Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   ...   81

 
5
bu ya digər dərəcədə  dəqiq  əks etdirmir. Bunu da təbii saymağınız 
lazımdır, çünki bir adamın fikri həqiqəti tapmaq üçün azdır.  İnsan 
universal bir varlıq  deyil ki, gerçəkliyi tam kamil və  dəqiq təsvir 
etsin. Yalnız çoxlu fikirlərin ümumi mahiyyəti həqiqəti daha dərin 
təsvir edə bilər. Məhz buna görə kitabda irəli sürülmüş rasional 
cəmiyyət sistemi fərdi və ictimai həyat seçimlərində təkin fikrinə və 
qərarına deyil, çoxluğun fikrinə əsaslanır.  
     Düşünürəm ki, məhz hər kəs öz ağlı ilə  ətraf gerçəkliyi dərk 
edərək gerçəklik haqda müstəqil mülahizə yürütməlidir, başqalarını 
yamsılamadan. Bundan sonra  onlar öz müxtəlif fikirlərini 
saxlamaqla ümumi məqsədlər müəyyən edib ona çatmaq üçün vahid 
bir yol tapmalıdırlar və ona əməl etməlidirlər. Ümumi iştirakla və 
müzakirə ilə  məqsədin müəyyən edilməsi, onun həlli planının 
müəyyən edilməsi və birgə icra  edilməsi, yəni hər kəsin ona düşən 
rolu dəqiq icra etməsi insanları birləşdirən amil olmalıdır. Bu, təkcə 
5-20 % əhali üçün deyil, hansı ki mövcud ictimai sistemlərin 
məqsədi budur, bu 100% əhali üçün  yeganə xoşbəxtlik yoludur. 
Rasional cəmiyyətin əsasında bu prinsip durur. Gördüyünüz kimi bu 
prinsip mövcud  ictimai iqtisadi sistemlərdən üstündür, hansı  ki 
onlar qrup demokratiyasıdır, varlı siniflərin  idarəsini və onların 
mənafeyini güdür və insan bədbəxtliyinin, müharibələrin, 
konfliktlərin, kütləvi kasıblığın  əsasıdır.   
      Bu  kitab  bir  baxışdır və diskussiya üçündür. Əgər hər insan öz 
şəxsi mülahizələrini irəli sürsə,  müzakirə  nəticəsində  və  rasional 
qərar qəbulu prosedurlarına  əsasən daha dürüst nəticələr  əldə 
etmiş olar. Bunu mən siz oxucuların öhdəsinə buraxıram. Bu 
prosedurları mən yaratmışam, müəllifin  Həqiqətə pəncərə kitabında 
onlar təsvir olunur (M.F. Axundov adına kitabxana-elektron 
kitabxana  www.anl.az  və ya internet səhifə:  http://rational.sayt.ws   
     Yaxşı cəmiyyət  hər bir insana və icmaya, bəşəriyyətə xoşbəxtlik 
gətirən ən gözəl, kamil və ağılla yaşayan cəmiyyətdir.  
      Mən sizi bu yeni rasional cəmiyyətə üzv olmağa onu öz 
əllərinizlə, fəaliyyətinizlə qurmağa  dəvət edirəm. Qoy, çox yaxın 
gələcəyin kamil cəmiyyətinin toxumu Azərbaycanda göyərsin və 
dünyaya yayılsın. Bu xalqımız üçün bütün dünyada böyük bir şərəf
nüfuz, hörmət deməkdir. 
     Yadınıza salıram ki, 16 –cı  əsrdə  cəmi 20 adam–muzıkant, bir 
neçə filosof, müəllim, keşiş, heykəltaraş  İtaliyada  reformasiya 
hərəkatını başladı, sonra artdı  və bütün Avropanı bürüdü, onun 


 

dalınca maarifçilik, inqilablar və müasir bütöv, ümumi dəyərləri 
qəbul edən, lakin milli  mədəniyyətli Avropa cəmiyyəti yarandı. 
     Biz  də onlardan geri qalmayaraq Avropa mədəniyyətindən də 
yüksək mədəniyyət  yaratmalıyıq və dünyaya göstərməliyik, sonra 
hamı bizim dalımızca gələcək, məhz bizdən öyrənəcəklər. 
     Burada ağa-qul anlayışı yoxdur, burada başçı, rəhbər, müdir, rəis 
yoxdur. Burada  dispetçerlər, vebmasterlər, operatorlar, moderatorlar, 
hesablayıcılar, sayıcılar, texniki qeydiyyatçılar, ekspertlər və 
məsuliyyəti, müşahidə  və qiymətləndirmə parametrləri  dəqiq 
göstərilmiş icraçılar var. Burada müdriklər var, kollektiv ağılla 
istiqamətlənən fərdi  və ictimai həyat, fəaliyyət, yaradıcılıq var. Bu 
cəmiyyət indiyədək olmuş  cəmiyyətlər kimi keçmişlə, adət 
ənənələrlə, dominant qrupların,  şahların və  məmurların  idarəsi və 
yazdığı qanun və  qərarlarla, təyin etdiyi əxlaqla, dini ehkamlarla 
idarə olunmur. Bu cəmiyyət kollektiv ağılla yaradılmış strategiyalar, 
prinsiplər, əxlaqla yaşayır və özü-özünü yenə də kollektiv qərarlarla 
idarə edir, daim özünü təkmilləşdirir. Fərdi davranışlar məhz ictimai 
ağıl bankından qidalanır, hansı ki dəqiq yazılmış  və daim 
təkmilləşdirilən sənədlərdə  əks olunmuşdur. Burada özgə, kafir, 
düşmən  anlayışı  və onlara qarşı öldürmək, zorakılıq, mübarizə 
ideologiyası yoxdur, hər adam digərinə doğmadır və ailə  üzvü 
rolundadır, hamı bir ailənin üzvüdür. 
     Rasional cəmiyyət tək-tək liderlərin və hegemon siniflərin olduğu 
və idarə etdiyi icraçı  cəmiyyət deyildir. Başqa sözlə, bu cəmiyyət 
idarə edən tək və idarə olunan çoxluq  sistemi deyil.  Bu cəmiyyətin 
hamısı  sayı məhdudlaşdırılmayan  idarə edən kollektivində könüllü 
iştirak edərək özü - özünü idarə edən və lazımı sahələrdə özü 
icraçılar təyin edən və ona nəzarət edən, qiymətləndirən, sistemin saz 
və imtina etmədən etibarla işləməsini sazlayan cəmiyyətdir. Buna 
görə  də bu cəmiyyət mövcud cəmiyyətlərdən fərqli olaraq ictimai 
idarə üçün zəruri olan  düşünməkdən, ağıllanmaqdan, təcrübəsini, 
biliyini artırmaqdan  və idarə  qərarı hazırlamaqdan, problemi həll 
etməkdən, nəzarətdən uzaqlaşdırılmamışdır. Burada hamı bilavasitə 
özünün və ictimai həyatın yaxşılaşdırmaq məqsədilə ictimai idarədə 
iştirak etmək üçün biliyini, məlumatlılığını, təcrübəsini artırmağa 
həvəslidir. O demir: “nəyimə lazımdır”, o, məsuliyyətli intizamlı və 
ağıllı şəxsdir. Bu cəmiyyət müdriklər yetişdirir. 
     Çəkinmədən zəng edin, email adreslərinizi bildirin, mənim 
vasitəmlə elektron şəbəkə qurun, bir - birinizlə tanış olun, ümumi 
məqsədlər seçin, planlar qurun. Fəaliyyət göstərin, toplaşın, maraqlı 


 
7
məsələlər barədə diskussiya qurun, bir-birinizə kömək edin, 
çətinlikdə  və xoş günlərdə bir olun. Rasional cəmiyyəti öyrənin, 
təkmilləşdirin, özünüz öz ağlınızla onun əsas prinsiplərini yenidən 
müəyyən edin, müzakirə edin. Özünüzə qapılmaqdan, maddi ehtiyac 
qayğılarından bir müddət xilas olun və rasional cəmiyyət qrupunun  
yaradılması qaydası ilə bu qrupu yaradın. Sonra görəcəksiniz ki, sizin 
şəxsi işləriniz, həyatınız, habelə ictimai mühitiniz necə düzəlir. 
Problemləriniz asan həll olur. Həyat gözəlləşir. 
 
25 Fevral 2009 
 
Hörmətlə: Tofiq  Mehdi.  
Rasional Cəmiyyət Uğrunda  
İctimai Birliyin sədri 
 
Tel: 070 744 68 41; email: tofigmehdi@yahoo.com   
Məktubla internet səhifədə göstərilmiş ünvana müraciət edə 
bilərsiniz. 
Müəllif  əvvəlcədən mümkün ola biləcək qeyri-dəqiqliklər üçün 
üzr istəyir və hesab eləmir ki, çox böyük bir mövzu haqda istədiyi 
səviyyədə kitab yazmışdır. Öz təklif və mülahizələrinizi müəllifə 
göndərməyi unutmayın.
 
Sizin əməkdaşlıq haqda təklifləriniz həmişə 
hörmətə layiqdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə