Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 269
sayı 30-u keçib. Zəlzələlər nəticəsində dörd dəfə Şamaxı şəhəri  
və onun ətrafı özülündən dağılaraq yerlə - yeksan olmuşdur. Bu 
təbii fəlakətlərin miqyası  o qədər böyük olmuşdu ki, qonşu 
ölkələrin salnaməçiləri belə, baş vermiş faciələri öz əsərlərində 
təsvir etmişlər. Hətta Avropa ölkələrindən Azərbaycana gələn 
səyyahlar və səfirlər də gündəliklərində zəlzələlərin miqyası və 
ölənlər haqqında görüb eşitdiklərini qeyd etmişlər. Mənbələrdə 
göstərilir ki, XII əsrin axırlarında Şamaxıda baş vermiş dəhşətli 
zəlzələdə  şəhər  əhalisinin çoxu məhv olur. 1667-ci ildəki 
zəlzələ haqqında Azərbaycanda olmuş məşhur holland səyyahı 
Jan Streys öz gündəliyində yazırdı ki, bu zaman həlak olan 
təkcə  hərbi səfərbərliyə alına biləcək kişilərin sayı 80 mindən 
artıq olmuşdur. Səyyah həmçinin  Şamaxıda olduğu müddətdə 
də tez-tez kiçik təkanların hiss olunduğunu göstərir. 1859-cu il 
mayın 31-də baş vermiş  zəlzələ  nəticəsində  Şamaxı böyük 
maddi və insan itkiləri ilə üz-üzə qalır, çar idarə-üsulunu 
həyata keçirən quberniya mərkəzi Bakıya köçürülür. 
Ancaq bu yurd yerinə bağlı olanlar, Şamaxını atıb gedə 
bilməyənlər onu yenidən qaldırırlar.  1902-ci il yanvarın 31-
də yenidən sərt üzünü göstərən  zəlzələdə tamamilə dağılan 
şəhər uzun illər əvvəlki  görkəmini  geri qaytara bilmir. Nə 
Tanrı torpağı  əsrlər boy insanların ayağı altından çəkib 
silkələməklə bir şəhəri sınamaqdan yoruldu, nə də ki, insanlar 
onu yenidən ucaltmaqdan əl çəkdilər! Bu qüdrətli mübarizənin, 
təbiətin dağıdıcı qüvvəsi qarşısında sınmamağın sirri bəlkə  də 
Şamaxının muğam beşiyi olmasında deyildimi! 
Bəşər tarixində bizə bəlli olan və bilmədiyimiz neçə-neçə 
sivilizasiyalar,  şəhərlər var ki, təbii fəlakətlərin məngənəsində 
okeanların dibinə çöküb, püskürən vulkanların dumanında, 
tüstüsündə boğulub, dəniz kimi dalğalanan, ləngərləyən torpa-
ğın altına gediblər. Onlar haqqında sirli əfsanələr və müqəddəs 
kitablardakı  dərk olunması  çətin həqiqətlərdən savayı heç nə 
qalmayıb. Zəlzələlərdən sonra viran qalan şəhərlərin sakinləri 
onu Allahın qəzəbinə gələn torpaq kimi atıb gediblər. Ya da elə 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
270
yaşayış  məskənləri, elə  nəsillər, qövmlər olub ki, Tanrının 
qəzəbinə tuş gələrək yox olublar, birdəfəlik tarixdən siliniblər.  
Görəsən, şamaxılıları bu şəhərə hansı müqəddəs qüvvə 
bağlayıb, onlar nəyin naminə buradan birdəfəlik üz dön-
dərib getmədilər? Onlara yardım edən, arxa duran hansı 
müqəddəs qüvvə idi? Onlar əsrlər boyu nədən güc alırdılar və 
nəyə güvənirdilər? Muğama müraciət edək. “Segah” insanı 
məhəbbətə, sevgiyə kökləyir, “Çahargah” dinləyicini ayrı bir 
dünyaya qəhrəmanlığa,  şücaətə sarı qaldırır. Zərb muğam-
larının nikbinliyi insanı  səfərbərliyə alır,  əzmini artırır. Təsa-
düfü deyil ki, Üzeyir Hacıbəyli musiqi əsərlərini işləyərkən mü-
barizə döyüş  səhnələrinin bəstələnməsi üçün “Çahargah”dan 
ilham alıb, bəhrələnib. Poeziya və muğam  Şamaxı sakinlərini 
təbii fəlakətlərdən ruhdan düşməyə qoymayıb, dəfələrlə 
yenidən viran qalan şəhərin ucaldılmasına avazı və ruhu ilə qol-
qanad verib.  
Əgər qəlbinizdə şübhəyə yer qalırsa bir dəfə Şamaxıya 
qonaq gəlin. VIII əsrə aid Cümə  məscidinin həyətinə sübh 
azanı vaxtı ayaq basın. Oyanan quşların mahnısının 
sədalarının səhəri haraylamasını  eşidəcəksiniz, səba mehi 
üzünüzə toxunacaq, ruhunuzdan keçərək içinizi ağırlıq-
lardan təmizləyəcək. Deyirlər dünyada Tanrının sevdiyi, ya 
da güclü enerjisi olan məkanlar var. Minbərdən muğam 
üstündə oxunan sübh əzanı dalğalananda Tanrı ilə aranızda 
körpü yaranacaq  və özünüzü həqiqətən də Allahın ovcunda 
qorunurmuş kimi müqəddəs bir məkanda  hiss edəcəksiniz. 
Qubada Susay kəndinin üstündəki Gül dərəsindəki kimi. Azan 
oxunduqca üzünüzə müqəddəs sirlərin qapısı açacaq. Dan yeri 
söküləndə, azan səsinin öpüb getdiyi, əsrlər boyu muğamatın 
havası qonan qədim küçələri, məhəllələri dolaşın və qəlbinizdə 
baş qaldıran duyğulara qulaq asın. Qədim məhəllələrin adlarını, 
bu küçələrdən keçən dahiləri tarixin hökmünü qoruyan çalarlara 
rast gələcəksiniz. Zaman sizin üçün ənənəvi, anladığımız saat, 
gün, ay və il mənasını itirəcək. Dəqiqələr irəlilədikcə, Günəş 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 271
ucaldıqca, muğam adlı sehrli xalçanın naxışlarından yapışıb il-
dırım sürətilə  qərinələrdən  əsrlərə,  əsrlərdən minilliklərə ad-
layacaqsınız. Bu mürəkkəb, insan ağlının dərk etməsi mümkün 
olmayan zaman səyahətində bircə onu anlayacaqsınız ki, bina-
ları küçələrə calayan, illəri  əsrlərə  və insanları bir-birinə bağ-
layan qüvvə muğamata məxsusdur.  Bütün ruhunuzla, varlı-
ğınızla bu şəhəri öpüb əzizləyən muğamı  eşidəcəksiniz, 
onun ecazkar gücünü mütləq duyacaqsınız. Qəlbinizdə  baş 
qaldıran vətən, torpaq, bayraq sevgisi cilalanacaq.  
Bəlkə  də bunu çoxları bilmir ki, ulu öndərin bir çox 
səfərlərində onu müşayiət edənlərin içində tar, kaman və bir 
  muğam ifaçısı olub. Allah Azərbaycanın Birinci xa-
nımından razı olsun ki, muğamı qoruyur, ənənələrimizi yaşadır, 
iki ildən bir muğam müsabiqəsi keçirir. Muğamatın mənası, 
fəlsəfi  yozumu da incəsənətin bu məqamı ilə Allaha yaxınlaş-
maqdadır.  Əlbəttə hamı Tanrıya yaxın olmaq istəyir, lakin bu 
mümkün deyil. Bunun üçün nəcib  əməllərin sahibi olmaq 
lazımdır. Bu baxımdan  muğamda nəciblik mövcuddur.  
Muğamı ifa edəndə, öz boğazından gələn səs səni qollarında 
yerdən aralayır. Oxuyursan, səni dinləyənlər də ifanı eşidir, səni 
görür, lakin anlayırsan ki, artıq səni başqa qüvvələr idarə edir, 
özünə tabe deyilsən, göylərdə pərvazlanırsan, qayıtmağın, geri 
dönməyin də  səndən asılı olmur, muğamın qanadlarında baş 
verir. 
Hər bir xalq gələcəyini dərk etmək, inkişafını düzgün 
qurmaq üçün istinad nöqtələrini öz keçmişində, tarixində 
axtarmalıdır. Yəni uğurlu gələcəyin sirləri bizim keçmişimizdə, 
genetik yaddaşımızdadır. Bu baxımdan muğamat xalqımız üçün 
insanları, dövləti, varlı və kasıbları, yaşlı və gəncləri, qadın və 
kişiləri öz ətrafında bağlayan, irəli aparan qüvvə kimi xüsusi 
əhəmiyyət kəsb edir. Şamaxının keçmişində üç amil diqqəti 
cəlb edir.  Birincisi, bu şəhərdə bilik və elmin tərəqqisinə, 
ikincisi, musiqi, muğam və poeziyanın inkişafına fikir verilir. 
Üçüncüsü isə, bəylər, varlılar ağıl və istedad sahiblərinə dəstək 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə