48
zaman atası müharibəyə getdiyindən qəmli, beş yaşında isə atası
müharibədən qayıtdığından anası şən mahnılar oxumağa başlamışdı.
Şadoğlan Bayramov vaxtı ilə Fərbiyə Şabanovanın təşkil
etdiyi «Əvəsor» («Yeni il») folklor qrupunda tarzən vəzifəsində
çalışmışdır. O, adını qeyd etdiyimiz kitabda «Əvəsor» qrupunun
repertuarından götürdüyü mahnı və «Halay» rəqs mahnılarını nota
almışdır. Bu «Əvəsor» qrupu özündə toy mahnıları, mərasim
mahnılarının icrasını əks etdirir[9].
Fərbiyə xanım talış mahnıları,əmək nəğmələri, laylalar və
«Halay» rəqs mahnıları haqqında məlumat verərkən qeyri ixtiyari
olaraq özünün yaratdığı «Əvəsor» kollektivinin «Toy tamaşası»nın
necə icra olunması barədə bizə geniş məlumat verdi. Bu tamaşada
Fərbiyə Şabanova öz nəvəsi Zülfiyyəyə həsr olunan əzizləmə
mənasında bir neçə mərhələli mahnılar söyləyir. Bu mahnıları bir
növ aşıq sənətində olan «vücudnamə» və ya həsr olunan şəxsin
həyatda göstərdiyi uğurlar kimi də qəbul etmək olar. Bu barədə
Fərbiyə xanım öz nəvəsi körpə Zülfiyyəni əvvəl beşik nəğməsi ilə
əzizləyir, yeniyetmə yaşında isə onun bicara getməsini mahnı
şəklində təsvir edir. Lakin hər mərhələdə intonasiya daşıyıcısı olan
«Əloləm» sözü leytbaşlıq kimi yenə nəvəni əzizləyir, nənə nəvəyə
«laləm, çiçəyim» deyə müraciət edir. Həm uşaq yaşında, həm
yeniyetmə yaşında «əlolə» deyərək nəvə əzizlənir.
Fərbiyə xanımı dinləyərkən o öz nəvəsi Zülfiyyəni oxumaq
üçün köməyə çağırdı. Artiq onlar «Toy» tamaşasının mərhələli
prosesində yer alan mahnıları bərabər oxumağa başladılar.
Mahnıların silsilə sırası bu şəkildə idi:
«Keynə babe» («Nə vaxt
olacaq»), «Doy sədə qıle bıl-bıl» («Budaqda sarı bülbül»), «Ha kinə
məşi» («Ay qız getmə»),«Nanana nanay nananay yar hey»,
«İstiotum, ispanağım, gəl mənim əziz qonağım»,«Ulduz ay aman»,
«Dəst-dəst maral hey»,«Dağlar hey»,«Boyu bəstə gəlinin»,«Çağır
oğlan anasın desin mübarək badey»,«Mübarək, ay mübarək»,
«Kəkili manqal oğlan, Mən ölüm sən qal oğlan».Daha sonra
Fərbiyə Şabanova «Toy» tamaşısının «Şəvi şanbəye kinə» («Bir
49
gecənin qonağı qız»), «Əylən gəlin,əylən gəlin» kimi mahnılarla
sona yetdiyini bildirir.
Fərbiyə xanımın öz böyük qızının «nişantaxtı» mərasimində
audio lentə alınan «Halay» rəqs mahnılarını təqdim etməsi isə
bizim üçün bir tapıntı idi. Çünki burada Fərbiyə Şabanovanın öz
anasının və bibisinin talış xalq folklorunu dərindən bilərək «Halay»
rəqs mahnılarını oxuması da bizim üçün xeyli əhəmiyyətli idi.
Xınayaxdı mərasimində Fərbiyə xanımın vaxtı ilə anası Xanım
nənənin, Amana nənənin və bu mərasimdə iştirak edən digər şəxs-
lərin oxuduğu mahnıların audio lent yazısını dinlədik. Bu lentdə
həm də 76 yaşlı Pitan nənənin oxuduğu «Yarım hey»,«Laylay»
mahnısını eşitdik.Bu audio lentə həm də «Almanı alma gəlin»,
«Kəkili manqal oğlan», «A qırmızı nimtənə», «Dilit dilit dil-dili»,
«Can sənə qurban canım hey», «Şəvi şanbəye kinə» («Bir gecənin
qonağı qız»), «Vıli bordedamon, güli bordedamon», («Çiçəyi
aparırıq, gülü aparırıq») «Nanana nanay nananay yar hey», «Dağlar
hey», «İstiotum, ispanağım, gəl mənim əziz qonağım» halaybaş-
lıqları ilə başlayan mahnılar da daxil idi. Dinlədiyimiz bu «Halay»
rəqs mahnıları Fərbiyə xanımın təşkil etdiyi «Toy» tamaşasında da
özünəməxsus qaydada istifadə olunur.
Audio lenti dinlədikdən sonra Fərbiyə Şabanova ilə yenidən
«nişantaxtı» mərasimi haqqında söhbətimiz davam etdi. O nəvəsi
Zülfiyyə ilə birlikdə nişanda oxunan «Dəst-dəst maral hey»,
«Gəlinə bax, gəlinə», «Kinəlim», «Voyi-voyi qınedə»(« Xəfif-xəfif
yel əsir») mahnılarını oxudular.
Daha sonra Fərbiyə xanım öz əmək fəaliyyəti haqqında danı-
şaraq qeyd etdi ki, Astara rayonunda on bir kollektiv yaratmışdır. O,
mədəniyyət şöbəsinin rəhbəri işləyən zaman bu kollektivlərlərin
ayrı-ayrılıqda adları mövcud idi və hər zaman respublikada
birincilər sırasında olmuşlar. Bu kollektivlərin adları yarandığı
yerlərin adları ilə eyniləşirdi. Buna Pensər kəndindəki «Pensər
vəyə», Kələdəhnədəki «Xəzərin» (dəniz kənarında yerləşdiyi üçün)
kollektivlərinin adını misal çəkmək olar.
50
Söhbətimiz əsnasında Fərbiyə xanım istəyimizi nəzərə alaraq
oynaq tempdə olan «Əvəsor» («Yeni il») mahnısını, bunun ardınca
isə bu mahnıya kontrast olan «Marze-marze»(«Lək-lək») mahnısını
zümzümə etdi. Bu mahnı çəltik əkən zaman oxunur. Çəltik
mahnılarına «Basma-basma tağları, saraldı yarpaqları» mahnısı da
aiddir. Ümumiyyətlə bütün mahnılarda əsas icra olunan hadisə
nəqarətdə öz əksini tapır. Halaybaşı öz solosu ilə əkin vaxtı və ya-
xud biçin vaxtı və s. vəziyyətlərdə xüsusi olan anları solo şəklində
melodik cümlə kimi ifadə edir. Zəhmət hadisəsinə yönələn fikir
nəqarətdə öz əksini tapmağa başlayır. Əsasən əkinçiliklə bağlı
qədim təqvim - əmək nəğmələrindən bicar mahnıları,talış folklorun-
da özünəməhsus yer tutur. Bu isə bölgənin torpağının münbitliyi və
subtropik zonaya bağlı olması ilə bağlıdır. Belə bir təbii şəraitin
olması çəltik, çay, limon, portağal və s. bitki və tərəvəzlərin yetiş-
məsi üçün mühüm əhəmiyyət daşıyır. Əmək,məhsul və zəhmət
mahnıları xalqın qan yaddaşına hopmuşdur. Bu gün də çəltik
Lənkəran - Astara bölgəsində daha çox əkilir. Bu isə bölgə
insanlarının qidasının ən əhəmiyyətli tərkib hissəsi sayılan çəltiyə
üstünlük verməsi ilə sıx bağlıdır. Xalqın çəltik bitkisinin əkilməsi
ilə bağlı, geniş təcrübələrinin olması həmin mahnılarda da öz əksini
tapmışdır. Buna misal «Çəltik» bicar mahnısını göstərmək olar.
«Çəltik» mahnısında çox zaman çəltiyin «Çiləy çəltiyi», «Xan
çəltiyi», «Ambarbu çəltiyi» və s. növü, sortu haqqında xüsusi qeyd-
lər olunur. Halaybaşı - solist hansı növ çəltiyin əkilməsi, onun növü
və əkin zamanı hansı üsullardan istifadə olunması haqqında məlu-
mat verir. Halaybaşı mahnını başlayır, xor isə bu halaybaşının fikri-
ni daha da incə, düşündürücü və inkişaflı tərzdə əks etdirməyə
çalışır. Bir növ xor əzizlənmə mənasında olan fikri aşılamağa
çalışır. Məsələn: «Basma-basma tağları, Saraldı yarpaqları»
halaybaşlığı ilə başlanan mahnıda hər dəfə söylənilən misralarda
yeni fikirlər meydana gəlir. Çox zaman onun fikirləri mifoloji süjet
xətti ilə verilir. Bicar mahnılarında əsas mövzu çəltik olmasına
baxmayaraq, burada qızlar mahnını oxuyarkən onun melodik
motivləri arasında sevgi mövzusu meydana gəlir. Buna «Biçin
Dostları ilə paylaş: |