Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

 
214 
xüsusi qayğı göstərməyə və ya qəsdən cəza verməyə səbəbi yoxdur. 
O obyektivdir, gerçəkdir, qərəzsizdir. 
Allah sözü insan psixikasında  ədaləti təmin edən inamdır, 
gerçəklikdə isə çoxluğun konkret qanunları, münasibətlərdir. 
O ittiham edilə bilməz. O biznes, hakimiyyət, istismar vasitəsi 
ola bilməz. 
 
3. Allah ifadəsinin Ruhla əlaqəsi necədir?   
Sübutlar olmadığı üçün Allah ifadəsinin klassik Ruh anlayışı ilə 
eyniləşdirilməsi səhvdir və həqiqətə uyğun deyil. Buddizmin klassik 
ruh anlayışına görə ruh idarəedici ilahi qüvvə olaraq göydə olur və 
(ondan bir hissə) yerə enərək insanların canında yaşayır, öləndə, 
guya, yenə göyə dünya ruhunun – (teist dinlərin Allah adlandırdığı 
obyektin ) yanına qalxır. Lakin bu fikirləri sübut edəcək bir dənə də 
dəlil yoxdur. Ruh anlayışına isə müxtəlif mənalar  verilsə də , hələ ki, 
qeyri - müəyyən qalır. Ruh adlanan, lakin şüur mənasını verən 
qabiliyyət heyvanların və insanın beynində yaranan hadisədir. Lakin 
təkcə insanın konsentrasiyalanmış şüurunun (ruhunun) məhsulu olan 
söz, söz formulasının, fikir, hisslərin, baxışların, energetik - 
informasiya xassələri aşkar olunmuşdur. Bu xassələr özünə  və 
obyektə  təsir kimi meydana çıxır, nəticədə müəyyən proses 
aktivləşir, yaxşılaşır, ya pisləşir, müəyyən hədlərdə kiçik ölçüləri 
olan obyekt hərəkətə gəlir- sürüşür, qalxır (telekinez). 
Məlumdur ki, varlıqları - şeyləri , cisimləri və hadisələri,  
yaradan və idarə edən, müəyyən imkanlar verən, müəyyən imkanları 
verməyən  onun olduğu mühit  və üst sistemlərdir. Başqa sözlə, bütöv 
mühitdir, hansı ki çoxluqdur və ierarxik asılılıq əlaqəsi ilə birləşmiş  
avtonom sistemlərdən  ibarətdir. Məhz bu allah hesab oluna bilər .Bu 
fikir hər gün  bütün həyat tərəfindən sübut olunur. Dünya ruhunun və 
ya dünya zəkasının  xeyirxah Allah hesab etməyin də  əsasları 
yoxdur, çünki bu olsaydı, həyat nə  qədər rahat və  əziyyətsiz, 
müharibələrsiz, qırğınlarsız, təbii fəlakətlərsiz olardı. Mövcud  dini 
baxışlara görə allah ancaq xeyirxah varlıqdır. Lakin həmin dünya 
zəkasına nə xeyirxah, nə  bəd  xassə vermək olmaz, istənilən halda 
bu, subyektiv olacaqdır.  Tam sübutlarla qeyd etmək lazımdır ki, 
dünya obyektlərinə, insana, bitkilərə  və cisimlərə  təsir edən mühit, 
hansı ki tam məntiqlə tanrı hesab oluna bilər,hansı ki nəticədə 
idarəedici effektlərə  səbəb olur, dünyanın ümumi olmaq qanununa 
görə daim öz işarəsini dəyişir Bu işarə, yəni dəyişilik istiqaməti  bir 
dövrdə  mənfi–reqress, bir dövrdə müsbət- proqress  olur. Demək, 


 
215
dünya zəkasının (tanrı hesab edilən obyektin)  daim müsbət, xeyirxah 
olmasını demək olmaz, o iki işarəli-iki imkanlıdır.  Allaha və şeytana  
sitayiş edən dinlərin mövqeyincə  demək, dünyanı və hadisələri gah 
tanrı, gah şeytan idarə edir. Hazırda Yer kürəsi günəş sisteminin 
elementi olaraq, hələki bu sistemlə birlikdə milyardlarla  il davam 
edəcək  orta - yaxşıya istiqamətlənmiş orbitdədir, orbiti spiral 
qalaktikanın mərkəzindən uzaqda yerləşmişdir. Ona görə insanlar 
düşünürlər ki, tanrı xeyirxahdır.  Lakin zaman keçdikcə, müəyyən 
andan sonra spiralın mərkəzinə yaxınlaşdıqca və başqa qalaktikalarla 
toqquşması  və göy cisimlərinə yaxınlaşdıqca temperatur artacaq və 
proses mənfi istiqamətə dəyişəcəkdir (həyat sönməyə başlayacaqdır). 
Onda yaşayacaq insanlar deyəcəklər ki, dünyanı  şeytan idarə edir. 
Digər tərəfdən, başqa bir prinsipə görə - varlıq yaranışından onu 
məhvə (yəni başqa sistemə çevirən) aparan keyfiyyətlə, amillə 
doğulur – yer kürəsində insanın,  daha doğrusu,  əsasən insan 
cəmiyyətlərinin mövcud ağılsız quruluşunun nəticəsi  olaraq    ağılsız 
fəaliyyətin  nəticəsində hazırda (2008) yer kürəsində yaşayış  mənfi 
istiqamətə yönəlməkdədir. Bir andan sonra bu tam görünən 
olacaqdır, canlılar məhv olmağa, xəstəliklər çoxalmağa, fəlakətlər 
artmağa başlayacaq, onda deyəcəklər ki, dünyanı tanrı deyil, indi 
şeytan idarə edir. Lakin əslində tanrının belə xassələri və  qəsdi də 
yoxdur- nə yaxşıdır, nə pisdir. Belə fikirlər isə insanın öz mənafeyi 
mövqeyindən subyektiv qiymətləndirməsidir.Yer kürəsinin bu və ya 
digər avtonom  ərazisində tanrının deyil, şeytanın idarəsi olduğunu 
asanlıqla fərz etmək olar. Bu mülahizə  dərin nəticələr çıxarmaq üçün 
başlanğıcdır.Yəni tanrı-şeytan cütlüyü(eyniliyi) ideyası daha düzdür. 
 
 4. Allah termininin işlədilməsi.  
Bu kitabda allah və tanrı ifadələri sinonim kimi işlədilir. 
Allah ifadəsini onun sübut olunmuş funksiyaları  və xassələri 
mənasında dini adamlar işlədə bilər. Lakin Allah sözünü işlətməyə 
savadlı  və düzgün məqsədli insanın, başqalarını aldatmağa məqsədi 
olmayan insanın işlətməsinə ehtiyac yoxdur. Allah ifadəsi eyni 
zamanda hər insanın daxili aləmində seçə biləcəyi  şəxsi inam 
simvolu olaraq onun düşüncələrində, şüurunda yaşaya bilər. Bu halda 
insanla onun şəxsi münasibətləri yenə də toxunulmazdır və  başqaları 
tərəfindən idarə    edilə edilməz. Yəni Allah ifadəsi insanın  şəxsi 
inamı,  şəxsi hüququdur, ictimai deyil, cəmiyyətin və başqa 
ruhanilərin bu işə qarışmağa haqqı yoxdur. Onu idarə etməyə, ibadət 
qaydaları qoymağa və sitayiş etməyə məcbur etməyə və sui - istifadə 


 
216 
etməyə haqqı yoxdur. Xüsusilə allaha, habelə özünü onun vəkili elan 
etmiş adamlara sitayiş etməyə ehtiyac yoxdur və məntiqsizdir. Allaha 
and içilməsi, hərəkətlərini onun tələblərinə uyğun olmasını, 
başqalarının isə  hərəkətlərinin uyğun olmamaqda ittiham edilməsi 
səhv hərəkətdir. Heç kəs Allah adından nəyin səhv və ya düz 
olmasını heç cür müəyyən edə bilməz. Elm və bilik sahiblərinin 
şeylərin bilavasitə qanunları, prinsipləri, real faktlar, məntiqi 
mülahizələrlə, real terminlərlə danışması daha düzgündür. Çünki 
Allah ifadəsinin işlədilməsi qeyri - dəqiqlik və fərqli anlama yarada 
bilər. 
Tədqiqat göstərmişdir ki, tək ilahili dinlər heç də çox ilahili 
dinlərdən (bütpərəstlik) üstün və  səmərəli deyil  və eyni effektə 
malikdir. Bunu etməklə maraqlı  şəxslər quldar cəmiyyətinin 
prinsiplərinə uyğun olaraq  (ağa və qul) və dövlətin yaranmasının 
vacib tələbi olaraq tək ilahinin  insan formasında obrazını  və 
diktatını yaratmış , özlərini də onun vəkili, cəmiyyəti isə qul elan 
etmişdilər.  Lakin bununla dünya biliyi irəli getməmiş, geriyə 
getmişdir-insan xarakterli və xassəli  tək bir ruh, allah hesab 
edilmişdir. Həqiqətdə isə çoxluqun (mühitin) idarəedici, müəyyən 
edici rolundan, məhz onun tanrı olmasından danışmaq olar, çünki 
məhz çoxluğun (mühitin və onun ierarxik elementlərinin) alt 
sistemlər üçün yaradıcı  və idarəedici olduğunu müşahidə edirik.  
Məsələn, insanın olduğu çoxluq ona idarəedici, yönəldici təsir edir. 
Görünməz insan ruhlarının isə tanrı anlayışı ilə əlaqəsi yoxdur - ruh 
yalnız məlumatı material dünyadan alaraq insana verə bilər, bu və ya 
digər mənada məsləhət, xəbər verə bilər. Lakin nəyi isə  dəyişmək, 
düzəltmək, yaratmaq, nizamlamaq kimi işləri görə bilməz. 
Nəticə. Konkret tək tanrıya inam və özünü onun yerdəki 
nümayəndəsi,  əsgəri qələmə verərək iudaizm, islam və xristain  
ruhani başçılarının rəhbərliyi və ya xeyir - duası ilə olan dindarların 
hərəkətləri: mədəniyyətləri, düşüncələri zorla dəyişmək və torpaq 
tutmaq üçün törədilən qırğınlar, edamlar, müharibələr,  tanrı adından 
elan edilərək insanlığa zidd  səhv hərəkət olmuşdur. Dinlərin 
yaranması  və siyasi qüvvəyə çevrilməsindən sonra dünyada 
müharibələr çoxalmış, insan cəmiyyətləri bir - birindən ayrılmış, 
onların qəlbinə  bəzi zorakılıq üstündə qurulmuş dinlər tərəfindən 
düşmənçilik toxumu səpilmişdir. Bu əsil  şeytan xidməti olmuşdur. 
Bu  bəşəriyyətin inkişafını 1000 il geri salmışdır və ona çoxlu 
bədbəxtlik,  əzablar gətirmişdir. Məsələn, hələ bu günə  qədər olan 
İsrail, Fələstin, Suriya, Ərəb  müharibələrinin əsasını Avraama, sonra 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə