Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə36/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   32   33   34   35   36   37   38   39   ...   181

 

87

tapa bilməyəcəyini bilən  şəxs qüslünü cümə axşamı  və ya gecəsi “rəca” 



niyyəti ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbdir: 

“Əşhədu əllə ilahə illəllah, vəhdəhu la şərikə ləhu və ənnə Muhəm-

mədən  əbduhu və  rəsuluh, Allahummə  səlli  əla Muhəmmədin və ali 

Muhəmməd, vəc-əlni minət-təvvabinə vəc-əlni minəl-mutətəhhirin.” 

2-7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü. 

8-9. “Fitr” və “Qurban” bayramlarının qüslü; onun vaxtı sübh azanından gün 

batana qədərdir. Yaxşı olar ki, onu bayram namazından əvvəl yerinə yetirsinlər. 



10-11.  Zil-hiccə ayının 8-ci və 9-cu günləri; yaxşı olar ki, 9-cu günün 

qüslünü günorta vaxtı yerinə yetirilsin. 



12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyitin bədəninə vuran 

şəxsin qüslü. 



13. “Ehram” qüslü. 

14. “Hərəmi-Məkkə”yə daxil olmaq qüslü. 

15. Məkkəyə daxil olmaq qüslü. 

16. Kəbə evinin ziyarət qüslü. 

17. Kəbəyə daxil olmaq qüslü. 

18. “Nəhr” və “zibh” üçün qüsl. 

19. “Həlq” (saçın qısaldılması) üçün verilən qüsl. 

20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü. 

21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü. 

22. Həzrət Məhəmməd(s)-in məscidinə daxil olmaq qüslü. 

23. Həzrət Məhəmməd(s)-in pak qəbri ilə vidalaşmaq üçün edilən qüsl. 

24. Düşmənlə “mübahilə” (qarğış) etmək üçün edilən qüsl. 

25. Dünyaya təzə gələn uşağa verilən qüsl. 

26. İstixarə etmək üçün edilən qüsl. 

27. “İstisqa” (yağış yağmasını diləmək) üçün edilən qüsl. 

Məsələ 632: Fəqihlər müstəhəb qüsl kimi bir sıra qüsllər qeyd etmişlər 

ki, onlardan bəziləri bunlardır: 



1.  Ramazan ayının bütün tək gecələri və axırıncı ongünlüyünün bütün 

gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl. 



2. Zil-hiccə ayının 24-cü gününün qüslü. 

3. Novruz bayramının,  Şaban ayının 15-ci və  Rəbiəl-əvvəl ayının 9-cu 

və 17-ci gecələri, Zil-qədə ayının 25-ci gününün qüslü. 



4. Ərindən özgəsi üçün ətirlənən qadının qüslü. 

5. Sərxoş halda yatan şəxsin qüslü. 

6. Dar ağacından asılanın tamaşasına gedib onu görən şəxsin qüslü, əgər 

təsadüfən və ya çarəsizlikdən gözü sataşarsa yaxud məsələn, şəhadət vermək 

üçün getsə, qüsl etmək müstəhəb deyildir. 

7. Yaxından və ya uzaqdan məsumları(ə) ziyarət etmək üçün qüsl etmək. 

Bu qüsllərin müstəhəb olması sübuta yetməyib və onları icra etmək is-

təyən şəxs “rəca” niyyəti ilə icra etməlidir. 



 

88

Məsələ 633: Əgər insan 632-ci məsələdə qeyd edilən müstəhəb qüsllər 

kimi  şəriətdə müstəhəb olması sübuta yetən bir qüslü versə, namaz kimi 

dəstəmaz alınması vacib olan işləri görə bilər. Amma “rəca” məqsədilə 

verilən qüsllər dəstəmaz əvəzində kifayət etməz. 

Məsələ 634: Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısını niyyət 

edib bir qüsl etsə, kifayət edər. Amma insanın gördüyü bir iş üzündən ona 

müstəhəb olan qüsllərdə, məsələn, bədənin bir yerini qüslü verilmiş meyitə 

toxunduran  şəxsin qüslü kimi; bir neçə müxtəlif səbəb üçün bir qüsllə 

kifayətlənmək mübahisəlidir. 

Təyəmmüm 

Yeddi halda dəstəmaz və ya qüslün yerinə təyəmmüm etmək lazımdır: 



 

1-ci hal: Suyun olmaması 

Məsələ 635: Əgər insan abad (yaşayış üçün yararlı) bir yerdə olsa, dəstə-

maz və ya qüsl suyu tapmaq üçün ümidini üzənədək axtarmalıdır. Əgər köçə-

rilər kimi səhrada yaşasa da hökm eynidir. Əgər insan səhrada səfər halında 

olsa, yolda və  mənzil saldığı yerə yaxın olan yerlərdə su axtarmalıdır. Vacib 

ehtiyata əsasən, əgər həmin yer dərə-təpəli (alçaq-hündür) olsa və ya ağacların 

çoxluğundan oraya getmək çox çətindirsə, qədim zamanlarda kamanla atılan bir 

oxun uçuş məsafəsi qədər

1

 dörd tərəfini su tapmaq üçün axtarmalıdır. Düz yerdə 



isə hər tərəfə iki ox uçuşunun məsafəsi qədər axtarış aparmalıdır. 

Məsələ 636: Əgər dörd tərəfin bəzisi hamar, bəzisi isə alçaq-hündür ol-

sa, hamar yerdə iki ox uçuşu qədər, hamar olmayan yerdə isə bir ox uçuşu 

qədər axtarış aparmalıdır. 

Məsələ 637: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil. 

Məsələ 638: Namaz vaxtı dar olmadıqda, su tapmaq üçün vaxtı olan 

şəxsin axtarış aparması lazım gələn məsafədən bir az uzaqda su olduğuna 

yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. 

Amma oraya getmək camaat arasında “suyu yoxdur” deyilə biləcək qədər 

uzaqdırsa və orada su olduğunu güman edirsə, oraya getməsi lazım deyil. 

Məsələ 639: İnsanın şəxsən özünün su axtarmağa getməsi vacib deyildir. 

Su axtardığı və əmin olduğu şəxsin də sözü ilə kifayətlənə bilər. 



Məsələ 640: Əgər öz səfər yüklərinin içində  və ya mənzildə (düşərgə 

saldığı yerdə) və ya karvanda su olduğuna ehtimal versə, onun olmadığından 

əmin olana və ya suyun tapılmasından ümidini üzənə qədər axtarış aparmalı-

dır. Amma əvvəllər bir halda su olmayıbsa və sonradan su tapılmasına ehti-

mal versə, axtarış lazım deyil. 

                                                             

1

 Bir oxun uçuş  məsafəsinin təyin edilməsi ixtilaflıdır. Bu barədə deyilən  ən çox məsafə 480  



“zira”-dır ki, təqribən 220 metrdir. (“Minhacus-salihin” kitabı, 1-ci cild, səh. 133, məsələ 343.) 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə