Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

 
220 
da belə iddialarında (yəni allahdan onlara vergi və tapşırıq verildiyi 
haqda ) səhv edirlər. Və  qəsdən cəmiyyəti aldatmaqla nüfuz və pul 
qazanmaq istəyirlər. Bəziləri isə sadəcə başa düşmədən, yanılaraq 
həmin obyektin ilahi olduğunu zənn edirlər. Buddizm və Konfuçi 
təlimində tanrıya belə xassəllər verilmir, Budda, Konfuçi və Krişna 
tanrının seçdiyi və hakimiyyyət tapşırdığı adamlar hesab olunmur. 
Krişnaizmdə Krişnanın özü tanrı hesab olunur. Xristianlıqda isə 2-ci 
əsrdən başlayaraq  İsa üçlük ilahidən (trinitry – триединство) biri 
hesab edilir. Yəni ata - tanrı, oğul tanrı-İsa və Müqəddəs ruh. Bu 
konstruksiyanın  dərin səbəb və mənası vardır. Qeyd edilməlidir ki, 
İsa haqda hekayələr onun ölümündən 50-100 ildən sonra  yayılmağa 
başladı və onun özünü tanrı və ya tanrının oğlu hesab etməsini, çox 
güman ki, belə hekayələri yayanlar özlərindən uydurmuşlar.  İslamda 
da Məhəmməd haqda  çox rəvayətləri və  hədisləri  şübhəsiz, dini 
yayan və ondan şəxsi hakimiyyəti üçün istifadə edən  şəxslər 
uydurmuşlar. Belə ki, bütün dünya qanun və qaydası,  dərk etmə 
nəzəriyyəsi həmin iddiaları sübut edəcək prinsiplərə  və sübutlara 
malik deyil.  İudaizm haqda da bu qeyd edlməlidir ki, bu dində 
onların fikrincə tanrının istədiyi adamla, istənilən yerdə həmişə əlaqə 
saxlaması, məsləhət və göstəriş verməsi  təbii və düzgün hadisə 
hesab edilir. Belə kontaktların  (kiminlə olması sualını  kənara 
qoysaq) olması bu günədək bütün dünyada hədsiz faktlarla sübut 
olunur.  Lakin insanlar kimlə kontaktda olurlar? sualını vermək 
lazımdır;  bu ikinci tərəf müxtəlif obyektlər ola bilər və onlardan 
hansısa  səhvən tanrı  qəbul edilə bilər.  Şeytan da özünü ali tanrı 
rolunda insana tapşırıq verər, lakin insan bunun həqiqi və yalan 
olmasını bilmək mexanizminə malik deyil. Ona görə insan yanılaraq 
özünü peyğəmbər elan edə bilər Adi insanlar adətən bu obyektləri 
fərqləndirə bilmirlər, qorxu hissləri altında hamısına elə  gəlir ki, 
onlar tanrı ilə danışırlar və ya tanrı onları ağa seçir, hansısa xalqları 
və insanlarısa özünə tabe etməyi və öldürməyi tapşırır. Bu obyektlər 
- görünməz dünya varlıqları, primitivcəsinə adlandırılan cin, şeytan, 
iblis və xeyirxah mələk,  xeyirxah və ya pis, acıqlı, həyatdan razı 
getməmiş  və ya razı qalan  insan ruhları  ola bilər.  Cin, şeytan, 
mələk və baş  mələk adları primitiv ağılın verdiyi qədim adlardır, 
lakin onlar da xüsusi bir varlıq olmayıb, habelə tanrıya tabe və ya 
köməkçi olmayıb  insan ruhlarından  əmələ  gələn bir  növdür. 
İnsanlar meydana gələndən sonra və öldükdən sonra onlardan qalan 
qalıqlardır. Onlar eyni ruh formasında özlərini biruzə verir və güman 
etmək olar ki, müxtəlif xassəli ruhların daha yüksək dərəcəli  


 
221
kombinasiyasıdır.Yəni daha çox müdrik (mələk ); daha çox xəbis, 
daha çox bəddirlər(şeytan) və  s.  Tarixi  belə bir fəziyyə vardır ki 
(buddizmdə), ruhlar sonra xəbislikdən və eqoizmdən təmizlənir. 
Qeyd etməliyəm ki, bu adların hər birinə  dəqiq ifadə edilmiş 
elmi adlar verilməsinin və riyazi sistem formulaları ilə yazmağın 
zamanı çatmışdır. Eyni zamanda, Tailand, Hindu, habelə elə  İslam, 
Xristianlıq,  İudaizm dinlərinin daşıyıcılarında  az və çox dərəcədə 
ruhlara sitayiş, ruhların insanları  və dünyanı idarə etməsi haqda 
baxışlar da vardır.  Onların çoxu elə bu ruhlardan ən güclüsünü tanrı 
hesab edir. 
Görünməz dünyanı bu və digər dərəcədə  dərk etməkdən, 
tanrınmın belə, ya başqa cür anlamaqdan asılı olmayaraq aşağıda 
görəcəyik ki, rasional ortadan az və çox dərəcədə kənara çıxmalara 
baxmadan hər  şey qaydasındadır - “tüstü düz çıxır”. “Dünya öz 
yolundadır-olmalı olacağı yoldadır”. Hər  şey, hər hadisə olmalı 
olduğu kimi olur. “Olmalıydı, olmadı” – deyib oxuyan Zeynəb 
Xanlarovanın sözləri düz çıxmır – yalnız olmalı olanlar olur. “Yəni 
ortada obyektiv olan bir hadisə vardır. Bu hadisənin müxtəlif 
beyinlər tərəfindən az və çox dərəcədə düz və ya səhv formada və 
təsvirdə  dərk olunması vardır.  İnsanlar görünməz dünya və tanrı 
haqda bu ya digər dərəcədə düz və ya təhrif olunmuş anlayışa 
malikdir. Onların hər birinin məxsusi dünyası və orada məxsusi bir 
tanrı anlayışı vardır ki, başqa adamın  tanrı anlayışı ilə  fərqlidir. 
Sadəcə,  teist dinlərin tanrı anlayışından sui -istifadələri:  
insanları “biz və özgə”, “ pis və yaxşı” “düz və kafir” qruplara 
bölmək və onu hakimiyyət, biznes vasitəsinə çevirməsi 
bəşəriyyətin dinc, süh içində xoş həyatına  və əməyinə zərərlidir
Qeyd etməliyəm ki, insanlara və ya icmalara pis, yaxşı, düzgün və ya 
kafir  damğaları vurmaq əsla dünyanın  sistem konstruksiyası qanunu 
ilə düz alınmır, yəni bu gün düz görsənən sabah səhv görsənəcəkdir; 
bu gün dost sabah düşmən ola bilər; bu gün yaxşı olan sabah pis ola 
bilər; hər bir dünya elementi, dəyişiliklər davam etdikcə, yəni həyat 
davam etdikcə ondan tələb edilən qısa müddətli müxtəlif  rolları 
oynayır. Yəni insan  da bu həyatda bir aktyordur, onun çoxlu rolları 
var.  Bunu unutmayaq.  Bu məntiqlə, İslamın insanları möminlərə və 
kafirlərə bölməyi  və sonra bundan sui –istifadə edərək kafir hesab 
etdiyi insanlara, xalqlara  qarşı düşmənçiliyi, yəni mübarizəsi və ya 
özünü onlardan izolyasiya etməsi səhv ideologiyadır. Əsası olmayan 
və dünya həyat qanununa zidd düşünülmüş bu baxışları rədd etmək 
lazımdır. Belə  səhv qiymətləri aradan qaldırdıqda, tanrı - insan 


 
222 
münasibətləri normaldır.  İnsan tanrının daxilindədir, onun bir 
hissəsidir və ya əksinə, tanrı özü haqda insanın anladığı müəyyən 
qədər məlumatla insanda yerləşir.  Buradan o nəticə  çıxır ki, 
görünməz dünyanı  və tanrı anlayışını  bütün sui - istifadələrdən 
təmizləyərək insan - tanrı münasibətlərini aydın, xalis etmək, 
insanların düzgün və yaxşı həyatına səbəb olmasına çalışmaq elmin 
vəzifələrindən biri olmalıdır. Başqa sözlə, dünya və onun bir hissəsi 
olan görünməz dünya və tanrı haqda yeni obyektiv nəzəriyyə yaradıb 
bütün insanların faktlar və sübutlar, təcrübələr əsasında öyrənməsini 
təşkil etmək, insanları savadlandırmaq lazımdır. Sübut edilməyən 
uydurmaları isə atmaq lazımdır. Nəyə görə? - Insanlara yaxşılıq 
etmək, onları  dələduzlardan xilas etmək və düzgün anlamasına – 
azadlıq dərəcəsini artırmağa  və həyatlarını yaxşı yaşamasına kömək 
etmək üçün. Astanasında olduğumuz yeni ağıl və kamil cəmiyyəti – 
Rasional Cəmiyyət bunu tələb edir. 
 
Bu bölmədə aşağıdakı suallar araşdırılır : 
1. Hadisələrin ardıcıllığı qanunauyğun, səbəb - nəticə asılılığı ilə 
olurmu? 
2. Gələcək əvvəldən müəyyəndirmi? 
3. Bizə yuxuda, ayıq vaxtda məsləhət verən, xəbər verən, bilik 
verən məlumat mənbəyi nədir? Habelə  vəhy adlandırılan intuitiv 
məlumat alma nədir? 
4. Bəzilərimizin ayıq vaxtda gördüyü  surətlər - xəyali adamlar, 
quşlar, maşın və təyyarələr nədir? 
5. Gələcəyi intuitiv öncədən görmə, Vanqanın öncəgörməsi 
hadisəsi, kofe, kartla  və s. vasitələrlə indini, gələcəyi görmək, 
falçılıq  nədir? 
6. Gözdəymə, cadu, telepatiya, gipnoz nədir? 
7. Bəxt, bəxtin gətirməsi və gətirməməsi nədir? 
8. Öləndən sonra ruhi məlumat qalırmı və çağıranda gəlirsə, bu 
nə deməkdir? 
 
Araşdırma nəticələri -  teorem və fərziyyələr 
1.  Hər  şey material formadan əlavə, eyni zamanda məlumat  
daşıyan obyektdir.(hər şeyin xəyali kopiyası var)  
2. Hər  şeyin quruluşu eyni zamanda onun mahiyyətinin 
məlumatıdır.Yəni hər şeyi iki hissədən qəbul etmək olar – maddə və 
məlumatdan. Bu anlayışı komputerdəki məlumatla qarışdırmayın - 
hansı ki orada onun həcmi, yeri var. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə