
Dövlət başçısının Milli Konservatoriyanın yeni binasının
açılışındakı çıxışında ibrətamiz məqamlar var. O, xalqımızın
assimilyasiyaya uğramasının qarşısını alan, bizi xalq kimi
tarixin sınaqlarından bütöv çıxaran dəyərlərin mədəniyyətimiz,
ana dilimiz, musiqimiz və poeziyamızdan ibarət olduğunu
bildirdi: "Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük
olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükə-
dən özümüzü qorumaq üçün milli-mənəvi dəyərlər möhkəm
olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi bizim milli
musiqidir. Ona görə biz həm öz keçmişimizə hörmətlə ya-
naşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq bu müsbət
meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan də-
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
287
yərləri sarsılmasın, əriməsin, bizim həyat tərzimiz daim
ənənəvi olsun və milli musiqimiz yaşasın".
Seyfəddin Qəniyev, Səadət Veysova
288
Ədəbiyyat siyahısı, mənbələr
1.
Abbas Səhət. Seçilmiş əsərləri, II c, Bakı, 1984.
2.
Aleksandr Düma. «Qafqaz səfəri» (tərcümə edən:
Q.Paşayev, H.Abbasov), Bakı, 1985
3.
«Azərbaycan ədəbiyyatı tarixi», II c.1961
4.
«Azərbaycanın şair və aşıq qadınları» (tər, ədən
Ə.Cəfərzadə), Bakı, 2003
5.
Aşurbəyli S. «Şirvanşahlar dövləti», Bakı, 1997
6.
Ağakərim Hafız .«Ustad-əzəm», Bakı, 2010
7.
Aydəmirova R. «Bahar» Şirvanının «Divan yaradıcılığı»,
Risalə, Bakı, 2005.
8.
ASE. I-X c Bakı, 1982...1988
9.
Bayramova N. Şamaxı xanlığı. Bakı 2009.
10.
Bağırov Ə. S.Ə Şirvani və məktəb, Bakı,1986
11.
Bədəlbəyli Ə. Musiqi lüğəti, Bakı, 1969
12.
Övliya Çələbi. Səyahətnamə. Bakı, 1996
13.
Etibar İ. Məndən elə nə qaldı, Bakı, 1993
14.
Əhmədov H. «XIX əsr Azərbaycan məktəbi» Bakı, 2000
15.
Köçərli F. Azərbaycan ədəbiyyatı. II c. Bakı, 1978
16.
Hüseynov S. Seyid Əzim Şirvani. Bakı, 1987
17.
Paşayev Q. “Borcumuzdur bu ehtiram”, Bakı, 2010
18.
Hüseynov R. «Min ikinçi gecə», Bakı, 1988
19.
Poetik məclislər (tərtib edən, H. Qarayev), Bakı, 1987
20.
Mehrəliyev E. Şirvan elmlər akademiyası, Bakı, 2000
21.
Mehrəliyev E. Şirvanilər, Bakı, 1999
22.
Məmmədov K. Abbas Səhət, Bakı, 1986
23.
Məmmədov X. S.M Qənizadə, Bakı,1966
24.
Məmmədov V. «Muğam, söz, ifaçı», 1981
25.
Məmmədov V. Natəvanın şair qohumları, 1982
26.
«Muğamla yoğrulan ömür - Mahmud Ağa», «Yeni Şirvan»
qəzeti; 1989, Bakı, XII
27.
Müctəhidzadə M.A. Qarabağnamə. Mədəniyyət Nazirliyi
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
289
Memarlıq və İncəsənət İnstitutunun arxivi. qov. 78 «a»
28.
Mümtaz S. Azərbaycan ədəbiyyatı qaynaqları, Bakı, 1984
29.
Müasirləri Sabir haqqında (top. tərt.et.A.Zamanov) Bakı,
1962.
30.
Mustafayev Ə. Xatirələrim (hekayə, felyeton), Bakı, 1980
31.
Natəvan X.B. Əsərləri, Bakı 1984.
32.
Nəsimi. Seçilmiş əsərləri, Bakı, 1969
33.
Sadıqov F. Muğam, Bakı, 2011
34.
Soltanoğlu Q. Asta çal balabanı, Bakı, 2008
35.
Soy dərgisi, II (34), Bakı, 2010
36.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, B,
1972
37.
Qaryağdı C. «Xatirələrim» (əlyazma), Memarlıq və
İncəsənət İnstitutunun», arxivin, qovluq, 75.
38.
Qəniyev S. Şirvanlı Aşıq Mirzə Bilal, Baki, 2003
39.
Qəniyev S. Mirzə Məhəmmədhəsən Nalə, Bakı, 2002
40.
Qəniyev. 1918-ci il Şamaxı soyqırımı, Bakı, 2000
41.
Qəniyev S. Şirvannamə-övliyalar, ziyarətgahlar», Bakı,
2012
42.
Qəniyev S. «Beytüş-Səfa» ədəbi məclisi, Bakı, 2010
43.
Qəniyev S, İsmayılova M. Şamaxı məktəbləri, maarif
fədailəri, Bakı, 1999
44.
Cəfərzadə Ə. Qəniyev… Şamaxı, Bakı l994
45.
Cəfərzadə Ə. «Aləmdə səsim var», Bakı, 1972
46.
Cəlili. «Daşda çiçək» - Dilbər. Bakı, 2004
47.
Cəbrayılbəyli C. Xatirələrim, Bakı 1966
48.
Şirvani S.Ə. Əsərləri, II-III-c. Bakı, 1969
49.
Şirvani S.Ə. «Divan», Təbriz, 1897.
50.
Şirvan aşıqları, ( top. tərtib edən, S.Qəniyev), Bakı, 2008
51.
Şirvanın 350 şairi, (top, tərtib edən. Ə.Cəfərzadə,
S.Qəniyev), 1999
52.
Şirvan el şairləri (top, tərtib edən. T. Qəni), Bakı, 2007
53.
Şuşunski F. Azərbaycan xalq musiqiçiləri, Bakı, 1985.
Seyfəddin Qəniyev, Səadət Veysova
290
Mündəricat
Məhərrəm Qasımlı
Mənəviyyatla sərvətin vəhdəti ................................................ 4
Giriş ......................................................................................... 7
I fəsil. Şirvan muğam mühiti ................................................... 15
II fəsil.Mahmud Ağanın ömür yolu ........................................ 26
III fəsil.Kamilliyin çalarları .................................................... 74
IV fəsil.Mahmud Ağanın incəsənət
məbədinə bənzəyən muğam məclisi ........................................ 83
V fəsil.Mahmud Ağa məclisinin qonaqları .............................. 140
VI fəsil.Mahmud Ağanın ziyalı,
tacir və bəy dostları .................................................................. 158
VII fəsil.Mahmud Ağaya ithaf olunmuş
seirlər,bədii əsərlərdən parçalar,
xatirə və məqalələr ................................................................... 169
VIII fəsil.Mahmud Ağanın
doğmaları, qohumları ............................................................... 212
IX fəsil.Tanrı ilə torpaq arasında ............................................. 268
Müəlliflərlə əlaqə telefonları
050-623-44-88
050-289-00-20
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
291
«Елм вя Тящсил» няшриййатынын директору:
профессор Надир МЯММЯДЛИ
Éûüûëìàüà âåðèëìèø 25.09.2014
×àïà èìçàëàíìûø13.12.2014
Øÿðòè ÷àï âÿðÿãè 18,25. Ñèôàðèø ¹ 66
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500
Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà
ìöÿññèñÿñèíäÿ ñÿùèôÿëÿíèá ÷àï îëóíìóøäóð.
E-mail: nurlan1959@gmail.com
Òåë: 497-16-32; 050-311-41-89
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4
Dostları ilə paylaş: |