81
6. Meyit namazı camaatla qılınsın.
7. İmam-camaat duaları və təkbirləri ucadan, onunla namaz qılanlar isə
alçaqdan desinlər.
8. Camaatla qılınan meyit namazında
məmum bir nəfər olsa belə, ima-
mın arxasında dayansın.
9. Namaz qılan meyiti və möminləri çox dua etsin.
10. Camaat namazında namazdan əvvəl üç dəfə “əs-səlat” – desin.
11. Meyit namazı xalqın meyit namazı qılmaq üçün daha çox getdikləri
yerdə qılınsın.
12. Meyit namazını camaatla qılmaq istəyən heyzli qadın, tək dayansın
və namaz qılanların sıralarına qatılmasın.
Məsələ 599: Məscidlərdə meyit namazı qılmaq məkruhdur, amma
“Məscidul-haram”da məkruh deyildir.
Dəfnin hökmləri
Məsələ 600: Meyiti, qoxusu çölə çıxmayacaq və yırtıcı heyvanların cə-
sədi çölə çıxara bilməyəcəkləri şəkildə torpağa dəfn etmək lazımdır. Əgər
yırtıcı heyvanların onun cəsədini çölə çıxaracaqları qorxusu vardırsa, qəbri
kərpic və buna bənzər tikinti materialları ilə bərkitmək lazımdır.
Məsələ 601: Əgər meyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə
onu binada və ya tabutda qoya bilərlər.
Məsələ 602: Meyiti bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə
torpaqda sağ tərəfi üstə uzatmaq lazımdır.
Məsələ 603: Əgər bir şəxs gəmidə ölərsə, onun cəsədi xarab olmayacaq-
sa və gəmidə qalmasına maneə yoxdursa, quruya yetişib torpağa dəfn edilənə
qədər gözləmək lazımdır. Əks təqdirdə, gəmidə qüsl, hənut və kəfən işlərini
yerinə yetirib namazını qıldıqdan sonra, bir nehrəyə qoyaraq ağzını bağlama-
lı və sonra dənizə atmalı və yaxud ayağına ağır bir şey bağlayaraq, dənizə at-
malıdırlar. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayaca-
ğı bir yerdə dənizə atmalıdırlar.
Məsələ 604: Düşmənin, meyitin qəbrini açaraq cəsədini çıxarıb qulağını,
burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu
təqdirdə, onu ötən məsələdə deyildiyi tərzdə dənizə atmaq lazımdır.
Məsələ 605: Dənizə atmağın yaxud qəbri möhkəm etməyin xərci lazım
olan surətdə meyitin malının əslindən götürə bilərlər.
Məsələ 606: Əgər kafir bir qadın ölsə və bətnindəki
uşaq da ölmüş olsa,
uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün qadını qəbirdə
sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə uzatmaq lazımdır. Həmçinin
müstəhəb ehtiyata əsasən, onun bətnindəki uşağın bədəninə ruh daxil olmasa
da, eyni hökmü daşıyır.
82
Məsələ 607: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlı-
ğında isə kafirin dəfn olunması caiz deyildir.
Məsələ 608: Müsəlmanı, ona hörmətsizlik olunan yerlərdə, məsələn, zi-
bil tökülən yerlərdə dəfn etmək caiz deyildir.
Məsələ 609: Meyiti qəsbi yerdə və məscid kimi meyitin dəfnindən başqa
işlər üçün vəqf olunan yerdə vəqfə zərər yetirəcəyi yaxud vəqf məqsədinə
maneə törədəcəyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehtiyata
əsasən, zərər yetirməsə və ya maneə törətməsə də, hökm belədir.
Məsələ 610: Bir meyiti başqa ölünün qəbrində dəfn etmək üçün həmin
qəbri açmaq (qazmaq) caiz deyil, amma qəbir köhnəlibsə və birinci meyit ta-
mamilə aradan gedibsə, caizdir.
Məsələ 611: Tük, dırnaq və diş olsa belə, meyitdən ayrılan hissə onunla
birgə dəfn olunmalıdır. Əgər meyitdən ayrılan hissə meyitin dəfn edilməsin-
dən sonra tapılarsa, həmin hissə meyitin dırnaq, tük və ya dişi olsa belə, va-
cib ehtiyata əsasən, başqa bir yerdə dəfn edilməlidir. İnsandan həyatda ikən
ayrılan dırnaq və dişin də dəfn edilməsi müstəhəbdir.
Məsələ 612: Əgər bir şəxs quyuda ölsə və onu çıxarmaq mümkün olma-
sa, quyunun ağzı bağlanmalı və həmin quyu onun üçün qəbir qərar verilməli-
dir.
Məslə 613: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qal-
ması anaya təhlükəli olsa, onu ən asan üsulla çıxarmaq lazımdır. Onu tikə-
tikə edib çıxarmaqda çarəsiz qalsalar, eybi yoxdur. Amma mümkündürsə və
onun əri mütəxəssisdirsə, ərinin vasitəsilə çıxarılsın. Əgər mümkün deyildir-
sə, mütəxəssis bir qadın onu çıxarmalıdır. Qadın bu işin icrası üçün peşakar
mütəxəssisə, naməhrəm olsa belə, özünə daha münasib olanına müraciət edə
bilər.
Məsələ 614: Əgər qadın ölsə və uşaq onun bətnində diri qalsa, uşağın az
müddət diri qalacağına ümid olmasa belə, uşağın salamat qalması üçün cəsə-
din uyğun hissəsini yarıb, uşağı çıxarmaq və yenidən oranı tikmək lazımdır.
Amma bu işlə uşağın ölməsinə yəqin edilsə və ya xatircəmlik hasil olsa, caiz
deyil.
Dəfnin müstəhəb əməlləri
Məsələ 615: Qəbri ortaboylu insan ölçüsündə qazmaq və meyiti yaxın
qəbiristanlıqda dəfn etmək müstəhəbdir. Əlbəttə, əgər uzaq qəbiristanlıqda
yaxşı insanlar dəfn olunmuşsa yaxud camaat qəbiristan əhlinə “Fatihə”
deməkdən ötrü oraya çox getsələr, meyiti uzaq qəbiristanlıqda da dəfn etmək
olar. Müstəhəbdir ki, cənazəni qəbrə bir neçə “zira” (dirsəkdən barmaqların
ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az qəbrə yaxınlaşdır-
sınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfə isə qəbrə qoysun-
83
lar. Əgər meyit kişidirsə, üçüncü dəfə başı qəbrin aşağı tərəfində olacaq
şəkildə yerə qoyub, dördüncü dəfə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər
meyit qadındırsa, üçüncü dəfə qəbrin qiblə tərəfində yerə qoyub, eninə qəbrə
salsınlar və qəbrə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin
meyiti tabutdan aramla götürüb qəbrə qoymaq, göstərilən duaları dəfndən
əvvəl və dəfn arasında oxumaq, meyiti qəbrə qoyduqdan sonra kəfənin bağ-
larını açmaq, meyitin üzünü torpağın üzərinə qoymaq, başının altına torpaq-
dan yastıq düzəltmək, meyitin arxası üstə aşmasın deyə arxasına kərpic və ya
kəsək qoymaq, qəbri örtməzdən əvvəl (meyiti qəbrə qoyan şəxsin) sağ əlini
meyitin sağ çiyninə vurub, sol əli ilə meyitin sol çiynini sıxaraq, ağzını
meyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək üç dəfə belə
deməsi müstəhəbdir:
“İsmə, ifhəm ya fuləbnə fulan.” “Fulanəbnə fulan” – sözünün əvəzinə
meyitin adı və atasının adını desin. Məsələn, onun adı Məhəmməd və atası-
nın adı Əlidirsə, üç dəfə desin:
“İsmə, ifhəm ya Muhəmmədəbnə Əliyy.”
Ondan sonra belə desin:
“Həl əntə ələl-əhdil-ləzi farəqtəna əleyhi min şəhadəti əllə ilahə illəl-
lahu, vəhdəhu la şərikə ləhu, və ənnə Muhəmmədən səlləllahu əleyhi və
alihi əbduhu və rəsuluhu və seyyidun-nəbiyyinə və xatəmul-mursəlinə və
ənnə Əliyyən əmirul-mu-mininə və seyyidul-vəsiyyinə və imamun iftərə-
dəllahu taətəhu ələl-aləminə və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-
Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Mu-
səbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliy-
yəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl-Huccətəl-Mehdi
salavatullahi əleyhim əimmətul-mu-mininə və hucəcullahi ələl-xəlqi əc-
məin və əimmətukə əimmətu hudən bikə əbrar, ya fulənəbnə fulan.”
“Fulanəbnə fulan”ın yerinə meyitin və atasının adını deyib ardınca belə
desin:
“İza ətakəl-mələkani muqərrəbani rəsuleyni min indillahi təbarəkə və
təala və səəlakə ən Rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və
ən qiblətikə və ən əimmətikə fəla təxəf və la təhzən və qul fi cəvabihima:
Allahu Rəbbi və Muhəmmədun səlləllahu əleyhi və alihi nəbiyyi vəl İsla-
mu dini vəl Quranu kitabi vəl Kəbətu qibləti və Əmirul-mu-mininə Əliy-
yubnu Əbi Talibin imami vəl Həsənubnu Əliyyinil Muctəba imami vəl
Huseynubnu Əliyyiniş-Şəhidu bi Kərbəla imami və Əliyyun Zeynul-abidi-
nə imami və Muhəmmədunil Baqiru imami və Cəfərunis-Sadiqu imami
və Musəl Kazimu imami və Əliyyunir-Rida imami və Muhəmmədunil
Cəvadu imami və Əliyyunil Hadi imami vəl Həsənul Əskəri imami vəl
Huccətul Muntəzəru imami, haula-i salavatullahi əleyhim əimməti və
sadəti və qadəti və şufəa-i, bihim ətəvəlla və min ə-da-ihim ətəbərrə-u fid-
dunya vəl axirəti, summə-ləm ya fulanəbnə fulan.”