Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   2   3   4   5   6   7   8   9   ...   81

 
11
Trendlər 
 
Bəşəri sistem iki iqtisadi sosial sistemdən - kapitalizm və 
sosializmdən ibarətdir.Dünyanın  əsas oyunçusu və istiqamətvericisi 
kapitalizm sistemi və ona daxil olan dövlətlərdir. Bu daha az təsirə 
malik sosialist sistemi dövlətlərinin zəruri  təsiri fonunda  baş verir. 
Kapitalizm. Kapitalizmdə bütün nəticələrin səbəbi    kapitalist qərar 
qəbulu qaydaları - prinsip və meyarlarıdır. Bu qaydalar kapitalistin 
dəyərlərinə, dünya görüşünə,  əxlaqına, bütün qalan insanlara və 
təbiətə  gəlir almaq üçün istifadə edilə bilən vasitə kimi baxışlara 
əsaslanır. Kapitalizmin mahiyyəti və  məqsədi bütün insan, torpaq, 
təbii ehtiyatlardan və başqa xalqlardan və ərazilərdən daha çox gəlir 
almaq və bunun üçün bütün əxlaqi və qeyri - əxlaqi üsullardan 
istifadə etməkdir. Onun xassələri və  həyat üsulu  dünyanın  əsas 
trendləridir. Hesab edirəm ki, gələcək  həyatın hər bir sahəsində - 
iqtisadiyyatda,  siyasətdə, mədəniyyətdə,  təhsildə, səhiyyədə,  şəxsi 
həyatda, təbiətdə, kosmosda  dəyişiliklər təsadüfi deyil, tam 
qanunauyğunluqla,  trendlər  formasında müşahidə  edilir.      Bu 
trendlər zaman və  məkana görə hədsizdir.  Hər bir trend baş - əsas 
idarəedici trendin təsiri ilə yaranır və  davam etməsi şəkli (patterni),  
müəyyən qədər (50%) onunla, müəyyən qədər(50%) öz daxili 
xüssusiyyəti ilə müəyyən edilir. Mən kapitalizmdə - kapitalist 
dövlətdə mövcud olan aşağıdakı trendlərə diqqəti yönəltmək 
istərdim. 
1. Kapital artıqca, varlılıq və kasıblıq artır - cəmiyyət iki qrupda 
toplaşır, orta sinif azalır.  İstənilən halda kapitalist sistemində  gəlir 
almaq, yəni pul toplamaq yarışında pullar 20% insanın  əlində 
toplaşır, qalanları daim ehtiyac içərisindədir. Dünyada da beynəlxalq 
ticarət vasitəsilə bir qrup xalqlar kasıblaşır, kasıbların hesabına 20 % 
dövlətlər varlanır.  Bu kapitalizmin bəşəriyyətə  gətirdiyi böyük 
bəladır. 
2. Ekologiya korlanır, istehlakçılıq artır. 
3. Kapitalist dövlət rəqiblərdən qorunmaq üçün silahlanmanı 
artırır. 
4. Müxtəlif konflikt mənbələrini qızışdırır, öz xeyri naminə silah 
satmaq və iqtisadi gəlir almaq, asılılığı saxlamaq və konfliktdə olan 
ölkəni öz xeyrinə idarə etməyə cəhd edir. 
5. Dünyanı xammal və satış bazarlarına bölür. 
6. Kapitalizm iqtisadi, hərbi, texnologiya sahəsində  hegemon 
yetişdirir və bu hegemon  dünyanın müstəqil olmaq və öz xeyrini 


 
12 
hegemonla bölüşmək  istəməyən dövlətlərinə qarşı  təxribatlar, 
qəsblər, çevrilişlər həyata keçirir; iqtisadi, texnoloji, mədəni 
vasitələrdən təsir vasitəsi kimi istifadə edib  - onların davranışını və 
siyasətini öz mənafeyinə uyğunlaşdırır. 
7. Kapitalist sistem və onun başında duran kapitalist hegemon 
dövlət daim əks sistemi – sosialist sistemini məhv etmək üçün 
tədbirlər görür, sosialist ideyalarının yayılmamasına çalışır, geci - 
tezi onlarla müharibə edir. 
8. 2008 –ci ildən xam  neftin və  təbii qida məhsullarının (buğda, 
düyü,qarğıdalı,  şəkər) qiymətlərinin  sürətli qalxması. Lakin 2008 
Avqustdan sonra  neft qiymətləri düşməyə doğru getmiş, eyni 
zamanda dünyada maliyyə  və iqtsadi böhranı başlanmış  və bütün 
ölkələrə yayılmışdır. Bu  kapitalizmin plansız idarəsinin, bazarın 
kortəbii idarəsinə  əsaslanmaq və istehlakçılıq, harın yaşamaq – 
yaşayışın ağıllı hədlərini həddən çox keçmək,  daha çox maşın almaq 
və daha çox təbii ehtiyatları sərf edib pula çevirmək məqsədlərindən 
və harmonik inkişafı təmin etməməkdən yaranmışdır. 
9. Zaman keçdikcə kapitalizm öz eyiblərini daha kəskin göstərir 
və insanlar kapitalist sisteminin yaxşı olmasına  şübhə edirlər və 
sosializmlə onun birləşdirilməsini lazım bilirlər. Bəşəriyyət yenidən 
Marksın fikirlərini başa düşməyə çalışacaqdır. 
Sosializm.  Sosializm bərabərliyə,  ədalətə çalışır, istismarın 
olmamasına, zəhmətsiz gəlirin olmamasına, hər kəsin işləməsinə, iş 
yeri ilə  təmin olunmasına, yaşamaq imkanlarına, pulsuz təhsil, 
səhiyyə, sosial təminatına çalışır, bu onun əsas dəyərləridir. 
-  sosializmdə istehsal, xidmət, kənd təsərüfatının ümumi 
mülkiyyətdə olması xarakrerikdir; 
- yeni növ - Çin  növündə sosializmdə habelə  hər bir iqtisadi 
sahədə müəyyən hədlər daxilində  şəxsi mülkiyyətə  və sahibkarlığa 
imkan verilir; 
Marks - Lenin nəzəriyyəsilə qurulan sosializm iqtisadi sistemi 
SSRİ-də və Avropada nə üçün məhvə düçar oldu? 
 Sosializm (kommunizm) nəzəriyyəsinə görə  şəxsi mülkiyyətə, 
sahibkarlığa  əsaslanmış istehsaal və xidmətlər qeyri - bərabərlik, 
kasıblıq və varlılıq, krizislər, təbiəti vəhşicəsinə istismar, 
müharibələr yaradır və  bu səbəbə görə yaxşı quruluş hesab edilə 
bilməz. Hələ Marksın dövründə  demokratik hərəkat başlamamışdı. 
Bundan istifadə edən sahibkarlar məhz belə  nəticələr yaradan 
fəaliyyət göstərirdilər. Cavabında isə  tətillər, nümayişlər, hökumətə 
etimadsızlıq alırdılar. Marksın  nəzəriyyəsindən faydalı istifadə edən 


 
13
kapitaliistlər fəhlələrə  dözülə bilən həyat  şəraiti –sosial ödəmələr, 
yaxşı maaş - verərək onların etirazlarının qarşısını aldılar; siyasi, 
iqtisadi demokratiyanı  zəruri səviyyəyə qaldıraraq hər kəsin 
varlanmasına – firma, mağaza açmasına, kredit almasına, daha çox 
gəlir almasına imkan verdilər və azad davranışları, azad sözü 
stimullaşdırdılar. Belə  tədbirlər müəyyən dərəcədə  işləyən 
rahatlanmış, sabit cəmiyyətin yaranmasına səbəb oldu. Lakin son 
nəticədə bu imkanlar hamıya nəsib ola bilmədi, riyazi hesab və 
biznesin inkişafı qanunları göstərdi ki, a) böyüklərin kiçikləri 
udması, mərkəzləşmə  və ixtisaslaşma nəticəsində yalnız 20 % əhali 
varlı – kapitalist ola bilər, qalanları orta və kasıb vəziyyətdə 
qalmalıdır; b) bazar iqtisadi quruluşu heç də  ən yaxşı    idarəedici, 
nizamlayıcı amil deyildir; c) krizislər bazar iqtisadiyyatında 
labüddür; d) Qiymət artımı, pulun ucuzlaşması- inflyasiya  bazar 
ölkələrində labüddür; e) müharibə  və konfliktlər; i) şəxslərin bir - 
birini istismar etməsi, eynilə ölkələrin bir - birini istismar etməsi, 
habelə dünya  ölkələri birliyinin  varlı  və kasıb ölkələrə bölünməsi 
labüddür. I) son nəticədə kapitalizm ən pis quruluşdur. Marks - Lenin 
nəzəriyyəsinə görə  əvvəl idarəetmə  fəhlə-kəndli diktaturası 
formasında olmalı- yəni yalnız fəhlə və kəndlilər parlamentə və yerli 
sovetlərə seçilməli, icra hakimiyyəti - icma deputatları soveti və sədri 
yaratmalı, sonra sosializm tam qələbə çalandan sonra (bu, SSRİ  də 
1936-cı ildə oldu) ümumxalq dövlətinə keçməlidir - yəni hamının 
parlamentə  və icra hakimiyyətinə seçilməsi, təyinatı mümkün 
olmalıdır. Idarə etmə kollektiv qərar qəbulu formasında həyata 
keçirilməlidir. 
Nəzəriyyə müəllifləri öləndən sonra bu nəzəriyyə  ağılla inkişaf 
etdirilmədi, tam icra edilmədi    və yeni məsələlərin həllini verə 
bilmədi. Idarəetmə  əvvəl fəhlə-kəndli, sonra isə ümumxalq 
idarəetməsi adlansa da, kommunistlər öz şəxsi mənafeləri naminə 
həqiqətən ümumxalq idarəetməsinə yol vermədilər, qanunvericiliyi 
və icranı yalnız özlərinin  əlində saxladılar. Məhz bu Avropada 
sosializmin sonuna gətirdi. Sosializmin yeni inkişafını  və 
kapitalizmdən üstünlüyünü saxlamaq üçün: 
 a) demokratiyanın tam icrası; ictimai mülkiyyət əsasında istehsal 
və xidmətləri azaltmadan, şəxsi mülikiyyətə  əsaslanan istehsal və 
xidmətlərə də imkan verilməsi; c)  lap başlanğıcdan diktatura deyil, 
tam ictimai (hamının iştirak edə biləcəyi) idarəetmə lazım idi. 
Sosializm sistemində keçmişdə  və indi əsas trend – sosialist, 
yaxud kommunist partiyalarının yaratdıqları xüsusi diktaturaya qarşı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə