116
Məsələ 839: Əgər qan astarlı paltarın üzərinə tökülüb astarına yetişsə və
ya astarına tökülüb üzərinə çıxarsa ya bir paltardan digərinə toxunsa, hər bi-
rini ayrıca qan hesab etmək lazımdır. Əgər üst-üstə hesab etdikdə, dirhəmdən
az olsa, onunla namaz düzgün, əks halda isə batildir. Amma məsələn, camaat
arasında bir qan sayılacaq qədər bir-birnə bitişik olarsa, sahəsi çox olan tərə-
fin qanı dirhəmdən az olarsa, onunla qılınan namaz düzgündür. Əgər dirhəm
qədər ya ondan çox olarsa, batildir.
Məsələ 840: Əgər bədən və paltarda olan qan dirhəmdən az olsa və ona bir
rütubət toxunduqdan sonra ətrafa yayılsa, həmin rütubət və qan birgə bir dirhəm
miqdarı qədər olmasa da, onunla qılınan namaz batildir. Amma rütubət yalnız
qana dəyib ətrafa yayılmazsa, onunla namaz qılmağın bir eybi yoxdur.
Məsələ 841: Əgər bədən və ya paltar qana bulaşmasa, lakin rütubətli
olaraq qana toxunması ilə nəcis olarsa, nəcis olan miqdar bir dirhəmdən az
olsa da, onunla namaz qılmaq olmaz.
Məsələ 842: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və
ona başqa bir nəcis də toxunarsa, məsələn, onun üzərinə bir damla sidik to-
xunarsa, bədən və ya paltarın pak bir yerinə də toxunarsa, onunla namaz
qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın pak yerinə toxunmasa da,
vacib ehtiyata əsasən, namaz qılmaq düzgün deyildir.
Məsələ 843: Namaz qılanın araqçın və corab kimi ayıb yeri örtməyən ki-
çik paltarı nəcis olsa, əgər nəcis leş və it kimi nəcisin eyni olan heyvandan
düzəldilməmişsə, onlarla namaz qılmaq düzgündür. Əgər nəcis leşdən ya nə-
cis heyvandan düzəldilibsə, vacib ehtiyata əsasən, onlarla namaz qılmaq ba-
tildir. Əgər nəcis üzüklə namaz qılarsa, eybi yoxdur.
Məsələ 844: Namaz qılanın üzərində nəcis dəsmal, açar, bıcaq və buna
bənzər əşyaların olmasının eybi yoxdur. Həmçinin nəcis paltarın onun yanın-
da olmasının namaza bir zərəri yoxdur.
Məsələ 845: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən
az olduğunu bilirsə, amma namazda icazə verilməyən qanlardan olduğunu
ehtimal verirsə, həmin qanla namaz qılması caizdir.
Məsələ 846: Əgər paltar və bədənində olan qan bir dirhəmdən az olsa və
namazda icazə verilməyən qanlardan olduğunu bilmədən namaz qılsa, sonra
icazə verilməyən qanlardan olduğu aydınlaşsa, namazı yenidən qılmaq lazım
deyildir. Həmçinin əgər bir dirhəmdən az olduğuna inanıb namaz qılsa və
sonra bir dirhəm miqdarında və ya daha çox olduğu məlum olsa, namazı
yenidən qılmaq lazım deyildir.
Namaz qılanın paltarı ilə bağlı müstəhəb hallar
Məsələ 847: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın palta-
rında bir neçə şeyi müstəhəb biliblər; o cümlədən, təhtül-hənəkli əmmamə
117
(əmmamənin bir ucunu açıb çənənin altından dolandıraraq boyuna salmaq),
əba və ağ paltar geyinmək, ən pak paltar geyinmək, xoş ətirdən istifadə et-
mək və əqiq üzük taxmaq.
Namaz qılanın paltarı ilə bağlı məkruh hallar
Məsələ 848: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz
qılanın paltarında məkruh biliblər; o cümlədən, qara, çirkli və dar paltar
geyinmək, şərab içənin paltarını geyinmək, nəcasətdən çəkinməyənin paltarı-
nı geyinmək, üzrində çöhrə çəkilmiş paltar geyinmək, paltarın düymələrini
açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq məkrih sayılmışdır.
Namaz qılanın məkanı
Namaz qılanın məkanının yeddi şərti vardır:
Birinci şərt
Vacib ehtiyata əsasən, mübah olmalıdır.
Məsələ 849: Bir kəs qəsbi mülkdə namaz qılsa, xalça və taxt, bu kimi
əşyaların üzərində olsa belə, vacib ehtiyata əsasən, namazı batildir. Amma
qəsbi tavan altında və qəsbi çadırda namaz qılmağın eybi yoxdur.
Məsələ 850: Mənfəəti başqasının olan bir mülkdə oranın mənfəətinə sa-
hib olan şəxsin icazəsi olmadan namaz qılmaq qəsbi bir yerdə namaz qılmaq
hökmündədir. Məsələn, kirayə verilmiş bir evdə evin sahibi və ya başqa biri-
si kirayəçinin izni olmadan namaz qılarsa, ehtiyata əsasən, namazı batildir.
Məsələ 851: Bir şəxs məsciddə otursa və başqası onun yerini zəbt edib
orada namaz qılsa, namazı düzgündür, amma günah etmişdir.
Məsələ 852: Qəsbi olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namaz-
dan sonra oranın qəsbi olduğunu bilərsə və qəsbi olduğunu unutduğu bir yerdə
namaz qılıb sonra xatırlayarsa, namazı düzgündür. Amma özü qəsb etmişdirsə,
bunu unudaraq orada namaz qılarsa, ehtiyata əsasən, namazı batildir.
Məsələ 853: Əgər bir yerin qəsbi olduğunu və ondan istifadənin haram
olduğunu bilərsə, amma qəsbi yerdə namazın mübahisəli olduğunu bilməsə
və orada namaz qılarsa, ehtiyata əsasən, namazı batildir.
Məsələ 854: Vacib namazını minikdə qılmaq məcburiyyətində olan
şəxsin mindiyi heyvan və ya yəhəri ya da nalı qəsbi olarsa, vacib ehtiyata
əsasən, namazı batildir. Həmçinin onun üzərində müstəhəb bir namaz qılmaq
istəsə də, hökm eynidir.
Məsələ 855: Əgər bir nəfər bir mülkdə başqası ilə şərik olsa, şərikinin
payı ayrılmamışsa, onun icazəsi olmadan, həmin mülkdən istifadə edə bil-
məz və orada namaz qılmaq vacib ehtiyata əsasən, batildir.
118
Məsələ 856: Əgər bir nəfər xümsü verilməmiş pulla bir mülk alsa, əksər
alış-verişlərdə olduğu kimi, ümumi şəkildə öhdəsinə alsa, həmin mülkdən is-
tifadə etmək halaldır və verdiyi pulun xümsünü borcludur. Amma xümsü ve-
rilməyən pulun özü ilə mülk alsa, ondan istifadə etmək şəriət hakiminin ica-
zəsi olmadan haram və orada namaz qılmaz vacib ehtiyata əsasən, batildir.
Məsələ 857: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və
insan onun qəlbən razı olmadığını bilsə, onun mülkündə namaz qılmaq ol-
maz. Amma icazə vermədiyi halda, insan onun qəlbən razı olduğuna əmin
olsa, namaz qılmaq olar.
Məsələ 858: Zəkat borcu və ya camaata borclu olan bir meyitin mülkün-
dən istifadə etmək onun evində namaz qılmaq kimi onun haqqını verməklə
ziddiyyəti olmasa, varisin icazəsi ilə maneəsizdir. Həmçinin onun borcunu
versələr və ya onu verməyə zamin olub öz öhdələrinə alsalar yaxud onun
borcu miqdarında irsdən ayırsalar, hətta tələfata səbəb olsa belə, onun mül-
kündən istifadə etməyin eybi yoxdur.
Məsələ 859: Əgər meyitin bəzi varisləri kiçik ya dəli və ya qaib olsa
(hazır olmasa), onların qəyyumunun icazəsi olmadan onun mülkündən istifa-
də etmək haramdır və orada namaz qılmaq caiz deyildir. Amma meyitin dəf-
ni üçün hazırlanmasında lazım olan adi istifadələrin eybi yoxdur.
Məsələ 860: Başqasının mülkündə namaz qılmaq ancaq açıq şəkildə ica-
zə verdiyi və ya namaz qılmağa dair razı olduğunu bildirən bir söz söylədiyi
zaman – misal üçün, bir kimsəyə onun evində oturmağa və ya yatmağa izn
versin ki, bundan namaz qılmağa da razı olduğu başa düşülsün – və ya insan
ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi zaman caizdir.
Məsələ 861: Çox geniş ərazilərdə sahibi kiçik və ya dəli olsa yaxud ora-
da namaz qılmağa razı olmasa da, namazı qılmaq caizdir. Həmçinin divar və
qapısı olmayan açıq yerıərdə və bağlarda da sahibindən icazə almadan na-
maz qılmaq olar. Amma bu halda sahibinin razı olmadığı məlum olsa, ondan
istifadə etmək olmaz. Amma onların sahibi kiçik ya dəli olarsa və ya razı ol-
madığına güman edilərsə, vacib ehtiyata əsasən, ondan istifadə edilməsin və
orada namaz qılınmasın.
İkinci şərt
Məsələ 862: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın
ayaq üstə durmasına, ruku və səcdələri ixtiyari şəkildə icra etməsinə mane
olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta vacib ehtiyata əsasən, onun
bədəninin aramlığına da mane olmamalıdır. Əgər vaxtın darlığından və
yaxud başqa səbəbdən, məsələn, maşın, gəmi və qatar kimi hərəkət edən yer-
lərdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qiblə və
bədənin aramlığına riayət etməlidir. Əgər onlar qiblədən başqa istiqamətə
hərəkət etsə, qibləyə tərəf dönməlidir. Əgər qibləyə dəqiq şəkildə riayət et-
mək mümkün olmasa, çalışmalıdır ki, qiblə ilə olan fərq (90) doxsan dərəcə-
Dostları ilə paylaş: |