32
Xanım Əhmədovanın tərcümeyi halını anketləşdirərək aşağı-
dakı məlumatlar alınmışdır: Xanım Əhmədova 1920-ci
ildə anadan
olmuşdur.Eyni adlı kəndin sakini və folklor nümunələrinin daşı-
yıcısıdır.
«Axşam bazar yar hey», «Sıpya kota ve xose» («Ağ pişik çox
gözəldir») mahnılarını dinləyərək, Xanım nənənin canlı ifasının
şahidi olduq. 78 yaşlı Xanım nənə «Kinəlim» «Halay»
rəqs mahnı-
sının başqa variantını oxudu. Söhbət əsnasında Xanım nənə «Gila-
var» mahnısı haqqında məlumat verdi. Ağbirçək nənənin söylədiyi
«Balalarım» ağı mahnısı da nəzər diqqətimizi cəlb etdi.
Rastlaşdığımız və adlarını qeyd etdiyimiz informatorlarla gö-
rüşümüz Masallı rayonunda «Halay» rəqs mahnılarının yerli əhali
arasında kütləvi surətdə nisbətən az istifadə olunması faktını qarşı-
mıza çıxartdı. Lakin, bu o demək deyildir ki, «Halay» rəqs mah-
nıları ərazidə mövcud olan əvvəlki dövrlərdə də öz inkişafı baxı-
mından zəif olmuşdur. Yerli əhali arasında rast gəldiyimiz ilk fərdi
informator Xanəli Ağayev bizi «Halay» rəqs mahnıları ilə məlu-
matlandırmağa çalışsa da, onun söylədikləri tədqiqat işimizin məq-
sədi olan «Halay» rəqs mahnılarının yaranma mənşəyi,
genişliyi,
çoxluğu və s. ilə tanış edə bilmədi. Lakin, onun verdiyi istiqamət
aparacağımız tədqiqatın genişlənməsi prosesinə təkan verdi. Bu ba-
xımdan Masallının Qızılavar kəndində Xanəli müəllimin anası Xa-
nım nənənin zümzümə ilə oxuduğu «Halay»lar, mahnılar və dediyi
tarixi informasiyalar «Halay» rəqs mahnılarının qədim köklərə bağlı
olmasından xəbər verirdi.
21 avqust 2007-ci ildə İşqədərə kəndində Rəhim Kərim oğlu
Tağıyevin təşkil etdiyi 1963-1977-ci illərdə ictimai əsaslarla fəaliy-
yət göstərən 1978-ci ildə isə dövlət statusu almış Tarix – Diyar-
şünaslıq muzeyi ilə tanış olduq.
Tarixi eksponatlar haqqında X.Ağayev tərəfindən məlumat
verildi. Muzeydə qədim qadın geyimləri və musiqi alətləri dəyərli
tarixi eksponat kimi xüsusi yer tuturdu. Bu alətlər sırasına dor, ney
qını, ney, bırbık, lakkuti, sınədaşı, zəncir, təbil daxil idi. Masallı
rayonunun İşqədərə kəndində R.Tağıyev adına Diyarşünaslıq mu-
33
zeyi ilə tanış olmağımız, orada qədim Azərbaycan zərb və nəfəsli
alətlərinə rast gəlməyimiz bu bölgədə istifadə edilən həmin alətlərin
qədimliyindən xəbər verirdi.
Masallı rayonunun Mahmudavar kəndinə yollanaraq, bu kən-
din sakini talış folkloru haqqında geniş məlumatı olan Əbdülrza
Əhmədovla görüşdük.
Onun haqqında qısa anket məlumatlar bundan ibarətdir:
Əbdülrza Əhmədov 1930-cu ildə Masallı rayonunun Mahmudavar
kəndində anadan olmuşdur. 1947-ci ildə Lənkəran
Pedaqoji texni-
kumunu bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlamışdır.
Hal-hazırda Mahmudavar kənd orta məktəbində tarix müəllimi
vəzifəsində çalışır.
