Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə15/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   11   12   13   14   15   16   17   18   ...   181

 

38

yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və kəsiyi sığallamalı, sonra aşağı 



hissələri yumalıdır. Bu qayda ilə alınan dəstəmaz düzgündür. 

5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır. 

Məsələ 279: Dəstəmaz alacağı təqdirdə namazın hamısı və ya bir miqda-

rı vaxtından sonraya (qəzaya) qalacaq qədər vaxt azdırsa, təyəmmüm etməli-

dir. Amma həm dəstəmaz, həm də  təyəmmüm üçün eyni qədər vaxt tələb 

olunarsa, dəstəmaz almalıdır. 



Məsələ 280: Namazın vaxtının darlığından təyəmmüm etməli olan şəxs 

Allaha yaxınlıq və ya Quran oxumaq kimi müstəhəb bir iş görmək məqsədi 

ilə  dəstəmaz alarsa, dəstəmazı düzgündür. Həmçinin həmin namazı  qılmaq 

üçün dəstəmaz alsa da, hökm eynidir. Əgər bu zaman “qürbət” (Allaha 

yaxınlıq) niyyəti gerçəkləşməsə, dəstəmaz batildir. 

6-cı  şərt:  Dəstəmazı “qürbət” məqsədi ilə, yəni, aləmlərin Rəbbi olan 

Allah-taalanın  əmrini yerinə yetirmək üçün almaq lazımdır.  Əgər sərinləş-

mək və ya ayrı bir məqsədlə dəstəmaz alınarsa, dəstəmaz batildir. 

Məsələ 281: Dəstəmazın niyyətini dillə söyləmək və ya qəlbdən keçir-

mək lazım deyil. Dəstəmazın bütün əməlləri Allahın  əmrinə tabe olmaq 

məqsədilə yerinə yetirilsə, kifayətdir. 

7-ci  şərt:  Dəstəmazı göstərilən tərtiblə almaq lazımdır, yəni,  əvvəlcə 

üzü, sonra sağ qolu, daha sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət 

ayaqlara məsh çəkməlidir. Hər iki ayağa birgə məsh çəkməmək, əksinə sol 

ayağa sağ ayaqdan sonra məsh çəkmək müstəhəb ehtiyatdır. 



8-ci şərt: Dəstəmazın əməllərini ardıcıl və arası kəsilmədən yerinə yetir-

mək lazımdır. 



Məsələ 282: Dəstəmazın  əməlləri arasında camaatın nəzərində ardıcıl 

sayılmayacaq qədər fasilə verilsə, dəstəmaz batildir. Amma insan üçün unut-

maq və ya suyun qurtarması kimi bir üzrlü səbəb qarşıya çıxdığı zaman bu 

məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl 

yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz 

batildir. Amma yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəm-

liyi quruyarsa, lakin ondan əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qo-

lunu yumaq istədiyi zaman sağ qolun rütubəti qurusa və üzünün nəmliyi qa-

larsa, dəstəmazı düzgündür. 

Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda 

havanın istiliyi, bədənin hərarətinin çoxluğu və bu kimi səbəblər üzündən 

əvvəlki yerlərin rütubəti quruyarsa, dəstəmaz düzgündür. 

Məsələ 284: Dəstəmaz  əsnasında yeriməyin eybi yoxdur; belə ki, əgər 

üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və 

ayağına məsh çəkərsə, dəstəmazı düzgündür. 

9-cu şərt: Üz və qollarının yuyulması, baş və ayaqlarının məshini insa-

nın özü etməlidir. Əgər ayrısı ona dəstəmaz alsa və ya suyu üz və qollarına 




 

39

tökməkdə və ya başına və ayağına məsh çəkməkdə ona kömək edərsə, dəstə-



mazı batildir. 

Məsələ 285: Özü dəstəmaz ala bilməyən  şəxs, hətta, yumaq və  məsh 

etmək iki nəfərin iştirakı ilə olsa belə, başqasından kömək almalıdır. Belə 

ki, köməkçi muzd istəsə  də, imkanı olduğu və halına zərər vermədiyi 

təqdirdə, gərək ödəsin. Amma gərək özü niyyət etsin və öz əli ilə də məsh 

çəksin.  Əgər özünün iştirak etməsi mümkün olmasa, başqasından ona 

dəstəmaz almasını xahiş etməlidir. Bu zaman vacib ehtiyata əsasən, hər 

ikisi dəstəmaz niyyəti etməlidir.  Əgər özünün məsh etməsi mümkün 

deyilsə, köməkçi onun əlindəki rütubətdən götürüb, onun başına və 

ayaqlarına məsh çəkməlidir. 

Məsələ 286: Dəstəmazın əməllərində hansını özü təkbaşına yerinə yetirə 

bilərsə, başqasından kömək istəməməlidir. 



10-cu  şərt:  Sudan istifadə etməyin dəstəmaz alan şəxs üçün heç bir 

maneəsi olmamalıdır. 



Məsələ 287: Dəstəmaz alan zaman xəstələnəcəyindən və ya suyu dəstə-

maz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi 

dəstəmaz almaq deyildir. Əgər sudan istifadə etdiyi zaman ona zərərli oldu-

ğunu bilməyib dəstəmaz alarsa və həqiqətdə isə suyun ona zərəri varsa, dəs-

təmazı batildir. 

Məsələ 288: Əgər üz və qollarına dəstəmazın düzgün olacağı az bir miq-

darda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa

həmin az miqdar su ilə dəstəmaz almalıdır. 

11-ci  şərt:  Dəstəmaz üzvlərində suyun bədənə yetişməsinin qarşısını 

alacaq bir maneə olmamalıdır. 



Məsələ 289: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilərsə, am-

ma onun suyun yetişməsinə mane olub-olmadığına şəkk edərsə, onu aradan 

aparmalı və ya suyu onun altına çatdırmalıdır.  

Məsələ 290: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün maneəsi 

yoxdur. Əgər dırnaq tutulduğu zaman o çirk suyun dəriyə çatmasına maneə-

çilik törədərsə dəstəmaz üçün onun təmizlənməsi lazımdır. 

Məsələ 291: Üzdə, qollarda, başın ön hissəsində  və ayaqların üstündə 

yanıq və ya başqa bir səbəbdən qabarma olarsa, onun üstünü yumaq və ya 

məhs çəkmək kifayətdir. Bu qabarma deşilsə də, dərinin altına suyu çatdır-

maq lazım deyil. Hətta qabarın bir hissəsinin dərisi soyulsa belə, suyu soyul-

mamış hissənin altına çatdırmaq vacib deyil. Amma soyulmuş  dəri bəzən 

bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çat-

dırmalıdır.  

Məsələ 292: İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığına 

şəkk  edərsə,  bu halda onun ehtimalı camaatın nəzərində əhəmiyyət verilmə-

yəcək bir ehtimal sayılarsa, məsələn, palçıq qarışdırdıqdan sonra qoluna pal-

çıq yapışıb-yapışmadığına şəkk edərsə, onu araşdırmalı və ya olduğu təqdir-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə