demədim. Sadəcə onun çirkli barmaqlarını öpdüm və xarici şərabları
soyutmaq üçün bir soyuducu alınmasına izin verdim.
XXVIII
- Sizin xalanız varmı?
- Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb.
Gəzməkdən xoşunuz gəlirmi? Bəli gəzməkdən xoşum gəlir, amma mən
axşamlar yalnız meyvə yeməyə üstünlük verirəm.
İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı
örtdü.
- Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət
qədər bilirik. Amma, de görüm, heç ömründə viski içmisənmi?
Dəhşətlə çığırdım.
- Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan.
- Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa
düşdüyüm üçün belə bir axmaq söz danışdım. De görüm, bu axşam bizə
kimlər gələcək?
Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu.
Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin
adlarını sadaladım. Nino qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox
yaxşı bilirdi ki, Azərbaycanın heç bir naziri və generalı, onun ərinin sahib
olduğuna malik deyildir: ərinin ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini
bilən və knyaz ailəsindən olan arvadı vardı.
Nino qaşqabağını sallayıb dedi:
- Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də
onun içinə soda atmadan içmirlər.
Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf
çevirdi:
- Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya
saldın, indi isə ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu
oynayıram.
Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara
söykənib söhbət edirdilər. Divarlarda da mənzərə və heyvan rəsmləri
çəkilmiş tablolar asılmışdı. Künclərdə yumşaq kreslolar qoyulmuşdu,
masanın üstünü də çiçəklər bəzəyirdi. Yadındadırmı, Əli xan,
Dağıstandakı aulda vadidən bardağla su daşıyaraq sənə qulluq edərdim.
- Hansı xidmət daha çox xoşuna gəlir?
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda
qapının zəngi çalındı və Ninonun dodaqları həyəcandan titrəməyə başladı.
İlk gələnlər Ninonun valideynləri idilər. Onlarla birlikdə rəsmi keçid
forması geymiş İlyas bəy də gəlmişdi. İlyas bəy salonu gəzdi, hər şeyi
gözdən keçirdi, sonra başını yırğalayıb dedi:
- Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı?
Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq.
Biz çoxlu ingilis əlləri sıxırdıq. İngilis zabitləri hündürboylu və qırmızı
sifətli idilər. Uzun əlcək geymiş xanımlar isə mavigözlüydülər. Onlar
mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. Bəlkə də, onlar
gözləyirdilər ki, hərəm xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar
onların qabağında rəqs edəcəklər. Halbuki onların əvəzində yaxşı təlim
keçmiş qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular
yeməkləri masanın üstünə sol tərəfdən qoyurdular. Divarlarda yamyaşıl
çəmənliklərin və yarış atlarının rəsmləri asılmışdı.
Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda
tökmədən bir nəfəsə başına çəkib boşaltdığını görən Ninonun nəfəsi
tutulan kimi oldu. Salonu səs-küy bürümüşdü. Verilən sual və cavabların
əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları kimi çox axmaq səslənirdi:
“Çoxdan evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” “Bəli, toy
səyahətimi keçirmək üçün İrana getmişdik”, – “Ərimin at sürməkdən xoşu
gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna gəlirmi?” “Bəli
buranı görməyimə məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi
deyilik” “Azərbaycanda artıq çoxdandır ki, çox arvadlılıq qadağan
edilmişdir”. “Hərəm ağalar barəsində isə mən ancaq romanlarda
oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini
güclə saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor
arvadı Ninodan soruşdu ki, həyatınızda heç operaya getmisinizmi? Nino
çox nəzakətlə cavab verdi ki, bəli getmişəm, oxumağı və yazmağı da
bilirəm.
Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu
udmuşdu.
Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri
Ninonun incə barmaqlarına toxunurdu, baxışları isə Ninonun çılpaq
kürəyinə sataşırdı.
Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara
çəkirdi. O, öz arvadını heç zaman yad adamların baxışlarına təslim
etməzdi. Amma Nino həm gürcü, həm də xristian idi. Əsədullanın fikrincə
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla yad kişilərin baxışlarına
təslim etmək üçün yaranmışdı.
Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız
və təhqiredici səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri
başında yadların ortasında durmuşdu.
Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox
nəzakətlisiniz”.
Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş
halını gördüm. O, salonun o biri başından gəlib qabağımda dayandı. O,
əlini qoluma saldı, elə bil özünə arxa axtarırdı.
Sonra yavaşca dedi:
- Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və
xalaqızlarınla görüşəndə mənim düşdüyüm vəziyyətə oxşayır. Bu qədər
kişi ilə mən nə edim? Mən onların mənə belə baxmalarını istəmirəm.
Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu.
Mən onun mayor arvadına dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə
bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan dilinə
tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası olacaq”.
Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada
saldım. Köhnə bir məsəldə deyilirdi, “əgər qonaq sənin oğlunun başını
kəsib onu əlində tutaraq evinə girsə, onu qəbul etməli, yedirtməli və qonaq
kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək
çox ağır olur.
Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər
siqara çəkirdilər, viski içirdilər. Onların ayaqlarını qaldırıb masaların
üzərinə qoymalarını gözlədiyimiz halda, bunu zabitlərin heç biri etmədi.
Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi:
- Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə
görə bu sözlərin üstündən gənc bir zabit şapalaq yemədiyini bilsəydi, hər
halda çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir köpək açıq-aşkar mənim
arvadımın gözəlliyindən söhbət etməyə cürət edirdi. Onun qədəhini
konyakla doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da yerə
töküldü.
Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir
ingilis məmuru küncdə oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun
və sapsarı idi, barmaqları isə gödək idi.
O, təmiz fars dilində mənə müraciət etdi:
- Eviniz əsl Avropa evidir, Əli xan.
- Mən ölkəmizdəki adət üzrə yaşayıram.
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Dostları ilə paylaş: |