Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 257
 
Səkkiznici budaq 
 
Ələsgər bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyov 
(1887-1968) 
 
Ələsgər bəy 1887-ci ildə Şamaxıda ziyalı ailəsində do-
ğulmuşdur. O, Bakı realnı məktəbi bitirəndən sonra Peterburq 
Politexnik İnstitutunda təhsil almışdır. Ələsgər bəy təhsilini ba-
şa vurub Bakıya dönür. Burada H.Z.Tağıyevin toxuculuq fabri-
kində  işləmişdir.  Ələsgər bəy 1908-ci ildə Tiflisə köçmüşdür. 
Orada ictimai fəaliyyətə başlayır və Qafqaz-Müsəlman xeyriy-
yə cəmiyyətinin işində yaxından iştirak edir. 
Ələsgər bəy  Azərbaycan Milli İstiqlal Bəyannaməsini 
imzalayan 26 nəfər ziyalıdan biridir. 1918-ci ildə Türkiyəyə 
köçüb, bir müddət Adana şəhərində toxuculuq fabrikinə başçı-
lıq edib. Ələsgər bəy neçə il sonra Türkiyədən Qahirə şəhərinə 
köçüb və ömrünün sonuna kimi orada yaşamışdır. O, 1968-ci 
ildə 93 yaşında Qahirədə  vəfat etmişdir. Mahmudbəyovların 
nəvə-nəticələri indi Qahirə şəhərində yaşayırlar. 
 
Haşiyə: Mahmud Ağanın nəsil  şəcərəsində yerini tam 
müəyyənləşdirə bilmədiyimiz aşağıdakı  şəxslər haqqında 
topladığımız məlumatları təqdim etməyi də vacib saydıq. 
 
 
Mahmudbəyov Zərif bəy Əsəd bəy oğlu 
(1895-1972) 
 
1895-ci ildə  Şamaxı  şəhərində Sarıtorpaq məhəlləsin-
 anadan olmuşdur. Bakı  şəhərində realnı  məktəbi bitirib, 
1913-cü ildə Kiyev şəhərində Tibb İnstitutuna daxil olmuşdur. 
1919-cu ildə institutu nıüvəffəqiyyətlə başa vurmuş  və doğma 
vətəninə dönmüşdür. Zərif bəy ilk əvvəl Quba ali ibtidai 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
258
məktəbində, sonra Quba mahal həkimi vəzifəsində çalışıb. 
1920-ci ildən Bakı  şəhərində  həkim işləmişdir. Elmi yaradıcı-
lıqla məşğul olmuş, Tibb İnstitutunda müəllim kimi fəaliyyətə 
başlamışdır. Tez bir zamanda dissertasiyasını müdafiə edib tibb 
elmləri namizədi alimlik dərəcəsi (1945) almışdır. Zərif bəy 
1959-cu ildə doktorluq dissertasiyasını müdafıə etmişdir. Tibb 
elmləri doktoru, professor Zərif bəy uzun illər institutda Yolu-
xucu xəstəliklər kafedrasının müdiri vəzifəsində  fəaliyyət gös-
tərmişdir. Görkəmli alim, əli  şəfalı  həkim 1972-ci ildə Bakı 
şəhərində  vəfat etmişdir. Alimin nəvə-nəticələri hazırda Bakı 
şəhərində yaşayır.  
 
Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 
(1902-1984) 
 
Görkəmli pedaqoq Mahmud bəy Mahmudbəyov  1898-ci 
ildə  şamaxılı  Molla Məcidin qızı Gülrux xanımla ailə qur-
muşdur. Onların bir neçə övladı olmuşdur. 
Övladlarının böyüyü Böyük bəy 1902-ci ildə  Şamaxı 
şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi başa vurduq-
dan sonra o, atasının məsləhəti ilə Tiflis İnstitutuna qəbul 
olunur. İnstitutu əla qiymətlərlə bitirdikdən sonra aspiranturada 
oxuyur. O, 1939-cu ildə tibb elmləri doktoru alimlik dərəcəsi 
alır. Bir il sonra - 1940-cı ildə professor vəzifəsinə seçilir. 
B.Mahmudbəyov 1941-ci ildə  cəbhəyə yollanır, 1943-cü 
ildə döyüşdə yaralanır və ordudan təxris olunur. O, yenidən öz 
sənətini davam etdirir. B.Mahmudbəyov 1947-ci ildə ATİ-nin 
Hospital cərrahiyə kafedrasının müdiri seçilmiş  və 1977-ci 
ilə kimi həmin vəzifədə çalışmışdır. Onun elmi rəhbərliyi 
altında  əlli nəfərdən çox mütəxəssis tibb elmləri namizədi və 
doktoru adına layiq görülmüşdür. 
Professor Böyük bəy Mahmudbəyov respublikamızın el-
mi, ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Alim 
irinli cərrahi xəstəliklər, qaraciyər və öd yollarının patologiya-


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 259
sına və s. problemlərinə həsr edilmiş yüzdən çox əsərin müəl-
lifıdir. 
Professorun elmi fəaliyyəti bir çox mükafatlara – «Le-
nin» ordeni, Qırmızı  Əmək Bayrağı ordeni,  medallar, fəxri 
fərman və diplomlara layiq görülmüşdür. Professor Böyük bəy 
Mahmudbəyov  1984-cü ildə Bakı  şəhərində  vəfat etmişdir. 
Alimin nəvə-nəticələri Bakı şəhərində yaşayır. 
 
 
Həbibulla Səmədzadə 
(1908-1948) 
 
Həbibulla Səmədzadə 1908-ci ildə  Şamaxının 
Sarıtorpaq məhəlləsində anadan olmuşdur. O, böyük 
romantik  şair Hadinin bacısı  Əsmanın oğludur.  İlk təhsilini 
Şamaxıda almışdır. Sonralar APİ-nin filologiya fakültəsini 
bitirmişdir. Bir müddət Bakıda müəllimlik etmişdir. 1945-
1946-ci illərdə Pedaqoji İnstitutda filologiya fakültəsinin 
dekanı vəzifəsində işləmişdir. 
H.Səmədzadə S.Ə.Şirvani, M.Ə.Sabir yaradıcılığının 
tədqiqi ilə ciddi məşğul olmuşdur. Filologiya elmləri namizədi 
H.Səmədzadə 1948-ci ildə vəfat etmişdir. 
Haşiyə:  O, qədim  əlyazmaları yaxşı oxuyan mütəxəs-
sislərdən olmuşdur. Məsələn, şair Ə.Qarabağlının 1804-cü ildə 
folklorla bağlı bir əlyazma tərtib etmişdir. Leninqrad Şərq-
şünaslıq  İnstitutunun  əlyazmaları fondunda saxlanılan nümunə 
və Ə.Qarabağının özü haqqında vaxtilə ədəbiyyatşünaslarımız-
dan S.Mümtaz və Həbibulla Səmədzadə məlumat vermişdir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
260
 
Akademik Məmmədağa Şirəliyev 
(1909-1982) 
 
Şirəliyev Məmmədağa 
Şirəli oğlu 1909-cu ildə Şama-
xı  şəhərində, ziyalı ailəsində 
doğulmuşdur.  Şamaxıda  əvvəl 
mollaxanada, sonra şəhər mək-
təbində təhsil almışdır. 1920-ci 
ildən ailəsi ilə Bakıya köçür. 
Məmmədağa Bakıda 18 saylı II 
dərəcəli orta məktəbi bitirdik-
dən sonra ADU-nun Şərq 
fakültəsinin dilçilik şöbəsinə 
qəbul olmuşdur. O, universitet-
də  təhsilini başa çatdırdıqdan 
sonra iki il Ağdam rayonunda 
dil-ədəbiyyat müəllimi işləmiş-
dir. 1933-cü ildə Bakıya dönə-
rək, APİ-nin aspiranturasına 
daxil olmuş və orada çalışmışdır. 
Bir müddət sonra dil-ədəbiyyat fakültəsinə dekan müa-
vini təyin olunur. M.Şirəliyev 1941-ci ildə «Bakı dialekti» adlı 
namizədlik dissertasiyasını tamamlayır. «Elmi şura  əsərə 
yüksək qiymət verərək ona elmlər namizədi yox, birbaşa fi-
lologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir». Böyük 
Vətən müharibəsi illərində o, ADU-da işləməyə başlamışdır. 
Tez bir zaman içində o, ADU-nun fılologiya fakültəsinə dekan 
müavini, 1945-ci ildə universitetin rektor müavini işləmiş  və 
Azərbaycan Elmlər Akademiyasının müxbir  üzvü seçilmişdir. 
Görkəmli alim 1953-1954-cü illərdə Bolqarıstanda Sofiya 
Universitetində  işləmişdir. 1957-ci ildə Türk dili cəmiyyətinin 
VIII qurultayında iştirak etmişdir. 
 
Ak. Məmmədağa Şirəliyev 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə