119
dən az olsun. Əgər bu da mümkün olmasa, təkcə “təkbirətul-ehram”da qiblə-
yə riayət etsin. Bu da mümkün olmasa, qibləyə riayət etmək lazım deyil.
Məsələ 863: Avtomobildə, gəmidə, qatar və bu kimi nəqliyyat vasitələ-
rində onların dayandığı vaxt namaz qılmağın eybi yoxdur. Həmçinin hərəkət
etdiyi vaxt namaz qılanın bədəninin aramlığına mane olmayan tərzdə olsa,
eybi yoxdur.
Məsələ 864: Üzərində hərəkətsiz dayanmaq mümkün olmayan arpa və
buğda anbarları və bu kimi yerlərdə namaz qılmaq batildir.
Üçüncü şərt
İnsan namazı tamamlaya biləcəyinə ehtimal verdiyi yerdə namaz qılma-
lıdır. Külək, yağış, camaaatın izdihamı və bu kimi səbəblərdən namazını ta-
mamlaya bilməyəcəyinə əmin olduğu bir yerdə savab (rəca) məqsədilə na-
maz qılarsa – hətta təsadüfən namazı tamamlasa belə – eybi yoxdur.
Məsələ 865: Qalması haram olan yerdə, məsələn, uçulmağa az qalmış ta-
vanın altında namaz qılarsa, namazının problemi yoxdur, amma günah etmişdir.
Məsələ 866: Üzərində dayanmağı və oturmağı haram olan bir əşyanın,
məsələn, xalçanın Allahın adı yazılmış bir yerində üstündə namaz qılmaq
“qürbət” niyyətinə mane olarsa, düzgün deyil.
Dördüncü şərt
Namaz qılanın tavanı onun ayaq üstə düz dayanmasına mane olacaq qə-
dər alçaq olmamalı, həmçinin ruku və səcdə etməyə yer olmayacaq qədər ki-
çik olmamalıdır.
Məsələ 867: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə na-
maz qılmaq məcburiyyətində qalarsa, oturduğu halda namaz qılmalıdır. Əgər
ruku və səcdə etməyə imkanı yoxdursa, başı ilə işarə etməlidir.
Məsələ 868: Hörmətsizlik olduğu təqdirdə, Peyğəmbər(s) və imamla-
rın(ə) qəbirlərinin önündə (arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma
hörmətsizlik olmasa, eybi yoxdur. Lakin hər iki halda namaz düzgündür.
Beşinci şərt
Namaz qılanın yeri nəcisdirsə və hətta namazı batil edən nəcislərdən-
dirsə, bu, bədən və ya paltarına yetişəcək qədər yaş olmamalıdır. Amma
alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Müstəhəb
ehtiyata görə, namaz qılanın yeri ümumiyyətlə nəcis olmasın.
Altıncı şərt
Vacib ehtiyata əsasən, qadın (namazda) kişidən arxada dayanmalıdır.
Heç olmazsa, qadının səcdə etdiyi yer kişinin səcdə halında ikən dizlərinin
yeri miqdarında arxada olmalıdır.
120
Məsələ 869: Əgər qadın kişi ilə bərabər və yaxud bir az qabaqda dursa
və birgə namaza başlasa, vacib ehtiyata əsasən, namazlarını yenidən
qılmalıdırlar. Biri digərindən əvvəl namaza başlasa da hökm eynidir.
Məsələ 870: Əgər kişi və qadın bərabər və yaxud qadın öndə dayansa və na-
maz qılsalar, divar ya pərdə və ya başqa bir şey arada olsa ki, bir-birilərini gör-
məsinlər yaxud aralarında on “zira” fasilə olsa, hər ikisinin namazı düzgündür.
Yeddinci şərt
Namaz qılanın alın yeri dizlərindən və ayaq barmaqlarının başından dörd
bağlı barmaqdan çox alçaq və ya uca olmasın. Bu məsələnin təfsilatı səcdə-
nin hökmlərində qeyd ediləcəkdir.
Məsələ 871: Naməhrəm kişi və qadının günaha düşmək ehtimalını ver-
dikləri xəlvət bir yerdə dayanmaları haramdır. Müstəhəb ehtiyata əsasən,
orada namaz qılmasınlar.
Məsələ 872: Mahnı (ğina) oxunan yaxud haram musiqi çalınan yerdə na-
maz qılmaq batil deyildir, lakin onları dinləmək və istifadə etmək günahdır.
Məsələ 873: Vacib ehtiyata əsasən, Kəbə evində və onun damında ix-
tiyar halında vacib namaz qılınmasın, amma çarəsiz halda eybi yoxdur.
Məsələ 874: Kəbə evində və onun damında müstəhəb namaz qılmağın
eybi yoxdur. Hətta Kəbə evinin daxilində, hər sütunun qarşısında iki rükət
namaz qılmaq müstəhəbdir.
Namaz qılınması üçün müstəhəb olan yerlər
Məsələ 875: Müqəddəs İslam şəriətində namazı məsciddə qılmağa dair
hədsiz dərəcədə tövsiyə olunmuşdur. Bütün məscidlərdən ən üstünü “Məscidul-
həram”dır. Ondan sonra həzrət Peyğəmbər(s)-in məscidi, sonra “Kufə” məscidi,
sonra “Beytul-muqəddəs” məscidi, sonra hər şəhərin “Came” məscidi və sonra
“Məhəllə” məscidi və ondan sonra isə “Bazar” məscididir.
Məsələ 876: Yaxşı olar ki, qadınlar namazlarını naməhrəmdən qorun-
maq üçün daha münasib bir yerdə qılsınlar; həmin yer istər ev olsun, istər
məscid, istərsə də başqa bir yer.
Məsələ 877: İmamların(ə) hərəmlərində namaz qılmaq müstəhəbdir,
hətta msəciddən yaxşıdır. Nəql olunmuşdur ki, həzrət Əmirəlmöminin
Əli(ə)-ın pak hərəmində namaz qılmaq iki yüz min rükət namaza bərabərdir.
Məsələ 878: Məscidə çox getmək və (xüsusilə) namaz qılanı olmayan
məscidə getmək müstəhəbdir. Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məs-
ciddən başqa yerdə namaz qılması məkruhdur.
Məsələ 879: Müstəhəbdir ki, insan məscidə getməyən şəxslə birgə ye-
mək yeməsin, işlərində onunla məsləhətləşməsin, onunla qonşu olmasın, ona
qız verməsin və ondan qız almasın.
121
Namaz qılınması üçün məkruh olan yerlər
Məsələ 880: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən:
1. Hamamda.
2. Şoranlıq yerdə.
3. İnsanın qarşısında.
4. Açıq qapı qarşısında.
5. Yol, küçə və prospektdə; belə ki, oradan keçənlər üçün zəhmət olma-
sın. Əgər onlara zəhmət olsa, onlara zəhmət vermək haramdır.
6. Od və çırağın qarşısında.
7. Aşpazxanada və od kürəsi olan yerlərdə.
8. Sidik yeri olan quyu və çala qarşısında.
9. Ruhu olan canlının şəkil və heykəli qarşısında; amma üzərinə pərdə
çəkilərsə, eybi yoxdur.
10. Cənabətli şəxs olan otaqda.
11. Şəkil olan yerdə; hətta namaz qılan onunla üzbəüz olmasa belə.
12. Qəbrin qarşısında.
13. Qəbrin üzərində.
14. İki qəbrin arasında.
15. Qəbiristanlıqda.
Məsələ 881: Camaatın keçdiyi yerdə namaz qılan və yaxud namazda
ikən qarşısında bir şəxs olsa, müstəhəbdir ki, qarşısına bir şey qoysun. Bir
çubuq və yaxud ip olsa da, kifayətdir.
Məscidin hökmləri
Məsələ 882: Məscidin yeri, tavanı, damı və iç divarını nəcis etmək ha-
ramdır. Onun nəcis olduğunu anlayan bir şəxs dərhal onun nəcisliyini aradan
qaldırıb təmizləməlidir. Müstəhəb ehtiyata əsasən, məscidin divarının çölünü
də nəcis etməsinlər. Amma nəcis olarsa, onu təmizləmək lazım deyil. Lakin
məscidin çöl divarını nəcis etmək məscidin hörmətsizliyinə səbəb olarsa, əl-
bəttə ki, haramdır və həmin hissəni təmizləməklə hörmətsizliyi aradan qal-
dırmaq lazımdır.
Məsələ 883: Əgər bir şəxsin məscidi təmizləməyə gücü çatmasa və ya-
xud köməyə ehtiyacı olduğu halda köməkçi tapa bilməsə, məscidi təmizlə-
mək ona vacib deyil. Amma başqasına xəbər verdiyi təqdirdə, təmizlik işini
görəcəyini bilsə və nəcisin qalması hörmətsizliyə səbəb olsa, mütləq ona xə-
bər verməlidir.
Məsələ 884: Əgər məscidin nəcis olmuş yerini təmizləmək oranı qazma-
dan və yaxud uçurmadan mümkün deyilsə, qazmaq yaxud uçurmaq cüzi
miqdarda olarsa və yaxud məscidə hörmətsizliyin aradan qaldırılması böyük
Dostları ilə paylaş: |