Onun evində aparılan çəkilişlər (audio və video) talış folklo-
runda özünəməxsus yeri olan «Halay»lar haqqında geniş məlumat
verirdi. Bu görüşdən alınan «Halay»lar haqqında məlumatlar bizdə
böyük maraq doğurdu. O, «Halay» rəqs mahnılarını, bu mahnıların
halaybaşlıqlarını xüsusi dəftərə yazaraq onları ardıcıllaşdırmışdır.
Qocaman müəllim illərin məhsulu olan bu dəftəri vərəqləyərək
qeyd etdiyi halaybaşlıqlarını nəinki zümzümə edirdi, eyni zaman-
da bu mahnılar haqqında məlumat verməyə çalışırdı.
Əbdülrza müəllimlə «Halay» rəqs mahnıları haqda fikir mü-
badiləsi apararaq o, M. Maqomayevin 1905-1911-ci
ilə qədər bu zo-
nada işlədiyini qeyd etdi. Yadda qalan xatirələrinə görə Ü. Hacıbəy-
li 1937-ci ildə bu bölgəyə gəlmiş və «Halay» mahnılarını topla-
mışdır.
Ə.Əhmədov
bir çox «Halay» rəqs mahnıları haqqında
danışarkən aşağıdakı halaybaşlıqlarını qeyd edir:
1. Ay qız toyun mübarək
Bəstə boyun mübarək
2. Gəldi oğlan adamı nay narey nay
Ağam sındır badamı diri nar hey
3. Qardaş toyuna qurban
Bəstə boyuna qurban
4. Gəlin verən evin abadan olsun
Özündə bəy toyun mübarək olsun
5. Arxalığı zər işidir gəlinin
Atası yaxşı kişidir gəlinin
6. Xonçaya düzdüm noğulu badamı
Mübarək olsun gəlinin qədəmi
7. Ay qız nışanlın gəlir,
Qırmızı şalın gəlir.
8. Ağlama ceyran balası, ağlama
Gedər gözlərinin qarası ağlama
34
9. Basma-basma tağları
Saraldı yarpaqları
10. Nanay nanay ay nanay
Gülüm nanay nanay
11. Dəst eylər gül eylər
A gırmızı nimtənə
1
12. Ay bivəfalı dağlar
Əcəb səfalı dağlar
13.Oturun gızlar oturun hey
Aşığları gətirin hey
14. Hər aşiqin dövranı var
Hər gülün öz seyranı var
15. Verin bizim gəlini
Qaynı bağlar belini
16.
Nar-nar nargilə
Durun gedək yar gilə
17.Yar üzü xallı ceyran
Gəlsə yüz əlli ceyran
Vermərəm bir baxışı
Ləbləri ballı ceyran
18. Ağac başı şingilə
Şin giləni kim bilə
Gündə yüz söz qoşaram
Sənin kimi yüngülə
19. Bülbülüm ayıq
deyil
Ayıqdır sayıq deyil
O sözü sən söylədin
Ağzına layiq deyil
20. Almanı alma gəlin
Al yerə salma gəlin
Evlərdə çox söz olar
Ürəyinə salma gəlin
21.A yordu yordu yordu
Görək kim kimi yordu
22. Ay bu toyun adamları
Sındırın şəkər badamları
23.Bağçası barı
Meyvəsi narı
Qardaş boyuna gurban
Adaxlın hanı
24. Ey
gülüm maşallah
Ey gülüm maşallah
Yarım səfərə çıxıb
Gələcək inşaallah
25.Can gülüm can can 26. Çalın,çağırın,vurun çilingə
Gəl gülüm yar hey Durub oynasın bəzəkli yengə
27.Yol açın gəlin gəlir 28. Yarim yar olsa
Şahı mərdana gəlir Günü neylər mənə
Ala göz gəlin gəlir
29.Anam mən neyləyim dözə bilmirəm 30. Ey gülüm maşallah
Yar yazan kağızı poza bilmirəm
Ey gülüm maşallah
Anam sənə qurban mən özüm sənə
Yarım səfərə çıxıb
Yar sənə aşigəm gəlin ol mənə Gələcək inşallah
1
Nimtənə - gödəkcə, məxmərdən hazırlanmış qız geyimi. Qolları və yaxalarında
qızıl düymələri olan,qıraqları qızılla bəzədilmiş gəlin geyimi.