Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə31/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   27   28   29   30   31   32   33   34   ...   181

 

74

Məsələ 535: Əgər bir şəxs “mən meyitin qəyyumuyam” və ya “meyitin 

qəyyumu onun qüsl, kəfən və dəfn işlərinin icrası üçün mənə icazə vermiş-

dir” və yaxud “meyitin təchizi üçün onun qəyyumu mənəm” – deyərsə, bu 

halda onun sozünə əminlik yaranarsa yaxud meyit onun ixtiyarında olsa ya 

da iki ədalətli şəxs onun dediyi sözün doğruluğuna şəhadət verərsə, sözünü 

qəbul etmək lazımdır.  

Məsələ 536: Əgər meyit sağlığında özünün qüsl, kəfən, dəfn və namazı 

üçün qəyyumundan qeyrisini təyin edərsə, həmin işlərin icrası ona aid olar. 

Meyitin bu işləri icra etməsinə vəsiyyət etdiyi şəxsin həmin vəsiyyəti qəbul 

etməsi vacib deyildir. Amma qəbul edərsə, həmin vəsiyyətə əməl etməlidir.  



Meyit qüslünün qaydası 

Məsələ 537: Meyitə aşağıdakı tərtiblə üç qüsl vermək vacibdir: 

1. Sidrlə qarışmış su ilə; 

2. Kafurla qarışmış su ilə; 

3. Xalis su ilə. 

Məsələ 538: Sidr və kafur, suyu qarışıq hala yetirəcək qədər çox, “sidr 

və kafur su ilə qarışdırılmamışdır” – deyiləcək qədər də az olmamalıdır. 



Məsələ 539:  Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, müstəhəb 

ehtiyata əsasən, əldə olan miqdar suya qarışdırılmalıdır. 



Məsələ 540: Ehram halda ölən şəxsə kafurlu su ilə qüsl vermək olmaz 

və onun əvəzində xalis su ilə qüsl verilməlidir. Amma onun ehramı təməttö 

həccinin ehramıdırsa, təvaf, namaz və səyi tamamlanmışsa yaxud da “qiran” 

və ya “ifrad” həcci ehramında olub, başın tükünü qırxmışdırsa, bu iki halda 

ona kafurlu su ilə qüsl verilməsi lazımdır. 

Məsələ 541: Əgər sidr və kafur yaxud bunlardan biri tapılmasa və ya 

onun istifadəsi caiz olmasa, məsələn, qəsbi olsa, ehtiyata əsasən, ona bir tə-

yəmmüm edilsin, mümkün olmayanın yerinə isə xalis su ilə qüsl verilsin.  

Məsələ 542: Meyitə qüsl verən ağıllı, müsəlman və vacib ehtiyata əsa-

sən, on iki imam şiəsi olmalı, həmçinin qüsl hökmlərini də bilməlidir. Əgər 

müməyyiz uşaq qüslü düzgün şəkildə icra etsə, kifayət edər.  Əgər on iki 

imamçı  şiə  məzhəbindən başqa məzhəbdə olan müsəlman meyitə öz həm-

məzhəbi, məzhəbinin qaydası üzrə qüsl versə, on iki imamçı möminin boy-

nundan vəzifə götürülür. Amma o,  meyitin qəyyumu olsa, vəzifə onun öhdə-

sindən götürülmür.  

Məsələ 543: Meyitə qüsl verən  şəxsin  “qürbət” niyyəti olmalıdır və 

qüslü Allah-taalanın əmrini icra etmək məqsədilə verməsi kifayətdir. 



Məsələ 544: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş 

olsa belə, vacibdir. Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib de-

yildir. Kafirin övladı yaxşını pisdən ayırd etsə  və  İslamı izhar etsə, müsəl-



 

75

mandır. Uşaqlıqdan dəli olub və  dəli halında yetkinlik yaşına çatan şəxsin 



ata-anası müsəlmandırsa, ona qüsl vermək lazımdır.  

Məsələ 545: Siqt olan (düşən, salınan) uşaq dörd aylıq və ya daha çox 

olarsa, ona qüsl verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quru-

luşu tamamlanmışdırsa, vacib ehtiyata əsasən, ona qüsl verilməlidir. Bu iki 

haldan başqa hallarda ehtiyata əsasən, bir parçaya büküb, qüsl verilmədən 

dəfn etmək lazımdır.  

Məsələ 546: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da 

naməhrəm kişiyə qüsl verə bilməz. Amma ər-arvad bir-birinə qüsl verə bilər.  



Məsələ 547: Kişi yaxşını pisdən ayırd edə bilməyən qız uşağına və 

qadın da yaxşını pisdən ayırd edə bilməyən oğlan uşağına qüsl verə bilər. 



Məsələ 548: Bir-birinə məhrəm olanlar bir-birinə qüsl verə bilərlər. İstər 

ana və bacı kimi “nəsəbi” olsun, istərsə süd əmmək vasitəsilə və ya evlən-

mək yolu ilə ona məhrəm olsunlar. Ayıb yerləri istisna olmaqla, qüslün pal-

tar altından verilməsi yaxşı olmasa da lazım deyil, amma vacib ehtiyata əsa-

sən, kişi ona məhrəm olan qadına o halda qüsl verə bilər ki, ona qüsl verəcək 

bir qadın tapılmasın və həmçinin əksinə (kişiyə qüsl verə biləcək kişi tapıl-

masa, məhrəm qadın qüsl verə bilər.) 

Məsələ 549: Əgər meyitlə ona qüsl verənin hər ikisi kişi və ya hər ikisi 

qadın olsa, meyitin ayıb yerindən başqa, digər yerlərinin çılpaq olması caiz-

dir. Amma yaxşı olar ki, paltarın altından qüsl verilsin. 

Məsələ 550: Meyitin ayıb yerinə baxmaq ər arvaddan başqasına haram-

dır, əgər ona qüsl verən adam baxsa, günah etmişdir, amma qüsl batil olmaz. 



Məsələ 551: Əgər meyitin bədəninin bir yerində nəcisin özü olsa, qüsl 

verməzdən əvvəl oranı paklamaq lazımdır. Daha yaxşı olar ki, meyitin bütün 

bədəni qüsl verilməzdən əvvəl nəcasətdən pak olsun. 

Məsələ 552: Meyit qüslü cənabət qüslü kimidir. Vacib ehtiyata əsasən, 

tərtibi qüsl vermək mümkün olduğu vaxta qədər, meyitə irtimasi qüsl veril-

məməlidir. Tərtibi qüsldə də sağ tərəf sol tərəfdən əvvəl yuyulmalıdır. 

Məsələ 553: Heyz yaxud cənabət halında ölən adama heyz yaxud cəna-

bət qüslü vermək lazım deyil, elə meyit qüslü kifayətdir. 



Məsələ 554: Meyitə qüsl vermək üçün muzd almaq vacib ehtiayata əsa-

sən, haramdır. Əgər bir kəs muzd almaq üçün meyitə qüsl versə, belə ki, bu 

iş qürbət niyyəti ilə zidd olsa, həmin qüsl batildir. Amma qüsldən əvvəl bəzi 

hazırlıq işləri üçün muzd almaq haram deyildir. 



Məsələ 555: Meyit qüslündə cəbirə qüslü düzgün deyildir. Əgər su ta-

pılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə me-

yitə bir təyəmmüm edilməlidir. Amma üç təyəmmüm etmək müstəhəb eh-

tiyatdır.  



Məsələ 556: Meyitə təyəmmüm edən şəxs öz əlini torpağa vurub, meyi-

tin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, müstə-

həb ehtiyata əsasən, meyitin öz əli ilə ona təyəmmüm edilməlidir. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə