Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə37/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   33   34   35   36   37   38   39   40   ...   181

 

89

Məsələ 640: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, na-

mazın vaxtına qədər də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstə-

həb ehtiyata əsasən, ikinci dəfə su axtarsın. 



Məsələ 641: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tap-

masa və başqa namazın vaxtına qədər orada qalsa, əgər su tapmağına ehtimal 

verərsə, müstəhəb ehtiyata əsasən, yenidən su axtarmağa getsin. 

Məsələ 642: Əgər namaz vaxtı dar olsa yaxud oğrudan və ya yırtıcıdan 

qorxsa, habelə su axtarmağın çətinliyindən, adətən onun kimilər bu çətinliyə 

dözə bilməsə, axtarış aparması lazım deyil. 

Məsələ 643: Əgər axtarış aparsa idi su tapa bilərdi, lakin namaz vaxtı 

daralana qədər su axtarmağa getməsə, günah etmiş olar. Amma bu halda, 

təyəmmümlə qıldığı namazı düzgündür. 

Məsələ 644: Su tapa bilməyəcəyinə yəqin edən şəxs su axtarmağa getməyib, 

təyəmmümlə namaz qılsa və namazdan sonra su axtardığı təqdirdə tapa biləcəyini 

bilsə, ehtiyata əsasən, dəstəmaz alıb həmin namazı yenidən qılmalıdır.  

Məsələ 645: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə  və tapaca-

ğından ümidini üzərək təyəmmümlə namaz qılsa və namazdan sonra axtardı-

ğı yerdə suyun olduğunu bilsə, namazı düzgündür. 

Məsələ 646: Namaz vaxtının dar olduğuna əmin olan şəxs axtarış etmə-

dən təyəmmümlə namaz qılsa və namazdan sonra namazın vaxtı keçməmiş 

axtarış üçün vaxt qaldığını bilərsə, vacib ehtiyata əsasən, namazını yenidən 

qılmalıdır. 



Məsələ 647: Əgər dəstəmazı olsa və  dəstəmazını batil etdiyi təqdirdə

artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsi-

ni bilsə, dəstəmazını pozmamasını bacarsa, vacib ehtiyata əsasən, dəstəmazı-

nı pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olan-

dan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə, öz arvadı ilə 

cinsi yaxınlıq edə bilər. 



Məsələ 648: Yalnız dəstəmaz və ya qüsl kifayət edəcək qədər suyu olan 

şəxs onu yerə axıtdıqda su tapa bilməyəcəyini bilsə, namaz vaxtı daxil ol-

duqda, həmin suyu yerə axıtması haramdır. Vacib ehtiyata əsasən, namaz 

vaxtından əvvəl də onu yerə axıtmamalıdır. 



Məsələ 649: Su tapa bilməyəcəyini bilən şəxs dəstəmazını batil etsə ya-

xud malik olduğu suyu dağıdarsa, səhv iş görməsinə baxmayaraq, təyəm-

mümlə qıldığı namaz düzgündür. Lakin müstəhəb ehtiyata əsasən, həmin na-

mazın qəzasını da qılsın. 

 

2-ci hal: Su əldə edə bilməmək 

Məsələ 650: Bir şəxs qocalıq, bacarıqsızlıq, oğru və ya vəhşi heyvanla-

rın qorxusundan yaxud quyudan su çəkmək üçün bir vasitə olmadığından su 

əldə edə bilməsə, təyəmmüm etməlidir. 



 

90

Məsələ 651: Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi vasitələr la-

zımdırsa, onları satın almaq və ya kirayə etmək məcburiyyətində qalsa, onun 

qiyməti adi qiymətdən bir neçə dəfə baha olsa belə, onları tədarük etməlidir. 

Habelə suyu qiymətindən bir neçə  dəfə bahasına satmış olsalar da hökm 

eynidir. Amma su əldə etmək üçün maddi vəziyyətinə  zərər verəcək qədər 

pul ödəməlidirsə, bu halda su əldə etmək ona vacib deyildir. 

Məsələ 652: Əgər su əldə etmək üçün əlacsız qalaraq borc etməli olarsa, 

borc etməlidir. Amma borcunu ödəyə bilməyəcəyini bilən yaxud buna gü-

man edən şəxsə borc almaq vacib deyildir. 

Məsələ 653: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, su əldə etmək 

üçün quyu qazmalıdır. 



Məsələ 654: Əgər bir şəxs minnətsiz olaraq ona su bağışlayarsa, onu qə-

bul etməlidir. 

 

3-cü hal: Suyun istifadəsindən qorxmaq 

Məsələ 655: Əgər sudan istifadə etmək insanın ölümünə  səbəb olarsa 

yaxud sudan istifadə etməklə onda bir eyib və ya xəstəlik əmələ gələrsə ya 

da xəstəliyi bu səbəbdən uzanarsa və ya şiddətlənərsə yaxud çətinliklə müali-

cə olunarsa, təyəmmüm etməlidir. Amma suyu qızdırmaq kimi onun zərərini 

aradan qaldıra bilsə, bu işi etməli və  dəstəmaz almalıdır, qüsl etmək lazım 

olan vaxtda da qüsl etməlidir. 



Məsələ 656: Suyun ona zərər verəcəyini yəqin etməsi lazım deyildir. 

Əgər suyun ona zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı camaatın 

nəzərində düzgün ehtimal hesab edilsə, təyəmmüm etməlidir. 

Məsələ 657: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal verdiyinə 

görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bi-

lərsə, təyəmmüm batildir. Əgər namaz qıldıqdan sonra bunu bilərsə, namazı-

nı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma zərərə yəqin və ya ehti-

mal halında qüsl etmək və ya dəstəmaz almaq dözülməsi çox çətin ruhi niga-

rançılığa səbəb olsa, bu hal istisnadır. 



Məsələ 658: Suyun ona zərəri olmayacağını bilən  şəxs qüsl və ya 

dəs-təmaz aldıqdan sonra suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya 

qüslü batildir. 

 

4-cü hal: Məşəqqət və çətinlik 



Məsələ 659: Əgər su əldə etmək və ya ondan istifadə etmək adətən, dö-

zülə bilməyəcək dərəcədə əziyyət və məşəqqətə səbəb olarsa, təyəmmüm edə 

bilər. Amma dözərək dəstəmaz alsa və ya qüsl etsə, onun dəstəmaz və qüslü 

düzgündür. 

 



 

91

5-ci hal: Susuzluğu aradan qaldırmaq üçün suya olan ehtiyac 



Məsələ 660: Əgər susuzluğu aradan qaldırmaq üçün suya ehtiyac varsa

təyəmmüm etməlidir. Bunu nəzərə alaraq təyəmmümün caiz olması iki da-

dır: 

1. Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə, onun hal-hazırda və ya 

sonradan susuzluqdan tələf olmasına yaxud xəstələnməsinə ya da dözülməsi 

çox çətin olan bir əziyyətə səbəb olacaq. 

2.  Özündən başqa ona bağlı olan şəxslər üçün, hətta onlar toxunulmaz 

olmasalar belə, qorxarsa. Belə ki, onların yaşaması, istər sıx əlaqə baxımın-

dan olsun, istər tələf olacağı  təqdirdə maddi zərər vuracağı baxımından ol-

sun, istərsə  də ailə  və dost kimi haqlarının qorunması lazım olacaq həddə 

əhəmiyyətli olsun. 

Bu iki haldan başqa susuzluq da təyəmmümün caiz olmasına səbəb ola 

bilər. Bunun səbəbi isə insanın susuzluğu yox, əksinə onun canının qorunma-

sının vacibliyi, yaxud ölüm və ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik ya-

radacağına görədir. 

Məsələ 661: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, 

özü içəcəyi qədər nəcislənmiş suyu da olsa, pak suyu içmək üçün saxlamalı, 

namazı isə təyəmmümlə qılmalıdır. Amma ona bağlı şəxslər üçün su lazım-

dırsa, onlar susuzluqlarını aradan qaldırmaq üçün nəcislənmiş su içmək məc-

buriyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta 

əgər onlar suyun nəcisliyindən xəbərdar olmasa və ya nəcis su içməkdən 

çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməlidir. Həmçi-

nin nəcis suyu heyvana və ya yetkinlik yaşına çatmamış uşağa vermək istəsə, 

nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl almalıdır. 

 

6-ci hal: Dəstəmaz və ya qüsl onlardan daha mühüm yaxud 

əhəmiyyət baxımından dəstəmaz və ya qüslə bərabər olan  

başqa bir vəzifə ilə ziddiyyət təşkil etmiş olsun 

Məsələ 662: Əgər bədən və ya paltarı nəcisə bulaşmış bir şəxsin az miq-

darda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə bədən və ya 

paltarını yumağa su qalmayacaqsa, həmin su ilə bədən və ya paltarını yumalı 

və namazını təyəmmümlə qılmalıdır. Amma üzərinə təyəmmüm edəcəyi bir 

şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis olmuş 

bədən və ya paltarla namaz qılmalıdır. 



Məsələ 663: İstifadəsi haram olan su və ya qabdan başqa bir su və ya 

qab yoxdursa, məsələn, su ya qabı qəsbidirsə və bunlardan başqa su ya qabı 

yoxdursa, qüsl və dəstəmaz əvəzinə təyəmmüm etməlidir. 

 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə