Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
229
Mahmud Ağanın oğlu Hacı İbrahim
Xəlil bəyin nəsil şəcərəsi
Mahmud Ağanın oğlu Hacı İbrahim Xəlil bəy
(1845 -1890)
Mahmud Ağanın oğlu Hacı İbrahim Xəlil bəy Şamaxıda
böyük hörmət-izzət sahibi olmuşdur. O, öz şəxsi hesabına şəhə-
rə su xətti (kəhriz) çəkdirmiş, şəhər əhalisini içməli su ilə təmin
etmiş, məktəb açmış və digər nəcib işlər görmüşdür. O da atası
kimi kasıb ailələrə yardımlar etməyi, elmin, maarifin inkişafın-
da xeyriyyəçiliyi ümdə amalı saymışdır.
Tiflisdə yerləşən Qafqaz canişini Hacı İbrahim Xəlilin bu
alicənablığını eşidib yanına dəvət edərək ona “bəy” titulu verir.
Bu haqda Hacı İbrahim Xəlil bəyin nəvəsi
Xəlil bəy Həbib bəy
oğlu Mahmudbəyov 1975-ci ildə qələmə aldığı xatirələrində
belə yazır: “Bizim babamız nəslimizin
nəcib əməlləri ilə məş-
hurlaşmasında əvəzsiz rol oynayıb. Bütün övladları oxumağı,
yazmağı bilirdi və hətta bəzilərinin ali savadı var idi. Babam
müdrik bir xeyriyyəçi idi. Özü də, oğlanlarından bəziləri də ti-
carətlə məşğul olar, Rusiyanın başqa şəhərlərinə səfərə çıxardıl-
ar. Rus dilini yaxşı bildiklərindən bu səfərlərdə çətinlik
çəkməz, əksinə, bu dilin imkanlarından yetərincə faydalanaraq
əlaqələrini genişləndirərdilər. Babamın uşaqları – mənim əmi
və bibilərim elə ötən əsrin əvvəllərində Azərbaycanda mövcud
olan rus məktəblərində oxumuş, sonra isə biliklərini və dünya-
görüşlərini daha da inkişaf etdirmək
məqsədi ilə Sankt-Pete-
rburq, Moskva və Kiyev kimi şəhərlərin məktəb və institutların-
da təhsil ala bilmişlər.
Babamın gördüyü nəcib işlərin sırasında Şamaxıda mək-
təbin açılmasını və şəhər əhalisini içməli su ilə təmin etmək
Seyfəddin Qəniyev, Səadət Veysova
230
üçün 3 kilometrlik məsafədən saxsı borularla su kəmərinin
çəkilməsini qeyd etmək olar. Onun nəcib işləri,
xeyriyyəçilik
əməllərini şamaxılılar heç zaman unutmadılar. Aradan onillik-
lər keçdikdən sonra belə Şamaxıdan rast gəldiyimiz adamlara
yeri düşəndə Mahmud Ağanın nəslindən İbrahim Xəlil bəyin
nəvələrindən olduğumuzu deyəndə, babamızı hörmətlə xatırlar,
onun xeyriyyəçiliyindən, əliaçıqlığından ürəkdolusu danışar,
hətta ulu babamızın Qala-Bazardan olduğunu deməyi də
unutmazdılar.
O zamanlar Tiflisdə yaşayan Qafqaz canişini babamın
xeyirxah əməllərindən xəbər tutur və onu yanına dəvət edir.
Qafqaz canişini çar Rusiyasında ən ciddi
vəzifələrdən biri idi və
bütün ərazidəki hökumət idarələri və hətta ordu birləşmələri də
ona tabe idi. Canişin yerli əhalinin idarə olunmasına, rusların
işğal edilmiş ərazilərə köçürülməsinə, ümumiyyətlə bütün işlərə
rəhbərlik edirdi. Qafqaz canişini vəzifəsinə adətən rus imperi-
yasında dərin bilikləri və yüksək nüfuz sahibi olan məşhur döv-
lət xadimləri təyin olunardı. Bu baxımdan hər hansı bir adamın
Tiflisə canişinin hüzuruna çağırılması da nadir və diqqətçəkən
məsələ idi. Babamı qəbul edən Qafqaz canişini ona xeyirxah
əməllərinə görə minnətdarlığını bildirir və gördüyü işləri impe-
riyanın təmsilçisi kimi dəyərləndirmək üçün mükafatlandırmaq
istəyir.
Babam ayağa duraraq pul mükafatından
imtina edir, hər
bir imkanlı adamın xeyriyyəçiliklə məşğul olmağa borclu oldu-
ğunu bildirir. Bu işlərın mükafat naminə yox, xeyirxahlıq üçün,
insanlıq naminə görüldüyünü deyir.
Xəlil bəyin cavabından razı qalan Qafqaz canişini babamı
“bəy” titulu ilə mükafatlandırır. Ulu babam Mahmud olduğu
üçün onun adının arxasına bəy sözü əlavə edilir və o zamandan
bu günə kimi biz bu Mahmudbəyovlar familiyasını daşımağı
özümüzə şərəf sayırıq. Qürurlanmağımın əsas səbəbi Qafqaz
canişinin verdiyi “bəy”
titulundan daha çox, ulu babalarımızın
törəmələrinə qoyub getdiyi xeyirxah əməllərdir”.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
231
Hacı İbrahim Xəlil bəy
XIX əsrin birinci yarısında
Şa-
maxı şəhərində anadan olmuş-
dur. Onun əsas sənəti ticarətlə
məşğul olmaq idi. Onun 6
oğlu, 2
qızı olmuşdur. O, uşaqlarının
savadlanması üçün əlindən gələni
etmiş, özü isə
1890-cı ildə vəfat
etmişdir. Həyat yoldaşı haqqında
heç bir məlumat yoxdur. Lakin
uşaqları haqqında aşağıdakı bilgi-
ləri əldə etmək mümkün olmuş-
dur:
1. Əsədulla bəy; 2. Həbib
bəy; 3. Ələsgər bəy; 4. Abdulla
bəy; 5. Seyfulla bəy; 6. Mahmud bəy; 7. Sübhi xanım; 8.
Fərrux xanım. İbrahim Xəlil bəyin övladları, nəvə və
nəticələri haqqında yazdıqlarımızın asan başa düşülməsi və
anlaşılmazlıqlara yol verilməməsi üçün onun hər övladının
nəsil şəcərəsini bir budaq kimi təqdim etməyi qərara aldıq.
Birinci budaq
Əsədulla bəy İbrahim
Xəlil bəy oğlu Mahmudbəyov
Əsədulla bəy 1860-cı ildə Şamaxıda
anadan olmuşdur.
O, ailənin böyük oğlu kimi atasının vəfatından sonra onun işini
- ticarəti davam etdirmiş, ailənin qalan üzvlərinin savadlanması,
biliklərə yiyələnməsi üçün hər şeyi etmişdir. Kiçik qardaşı
Seyfulla bəylə uzun müddət ticarətlə məşğul olmuşdur.
Əsədulla bəy özü savadlı olmuş, ticarət üçün başqa ölkələrə
səfər edər, oradan mallar gətirərmiş.
1918-ci ildə silahlı
erməni
quldur dəstələri tərəfindən Şamaxı yandırıldıqdan sonra o,