130
Məsələ 945: Vacib
ehtiyata əsasən, qiyam halında ikən hər iki ayağı yer-
də olsun. Amma bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım
deyildir. Bir ayaq üzərində olsa da, eybi yoxdur.
Məsələ 946: Düzgün şəkildə ayaq üstə dayana bilən şəxs ayaqlarını ayaq
üstə dayanmaq deyilməyəcək qədər xeyli aralı qoysa, namazı batildir. Hətta
vacib ehtiyata əsasən, ayaqlarını ona “ayaq üstədir” – deyilsə də, xeyli aralı
qoymamalıdır.
Məsələ 947: İnsan namazda vacib zikrləri oxuduğu zaman bədəni hərəkət-
siz olmalıdır. Həmçinin vacib ehtiyata əsasən, müstəhəb zikrləri oxumağa məş-
ğul olduğu zaman da, hökm belədir. Əgər azacıq irəli və arxaya getmək və
yaxud bədənini azacıq sağa və sola hərəkət etdirmək istəsə, bir şey deməməlidir.
Məsələ 948: Əgər bədənin hərəkəti vaxtı müstəhəb zikr desə, məsələn,
rukuya yaxud səcdəyə gedən zaman təkbir desə, özü də namazda göstəriş
verilən zikr məqsədilə deyərsə, həmin zikr düzgün deyildir, amma namazı
düzgündür. “Bihəulillahi və quvvətihi əqumu və əq-udu” zikrini ayağa
qalxarkən deməlidir.
Məsələ 949: “Fatihə”ni oxuyan zaman əl və barmaqları tərpətməyin eybi
yoxdur, lakin müstəhəb ehtiyata görə, onları da tərpətməsin.
Məsələ 950: Əgər “Fatihə” və “surə”ni yaxud “təsbihat”ı deyərkən
özündən asılı olmayaraq, bədəninin aramlığını pozacaq qədər hərəkət etsə,
müstəhəb ehtiyata görə, bədəni aram olduqdan sonra hərəkət halında oxudu-
ğunu yenidən oxusun.
Məsələ 951: Əgər namaz əsnasında durmaqdan aciz olsa, oturmalı, əgər
oturmaqdan da aciz olsa, uzanmalıdır. Amma bədəni aram olmayana qədər
vacib zikrlərdən birini deməsin.
Məsələ 952: İnsan ayaq üstə namaz qıla bilirsə, oturduğu halda namaz
qılmamalıdır. Məsələn, ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxla-
ya bilməyən yaxud bir şeyə söykənmək məcburiyyətində qalan və ya bədəni-
ni azacıq əymək məcburiyyətində qalan şəxs bacardığı qədər namazını ayaq
üstə qılmalıdır. Amma əsla ayaq üstə dura bilmirsə, düz oturmalı və oturdu-
ğu halda namaz qılmalıdır.
Məsələ 953: İnsan otura bilirsə, uzandığı halda namaz qılmamalıdır.
Əgər düz otura bilmirsə, bacardığı qədər oturmalıdır. Əgər əsla otura bilmir-
sə, qibləyə hökmlərində qeyd edildiyi kimi, bədəninin ön tərəfi üzü qibləyə
olacaq tərzdə böyrü üstə uzanmalıdır. Sağ böyrü üstə uzanması mümkün ol-
duğu vaxta qədər, vacib ehtiyata əsasən, sol böyrü üstə uzanmamalıdır. Əgər
bunlar da mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxa-
sı üstə uzanmalıdır.
Məsələ 954: Oturduğu yerdə namaz qılan şəxs “Fatihə” və “surə”dən
sonra ayaq üstə durub rukunu ayaq üstə yerinə yetirə bilirsə, qalxıb qiyam
halında rukuya getməli və əgər yerinə yetirə bilmirsə, rukunu da oturduğu
yerdə yerinə yetirməlidir.
131
Məsələ 955: Uzandığı yerdə namaz qılan şəxs namaz əsnasında otura
bilirsə, bacardığı qədər oturduğu halda qılmalı və əgər dura bilirsə, bacardığı
qədər ayaq üstə qılmalıdır. Lakin bədəni aram olmayınca vacib zikrlərdən
deməməlidir. Amma az miqdarda ayaq üstə dura biləcəyinə əmin olan şəxs,
onu rukuya bağlanan qiyama məxsus etməlidir.
Məsələ 956: Ayaq üstə dayana bilən şəxs ayaq üstə dayandıqda xəstələ-
nəciyindən yaxud zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bi-
lər. Əgər oturmaqdan da qorxsa, uzandığı halda namaz qıla bilər.
Məsələ 957: Əgər insan vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə
ümidvar olduğu halda vaxtın əvvəlində namaz qılsa və vaxtın axırında ayaq
üstə durmağa bacarsa, namazı ikinci dəfə qılmalıdır. Amma namazı ayaq
üstə qıla biləcəyinə ümidvar olmadığı halda vaxtın əvvəlində namazı qılsa və
sonra ayaq üstə durmağa güc tapsa, namazı yenidən qılması lazım deyil.
Məsələ 958: Müstəhəbdir ki, insan ayaq üstə durduğu zaman bədənini
düz saxlasın, çiyinlərini aşağı salsın, əllərini budlarının üzərinə qoysun,
barmaqlarını bir-birinə bitişdirsin, səcdə yerinə baxsın, bədəninin ağırlığını
hər iki ayağın üzərinə bərabər şəkildə salsın, “xüzu” və “xüşu” (son dərəcə
diqqətli və qəlb hazırlığı) halında olsun, ayaqlarını bir sırada tutsun. Əgər
namaz qılan kişidirsə, ayaqlarının arasında üç açıq barmaqdan bir qarışa qə-
dər fasilə qoysun və əgər qadındırsa, ayaqlarını bir-birinə bitişdirsin.
Qiraət
Məsələ 959: Gündəlik vacib namazların birinci və ikinci rükətlərində
insan öncə “Fatihə”ni sonra isə surəni – ehtiyata əsasən, bir surəni – bütöv
deməlidir. “Duha”, “Şərh” və həmçinin “Fil” və “Qureyş” surələri namazda
vacib ehtiyata əsasən, bir surə hesab olunur.
Məsələ 960: Əgər namaz vaxtı dar olsa yaxud insan “surə”ni
oxumaq
məcburiyyətində qalsa, məsələn, “surə”ni oxuduğu təqdirdə, oğru, yırtıcı
heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxsa və yaxud zəruri
bir işi olsa, “surə”ni oxumaya bilər. Hətta vaxtın azlığı və bəzi qorxusuz
hallarda da “surə”ni oxumamalıdır.
Məsələ 961: Əgər bilərəkdən “surə”ni “Fatihə”dən əvvəl oxusa, namazı
batildir və əgər səhvən “surə”ni “Fatihə”dən əvvəl oxusa və bu, “surə”ni
oxuyarkən yadına düşsə, surəni tərk etməli və “Fatihə”ni oxuyandan sonra
“surə”ni əvvəldən deməlidir.
Məsələ 962: Əgər “Fatihə” və “surə”ni və yaxud
onlardan birini unutsa
və rukuya çatandan sonra başa düşsə, namazı düzgündür.
Məsələ 963: Əgər rukuya əyilməzdən əvvəl “Fatihə” və “surə”ni oxuma-
dığını başa düşsə, oxumalıdır. Əgər yalnız “surə”ni oxumadığını başa düşsə,
əvvəl “Fatihə”ni, sonra isə ikinci dəfə olaraq “surə”ni oxumalıdır. Həmçinin
əgər rukuya əyilsə, lakin ruku həddinə çatmazdan əvvəl “Fatihə” və “surə”-