Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini

onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və 

yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. 

II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi 

haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. 



Dördüncü fəsil.  

Nəqliyyat vasitələrini idarəetmə hüququ 

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ 

I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol 

hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının 

ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 

II. Azərbaycan Respublikasının ərazisindəki yollarda: 

1) velosipedi və ya arabanı idarəetmə hüququ -- 14 yaşdan; 

2) asma mühərrikli velosipedi və mopedi idarəetmə hüququ -- 16 yaşdan; 

3) motosikletləri idarəetmə hüququ -- 16 yaşdan; 

4) oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarəetmə hüququ -- 18 

yaşdan; 


5) tramvayları idarəetmə hüququ -- 20 yaşdan; 

6) trolleybusları idarəetmə hüququ -- 21 yaşdan; 

7) oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ -- 21 

yaşdan (müstəqil qaydada hərbi qulluqçular üçün 19 yaşdan) yaranır. 

III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat 

vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

IV. Bu maddənin ikinci hissəsinin 1-ci və 2-ci bəndləri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki 

yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. 

V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ 

yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa -- sürücülük vəsiqəsi dəyişdirilənədək; 

2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa -- 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin 

qurtarmasınadək; 

3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə -- 

xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. 

VI. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş 

xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək 

sahəsində üç ildən az təcrübəsi olan, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə 

nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə 



sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə 

buraxılmırlar. 



Maddə 34. Sürücülük vəsiqəsi 

I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. 

II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük 

vəsiqəsinin aşağıdakı növləri vardır: 

1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün

2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. 

III. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının 

beynəlxalq yol hərəkətində fərqlənmə nişanı -- "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: 

1) sahibinin soyadı; 

2) sahibinin adı və atasının adı; 

3) sahibinin doğum tarixi və yeri; 

4) sahibinin yaşayış yeri; 

5) vəsiqəni vermiş orqanın adı; 

6) vəsiqənin verilmə tarixi və yeri

7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; 

8) vəsiqənin nömrəsi; 

9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; 

10) sahibinin qan qrupu və imzası; 

11) xüsusi qeydlər. 

IV. Motosikletləri və avtomobilləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü 

hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmək hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat 

vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir: 

1) "A" -- motosikletləri idarə etmək üçün; 

2) "B" -- "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı, 

sürücü oturacağından əlavə, 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün; 

3) "C" -- "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kq-dan artıq olan avtomobilləri 

idarə etmək üçün; 

4) "D" -- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən çox 

olan avtomobilləri idarə etmək üçün; 

5) "E" -- qoşqusu "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş, lakin tərkibləri bütövlükdə həmin kateqoriyalara 

və ya bu kateqoriyalardan birinə daxil olmayan nəqliyyat vasitələrini idarə etmək üçün

6) "Tramvay" -- tramvayları idarə etmək üçün; 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə