Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə71/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 275
Şamaxını aramsız olaraq silkələyən zəlzələlər və onu 
dəfələrlə yenidən qaldıran insanlar haqqında tariximizdə sənəd-
lər və xatirələr yetərincədir. Bizi düşündürən sadə sualı bir daha 
təkrar edək: sarayları, məscidləri, məktəbləri və evləri qəzəblə 
lərzəyə  gətirib dağıdan fəlakətlərdən sonra Tanrının viran 
qoyub yerlə - yeksan etdiyini tikən, quran insanlar nədən güc 
alırdılar? Bu suala bu dəfə özümüz yoxMilli  Konserva-
toriyanın yeni binasının açılışındakı  çıxışında Azərbaycan 
Prezidenti  İlham  Əliyevdən gətirdiyimiz sitatla cavab 
verək: "Ancaq özünə hörmət edən hər bir dövlət və xalq öz 
milli xüsusiyyətlərini qorumalıdır.  Qorumasa, onda müəy-
yən müddətdən sonra bir xalq kimi yaşaya da bilməyəcək-
dir. Biz ən çətin illərdə öz milli musiqimizi, adətlərimizi, 
həyat tərzimizi qoruya bilmişik. Biz əsrlər boyu başqa 
dövlətlərin tərkibində yaşamışıq. Başqa dövlətlərin təsiri 
altında olmuşuq, müstəqil olmamışıq. Mən dəfələrlə bunu 
demişəm, bir daha demək istəyirəm, tam əminəm ki, bizi 
bir  xalq kimi qoruyan mədəniyyətimiz  olubdur". Dövlət 
başçısının bu müdrik kəlamları bizə bir daha əsas verir ki, bir 
xalq kimi qlobal təzahürlərin bəlalarından xilas olmağımızda, 
milli mənliyimizin, ləyaqətimizin, birliyimizin qorunmasında o 
cümlədən, muğamatın da rolunu fəxarət hissi ilə qeyd 
etməliyik.  
Adi bir musiqinin xilaskar missiyasını anlamaq üçün 
keçmişə  nəzər salmağa, bəzi mənəvi məqamlara diqqət yetir-
məyə ehtiyac vardır. Tarixçilərimiz və alimlərimiz göstərirlər 
ki, Şamaxı XII əsrdən üzü bəri dini və mədəni mərkəz, musiqi-
muğam beşiyi kimi bütün Yaxın  Şərqdə  məşhur olmuşdur. 
Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıda  şairlər, xanən-
dələr, musiqiçilər sarayın himayəsində olublar. Onların arasın-
da aşıq və muğam ustadlarının, şairlərin, qəzəlxanların özəl bir 
nüfuzu olub. Doğrudan da, tarixi bir qədər də geriyə ikinci 
minlliyin əvvəllərinə vərəqləsək müxtəlif mənbələrdə  hələ  XI-
XII  əsrlərdə    poeziya, sənət  beşiyi olan  Şamaxıda  Xaqani 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
276
Şirvaninin əmisi böyük  filolsof  Ömər İbn  Osman  Kafiyyəd-
dinin başçılıq etdiyi elm məbədinin də akademiya kimi fəaliy-
yət göstərdiyi bizə aydın olacaq. Ömər  İbn Osman burada bir 
çox elmlərin – tibb, fəlsəfə,  astronomiyakimya, riyaziyyat, 
dilçilik,  ədəbiyyat,  eləcə də  musiqinin   kamil  bilicilərini  
bir araya gətirmişdi. Tarixə adı elmlər akademiyası kimi 
düşməyən bu  elm məbədi haqqında  Avropa  alimləri ilə 
yanaşı,  Azərbaycan   alimlərindən  bir çoxu – prof. H.Araslı, 
prof. Dəmirov, prof. Ə.Əlizadə, prof. Q.Kəndli, prof. 
Ə.Cəfərzadə, prof. E.Mehrəliyev  və başqaları  əsərlərində  
xeyli bəhs etmişlər. Təbii ki,  Şamaxıda – Şirvanşahlar dövlə-
tində belə bir elmi mərkəzin – elmlər akademiyasının  yaradıl-
masını  həm də dövlətçilik tələb etmişdir. Ömər İbn Osman Ka-
fiyyəddinin  rəhbərlik etdiyi elmi mərkəzdə o dövrdə istedadı 
ilə bütün Şərqdə tanınan – Babakuhi Şeyx  Məhəmmədəli,  Pir-
hüseyn  Şirvani,  Əbu Nəsil  Şirvani, Xacə Adgözəl  Şirvani, 
İmam Şəmsəddin Şirvani,  Əbdülkərim  İbn  Əli Şirvani, Fələki 
Şirvani  və  bu  kimi   alimlər  bu elm ocağının müxtəlif bölüm-
lərinin genişlənməsi və intişarına xüsusi  əmək sərf etmişlər. 
Mənbələr elmi mərkəzdə musiqi şöbəsinin də fəaliyyətini  gös-
tərdiyini dəfələrlə vurğulayırlar. Mərkəzdə XI əsrin  sonu  XII 
əsrdə  yaşamış musiqişünasların  da  fəaliyyətini qeyd edirlər.   
Bunlardan  biri  Xaqaninin dostu Nijəbrəddin   Şirvani,  digəri 
isə Xaqaninin bacısı oğlu Əsirəddin Əxsikəzi Şirvani idi. Gözəl   
Ərğənun çalması ilə  məşhur olmuş  Məhəmməd İbn Əbubəkir 
Şirvani də o zaman akademiyanın musiqi  bölməsində  xüsusi   
hörmət qazanmış  sənətkarlardan sayılırdı. O, sənətin sirlərini    
ustad müəllim  Şəhabəddin   Şirvanidən   öyrənmişdir.  
Bütün bunlar onu deməyə əsas verir ki, Şamaxı ölkəmizin 
tarixində, onun mədəniyyətinin formalaşmasında və inkişafında 
əlahiddə rol oynamışdır. Ona görə  də biz Mahmud Ağanın 
musiqi məclislərini muğam universitetinə bənzədəndə yanlışlıq-
lara yol vermirik, əksinə reallığa söykənən adi bir həqiqəti təs-
diq etmiş oluruq. Əlbəttə ki, nə Ömər  İbn Osman Kafiyyəd-


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 277
dinin elmlər akademiyası, nə  də ki Mahmud Ağanın muğam 
universiteti heç yerdə, heç vaxt qeydiyyatdan keçməyib, heç bir 
tarixi sənədə elm, musiqi məbədləri kimi adları düşməyib. Ona 
görə də Mahmud Ağanın universiteti barədə  arxivlərdə, tarixi 
sənədlərdə axtarışlar aparmaq mənasızdır. Lakin muğamın bu 
şəhərdə inkişafı, onun Şamaxının bəyzadələri və mülkədarları 
tərəfindən himayəyə alınıb inkişaf etdirilməsi, təkmilləşdiril-
məsi belə bir ali təhsil ocağının mövcudluğu barədə fikir 
yürütməyə  əsas verir. Şamaxı musiqi məclisi, həqiqətən də
universitetə bərabər idi. 
İnsanları  səfərbərliyə alan, nikbin edən, təbiətlə müba-
rizədə gücünü birə on artıran Şamaxının varlı, zəngin adamları 
ilə söz və musiqi xiridarlarının qırılmaz birliyinin muğamın 
ruhundan güc aldığını görməmək mümkün deyil. Keçmişinə, 
kökünə bağlı olan xalq yenilməz olur. Çox güman ki, hər 
birimizin daxili dünyası, genetik kodları da muğamla uzlaşır, 
muğam, həqiqətən də, bizi xalq kimi bir-birimizə gözəgörün-
məz tellərlə bağlayan ən güclü və müqəddəs amildir. Mədəniy-
yət və İncəsənət Universitetinin professoru, Muğam kafedrası-
nın müdiri Canəli Əkbərov muğamın dərin fəlsəfəyə və böyük 
qüdrətə malik olduğunu təsdiqləyir. Tarixçilərimiz, folklorşü-
naslarımız muğam sənətinin Bakı, Qarabağ  və  Şamaxıda və 
ölkənin digər bölgələrində geniş yayılmasından, muğam mək-
təblərinin yaranmasından yazırlar. XIX əsrdə  Şamaxı, Lənkə-
ran, Şuşa, Bakı və Naxçıvanda yaranan ədəbi məclislərin sorağı 
bütün Azərbaycana yayılır.  Ən başlıcası odur ki, bir qayda 
olaraq muğam xalqın aparıcı qüvvəsi kimi bütün ədəbi proses-
lərin önündə getməklə yanaşı, şeirin, qəzəlin, bütünlükdə poezi-
yanın inkişafında da əvəzsiz rol oynamışdır. Muğam xalqımızın 
milli  şüurunu, mənliyini formalaşdırmaqla yanaşı, onun har-
monik inkişafına təkan verən, rəiyyətlə zadəganların, varlıların 
harmonik vəhdətini təşkil edən ilahi bir qüvvədir.    
Dediklərimizin aydın anlaşılması üçün Şamaxıda ilk musi-
qi məclislərini nəzərdən keçirək. XIX əsrin  əvvəllərində o 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə