127
Namazın vacib əməlləri
Namazın on bir vacib əməli vardır:
1. Niyyət.
2. Qiyam, yəni, ayaq üstə dayanmaq.
3. “Təkbirətul-ehram”, yəni, namazın əvvəlində “Allahu əkbər” demək.
4. Ruku.
5. Səcdələr.
6. Qiraət.
7. Zikr.
8. Təşəhhüd.
9. Salam.
10. Tərtib.
11. “Müvalat”, yəni, namazın hissələrini ardıcıl və fasiləsiz yerinə yetirmək.
Məsələ 924: Namazın bəzi vacib əməlləri “rükn” sayılır. Yəni, insan
onları istər bilərəkdən, istərsə də səhvən yerinə yetirməsə, namazı batil olar.
Bəzi əməllər isə rükn deyildir, yəni, səhvən azalsa, namaz batil olmaz.
Namazın rüknü beşdir:
1. Niyyət.
2. “Təkbirətul-ehram”.
3. Rukuya bitişik qiyam, yəni, rukudan əvvəl ayaq üstə dayanmaq.
4. Ruku.
5. Bir rükətdə iki səcdə.
Amma bilərəkdən artırılsa, mütləq şəkildə namaz batil olur və səhvən
ruku və yaxud bir rükətdə iki səcdəni artırdığı təqdirdə, vacib ehtiyata əsa-
sən, namaz batildir. Əks təqdirdə, batil deyildir.
Niyyət
Məsələ 925: İnsan namazı “qürbət” niyyəti ilə, yəni, Uca Allahın dərga-
hında bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədilə qılmalıdır.
Amma niyyəti qəlbindən keçirmək və yaxud dili ilə “dörd rükət zöhr namazı
qılıram qürbətən iləllah” ibarəsini demək lazım (vacib) deyildir.
Məsələ 926: Əgər zöhr və ya əsr namazını qılarkən “dörd rükət namaz
qılıram” – deyə niyyət etsə, amma namazın zöhr və ya əsr olduğunu müəyyən
etməsə, namazı batildir. Amma zöhr namazının birinci namaz, əsr namazının isə
ikinci namaz kimi təyin etsə, kifayətdir. Həmçinin məsələn, zöhr namazının
qəzası vacib olan şəxs zöhr namazının vaxtında zöhr namazının ədasını və
yaxud qəzasını qılmaq istəsə, qılacağı namazı niyyətində müəyyən etməlidir.
Məsələ 927: İnsan namazının başlanğıcından sonuna qədər öz niyyətin-
də qalmalıdır. Beləliklə, əgər ondan namaz əsnasında “nə edirsən?” – deyə
128
soruşsalar və o da nə cavab verəcəyini bilməyəcək qədər qəflətdə olarsa, na-
mazı batildir.
Məsələ 928: İnsan yalnız Uca Allahın dərgahında bəndəçilik etmək və
Onun əmrini icra etmək üçün namaz qılmalıdır. Riya və özünü xalqa göstər-
mək üçün namaz qılan şəxsin namazı batildir; istər sırf xalqa göstərmək üçün
olsun, istərsə də Allahla xalqı birgə nəzərə alsın, fərqi yoxdur.
Məsələ 929: Əgər namazın bir hissəsini Allahdan başqası üçün yerinə
yetirsə, istər həmin hissə “Fatihə” surəsi kimi vacib hissə olsun, istərsə də
qunut kimi müstəhəb, qeyri-ilahi niyyəti namazın hamısına sirayət edərsə,
məsələn, riya məqsədi həmin hissəyə aid bir əməldə olsa və yaxud həmin
hissəni yenidən icra etmək namazı batil edən bir çoxluğun meydana gəlməsi-
nə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılırsa, lakin
camaata göstərmək üçün məscid kimi xüsusi bir yerdə yaxud vaxtın əvvəli
kimi müəyyən bir vaxtda və yaxud camaat namazı kimi xüsusi bir tərzdə qı-
larsa, namazı batildir.
Təkbirətul-ehram
Məsələ 930: Hər namazın əvvəlində “Allahu əkbər” – demək vacib və
rükndür. “Allah” və “əkbər” sözlərinin hərflərini, habelə “Allah” və “ək-
bər” sözlərini ardıcıl və ərəb dilində düzgün demək lazımdır. Əgər ərəb di-
lində səhv deyilsə yaxud məsələn, onun tərcüməsini azərbaycan dilində desə,
düzgün deyildir.
Məsələ 931: Müstəhəb ehtiyata görə, namazın təkbirətul-ehramını ondan
əvvəl söylədiyi sözlərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dua-
lara birləşdirməsin.
Məsələ 932: Əgər insan “Allahu əkbər” ibarəsini ondan sonra dediyi
ibarəyə, məsələn, “Bismillahir-rəhmanir-rəhim” ibarəsinə bitişdirmək istə-
sə, yaxşı olar ki, “əkbər” sözünün “r” hərfini “zəmmə” ilə (əkbəru) oxusun.
Amma müstəhəb ehtiyata görə, vacib namazda bitişdirməsin.
Məsələ 933: Vacib namazda təkbirətul-ehram deyən vaxt bədən aram ol-
malıdır. Əgər bilərəkdən bədəni hərəkət etdiyi zaman təkbirətul-ehram desə,
batildir.
Məsələ 934: İnsan təkbir, “Fatihə”, “surə”, zikr və duanı ən azı öz səsini
eşidə biləcək şəkildə deməlidir. Əgər qulağının ağır eşitməsi yaxud kar ol-
ması və ya çox səs-küy üzündən öz səsini eşidə bilməsə, elə deməlidir ki, bir
maneə olmasa, eşitsin.
Məsələ 935: Müəyyən səbəbdən lal olan və yaxud dilindəki xəstəlikdən
“Allahu əkbər”i deyə bilməyən bir şəxs necə deyə bilirsə, elə də deməlidir.
Heç cür deyə bilmirsə, təkbiri qəlbindən keçirməli, onun oxunuşunu göstər-
məyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təq-
129
dirdə dil və dodaqlarını da tərpətməlidir. Ancaq anadangəlmə lal olan şəxs
təkbiri deyən şəxslər kimi dil və dodağını hərəkət etdirməli və onun üçün
barmağı ilə də işarə etməlidir.
Məsələ 936: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı “rəca”
məqsədi ilə oxumaq müstəhəbdir:
“Ya muhsinu qəd ətakəl-musi. Və qəd əmərtəl-muhsinə ən yətəcavə-
zə ənil-musi. Əntəl-muhsinu və ənəl-musi. Bihəqqi Muhəmmədin və ali
Muhəmməd. Səlli əla Muhəmmədin və ali Muhəmmədin və təcavəz ən
qəbihi ma tə-ləmu minni.”
Tərcüməsi: “Ey bəndələrinə yaxşılıq edən Allah, günahkar bəndən Sənin
qapına gəlib və Sən əmr etmisən ki, xeyirxah şəxs günahkar şəxsi bağışlasın,
Sən xeyirxahsan, mən isə günahkar. Məhəmməd və onun ailəsinin xatirinə
Öz rəhmətini (salavatını) Məhəmməd və onun ailəsinə göndər və məndən
baş vermiş pis işləri (ki, Sən onları bilirsən) bağışla.”
Məsələ 937: Namazın birinci təkbirini və namazın arasındakı təkbirləri
deyən zaman əlləri qulaqların müqabilinə qaldırmaq müstəhəbdir.
Məsələ 938: Təkbirətul-ehramı deyib-deməməsinə şəkk edən şəxs, əgər
qiraəti oxumağa başlayıbsa, şəkkinə etina etməməli və əgər oxumayıbsa,
təkbir deməlidir.
Məsələ 939: Əgər təkbirətul-ehramı dedikdən sonra onu düzgün deyib-
demədiyinə şəkk etsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın,
şəkkinə etina etməməlidir.
Qiyam (Ayaq üstə dayanmaq)
Məsələ 940: “Təkbirətul-ehram” – deyilən vaxtdakı qiyam ilə rukuya bi-
tişik qiyam adlı rukudan əvvəlki qiyam rükndür. Amma “Fatihə” və “surə”
oxunan vaxtdakı qiyamla rukudan sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs
unutqanlıqdan onu yerinə yetirməsə, namazı düzgündür.
Məsələ 941: Təkbirətul-ehramı qıyam halında deməsinə əmin olması üçün
bir az ondan əvvəl və bir az da ondan sonra ayaq üstə dayanması vacibdir.
Məsələ 942: Əgər “Fatihə” və “surə”ni dedikdən sonra unudaraq ruku
etmədən otursa və ruku etmədiyini başa düşsə, ayağa qalxıb rukuya getməli-
dir. Əgər ayaq üstə durmadan, elə əyilən halda ruku halına qayıtsa, rukuya
bitişik qiyamı yerinə yetirmədiyi üçün kifayət etməz.
Məsələ 943: Təkbirətul-ehram və yaxud qiraət üçün ayaq üstə durarsa,
yol getmək və ya bir tərəfə əyilmək olmaz. Vacib ehtiyata əsasən, bədəni
hərəkət etdirməsin və ixtiyar halında bir yerə söykənməsin. Amma çarəsiz
olsa, eybi yoxdur.
Məsələ 944: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir
tərəfə əyilsə yaxud bir yerə söykənsə, eybi yoxdur.
Dostları ilə paylaş: |